İSTİ VƏ soyuq torpaqlarda



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə125/142
tarix10.11.2017
ölçüsü4,8 Kb.
#9616
1   ...   121   122   123   124   125   126   127   128   ...   142

Məcbur qalıb qəlyançəkənlərin qızını aldım, o da mənə xəyanət elədi, məni atıb başqasıyla getdi.
Qəlbimə yara vurdu. İllər keçdi, yaram sağalmadı, elə hey qan verdi. Şaxtada lap çox incidir,
sızıldayır. Ay oğraş, sevənləri ayırmazlar, qovuşdurarlar. Neçə illərdir qaratikan kolu kimi bitirsiz
sevənlərin arasında. Yorulun da. Usanın da.
Mən ehsan yemirəm, amma söz verirəm, sənin ehsanından, bir də qonşum olan o qoca şeytanın
ehsanından bəs deyincə yeyəcəyəm. Yeyib doyandan sonra gorunu da söyəcəyəm.
Sənin tezliklə gəbərməyini arzulayan Coni”.
 
Coni məktubu konvertə qoyub ünvanı yazdı və aparıb poçt qutusuna atdı. Sevinirdi, Poriyə də deyirdi,
qoca oğraşın ciyərini yandırdım. Neçə illər ürəyimdə qubar eləyən sözləri axır oğraşın üzünə deyə
bildim. Məktub vasitəsi ilə də olsa.
Payızın rütubətli, yağışlı havaları başlamışdı, Coninin ayaqları göyərirdi, səhər də, axşam da
ayaqlarının altının otunu biçirdi. Qayçıyla biçəndə dözülməz ağrı verirdi, sanki otlar canlıydı. Çəpiş
yaxşı idi, amma buralarda çəpişi hardan tapasan? Lap elə tapdı, harda saxlayacaqdı? Çəpişin
olmamasından əziyyət çəkən Coni arvadıyla danışanda elə beləcə deyirdi: “Burda ən çox çəpiş
olmadığına görə əziyyət çəkirəm. Sən indidən balaca bir çəpiş al saxla, özün də tapa bilməsən, Əfiyə
de, qardaşlarından xahiş eləsin. Heç bilirsən, çəpişin ayaqlarımın altını otlamasını necə həsrətlə
xatırlayıram”. “Ancaq çəpişi? – Səmoş də hirslə soruşurdu. – Həsrətlə xatırladığın başqa nəsə
olmur?” “Səmoş, sən həmişə ikibaşlı danışırsan! – Coni qışqırırdı. – Mənim ayaqlarımın altını
qoyun, ya da dana otlamırdı ki, qoyunları, ya da danaları həsrətlə xatırlayım. Çəpiş otlayırdı, çəpişi
də xatırlayıram!” “Səy duzəkən, demək, orda səni düşündürən ancaq ayaqlarının altını nəylə
otarmağındır? Daha bizlər yadına düşmürük? Heç bizləri həsrətlə xatırlamırsan?” “Niyə
xatırlamıram? – Coni işləri korladığını gec anlayırdı. – Söhbət çəpişdən gedirdi, ona görə. Yoxsa
gecə-gündüz bircə dəqiqə belə yadımdan çıxmırsız!” “Coni, yalan danışma. Hər şey ortalıqdadır.
Buna daldan atılan daş deyirlər. Sən nəyi həsrətlə xatırladığını öz dilinlə dedin. Mən zorla məcbur
eləməsəydim, heç bizi yada da salmayacaqdın!”
Beləcə növbəti dəfə Səmoş onu mat vəziyyətdə qoyur, Coni də ağzını ayıraraq fikrə gedir, söhbətin
niyə alınmadığını anlaya bilmirdi. Halbuki arvadına zəng eləyəndə ona çoxlu xoş sözlər deməyi
qərara almışdı.
Şaxtalar düşəndə Pori də qış yuxusuna getdi, Darya bir insanın qış yuxusuna getməsinə inanmırdı,
deyirdi, bu, qış yuxusu deyil, həkim çağırmalıyıq. Pori, yəqin, xəstələnib.
– O, porsuq insandır, – Coni qızı başa salmağa çalışırdı, – insan qış yuxusuna getməz, porsuq insan
isə gedər. Dəfələrlə qış yuxusuna gedib, ayılıb, yenə də ayılacaq. Uzağı on-on beş gündən sonra.
– Birdən ayılmadı?
– İndiyə kimi ayılıb, indi ayılmasa, demək, ömrü bura qədərmiş.
Qız hər gün dərsdən çıxanda onlara gəlir, Porinin yatağının yanında oturur, onun aramla necə nəfəs
almasına baxır, çıxıb gedirdi. Coni deyən kimi də oldu. Pori on beş gündən sonra ayıldı, zəifləmiş,
arıqlamışdı. İki-üç gün işə çıxa bilmədi, yeyib-içir, yatırdı. Coni hirslənirdi: “Mənim ağlım yoxdur,
Səmoş deyən kimidir, səyəm. Mənə deyən yox, bir halda heyvanla işləməyi qərara alıbsan, bunun qış
yuxusuna getməyəni ilə yoldaşlıq elə. Yoxsa bu bir ay yatır, yuxudan ayılandan sonra da bir ay gücünü
bərpa eləməyə sərf eləyir”. Hələ yaxşı ki, şaxtalar düşəndən sonra Coninin ayaqları göyərməyə son
qoymuşdu, gömgöy olurdu, ancaq göyərmirdi.
Bir axşam onun yanındaca Səmoş ilə danışan Coninin sifəti tutuldu, “ola bilməz”, – dedi və


sağollaşıb telefonu söndürdü.
– Qəribədir, – dedi, – Səmoş deyir ki, uşağın saçını qırxdırmışdıq, indi təzə saçı çıxır, həm də eynilə
sənin saçın kimi. Başında üç ağ zolaq var. Deyir, bu necə ola bilər? Deyirəm, yəqin, yerikləyəndə sən
ona nəsə veribsən. Çünki kim yerikləyəndə qadına onun ürəyi istəyən nəsə verərsə, uşaq da həmən
adama oxşayır.
– Nə bilim, – həyəcanını güclə boğub etinasız səslə dedi, – ola bilər, Səmoş hamilə olanda sən evə nə
alırdınsa, çoxunu mən alırdım.
Daha bu mövzuda söhbət eləmədilər. Pori dəhşətə gəlmişdi, Səmoş ona deyəndə ki uşaq səndəndir,
haqlı imiş. Mərənd onun oğlu idi. İndi necə olacaqdı? Coni bilərəkdən, ya da bilməyərəkdən bunu öz
bildiyi kimi yozdu, başqaları necə, bu nağıla inanacaqdılarmı? Səmoşa məəttəl qalmışdı, niyə bunu
dərhal Coniyə elan eləyirdi, məqsədi nə idi? Bəlkə elə Coni onun yaxasından yapışacaq, bu nə
məsələdir, deyə ondan hesab soruşacaqdı? Nə cavab verərdi, iki dost uzaq, soyuq Rusiyada ölüm-
dirim savaşınamı girməliydilər?
Fürsət tapıb Səmoşla danışdı, qadın heç ona ağzını açmağa imkan vermədən həyəcanla, sözləri bir-
birinə qataraq deyirdi: “Pori, gördünmü? Mən deyirdim, sənsə inanmırdın! Uşaq səndən imiş,
Mərənd sənin oğlundur! Onun da başında eynilə səninki kimi üç ağ zolaq var. Onun zolaqları daha
qəşəngdir!” “Sən bunu Coniyə niyə deyirdin? – Səmoşun sevincinə şərik olmayıb pərt halda dedi. –
Bəs özünü, məni düşünmürsən? Birdən Coni başa düşərdi, onda necə olardı?” “Porsuq! – Səmoş
hirsləndimi, ona Porsuq deyirdi. – Onsuz da gec-tez biləcək, başa düşəcək. Gəlib öz gözləriylə
görməyəcəkmi? Mən sənin sevinəcəyini, oğlumuz olub deyə toy-bayram eləyəcəyini gözləyirdim.
Sənsə az qala məni ittiham eləyirsən! Sanki sənin qarşında günahkar imişəm!” “Səmoş, inan mənə! –
qızın könlünü almağa çalışırdı. – Səndən oğlum olub deyə sevinirəm də, ürəyim də sevincimdən
köksümə sığmır. Burda yalnız səni xatırlayır, yalnız səndən ötrü darıxıram. Amma sən məni də başa
düşməlisən. Oğlumuzu Əfi də görəcək və dərhal da işin nə yerdə olduğunu başa düşəcək. Belə olan
halda mən vətənə necə qayıda bilərəm?” “Görəcək yox, artıq görüb. Pori, ürəyini sıxma, sən gələ
bilməzsən, mən gələrəm. Bu səy duzəkən vətənə qayıdan kimi də ondan boşanacağam. Ünvanını
verərsən, harda olsan, gələrəm!”
– Səmoş, düzmü sözündür? – inamsızlıqla səsləndi. – Gələrsən?
– Gələrəm! – Səmoş qətiyyətlə dedi. – Səndən ötrü təkcə Rusiyətə yox, dünyanın o başına da
gedərəm!
Qəlbi sevdiyi qadına qarşı minnətdarlıq hissiylə dolmuşdu. Xəyallar qurur, ümidlərlə yaşayırdı.
Görəsən, bunca sevdiyi qadınla yenidən bir arada ola biləcəkdilərmi? Səmoş bütün bu sədləri aşıb,
bütün qadağa və qohumlardan qurtarıb, onun yanına gələ biləcəkdimi?
İşdə olanda Əfi zəng elədi, təbrik eləyirəm, dedi, sənin indi bir yox, iki oğlun var. Yəni burda,
Azərbaycanda. Orda neçəsi varındır, onu bilə bilmərəm. Amma əminəm, hansı şəhərdə, kənddə
olubsansa, arxada oğlun, ya da qızın qalıb.
Özünü bilməzliyə vurdu: “ Əfi, nə danışırsan? Mənim nə burda, nə də orda Səhənddən başqa heç bir
uşağım yoxdur, nə oğlum, nə də qızım”. “Eləmi, – Əfi istehza ilə elə dedi ki, min kilometrlərlə uzaqda
belə bu səsdəki kinayə, istehza Porini üşütdü, – bəs onda Mərənd kimin oğludur? Səmoş bu gün uşağı
mənə göstərib, o sənin balaca kopiyandır. Maşına atıb kopiyanı çıxardıblar. Bu qız əriylə bu qədər
yaşadı, uşağa qala bilmədi, sən də dözmədin, dedin, belə olmaz, gəlin sizə yardım əlimi uzadım. Pori,
halal olsun, yaxşıca da uzatdın. Dostun da oğul sahibi oldu, sevimli Səmoşun da”. “Əfi, mən indi iş
başındayam, – özünü hirslənirmiş kimi göstərib dedi, – sənin uydurmalarına qulaq asmağa vaxtım


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   121   122   123   124   125   126   127   128   ...   142




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə