İSTİ VƏ soyuq torpaqlarda



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə135/142
tarix10.11.2017
ölçüsü4,8 Kb.
#9616
1   ...   131   132   133   134   135   136   137   138   ...   142

 


XXXII. Məni çobanyastığı aldatdı
 
 
Sən soyuq rus çölündə ölüm ayağında çağıracaqsan, ey, mənim tayfamın adamları, gəlin, məni öz
torpaqlarımıza aparın. Orda, öz ata-babamın yanında dəfn eləyin.
Bir vaxtlar səni də beləcə çağırdılar, getmədin. Sənin də səsinə səs verən, arxanca gələn olmayacaq,
yad adamlar səni soyuq və yad torpaqda basdıracaqlar.
 
***
Rusiyaya qayıtmamağa qərar verən Pori özünə iş axtarmağa başladı. “Dağ çiçəkləri” çayxanasına
getdi. Onu görən çayxana sahibi çox sevindi. Nə yaxşı gəldin, dedi, yoxsa mən sizdən ümidimi
vurmuşdum. Özüm işlədə bilmirdim, istəyəni çox olsa da, başqasına icarəyə vermək istəmirdim.
Götür, işlət, kirayə haqqını da yarıya endirirəm.
Pori dərhal işə başladı, bu onun sevdiyi iş idi, qazancı nə qədər az olmuş olsa da, Rusiyanın qarlı-
buzlu şəhərində, qan donduran şaxtada küçələrin qarını, buzunu təmizləməkdən dəfələrlə yaxşı idi.
Bazara gedib çoxlu çöl çiçəkləri, dərman otları aldı. Yenidən müştərilərə dağ çiçəkləri çayı təklif
eləməyə başladı. Belə görünür, müştərilər də dağ çiçəklərinin, ətirli otların çayı üçün
qəribsəyibmişlər, ya da onun Rusiyaya gedib-qayıtmasını gözləyirmişlər, indi çayxanada qələbəlik
olurdu. Təkbaşına çatdırmayacağını görüb iş axtaran bir dul qadını da işə götürdü. Qadın stəkan–
nəlbəkini, qab–qaşığı yuyur, tezdən gəlib çayxananı silib-süpürür, içəridə səliqə–sahman yaradırdı.
Gecələr Pori evə yorğun gəlsə də, sevinci sonsuz olurdu. İndi donmuş küçənin buzunu necə
təmizlədiklərini xatırlayanda əti ürpəşirdi.
İşdən qayıdır, yuyunub şam eləyir, Səmoşun yanına gedirdi. Qadın, bir qayda olaraq, onu sonsuz
sevinclə qarşılayırdı. Onu bu evə çəkən təkcə Səmoş deyildi, Mərəndə elə alışmışdı ki, səbirsizliklə
uşağı görməyə can atır, sevdiyi qadından olan oğlunu görəndə bütün yorğunluğu çıxırdı. Uşaq
sevinclə qışqırıb qabağına qaçır, onu sual yağışına tutur, yatana kimi onunla müxtəlif oyunlar
oynayırdı. İşdən tez qayıdanda Mərənd qaçıb onun yanına gəlirdi, gizlənqaç oynayır, həyətdə gəzib-
dolaşır, çöl quşlarına dən səpir, həyətə gələn qonşu pişiklərə yem verirdilər. Bəzənsə yuxuya gedib
yatır, uşağı aparmaq üçün Səmoş gəlirdi. Qadın gecə yarısına kimi onunla qalır, yalnız dan yeri
söküləndə uşağını da götürüb gedirdi. Təkcə öz oğlu olduğuna görə yox, həm də sevdiyi qadının oğlu
olduğuna görə uşağa çox bağlanmışdı.
Səmoş ona deyirdi, böyüdümü, ağlı kəsdimi, uşağa həqiqəti deyəcəyəm. Qoy atasının kim olduğunu
bilsin. Nəyə görə yad adama ata deməlidir? Elə ciddi, qəti şəkildə deyirdi ki, o etiraz eləyə bilmirdi
və düşünürdü, nə olacaqsa, qoy olsun, hər şeyi zamanın axarına buraxmaq lazımdır.
Cümə axşamı çayxananı Coninin əmisi oğluna tapşırıb başkəsənlərin kəndinə getdi. Bu gün də xeyli
qonaqlar gəlmişdi, həyətdə yenə də çadırlar qurulmuşdu. Ehsandan sonra qəbiristanlığa getdilər,
molla “Yasin” surəsini oxudu və camaat salavat deyib dağılışdı.
Qayıdanda oğlunu da gətirmək istəyirdi. Onu özü saxlamalı, böyütməliydi. Uşağı başkəsənlərin
ümidinə qoya bilməzdi. Yoxsa böyüyüb o da başkəsən olacaqdı.
Qayınanası etiraz eləyirdi, bu qadının onsuz da onu görən gözü yox idi, qızının ölümündən sonra isə
ona az qala düşmən kimi baxırdı. Sanki maşını buzlu yoldan sürüşdürüb qızını öldürən hansısa naşı
sürücü yox, o imiş.


– Uşağı aparıb harda saxlayacaqsan? Sən işdə olanda ona kim baxacaq? Kimin ümidinə qoyacaqsan?
– Gündüzlər bağçaya qoyaram, – o da cavab verirdi, – işdən çıxanda gedib götürərəm. Uşaq oxumalı,
təhsil almalıdır.
– Oxusun da, – qayınanası hirslə dedi, – bizim kənddə də məktəb var.
– Mən onun başkəsənlərin məktəbində yox, sivil məktəbdə oxumasını istəyirəm, – dedi və başını
qaldıranda qaynının qəzəb saçılan baxışlarını öz üzərində hiss eləyib, qırmızı cizgini keçdiyini başa
düşdü, bununla belə, sözünü sona qədər dedi. – Başa düşmürəm, mən bütün bunları niyə sizinlə
müzakirə eləməliyəm? Mənim oğlumdur, onu harda oxutmaq mənim işimdir . Nədir, oğlumu mənə
vermək istəmirsiz? Baxın işinizə, yoxsa birbaşa məhkəməyə müraciət eləyəcəyəm!
Böyük qaynı ona baxır, başını yırğalayırdı, gözlərində sonsuz nifrət və qəzəb var idi. Sən, qorxaq
yelqovan, bizim tayfaya layiq deyildin, heç vaxt da layiq ola bilmədin! Bizim üçün yad, yabançı
biriydin, yad, yabançı birisi olaraq da qaldın. Olmaya sən düşünürsən, biz uşağı zorla atasından
ayıracağıq? Keçən dəfə sözümüzü dedik, sənsə qanmadın. Yelqovan olduğunu büruzə verdin, gəlib
arvadla çənə vurursan. Oğul sənindir, götür apar. Bizi qorxutmağa gələndə isə, ehtiyatlı ol. Biz
qorxmarıq, nə məhkəməsindən, nə də polisindən. O, yelqovanların işidir, polis adı gələndə
şalvarlarını batırarlar.
Başkəsənlərin acı tənələrini, tikanlı atmacalarını udmuş olsa da, nənəsinin uşağa ondan daha yaxşı
baxacağını başa düşürdü. Uşaq da getmirdi axı, zorla necə apara bilərdi? Başkəsənlərdən zəhləsi də
getsə, yaxşı bilirdi ki, oğlu onunla getmək istəsəydi, heç biri uşağa mane olmayacaqdı. Başqa neyləyə
bilərdi? Məcbur qalıb şəhərə tək qayıdası oldu.
Səmoş yanındaydı, həyatının ən gözəl, xoşbəxt günləriydi. Yalnız arada Coni gələndən sonra
vəziyyətin necə olacağını xəyalında canlandırır, təşvişə düşürdü. Onu təşvişə salan Coninin nədənsə
duyuq düşəcəyi, aralarında düşmənçilik başlayacağı yox, Səmoşdan uzaq qalacağı, hər gün görüşə
bilməyəcəyi idi. Səmoşun Conidən boşanması da asan olmayacaqdı.
Yolu yarı eləmişdilər, yağış başladı. Taksidən düşüb həyətə keçənə kimi üst-başı islandı, yağışın şam
ağaclarını çimizdirməsinə, yağış sularının həyətə döşənmiş qara daşların üzəriylə köpüklənərək
axmasına baxdıqca yaddaşında ötən illərin xatirəsi canlanırdı. Belə yağışlı gündə evə gəlmiş, həyətdə
yağışın altında dayanmış Səmoşu görmüşdü. İslanıb bədəninə yapışmış xalatında Səmoş necə də
gözəl görünürdü!
Pilləkəni qalxıb əlində dəsmal artırmada dayanmış, şirin təbəssümlə gülümsəyən Səmoşu görəndə
gözlərinə inanmadı, qəlbi sevinclə çırpınır, özünü dünyanın ən xoşbəxt adamı hesab eləyirdi. Səmoş
onun başını sinəsinə qoyub dəsmalla qurulamağa başladı, paltarlarından pillələrə su axır, hər iki
yanağında qadının isti döşlərinin təmasını hiss elədikcə yağışın soyutduğu bədəninə sanki yandırıcı
alov axır, bədəni od tutub yanırdı. Səmoş onun bütün paltarlarını, islanmış şortikini belə çıxartdı və
bədənini qurulayandan sonra evdən onun üçün isti paltarlar gətirdi.
Geyinib pəncərənin qabağındakı masanın arxasına keçdi, Səmoş çay, mürəbbə və peçenye gətirdi.
Çay içir, pəncərədən əyalət şəhərini yuyub təmizləyən yağışa baxırdılar.
Səmoş sözlü adama oxşayırdı, birdən başını yuxarı qaldırıb onun gözlərinin içinə baxdı və dedi, Pori,
mən hər şeyi, Mərəndin atasının sən olduğunu Coniyə dedim. Məncə, o da həqiqəti bilməlidir..
Pori ona haqq qazandırdı, düz eləyibsən, gec-tez onsuz da biləcəkdi. Bizə hirslənəcək, amma olan
olub. Fakt qarşısındayıq, haçana kimi gizlədəcəyik?
Səhər tezdən isə Olqa Poriyə zəng eləyib Conini dazbaşların öldürdüyünü dedi. Dedi, əgər onu
aparıb öz torpağınızda dəfn eləmək istəyirsinizsə, tez gəlin. Vaxtında gəlməsəniz, kimsəsizlər


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   131   132   133   134   135   136   137   138   ...   142




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə