İSTİ VƏ soyuq torpaqlarda



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə133/142
tarix10.11.2017
ölçüsü4,8 Kb.
#9616
1   ...   129   130   131   132   133   134   135   136   ...   142

qulaqlı papaq, keçə çəkmələr belə onları soyuqdan qoruya bilmirdi. Coni deyinirdi, belə havalarda
atam deyərdi ki, indi qaban da çölə çıxmaz. Haqlıymış, sən bir qaban olsan, belə havada meşədəki
isti yuvanda, ağac koğuşunda, külək, qar tutmayan pöhrəlikdə, quru, isti xəzəllərin üzərində uzanıb,
başını da pəncələrinin üzərinə qoyub mışıl-mışıl yatarsan, ya yuvandan çıxıb sümüklərini lənətə
gəlmiş şaxtanın, küləyin qabağına verərsən? Əlbəttə, yatarsan! Ətrafında külək yalquzaq kimi ulayır,
şaxta kəsib tökür, qırov bağlamış budaqlar şaxtadan çatırdayır, sənsə istidən həzz alırsan, xəzəl
qoxulu, meşə qoxulu isti havanı ciyərlərinə çəkib keflə yatırsan.
Nahid dilxor olub dedi, elə danışdın, lap qabanlara həsəd apardım. Burdan gedən kimi ilk işim qışda
meşəyə gedib, orda bir ağac koğuşunun içinə xəzəl döşəyərək koğuşda yatmaq və sənin dediklərini
xatırlamaq olacaq.
Coni kədərlə gülümsədi. Sənin ağlın yoxdur, dedi, meşəyə niyə gedirsən? Öz evində soba yoxdurmu?
Doldur sobanı palıd, fıstıq odunuyla, çatırtı ilə yansın. Sən də sobanın dibinə at qoyun dərisini, uzan
üstündə.
Gəlib iş yerinə çatdılar, iş icraçısından belləri, lingləri, arabaları alıb işə başladılar. Linglə vurub
buzu sındırır, yolun, səkinin qarını kürüyüb atırdılar. Bir az işləyəndən sonra Coni Nahidi araq
almağa göndərdi. Tez gəl, dedi, bəlkə canımızı araq qızdırdı.
Nahidin gəlməyi gec çəkdi, dodağı partlamış, gödəkcəsinin yaxası qandan qızarmışdı. Dili söz
tutmurdu. “ Dükandan bir şüşə araq alıb çıxdım. Həyətdə bir bölük qırxıqbaş vardı, düşdülər üstümə.
Polis özünü yetirməsəydi, öldürəcəkdilər. Bizimkiləri harda görürlərsə, döyürlər”. “Nəyə görə
döyməlidirlər, – Coni hirslənmişdi, – neyləmişik onlara? Oturublar isti evlərində, küçələrini süpürür,
qardan təmizləyirik. Gör sənə nə deyirəm, həftənin axırı pulumuzu alan kimi çıxıb gedirik. Mən burda
qar təmizləyib, buz sındırıncan, vətəndə şərəfsiz qəlyançəkənlərin çörəyini belə yeməyə hazıram”.
“Sən onlara niyə şərəfsiz deyirsən? – Nahid gözlərini döyürdü. – Sənin qohumların deyillər?”
“Adamlar şərəfsizdilərsə, mənim qohumumdular deyə onlara şərəfli deməliyəm? Lap elə dedim,
dönüb şərəflimi olacaqlar? Adama bir oturuma bir samovar çay içirlər, amma bircə dəfə gəlib bizim
çayxanada çay içmədilər. On qəpik xeyir vermədilər. Amma başkəsənlərlə yelqovanlar şəhərə
gəldilərmi, bizim çayxanada çay içməmiş getməzdilər”.
Coni özü getdi araq almağa, tez də qayıdıb gəldi. Araq almışdı, deyirdi, hamının qaşqabağı yer
süpürür, elə bil yemişik, bunlara verməmişik. Gör sənə nə deyirəm, gedək burdan, ac da olsaq, öz
evimizdə olaq.
Arağı ayaq üstəcə içir, üstündən heç nə yemirdilər, şaxta, soyuq, qar dumanı arağın acılığını hiss
eləməyə mane olurdu. Soyuqdan, şaxtadan ən çox Nahid şikayətlənirdi. Coni də üşüyürdü, amma
sınamışdı, nə qədər çox şikayətlənirsə, bir o qədər də çox üşüyürdü. Ona görə də Nahid kimi
hisslərini büruzə vermirdi. Nahidə deyirdi, kənddə olanda meşəbəyi meşədən qış uzunu bizə bəs
eləyəcək qədər odun gətirməyə icazə verməzdi, pulumuz da yox idi əlavə odun alaq. Ona görə də
qışda oduna qənaət eləyərdik, gecə soba keçdimi, daha sobaya odun qoymazdıq. Yorğanı başımıza
çəkib yatar, nəfəsimizlə bir-birimizi qızındırardıq. Bir pişiyim var idi, mən yorğanın altına girən kimi
gəlib sinəmin üstündə yatar, balaca bədəniylə məni qızındırardı. Onun xəzli, yumşaq, isti bədənindən
bədənimə istilik axar, mən qardaşlarım kimi üşüməzdim. İnanmayacaqsan, indi də üşüdümmü,
pişiyimiz yadıma düşür, sinəmdə o istiliyi hiss eləyir qızınıram. Nə qədər üşüsəm də, şaxta necə
kəssə də, bədənim hər yeri üşüsə də, sinəmin üstü, pişik yatan yer isti olur. Anam evdə pişik
saxlamağa icazə verərdi, amma arvadlarım icazə vermədilər. Qəlyançəkənlərin pişiklərə, quşlara
qarşı allergiyaları var.


Bu gün şaxta dözülməz olduğundan işdən tez çıxdılar. Şamdan sonra yenə də Nahid yerlilərinin yanına
getdi, o isə qərarsız idi, Olqa sabah gələrsən, ərim evdə olmayacaq desə də, getmək istəmirdi. Amma
qadın onu maqnit dəmiri cəzb eləyən kimi cəzb eləyirdi.
Qapı döyüldü, Darya idi, Porini soruşurdu:
– O qayıtmayacaq?
– Bilmirəm, – Coni dedi.
– Səninlə danışmır?
– Danışır, amma…
Birdən Coni ağlına gələn fikirdən dirçəldi. Daşa, dedi, bilirsən nə var, Porinin qayıdacağına
inanmıram. Amma sən niyə onun fikrini eləyirsən? Mənim dostum var, bizim otağa gəlib-gedən,
Nahid, bəlkə də görübsən, yaxşı oğlandır. Bəlkə səni onunla tanış eləyim?
Qız qapının ağzında dayanmışdı, çəkmələrini çıxartmadan içəri keçdi, gözləri alışıb-yanırdı. Coninin
qarşısında dayandı və heç gözlənilmədən Coniyə necə bir şillə vurdusa, Coninin qulaqları cingildədi.
Coni dayanıb heyrətlə yanaqları pul kimi qızarmış, gözlərindən alov saçılan rus qızına baxırdı.
Həyatında ikinci dəfəydi, qadın ona əl qaldırırdı, amma o özünə xas olan tərzdə cavab vermirdi. Bu
qıza əli qalxmadı.
– Əclaf! – Darya dedi və çıxıb getdi.
Pərt oldu, dilxor halda aşağı düşdü. Olqa süfrə açmışdı, kolbasa doğramış, süfrəyə meyvə, araq
qoymuşdu. Araq içir, söhbət eləyirdilər. Ona qulaq asan Olqa təəssüflə başını yırğalayırdı. “Bu,
rusların işi deyil, bizim qaralarla nə işimiz? Rusları düşünən olsalar, qaraları döymək, qovmaq
əvəzinə, rus millətinə sahib çıxardılar. Yeniyetmə rus qızları dünyanın hər yerinə səpələnib özlərini
satmaqla pul qazanmazdılar. Biri mən, ərim mənə sahib çıxsa, maaşını alan kimi həftələrlə yoxa
çıxmasa, yanımda olsa, səni yaxına da buraxmazdım. Sizin ölkəniz də sizə sahib çıxandan sonra
buralarda nə işiniz, öz küçələrinizi təmizləyəcək, öz evlərinizi tikəcəksiniz”.
Birdən Olqa güldü: “Bilirsən, – dedi, – burda millətin xarakteri də rol oynayır. Məsələn mən, əlimə
bel götürüb küçələrin qarını təmizləməkdənsə, Afrikaya gedib bədənimi satmağa daha çox üstünlük
verərəm. Bir lətifə yadıma düşdü, qız gəlir keşişin yanına, deyir, müqəddəs ata, mənə iki nəfər
evlənmək təklif eləyir, biri oğrudur, biri də manyak. Hansıyla evlənim? Elə bu vaxt keşişi çağırırlar,
çölə çıxır. Keşişin arvadı qıza deyir, mən bilmirəm müqəddəs ata sənə nə deyəcək, ancaq mənə
qalarsa, mən bir dəfə soyulmaqdansa, iki dəfə zorlanmağa razıyam”.
Səhərisi şaxta bir az da güclənmişdi, qurğuşun rəngli səma elə bil evlərin damları üstə çökmüşdü.
Gəlib balaca köşkdən onlara belləri, lingləri verən iş icraçısı işlərindən narazı qalmışdı. Belə getsə,
ayın axırına kimi bu küçəni təmizləyə bilməyəcəksiniz. Mən sizə pulu işinizə görə verirəm, ortada isə
iş yoxdur.
Həftənin axırında pullarını almalıydılar, ona görə də Coni bu adamın cavabını verə bilmirdi.
Ürəyində isə: “Az qalıb, – deyirdi, – biz gələn həftə burda olmayacağıq. Onda sənin üçün bu küçələri
daha zirək adamlar təmizləyər, ortalıqda da iş olar”.
Axşam yenə də zəng eləyib Səmoşla danışdı. Əlavə söz-söhbətə əsas verməmək üçün ayıq-sayıq
olmağa çalışırdı, Səmoşun vəziyyətini soruşur, oğlunu xəbər alırdı. Sonda qonşulaqdakı qocanı
soruşdu. Səmoş dedi ki, qoca sənin gördüyün kimi yaşayır, ehsan yeyir, arada da uçub bazara gedir,
balqabaq alıb taksiylə evə gətirir. Balqabaq şirəsi içib, ağacların arasıyla ora–bura qaçır. “Yəni
ölmək haqda düşünmür?” “Düşünmür, – Səmoş dedi, – məncə yaşamaq haqda düşünür. Başqa şey
haqda da düşünür, amma deyib qanını qaraltmaq istəmirəm”. “Əlbəttə, yaşamaq haqda da düşünəcək,


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   129   130   131   132   133   134   135   136   ...   142




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə