İSTİ VƏ soyuq torpaqlarda



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə126/142
tarix10.11.2017
ölçüsü4,8 Kb.
#9616
1   ...   122   123   124   125   126   127   128   129   ...   142

yoxdur. Səmoşun oğlu mənə oxşayıb, başında üç ağ zolaq var, bəs öz doğma oğlumun başında niyə üç
ağ zolaq yoxdur?” “Onu kim dedi yoxdur? – Əfi istehza ilə güldü. – Düzü, bu məni də
heyrətləndirirdi, əslinə qalarsa, sənin möhürünü öz oğlumun başında görmək istəmirdim. Amma
təəssüf ki, Səhəndin də başında eynilə Mərənddəki kimi üç ağ zolaq əmələ gəlib”. “Əfi, bəsdir daha.
Qayıdaram vətənə, oturub bu mövzularda saatlarla danışarıq”. “Bu mövzularda? Mən daha bu
mövzularda danışmaq istəmirəm. Əlbəttə, tez qayıt, bizim çox ciddi söhbətlərimiz olacaq. Ancaq
tamam başqa mövzularda!” – dedi və telefonu söndürdü.
Porinin bədənini soyuq tər basmışdı. Əfi artıq uşağın ondan olmasını bilirdi, Səmoş nə iş görürdü,
başa düşmək olmurdu. Yəqin, uşağı fəxrlə Əfiyə göstərib, bax, deyirmiş, mənim də sənin ərindən
uşağım var. Bu qadını belə görürdü, sabah uşağı başqalarına da göstərib deyəcəkdi, baxın görün
Poriyə necə oxşayır? Əfinin ciddi söhbət deyəndə nəyi nəzərdə tutduğunu təxmin eləyirdi. Məlum
işdir, ciddi söhbətin mövzusu başının kəsilməsi olacaqdı. Arvadı ərinin ona xəyanətindən heç kim
xəbərdar olmadığına görə onu bağışlamışdı. İndi, bu xəyanət hamıya məlum olandan sonra Əfi ərinin
aldatdığı qadın səviyyəsinə düşməyi qəbul eləməyəcək, xəyanəti ona bağışlamayacaqdı. O da vətənə
qayıda bilməzdi. Vətənə gedən yolları üzünə birdəfəlik bağlanırdı. Elə yaxşısı, pul toplayıb Conini
vətənə yola salmaq, sonra da oturub Səmoşun yolunu gözləmək idi. Səmoş gələ bilməyəcəkdisə,
burda rus qızlarından biriylə evlənib, qalan ömrünü vətənin və Səmoşun həsrətiylə başa vuracaqdı.
Noyabrın sonunda işlərini qurtardılar. Pullarını almaq üçün iş icraçısının yanına getdilər. İcraçı isə
onları get-gələ saldı, bu gün verərəm, sabah verərəm deyir, amma heç nə vermirdi. Bir gün də
ayaqlarını yerə verib, pullarını almayınca otaqdan çıxmayacaqlarını deyəndə sanki divarlar aralandı
və beş-altı pəzəvəng girdi içəri. Bacardıqları qədər müqavimət göstərirdilər, hətta pəzəvənglərdən
ikisini vurub yerə də yıxa bildilər, amma bu qədər adama neyləyə bilərdilər? Onların müqavimət
göstərmələri pəzəvəngləri daha da quduzlaşdırmışdı, mitillərinə vurdular və qollarından yapışıb çölə
vıyıldatdılar.
Dedilər, gedin, sizə pul olmayacaq, amma sümüklərinizə yenə də əl gəzdirilməsini istəyirsinizsə,
buyurun, gəlin.
Pulları qəpiyinəcən qurtarmışdı. Hələlik işləri də yox idi. Nə ilə, necə dolanacaqdılar? Coni Olqadan
iyirmi manat borc aldı və yenidən iş axtarmağa başladılar. Şaxtalar düşmüş, küçələr donmuşdu.
Bütün günü donmuş küçələrdə dolaşır, iş axtarır, axşamlar isə evə ac, yorğun gəlib çıxırdılar. Olqa
ilə Darya vəziyyəti başa düşürdülər, onlara heç nə aldırmır, çörəyi, kolbasanı, arağı özləri alırdılar.
Birdən Porinin yadına Lena düşdü, qız ayrılanda telefon nömrəsini ona vermiş, nə lazım olarsa, mənə
zəng elə, demişdi.
Zəng elədi, Lena harda olduğunu soruşdu və dedi, uzağı nahara kimi ordayam. Sən dəmir yolu
vağzalında məni gözlə.
Doğrudan da dediyi vaxtda gəldi. Poriyə iki min dollar verib dedi, anamla biz sonradan sizə qarşı
haqsızlıq elədiyimizi başa düşdük. İşinizi vicdanla gördünüz, hamının xoşuna gəlir. Siz qonaqdınız,
sizin üçün nə lazımsa, biz almalıydıq. Ya da azından əvvəlcədən pivəni və siqareti öz pulunuza almalı
olduğunuz haqda xəbərdarlıq eləməliydik.
Porinin sevinci sonsuz idi, həm pula görə, həm də Lena ilə təzədən görüşdüyünə görə. Donmuş
perronda sevimli rus qızı ilə yanaşı gəzirdi. Qız bu gün daha gözəl görünürdü. İşləri düzəldiyinə,
pulsuzluqlarına son qoyulduğuna görə sevinsə də, bir azdan Lenadan ayrılacağını fikirləşəndə
qüssələnirdi.
– Mənə niyə elə baxırsan? – Lena soruşdu.


– Niyəsini bilmirsən? – pərt halda dedi.
– Nədir, burda qız tapa bilməyibsən? – qız güldü.
– Lena, mən səni istəyirəm.
– Problem deyil, amma harda?
Lena ona baxıb gülürdü. Bəxtin var imiş, gedək, deyə qolundan yapışıb arxasınca apardı. Vağzaldakı
inzibatçıdan qonaqların gecələməsi üçün nəzərdə tutulan otaqlardan birini aldı. Qapını açıb içəri
keçəndə səsgücləndirici ilə hansısa qatarın yola düşdüyü haqda məlumat verildi. O fərqində deyildi,
tezliklə Lenanı qucaqlamaq arzusundaydı, amma Lena ona tərəf dönəndə çaşıb qaldı. Qızın sifətində
qorxu ifadəsi var idi. “Mənim qatarım yola düşür”, – dedi və az qala qaça-qaça otaqdan çıxdı.
O da Lenanın arxasınca qaçırdı, Lena qatara çata bildi. O minən kimi də qatar yola düşdü. Qız öz
kupesinə keçmişdi. Sifətini, əllərini kupenin şüşəsinə yapışdıraraq onunla vidalaşır, gözlərini ondan
çəkmirdi. O isə qatarın arxasınca qaçır, əl eləyirdi. Heç olmaya qızı doyunca öpə bilmədiyinə görə
yanıb-yaxılırdı. Boş-boşuna danışır, gəzirdilər, onda ayıldı, onda da gec oldu.
Coni Lenanın ona iki min dollar verdiyini eşidəndə sevindi, dedi, gedirik vətənə. Yoxsa burda qalsaq,
bu pulu da xərcləyəcəyik.
O isə Əfi ilə telefon söhbətlərini xatırlayır, qəlb ağrısıyla dərk eləyirdi ki, vətənə qayıda bilməz,
qayıtsa, başını kəsəcəklər.
Birdən Coni ona baxıb qaşlarını heyrətlə çatdı, sənə nə olub, dedi, heç yerdən bu qədər pul almışıq,
səninsə qaşqabağın yer süpürür.
Pori kədərlə gülümsədi:
– Lenadan ayrılmışam, ona görə, – dedi. – Yəqin, qürbətçilikdəndir, indi kimdən ayrılıramsa, məni
kökümdən silkələyir. Elə darıxıram, elə bil gəmilərim dəryada qərq olub.
– Sən də söz başladın, – Coni güldü, – mən heç öz arvadımdan ötrü darıxmıram, qalıb hansısa rus
qızından ötrü darıxam. Sən elə əvvəldən ürəyiyuxa idin.
Pori qüssəylə düşünürdü, ona qalarsa, heç mən də öz arvadımdan ötrü darıxmıram, amma sənin
arvadından ötrü darıxıram, həm də çox darıxıram!
Axşam Nahid adlı dostları gəlib dedi, əla iş tapmışam, səkilərin buzunu, qarını təmizləyəcəyik, yaxşı
pul verirlər. Çox yox, bircə ay işləyək, sonra da birlikdə çıxıb gedək.
Bu qədər gözləmişdilər, indi işin tapıldığı vaxtda gedə bilməzdilər, razılaşdılar və səhərisi işə
başladılar. Çətin iş idi, amma Nahid deyən kimiydi, yaxşı pul verirdilər, iş icraçısı gəlib işlərinə
baxır, hər üç gündən bir pullarını verirdi.
Son günlər Pori Səmoş üçün daha çox darıxırdı. Səmoş ərindən boşanıb onun yanına gələcəyini
deyirdi, amma bunun bir müsəlman ölkəsində, insanların hələ köhnə dəyərləri və inancları qoruyub
saxladıqları əyalət şəhərində mümkünsüz olduğunu da başa düşürdü. Səmoş Conini, öz qohumlarını,
Coninin qohumlarını qarşısına alıb bunu eləyə biləcəkdimi?
Bir dəfə Daryaya dedi, Darya, mən vətənə qayıtmasam, əbədilik burda qalmaq istəsəm, mənimlə
evlənərsənmi? Darya heç düşünmədən başını yırğaladı. “Yox, mən münasibətlərimizin bir-birimizlə
sənin dediyin kimi mənalı vaxt keçirməkdən o tərəfə aşmasını heç vaxt istəmərəm. Qarşıda ciddi
planlarım var, hisslərə qapılıb özümü, həyatımı əyləncələrə qurban verə bilmərəm”. “Darya, sən
bizim aramızda olanların ancaq əyləncəmi olduğunu düşünürsən?” “Bəs sən necə düşünürsən?
Yeniyetmə bir tələbə qızın evli, oğlu da olan cavan bir kişiylə sekslə məşğul olması əyləncə deyilsə,
bəs nədir? Əlbəttə, bu da lazımdır, amma qabağını kəsməyə, cəmiyyətdə, həyatda mövqe qazanmağına
mane olmaya. Mən institutu qurtarandan sonra təhsilimi Moskvada davam elətdirmək istəyirəm.


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   122   123   124   125   126   127   128   129   ...   142




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə