İSTİ VƏ soyuq torpaqlarda



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə141/142
tarix10.11.2017
ölçüsü4,8 Kb.
#9616
1   ...   134   135   136   137   138   139   140   141   142

yağı, pas qoxuyan qarajın ağır dəmir qapısını bağlayandan sonra qara adam sürtülməkdən işıldayan
dəmir masanın üstünə bir tapança qoydu.
– Olan budur, – dedi.
Bu tapança ona tanış idi, atdığı da çox olmuşdu, cəbhədə zabitlərə verilən tapançadandı. Götürüb
baxdı, söküb təzədən yığdı, hər şeyin qaydada olduğunu görüb soruşdu:
– Neçəyədir?
– Beş yüz dollara.
– Niyə belə baha?
– Yüz dənə də patron verəcəyik.
Onun üstündəki milli pulları çevirəndə isə güclə dörd yüz dollar eləyirdi. Adam tapançanı vermək
istəmirdi, yüz dolları da gətirərsən, sonra. Bu bazarda nisyə olmur. Bizə nisyə mal vermirlər, biz də
nisyə satmırıq. Satdıqmı, pulunu verib, yenisini almalıyıq.
Yenə də tanışı zamin durandan sonra könülsüz halda tapançanı və bir qutu da patronu yağlı qara
parçaya büküb verdi.
– Əslində mən ilk olaraq səni öldürməliydim, – qanı qaralmış, hirslənmiş Pori dedi. – Həyatımda ilk
dəfədir sənin kimi simic və əclaf adam görürəm!
– Məni öldürə bilərsən, – adam etinasız halda dedi, – amma heç qapıdan çıxmağa macal tapmamış
boş başına azından on beş güllə sırıyarlar. Üç günə pulu gətirirsən. Üç gündən sonra faizi də əlavə
olunacaq.
İndi daima tapançanı özüylə gəzdirir, çayxanada isə pulları yığdığı çəkməcənin içinə qoyurdu ki, əlini
atan kimi götürə bilsin. Bununla belə, başkəsənin dediyi kimi, artıq kölgəsindən də ürkürdü. Gecələr
külək qapıya çırpılanda, pəncərəni taqqıldadanda ayağa sıçrayır, başkəsənlərin gəldiyini güman
eləyirdi. Sonda başa düşdü ki, oğraşlar tayfasından fərqli olaraq, başkəsənlər ona oğruncasına basqın
eləməyəcəklər, arvadının, oğlunun gözü qarşısında onunla işləri olmayacaq. Belə düşünür, amma
rahatlıq tapa bilmirdi. Arada istəyirdi, Səmoşla oğlunu da götürüb Rusiyətə getsin, sonda bu fikirdən
də daşınırdı. Başkəsənlər gəlib onu Rusiyətdə də tapacaqdılar. Qobi də Rusiyətə getdi, amma bu onu
ölümdən qurtarmadı.
Yüz dolları düzəltsə də, aparıb verməyə vaxtı olmurdu. Aradan altı gün keçmiş günortadan sonra
çayxanaya iki nəfər cavan oğlan gəldi. Əyinlərində yüngül yaz gödəkcələri var idi, üzləri tüklüydü.
Gəlib piştaxtanın yanında dayandılar. Oğlanlardan biri piştaxtanın üstündən ona tərəf əyilib soruşdu:
– Pulu niyə gətirmədin?
– Tamam unutmuşam, – sanki yuxudan ayıldı.
– Bizsə unutmamışıq.
– Yaxşı eləyibsiz. Bu da sizin pulunuz, – çıxardıb yüz dolları oğlana verdi.
– Üç gün gecikdiribsən. Günə iyirmi dollar da faiz gəlir. Altmış dollar da verəcəksən.
– Nə?!
Əl atıb çəkməcədən tapançanı götürmək istədi, amma hər iki oğlanın əlində eyni zamanda tapança
göründü. Qorxudan və heyrətdən ağzı açıla qaldı, burda mübahisə eləmək, ya da nəsə demək
mənasızdı. Pulu vermək lazım gəlirdi. Bütün pullarını saydı, birtəhər altmış dolları düzəldib
oğlanları yola saldı. Karına gələcəkdi, gəlməyəcəkdi, məlum deyildi, amma tapançaya bir ətək pul
xərcləməli oldu.
Səmoş nəsə hiss eləmişdi, amma soruşmur, onun özünün hər şeyi açıb deməsini gözləyirdi. Onun
dillənmədiyini görəndə, nəhayət, soruşdu, Pori, sənə nələr olur? Özündə-sözündə deyilsən. Bu


səbəbsiz deyil. Məndən gizlin saxladığın nədir?
Gizlətməyib işin nə yerdə olduğunu danışdı. Səmoş qorxuya düşdü, gözləri alacalanmışdı, onu
məzəmmətləyirdi. Sən belə ciddi təhlükəylə qarşı-qarşıyasan, amma mənə demirsən? Bir sürü
başkəsənin öhdəsindən təkbaşına gələcəyinimi güman eləyirsən? Dostun Qobi də oğraşlar tayfası ilə
döyüşə girmişdi, qaçırdı, gizlənirdi, öldürürdü. Sonu nə oldu? Oğraşlar tayfası onu Rusiyətin
ucqarında tapıb öldürdülər. Bu ağılla başkəsənlər də səni öldürəcəklər. Don Kixotluq zəmanəsi
geridə qalıb. Dağ başı, dərəbəylik deyil. Bunun polisi var, dövləti var.
Səmoşun təkidiylə polisə getdilər, onları qəbul eləyən rəis Poriyə inamsızlıqla qulaq asırdı. Hansı
dövrdür, hansı zəmanədir? Sən sağlığında bunların bacılarına xəyanət eləyibsən, bunlar da yatıb,
bacıları öləndən sonra ayılıblar, bəs qisasımızı alacağıq. Ona qalsa, bütün kişilər nə vaxtsa xəyanət
eləyiblər, ya da eləyirlər. İndi kişilərin kökünü kəsmək lazımdır? Olmaya başkəsənlər özləri
övliyadırlar?
Rəis göstəriş verdi, qayınlarının hamısını polis şöbəsinə gətirdilər, onları da çağırdılar. Burda isə
qayınları onu hədələdiklərini danır, ümumiyyətlə, bacılarının dəfnindən sonra Porsuq deyilən bu
adamı görmədiklərini deyirdilər. Çayxananın qabağında başkəsənlərin qərarını ona elan eləyən qaynı
isə bir aymış xəstəymiş, yataqdan bu gün polislər qaldırıblarmış.
Başkəsənlərə xəbərdarlıq eləyib yola saldılar. Rəis deyirdi, mən bu adamları tanıyıram, iş başında
yaxalamasan, onlara heç nəyi sübut eləyə bilməzsən. Əgər bir sözü dedilərsə, kənddə uşaqdan böyüyə
hamısı təsdiq eləyəcək. Dost da, düşmən də. Onların hətta düşmənçilik eləyənləri də düşmənlərinin
sirrini, sözünü kənara deməzlər, polisə isə heç deməzlər. Başlarını kəsəsən, ağızlarından söz ala
bilməzsən. Siz heç narahat olmayın, gecə-gündüz səni polislər gözləyəcəklər. Özün də onların
hansınısa yaxınlığında gördün, dərhal polisə zəng elə.
Doğrudan da indi polislər onu gözləyirdilər, gecələr polis maşını iki-üç dəfə gəlib küçədə reyd
eləyib gedir, gündüzlər isə gonbul bir polis nəfəri çayxananın ətrafında dolaşır, bəzənsə çayxanaya
gəlib bir çaynik çay içərək, pulunu vermək əvəzinə, mənalı tərzdə göz vurub gedirdi. Yəni səni
gözləyirəm, yoxsa çayxanada nə işim var idi?
Vaxt keçdikcə də Pori hirslənir, hövsələsizləşir, az qala başkəsənlərin nə vaxt başını kəsməyə
gələcəklərini səbirsizliklə gözləməyə başlayırdı. Nə olacaqdısa, qoy olsun, amma tez olsun, deyə
düşünürdü. Ona yaxınlaşmağa cürət eləyən başkəsənin alnının ortasına düşünmədən atəş açacaqdı.
Bir-iki dəfə şəhərdən kənara çıxıb tapançanı yoxlamışdı, yaxşı atırdı, patronlarda da problem yox idi.
Daima təhlükə haqda düşünmək, gözləmək, ehtiyat tədbirləri görmək onu yorurdu. Həyatdan, sevdiyi
qadınla, oğluyla birlikdə olmaqdan əvvəlki tək həzz ala bilmirdi, həyat onun üçün əvvəlki gözəlliyini,
mənasını itirmişdi. Hətta bəzən ona elə gəlirdi, Səmoş Coninin arvadı olanda, ayda-ildə bir dəfə
oğrun görüşə bilsələr də, onda həyat daha gözəl idi, daha maraqlı idi. Səmoşun dediyi kimi, Əfi, Bilo,
Qobi, Coni, Bahar həyatlarına rəng qatırdı. Onlar yox idilər, bu tərəfdən də qəddar, vəhşi tayfa ona
ölüm hökmü kəsmişdi. Doğrudanmı bu hökmü yerinə yetirəcəkdilər? Bir kimsə onlara mane ola
bilməyəcəkdi? Qarşılarnı ala bilməyəcəkdi?
Diqqətsiz olmağa başlamışdı, yaddaşı korlanmışdı. Səmoş ona evə nəsə almağı tapşırır, o isə, bir
qayda olaraq, unudurdu. İndi onun fikirlərini məşğul eləyən evə nəsə almaq yox, başkəsənlər idi. Bu
tayfadan necə qurtarmaq haqda yollar axtarır, ancaq heç nə də tapa bilmirdi. Polisin kömək
eləyəcəyinə, ya da bir tapança ilə bu quldurların qarşısını alacağına elə də əminliyi yox idi.
Qayınlarına bələddi, bu adamları içəri atmaqla, ya da həbs eləməklə niyyətlərindən döndərmək
olmazdı. Bunları yalnız öldürməklə dayandırmaq olardı. O da belə eləyəcəkdi. Bircə Səmoşa görə


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   134   135   136   137   138   139   140   141   142




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə