İSTİ VƏ soyuq torpaqlarda



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə14/142
tarix10.11.2017
ölçüsü4,8 Kb.
#9616
1   ...   10   11   12   13   14   15   16   17   ...   142

aparırdı, sanki aralarında heç nə olmamışdı, elə şəstlə “bacanaq”, Minayə isə “yeznə” deyirdi ki,
başında tükləri vız dururdu. Ən çox da Minayəyə hirslənirdi. “Alçaq qadın, bu necə olur, dünənə
qədər ərin idim, indi yeznən oluram?”
Bilo Moskavadan qayıdan kimi də rayon mərkəzinə köçdü, pulu çox idi, şəhərin mərkəzində ev,
dükan aldı. Ərzaqdan, paltardan tutmuş, tikinti mallarına qədər hər şeyin satışı ilə məşğul olurdu.
Coni kənddə Bilosuz qala bilməyəcəyini deyərək evini-eşiyini, mal-qarasını sataraq, o da rayon
mərkəzinə köçdü. Porinin köməyi ilə Gülyanın evini aldı, anası da onun yanına köçdüyündən qız
çoxdandı evini satlığa qoymuşdu. Evin ətrafındakı tikililəri – tövləni, samanlığı sökdürdü. Bircə
qırmızı kərpicdən tikilmiş toyuq hininə toxunmadı.
Conigil şəhərə köçdükləri günün səhərisi bir dəstə qarğa uçub gəldi, həyətdəki qovaq ağaclarında
özlərinə yuva qurdular və həyətin daimi sakinləri oldular.
 


IV. Bahar
 
 
Bahar qaranquşlarıyla, ilıq küləkləriylə, mavi sularıyla, yaşıl rəngləriylə gəldi. Amma ördəklər
gəlmirdi, gölün sahilinə qaçıb göldə üzən ördəkləri görməyəndə hədsiz qüssələnirdi. Sonda yenicə
göyərməyə başlayan təpəyə qalxıb oturdu, gözlərini üfüqlərə qovuşan göylərə dikdi.
Qardaşı ondan soruşdu:
– Burda neyləyirsən?
– Köçəri quşları gözləyirəm, – dedi, – şimaldan uçub gələcəklər.
 
***
Qobi gəlib yolayrıcına çatanda günəş cənubdakı təpələrin arxasına əyilirdi. Payız yağışlarından sonra
təpimiş yolla addımlarını yeyin atır, qaranlıq düşməmiş kəndə çatmaq istəyirdi. Harda qalası olsa, ilk
işi isti suda doyunca yuyunmaq, paltarlarını dəyişib üzünü qırxmaq olacaqdı. Sonra çay dəmləyib
içəcək, odun sobasının yanında uzanıb doyunca yatacaqdı.
Nəhayət, döyüşçünün dediyi kəndə çatdı. Qarşısına çıxan ilk qapını döydü. Orta yaşlı bir kişi çıxdı,
onu heyrətlə süzürdü.
– Kimsən? – kişi ondan soruşdu.
– Qonağam.
– Üst-başında bit var?
– Nə?
– Bit.
– Siz qonağı beləmi qarşılayırsınız?
– Biz qonağın üstündə bit olub-olmadığını bilmək istəyirik. Varsa, qarşılamırıq.
Qobi özünü itirmişdi. Artıq axşam düşürdü, kişiyə sərt cavab verərdisə, kəndin yaxınlığındakı
meşəyə gedib orda gecələməli olacaqdı. Yaxınlıqda başqa kənd, yaşayış məskəni yox idi. Neçə
illərdi həsrətini çəkdiyi yuyunmaq, isti, təmiz yataqda yatmaq xəyalları boşa çıxacaqdı.
Kişi elə bil onun halını başa düşdü, sən nahaq inciyirsən, dedi, cəbhədən qayıdanların üst-başı bit
olur. Gərək paltarlarını yandıraq, üst-başını dərmanlayaq, yoxsa kəndə infeksiya yayarsan.
Qobi dilxor oldu. Sizi belə görürəm, kəndinizə infeksiya düşməsin deyə mənim özümü də yandırarsız.
Narahat olma, üst-başımda heç nə yoxdur, orda daima isti suyumuz olmasa da, yuyuna, hamamlana
bilirdik.
Görünən buydu ki, bu öcəşkən kişi onu evə dəvət eləməyəcəkdi. Bununla çənə döyməyə dəyməzdi,
ancaq getməmişdən əvvəl bura niyə gəldiyini də dedi, mən orda tankçıydım, traktor da sürə bilirəm,
yolda sizin kənddən birinə rast gəldim, o məni bura göndərdi. Traktorçuya ehtiyacınız olduğunu dedi.
Kişinin sir-sifəti açıldı Bunu bayaqdan niyə demirsən? Var da sözdür? Bellə şum vururuq, əkinin
vaxtı keçir, traktorçu tapa bilmirik. Səni Allah özü yetirib bizim üçün.
Sanki sehrli çubuq hərəkətə gəldi, beş-altı nəfər də gəldi. Onun üçün ev tapdılar, yorğan-döşək,
işlətməyə qab-qaşıq, beş-on günlük ərzaq verdilər. Özündə də ət, balıq konservləri, suxarı var idi.
Qaldığı ev dərənin sahilindəydi, meşəyə bitişik idi, fıstıq ağaclarının çətirləri evin üstünü örtmüşdü.
Elə bil ağaclar evi qucaqlarına götürüb dərənin sahilində saxlamışdılar. Yağış yağanda dərədən
gurultuyla axan sular sahildəki daşlara, kötüklərə, ağac köklərinə çırpıldıqca ev titrəyirdi. Keçmiş


sahibi ovçu imiş, onu meşədə qaban parçalayandan sonra ev sahibsiz qalıbmış. Bura heç kim köçmək
istəməmişdi, günlərin birində suyun yuyub aparacağından ehtiyat eləyirmişlər. Onun isə evdən də,
meşədən də çox xoşu gəlmişdi, ən əsası da suyu, odunu bol idi. Ovçu bulaqdan evə gur su çəkmişdi.
Hər gün işdən sonra hamamı qızdırıb çimir, tez-tez paltarlarını, yataq ağlarını dəyişib yuyurdu.
Kənddə kolxozdan qalan iki-üç traktor var idi, sahibləri cəbhəyə gedib həlak olmuşdular. Traktorun
birini ona verdilər, o da yaz şumu vurmağa başladı. Adamlar pulunu verir, hələ bir kənddə qalsın,
çıxıb getməsin deyə keçi pendiri, camış yağı, süd, kartof da gətirirdilər. Lazım olan digər şeyləri də
balaca kənd dükanından alırdı. Gecələr ikiotaqlı balaca evində oturur, suda bişmiş kartofla araq içir,
dərədən axan suların səsinə qulaq asıb yuxuya gedirdi. Avtomatı yatağının yanında qoyur, işə gedəndə
aparıb evin arxasındakı palıd ağacının koğuşunda gizlədirdi. Oğraşlar tayfasının ondan əl
çəkməyəcəklərini bildiyindən ehtiyatı əldən vermirdi.
Kəndə gəldiyi ilk günlərdə hər gün arxasınca polis gələcəyini, onu yenidən həbsxanaya
qaytaracaqlarını güman eləyirdi, amma heç kim gəlmirdi. Yalnız bircə dəfə sahə müvəkkili gəlib
sənədlərinə baxdı və çıxıb getdi. Arada Poriylə Coni də yanına gəlir, onun üçün konservlər, araq,
kolbasa, hisə verilmiş dəniz balığı gətirirdilər.
Onu kəndə dəvət eləmiş, meşəbəyi işləyən döyüşçü də tez-tez yanına gəlirdi. Çörək, kartof, bəzənsə
göbələk və cır meyvələr gətirib gəlir, sobanı yandırıb göbələk, kartof bişirir, çay dəmləyir, oturub
yeyib-içərək gecə yarısına kimi söhbət eləyirdilər. Qobi anasının meşəbəyilər haqda dediklərini
xatırlayıb bir gün ona dedi: “Anam deyirdi, uzun müddət qəssablıq, meşəbəyilik eləmək, çörək, un
alveri ilə məşğul olmaq, Allahın bəyənmədiyi işlərdəndir. Hətta on il meşəbəyi işləyən adamın
günahı öz doğmaca qızıyla evlənən kişinin günahıyla eyni ölçülər”. “Bu o vaxtlar üçün idi, –
meşəbəyi könülsüz halda dilləndi. – O zamanlar insanlar meşə ilə dolanarmışlar. Ağacları kəsər,
mişarlar, evlər, tövlələr tikərmiş, qışda yandırıb evlərini qızdırar, satıb özlərinə çörək pulu qazanar,
meyvəsini, giləmeyvəsini yığarmışlar. Ona görə də adamlar onları meşəyə buraxmayan meşəbəyi
haqda belə deyərmişlər. Amma meşəbəyilər olmasaydı, meşələr bu günə gəlib çıxmazdı. Yer üzündə
bircə dənə də ağac qalmazdı. Yer üzündə ağaclar olmasaydı, insanlar nəfəs almağa oksigen tapa
bilməz, hamısının ciyərləri partlar, ölərdilər”. “Oksigen təkcə ağaclarda olmur, – razılaşmadı, –
sularda da var”. “Meşələr olmasaydı, sular da olmazdı. Sonrası da suların oksigenindən sənə nə?
Onlar öz oksigenlərini insanlara vermirlər. Evinin yanından dərə axır, sənə oksigen verir? Vermir.
Götürüb özüylə dənizlərə, okeanlara aparır. Səni yaşadan dərənin sahilindəki ağaclardır. Suyun
oksigeni kara gələndirsə, niyə balinalar, digər su heyvanları nəfəs almaq üçün mütləq suyun üzərinə
çıxırlar?”.
Qobi hirslənmiş meşəbəyini sakitləşdirməyə çalışdı, sən bir sakit ol, bunları mən də bilirəm.
Meşələrin qırılmasını, ağacların kəsilməsini istəmirəm. Sadəcə olaraq yaşlıların niyə belə demələri
mənə həmişə qəribə gələrdi. Elə bu kimi düşüncələrin hesabına müsəlman ölkələrində meşələr çox
azdır. Xristian ölkələri isə meşələrin içində itib.
Zaman keçdikcə qonşuları ilə də tanış olurdu. Ona ən yaxın olan kəndin kənarındakı çobanın evi idi,
çobanın qəşəng qızı var idi, danışmağa başladımı, həyadan yanaqları qızarırdı. Anası hər dəfə təndir
salıb çörək bişirəndə onun üçün isti çörək gətirirdi. Gətirib çörəyi verir, sonra da geri baxmadan
ağacların arasındakı xəzəlli cığırla qaçaraq gedirdi. Tezliklə qızla dostlaşdı, daha qız çörək gətirəndə
getməyə tələsmirdi. Ayaqlarını artırmadan sallayaraq oturur, onun suallarına cavab verir, kənd
adamları haqda danışırdı. Kənddə darıxırdı, bu qız olmasaydı, bağrı çatlayardı.
Bir dəfə səhər tezdən işə gedəndə qızın hinin qabağında dayanıb içəridən çıxan toyuqları bir-bir


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   142




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə