İSTİ VƏ soyuq torpaqlarda



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə130/142
tarix10.11.2017
ölçüsü4,8 Kb.
#9616
1   ...   126   127   128   129   130   131   132   133   ...   142

olmayanda onu kimin yanında qoyacaqsan? Sənə bir söz də deyəcəyəm, bacımın ili çıxmamış
evlənsən, bu, bacıma və bizə qarşı hörmətsizlik olar. İlindən sonra haçan istəsən evlənə bilərsən.
Pori hirsləndi, indi belə söhbətin yeriydimi? Evlənən kimdir? Bacısını itirib, cavan qadın dünyasını
dəyişib, bunu düşündürən isə lənətə gəlmiş başkəsənlərin hörməti, izzətidir. Amanın günüdür, birdən
yeznə evlənər, namımıza ziyan dəyər, hörmətdən düşərik. Özüm bilərəm, kimlə evlənərəm, harda
evlənərəm, hər halda gəlib sizdən icazə alası deyiləm. Özünü saxlaya bilməyib dedi:
– Siz indi bu söhbətlərin zamanı olduğuna əminsinizmi?
– Zamanı olmadığına əminəm, – böyük qaynı dedi, – amma yelqovanların elə də dərin
düşündüklərinə əmin deyiləm. Ona görə xatırlatdım.
Şəhərə Coninin əmisi oğlunun maşınıyla qayıdırdı. Yol boyu ancaq Səmoş haqda, onu görmək haqda
düşünürdü. Səmoşu gördüyü ilk andan etibarən Səmoş Əfini vurub onun həyatından çıxartmışdı.
Sadəcə olaraq Əfi Səmoşun əvəzedicisi olmuşdu. Əvəzedici artıq yox idi, əsli qalırdı.
Şəhərdə evinin qapısını açıb içəri keçəndə onu kimsəsizlik dolu kədərli bir hava vurdu. Hər yerdə
səliqə-sahman hökm sürürdü. Hər yerdə Əfinin əlinin səliqəsi, istiliyi, təması duyulurdu. Hər şey öz
yerində, hər şey əl altında. Arvadının ölümünə az qala sevinməsinə görə bu xəbəri eşidəndən bəri ilk
dəfə olaraq özünə hədsiz acığı tutdu, xəcalət çəkdi. Arvadının onun qarşısında günahı yox idi, arvadı
ona yox, o, arvadına xəyanət eləmişdi. Özünə nifrət eləyirdi, qəlbindəki insanlıq ölmüşdü, ona xoş
olsun, sıxıntılardan qurtarsın deyə onun üçün bunca əzab-əziyyət çəkmiş, ona çoxlu xoş anlar
yaşatmış, oğul doğmuş bir qadının ölümünə sevinirdi.
Artırmadakı qaz sobasını yandırdı, yolun o tayındakı marketə gedib pendir, pomidor, yumurta, acı
bibər, təndir çörəyi aldı. Sumax, sarımsaq da almaq istəyirdi, Rusiyətdə ən çox bunlar üçün
darıxmışdı. Bir dəfə Coni sumax, sarımsaq almış, çayxanada sobanın üstündə kartof bişirmişdi.
Sarımsağı sumaxa batırır, duz vurur, kartofla yeyirdilər. Ləzzəti heç vaxt damağından getmirdi. Amma
onda Əfi buna kəskin reaksiya vermişdi. Bu gün də yəqin Səmoşla görüşəcəkdi, Səmoş iylərə qarşı
Əfi kimi həssas olmasa da, sarımsaq iyini xoşlamayacağı məlumdu. Sarımsaq, sümax almaqdan vaz
keçdi.
Evə gəlib pomidor, yumurta çığırtması bişirdi. Getmək ərəfəsində aldığı və içməyə macal tapmadığı
tut arağı da soyuducuda idi. Artırmadakı masanın üstündə süfrə açdı. Yeyir, balaca qədəhə tünd
araqdan süzüb içirdi.
Pəncərədən həyətə baxırdı, çəpər boyu cərgə ilə düzülmüş şam ağaclarının hüznlü görkəmi var idi,
həyətdəki qara daşların üzəriylə külək xəzəl yarpaqlarını qovurdu. Rusiyada dondurucu şaxtalar
düşmüşdü, burda isə ağaclar hələ indi yarpaqlarını tökürdü, havalar da mülayim idi. Bircə qış küləyi
çovuyur, hər yerə soxulur, baş vurur, sanki hamıya və hər şeyə tezliklə qışın gələcəyi xəbərini verirdi.
Ayağa qalxıb yataq otağına keçdi. Divara vurulmuş xalçanın üstündən onun Əfiylə çəkdirdiyi toy şəkli
olan çərçivə asılmışdı. Əfi şəkildə gülümsəyirdi, amma təbəssümünün arxasından solğun, acı bir
kədər boylanırdı. Bu kədər onu sıxdı, ağrıtdı. Çərçivəni xalçanın üstündən götürdü, açıb şəkli
çıxartdı. Bu şəkli də, evdə Əfiylə olan bütün şəkillərini də balaca bir qutuya yığıb, ağzını yapışqan
lentlə möhkəmcə bağladı. Qutunun üzərinə “Səhənd üçün” yazıb, paltar dolabının üstünə qoydu. Əfi
özü getsə də, şəkillərini saxlamalıydı, nə vaxtsa Səhənd ondan anasının şəkillərini istəyə bilərdi.
Onun qayıtdığını eşidən qonşular, Coninin əmisi uşaqları, əmisi arvadları, Səmoş da dil-ağız eləmək
üçün gəlmişdilər. Səmoşu görəndə yenidən ürəyi şiddətlə çırpınmağa başladı. Bu adamların burdan
yox olub getmələri, təkcə Səmoşla ikisinin qalması üçün nələr verməzdi! Səmoş oğlunu da gətirmişdi.
Pori uşağın başındakı üç ağ zolağa baxdıqca heyrətlənirdi. Bu uşaq, Əfi demiş, onun uşaqlığının


surəti idi, bu uşaq onun öz oğlu imiş! Dostunun arvadından olan oğlu.
Heç nə başa düşə bilmirdi, axı bu adamlar çoxu yasa gəlmiş, ona başsağlığı vermişdilər. Yenə niyə
gəlmişdilər? O dincəlmək, tək qalmaq, Səmoşla baş-başa olmaq istəyirdi. Di gəl, imkan vermirdilər.
Adam, nəyimə lazımmış sizin dil-ağızınız? Sizin iş-gücünüz yoxmu? Vızqırdın gedin işinizin
dalısınca! Görürsən nə olacaq, gəlib mənə özcə evimdə baş sağlığı verməsəniz, gecə gözümə yuxu
getməyəcək!
Səmoş qəhvədanı qaynadıb çay dəmlədi, cavanlar gələnlərə çay verdilər. Adamlar çaylarını içir,
onda igrah doğuran ah-vayla Əfinin ölümünə heyfisləndiklərini deyir, sonra da çaylarını
hortuldadırdılar. Yanıb-yaxılırdı, a kişi, siz niyə heyfislənirsiz? Sizə nə? Allah xatirinə, durun, basın
bayıra! Yoxa qoşalüləni gştürüb qatacağam sizi qabağıma! Onda biləcəksiz niyə, ən başlıcası isə nə
vaxt heyfislənmək lazımdır! Nəhayət adamlar dağılışdılar, Səmoş yarımçəkmələrinin bağını bağlamaq
bəhanəsiylə arxaya qaldı, adamların bir qədər uzaqlaşdıqlarını görüb, gözlə, dedi, qoy duzəkənlər
getsinlər, gələrsən.
Artırmada oturub çay içir, Əfi, məni bağışla, başını yırğalayaraq deyirdi, mən səni sevirdim, lap çox
sevirdim, amma Səmoşu görənə qədər. Səmoşu görəndən sonra bir-birimizə olan sevgimiz bir yerdə
yaşamağa, həyatın, yaşamağın qayğılarını bölməyə məcbur olan iki nəfərin bir-birinə olan sevgisiydi.
Bəlkə sənin də həyatında başqa bir kişi var imiş, bunu hər halda mən bilmədim. Doğrudur,
başkəsənlərin qadınlarının həyatında anadan olduqları gündən ölən günə kimi yalnız bir kişi olur.
Amma mən həyatda hər şeyin ola biləcəyinə inanıram. Sən bütün sirlərini özünlə apardın. Sənin yox
idisə də, mənim həyatımda sənə qədər də qadınlar oldu, səndən sonra da.
Bir az da gözləyib ayağa qalxdı. Onu gizli qüvvə ilə özünə tərəf çəkən evə doğru gedirdi. Bu ev
həmişə onu özünə cəzb eləmişdi. Bir vaxtlar Gülyaya görə bu evə gedirdi, indi də Səmoşa görə.
Səmoş özünün Gülyaya oxşadığını düşünürdü, ona belə demişdi, amma onun fikrincə Səmoşla Gülya
arasında xarici görünüşlərinə görə oxşarlıq yox idi, yalnız yataqda bir-birlərinə oxşayırdılar.
Səssizcə, ehtirasla gülmələri ilə, arxaları üstə çarpayıya uzanmaları, seksdən sonra yorğun
təbəssümlə gülümsəmələriylə də bir-birlərini xatırladırdılar.
Qapını açıb pillələrlə yuxarı qalxanda Səmoş otaqdan çölə çıxdı. Artırmada dayanmışdı, gözləri
geniş açılmış halda ona baxırdı, dodaqları titrəyirdi, sifətinin qanı qaçmışdı, mavi gözlərində coşqun
sevinclə kədər bir-birini əvəzləyirdi. İndiyə qədər rastına çıxan bütün qadınlardan daha çox sevdiyi
qadına yaxınlaşdı, gücsüz, zərif çiyinlərindən yapışıb özünə sıxdı. Səmoşun başı onun çənəsinin
altındaydı, qəşəng burnu sinəsinə söykənmişdi. İsti nəfəsi sinəsində gəzirdi, bir müddət beləcə
dayandılar. Qadının xoş qoxu gələn saçlarından, boynundan öpürdü. Sonra qadını bir az özündən
araladı, balaca, incə əllərindən yapışdı, ehtiras yağan dodaqlarından, qəşəng burnundan öpdü.
Köynəyinin üst düymələrini açdı, balaca döşlərini yaxasından çölə çıxartdı, ovuclarının arasına alıb
sıxır, öpürdü. Sonra da qucağına götürüb yataq otağına apardı.
Bu soyuq qış gecəsi qadının isti bədəni onu alov kimi yandırırdı. Günləri yox, az qala saatları sayıb
bu anı gözləmişdi. Gözlədiyi an gəlmişdi. Sevdiyi qadın onundu, yenidən birlikdəydilər. Səmoş
əvvəlki tək qızğın, ehtiraslı idi, onu öpüşlərə qərq eləyir, özünü onun ixtiyarına verməyə tələsirdi. Bu
doğma, isti, arzulanan elastiki bədən onun əllərinə, ayaqlarına tabe olaraq istənilən vəziyyəti alır,
onun daha çox həzz almasına çalışırdı.
Səmoş deyirdi, oğlunu gördünmü? Sənsə mənə inanmırdın. Eynilə sənə oxşayır, böyüyəndən sonra,
qorxuram, sizi bir-birinizdən ayırmaq olmaya. Bu səy duzəkənlər isə deyirlər, guya yerikləyəndə
mənə nəsə veribsən, ona görə uşaq sənə oxşayır. Həmişə səyliklərinə görə bu adamlardan zəhləm


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   126   127   128   129   130   131   132   133   ...   142




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə