İSTİ VƏ soyuq torpaqlarda



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə20/142
tarix10.11.2017
ölçüsü4,8 Kb.
#9616
1   ...   16   17   18   19   20   21   22   23   ...   142

kəsiləcəyi qorxusuna görə Coniylə getməmişdi, amma əgər bilsəydi, yanına gedəcəkləri qızlardan biri
Səmoşdur, fikirləşmədən gedər, başı haqda düşünməzdi.
Pori Coninin Bilogilə getdiyini deyəndə Səmoş hirsləndi. Mənim bu adama sözüm yoxdur! Ona
deyirəm, a bala, duzəkənlərdən uzaq dur, hamısı səydir, sən də ağıllı-başlı birisi deyilsən. Səylərlə
oturub durarsan, olub qalanını da itirərsən. Gör qulaq asır, yapışıb duzəkənlərdən, qopmur!
Səmoş bir az da oturub getdi. O gedəndən sonra Əfi sakitcə, sanki sözgəlişi dedi: “Pori, niyə yalan
danışırsan? Səmoş sənin yalan danışdığını hiss elədi, ancaq üzünə vurmadı. Yalan danışmaqla
dostuna kömək eləyə bilmədin, əksinə, onu pis vəziyyətdə qoydun. Sayəndə Səmoş ərinin onu
aldatdığını başa düşdü. Evlərində bugünkü müharibənin səbəbkarı sən olacaqsan”. “Mən niyə? –
etiraz eləyirdi. – Mənə necə deyilibsə, elə də demişəm. Bəs nə deyərdim? Deyərdim, balıq tutmağa
getdilər?”
– Pori! – Əfinin səsi cingildəyirdi.
– Nəydi? – Pori karıxıb qaldı.
– Sən necə dedin?
– Nəyi? – Pori gözlərini döyürdü.
İlk dəfəydi arvadının gözlərinin belə qəzəblə işıldadığını görürdü. Sənə demişdilər, əzbərlətmişdilər?
Sən də gəlib əzbərlədiyini hərfinə qədər təkrar elədin?! Pori, sən dostunun pis əməllərinin iştirakçısı
olduğunun fərqində deyilmisən? Bunu özünə necə rəva görürsən? Adını nə qoyursansa, qoy, yalan
yalandır! Bu gün mənim yanımda Səmoşa yalan dedin, sabah da gözümün içinə baxa-baxa mənim
özümə yalan deyəcək, məni aldadacaqsan!
Əfi onu məktəbli uşaq kimi danlayırdı, onunsa Coniyə də, özünə də acığı tutmuşdu. Adam, sən
poçtalyonsan? Bunlar səfeh işlərlə məşğul olacaqlar, sən də bunlara bəraət qazandıracaqsan.
Əfiyə qulaq asdıqca da Coniyə qoşulub getmədiyinə görə sevinirdi, uzaqgörənlik eləməklə aşkar
təhlükədən qurtarmışdı. Dostuna görə yalan danışa bilməmişdisə, özünə görə heç danışa bilməzdi. Əfi
onun yalan danışdığını elə ilk sözündən hiss eləyəcəkdi.
Səhərisi çayxanada Coniyə: – Bununla da qurtardıq, – deyə qəti xəbərdarlıq elədi, – məni bu kimi
işlərə qatmayın. Hara gedirsən, bu artıq sənin işindir. Cib telefonu var, zəng elə arvadına, istədiyin
bəhanəni uydur. Mən nəyə görə sənin harda olduğunu, niyə getdiyini, haçan qayıdacağını deməliyəm?
Mən yalan danışa bilmirəm, heç sözümü qurtarmamış yalan danışdığımı başa düşürlər.
Belə də elədilər, Coni bundan sonra Biloyla gedəndə özü arvadına zəng eləyib işi çıxdığını, bir az
gec gələcəyini deyirdi. Həm də bir qədər ağıllı tərpənir, evə çox da gec gəlməməkdən ötrü həmən
kafeyə nahardan sonra gedirdi. Coni nə qədər təkid eləsə də, dilə tutsa da, onu da özüylə apara
bilmirdi. Coni, məndən əl çək, deyirdi, özün də gördün, adi bir yalanı deyə bilmədim. Ora getsəm,
Əfi dərhal biləcək. Bunun da nə ilə nəticələnəcəyini sən də yaxşı bilirsən, mən də. Gözlərini ağartma,
nədir, olmaya sinəni qabağa verib məni başkəsənlərin əlindən qurtaracaqsan?
Bir dəfə uzun saqqalı sinəsinə düşmüş qoca bir kişi çayxanaya gəldi. Saqqalı əndazəsiz uzun idi,
qoca sol əliylə saqqalını tumarlayırdı. Saqqalını tumarlayıb sözə başlayır, saqqalını tumarlayıb
sözünü qurtarırdı. Saqqalını tumarlamaq onun danışmağa başlaması və sözünü qurtarması üçün
nizamlama düyməsi idi. Saqqalını tumarlamasaydı, sözə başlamayacaqdı, sözə başladısa, saqqalını
tumarlamasaydı, danışmağa ara verməyəcək, sonsuza qədər, nəfəsi qoca bədənini birdəfəlik tərk
eləyənə kimi danışacaqdı. Qoca insan qoca dünyadan danışa-danışa köç eləyib gedəcəkdi.
Qoca keçib masa arxasında oturdu, yerini rahatlayıb təsbehini çıxartdı və Conini yanına çağırdı,
saqqalını tumarlayıb ondan namaz qılıb-qılmadığını soruşdu. Coni də qoca kimi əlini saqqalına


apardı, ancaq onun saqqalı yox idi, yalnız çənəsini tumarlamaqla kifayətləndi və qılmadığını dedi.
– Mən niyə qılıram? Şəhərin mollası var, canı çıxsın, namazı o qılsın da.
– O özü üçün qılır.
– Necə yəni, mənim mollam ola bilir, “hamınızın mollasıyam” deyir, namaz qılanda isə özü üçün
qılır?
Kişini od götürmüşdü. Bir halda namaz qılmırsan, kafirsən, murdarsan, çayınız, çayxananız da
murdardır. Mən burda çay içə bilmərəm.
Coninin hirsindən sifəti qaralırdı. İçmə də, səni məcbur eləyirik? Get, başqa yerdə çayını iç, başqa
yerdə saqqalını tumarla!
Qoca onu lənətləyərək “Dağ çiçəkləri” çayxanasında saqqalını sonuncu dəfə tumarladı və çıxıb getdi.
Coni yana-yana deyirdi, nəyə deyirsən, and içim, onun çay içmək niyyəti yox idi, lap elə namaz
qıldığımızı da desəydim, çay içib eləyən deyildi, o bizə kafir demək üçün gəlmişdi.
Coninin hirsi soyumamış yaşlı bir kişi girdi çayxanaya, bu da suyun mənbəyi ilə maraqlanırdı. Çay
dəmlədiyiniz su hardan gəlir? Suyun təmiz olduğuna əmin ola bilərəmmi?
Coni kişiyə key-key baxırdı, sonra birdən partladı: “ Mən nə bilim, su hardan gəlir, yolda hansı sulara
qarışır? Belə vacibdirsə, sən bunu bilməmiş çay içməyəcəksənsə, qoy su idarəsinə zəng eləyib
öyrənim. Su onlarındır, hardan gəldiyini bilməmiş olmazlar!”
Coninin qara-qaşqırığı kişinin vecinə deyildi. Mən söz soruşuram, sənsə canavar kimi adamı
qapırsan. Bircə dişlərini qıcırdatmağın çatmır. Suyun mənbəyini ona görə soruşurdum ki, hansı sudan
dəmlənən çayı içəcəyimi bilim. Çay içəndən sonra dəstəmaz alıb namaz qılmaq istəyirdim. Müsəlman
təmiz suyla dəstəmaz almalıdır.
Coninin gözləri hədəqəsindən çıxmışdı, sən namazını harda qılmaq istəyirsən?! Bura məscid yox,
çayxanadır, sənin təzyiqin qalxıb, gözlərin tor vurur, ona görə qarışdırırsan! Girişdə lövhə vurmuşuq,
içəri girəndə oxusaydın, məscid olmadığına özün də əmin olardın. Harda görülüb, çayxanada
dəstəmaz alalar? Biz bu çayxananı açmasaydıq, şəhərin adamları harda dəstəmaz alacaq, namazlarını
qılacaqdılar? Mən belə görürəm, şəhər əhli müsəlmançılıq borclarını bizim çayxana vasitəsiylə
yerinə yetirmək istəyir.
Kişi incidi, başını yırğalayaraq çıxıb getdi. Coni deyirdi, buna baxanda bayaqkı saqqal daha
nəcabətli adam idi. Saqqalını nə tumarlayırdı, mən hələ saqqalına elə sığal çəkən adam görməmişəm.
Ara-sıra çayxanaya gələn tarix müəllimi yenə də çay içməyə gələndə Coni ona dedi, sən bizə
islamdan, ərəblərdən danış. Son vaxtlar şəhərin bütün dindarları, mollaları bura axın eləyiblər, onlar
danışırlar, mənsə gözlərimi döyürəm. Ona görə də bəzi həqiqətləri səndən öyrənmək istəyirəm. Bu
doğrudurmu, ərəblər gəliblər və deyiblər, ya başınızı kəsəcəyik, ya sünnətinizi? Əyri qılıncla razı
olanların sünnətlərini kəsiblər, razı olmayanların da başlarını?
Çay gətirdilər və müəllim çay içə-içə danışmağa başladı. İki cümlə deyir, bir stəkan çay içib səsini
xırp kəsir, gözünü onlara dikirdi, yəni çay gətirin. Çay gəlməyənə qədər də, ağzını açmırdı. Coni iri
bir çaynikdə çay gətirib müəllimin qabağına qoydu və xəbərdarlıq elədi. Danış, amma fasilə vermə.
Yoxsa mən çayniki sənin bir tərəflərinə vurmaq haqda düşünə bilərəm. Çaynikin də azından beş kilo
olduğunu da nəzərə al. Müəllim də bu dəfə sona qədər, yəni çaynikin çayı qurtarana qədər danışdı:
“Torpaqlarımıza özgə inancları və özgə dinləri olan tayfalar axışıb gəliblər. Onlar özləriylə yeni din
gətiriblər və adamları seçim qarşısında qoyublar. Ya ölüm, ya da bizim din. Ölümü də seçən olub,
yeni dini də. Bu torpaqlara hər dəfə digər tayfalar gələndə yerli xalqlar onların özləriylə gətirdikləri
nəyisə qəbul eləyiblər və beləcə dinlərini, dillərini, əlifbalarını, milli kimliklərini, torpaqlarını


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   142




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə