İSTİ VƏ soyuq torpaqlarda



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə26/142
tarix10.11.2017
ölçüsü4,8 Kb.
#9616
1   ...   22   23   24   25   26   27   28   29   ...   142

olmaya bir bölgədə yaşayanlarını sağ saxlasaydınız, nə olardı? İndi biz tarix kitablarının ümidinə
qalmazdıq, gedərdik atəşpərəstlərin kəndlərinə, şəhərlərinə. Onların necə yaşamalarını, necə ibadət
eləmələrini öz gözlərimizlə görərdik. Nə qədər maraqlı olardı, turistlər axşışb ölkəmizə gələrdi.
Sizsə özlərini də öldürdünüz, əsrlərlə qurub yaratdıqlarını da yer üzündən sildiniz. Bir də deyirsiniz
islam dünyada ən humanist dindir. Humanist din də onun kimi düşünməyənləri məhv elər?
Molla onunla yanaşı oturdu, yerini rahatlayıb dedi, əvvəla, müsəlman qəbir üstə şam yandırmaz. Sən
bir deyirsən müsəlmanam, bir də şam yandırırsan. Şam yandırıb oda sitayiş eləməyin müsəlmançılığa
nə dəxli var imiş?
Mollayla razılaşmadı, mən gözümü açandan qəbirlərin üstündə şam yandırıldığını görmüşəm. Bizim
kənd qəbiristanlığında bayramlarda, il dönümlərində adamlar qəbiristanlığa gedib şam yandırırlar.
Molla ona çox danışmağa imkan vermədi, sən danışdın, mən qulaq asdım, dedi, indi də mən
danışıram, sən qulaq as. Sizin əvvəliniz atəşpərsət olub. Qılınc gücünə müsəlmançılığı qəbul eləsəniz
də, oda sitayişdən əl çəkmirsiz. Həm də sən deyən kimi deyil. Görürsən də, nəslinizi kəsməmişik,
hələ də yaşayır, gəlib qəbirləriniz üstdə şam yandırırsız. Biz bu torpaqlarda yaşayan bütün kafirləri,
atəşpərəstləri də, bütpərəstləri də həqiqi dinə gətirdik. Müsəlmançılığı qəbul eləyənləri öldürmədik.
Biz qəddarıq, olmaya xaçpərəstlər humanistdir? Bəlkə onlar atəşə, bütə sitayiş eləyənlərə
toxunmayıblar, gedin, xətriniz necə istəyir, elə də yaşayın deyiblər? Elə isə hardadır o atəşpərəstlər,
onların kənd və şəhərləri? Xaçpərəstlər özgə inanc sahibləri ilə daha qəddar rəftar eləyiblər. Nə isə,
mən burda insanların son mənzillərində sənə moizə oxuyası deyiləm. Müsəlman bütlərə, oda, alova
yox, bir olan Allaha sitayiş elər. Qadınların şəklini başdaşlarının üzərinə vurub özlərini də, onları da
cəhənnəm əhli eləməz! Bu şəklə hər naməhrəm baxanda günaha batırsız! Heykəllər, bütlər
uçurdulmalı, dağıdılmalıdır!
Eiraz elədi. Atəşpərəstlərin, bütpərəstlərin dövründə Allah hələ yer üzünə sonuncu peyğəmbərini
göndərməmişdi. Buna görə də onlar islamın qayda-qanunlarını bilmirdilər və bütlərə, oda sitayiş
elədikləri üçün, heykəllər, abidələr qurduqları, yaratdıqları üçün Allah qarşısında heç bir günahları
yoxdur. Əksinə, onların qurub-yaratdıqlarını məhv eləmək, uçurtmaq, dağıtmaq günahdır. İnsan dinini
dəyişirsə, bu o demək deyil ki, özündən əvvəlki mədəniyyəti yer üzündən silməlidir. Silərsə, günlərin
birində onun öz yaratdıqlarını da yer üzündən siləcəklər.
Molla ona baxıb, “kafirül-kafir” deyərək çıxıb getdi. O isə şamın sonuncu şölələrinin də titrəyib
sönməsini gözlədi və ayağa qalxdı.
Bu gün həmişə görüşdükləri kafedə gonbulla görüşəndə gonbul onu məzəmmətlədi. Biz belə
danışmamışdıq. Sən yalnız mənimlə işləyəcək, başqa işlərə qarışmayacaq, polisin diqqətini cəlb
eləyəcək heç bir iş görməyəcəkdin. Sənsə nə az, nə çox, bir dəfəyə beş nəfəri öldürürsən. Polisdə
mənim etibarlı adamım var, onlar qatilin sən olduğunu müəyyənləşdiriblər və uzağı iki-üç günə səni
həbs eləyəcəklər. Səni qorumağa gücüm çatmaz. Amma Bakıya, dostlarımdan birinin yanına göndərə
bilərəm. O səni qoruyar, ən əsası da sənə görə iş tapar.
Gonbul ona iyirmi min dollar verib dedi, səninlə hesablaşırıq, bu sənə çatası son hesabdır. Necə
danışmışdıqsa, pulunu elə də aldın. Hazırlaş, sabah günortadan sonra iki-üç maşın dəyişərək buraya
gəl. Diqqətli ol, yalnız təqib olunmadığına əmin olandan sonra içəri keçərsən. Mən səni arxada
saxladığım maşınla anbara göndərərəm. Orda isə çay kisələrinin arasında gizlədib yük maşınıyla
Bakıya yola salarıq. Başqa cür mümkün deyil. Polis hər addımını izləyir.
Evə gəldi, bütün pullarını saydı. 120 min dolları var idi. Arvadı hər ay anasının adına pul keçirdirdi,
hesabı o da bilirdi. Pulun yüz minini bankda qayınanasının hesabına keçirtdi. Sonra da çayxanaya


gedib Coniylə Porinin hərəsinə beş min dollar verdi: “Xərcləyin, – dedi, – mən burdan gedirəm.
Sizdən bir xahişim var, qayınanam tək qalıb, heç kimi yoxdur. Onu tək qoymayın, arada baş çəkib bir
köməyə ehtiyacı olub-olmadığını soruşun. Bir də, ölsə, kimsəsizlər kimi ölməsin, onu özünüz dəfn
elərsiniz. Qızının yanında, mən orda torpaq götürmüşəm”.
Dostları onu arxayın elədi və Qobi onlarla görüşüb çıxdı.
Səhərisi iki-üç taksi dəyişməklə şərtləşdikləri kafeyə gəldi, ordan da gonbul onu kafenin arxasında
saxladığı maşınla anbara göndərdi. Burda onu çay kisələri yüklənmiş yük maşınında kisələrin
arasında gizlədərək Bakıya yola saldılar. Bakıda gonbulun verdiyi ünvana getdi və onun dostuyla
tanış oldu.
– Demək, sən Qobisən? – quru, soyuq adam quru, soyuq tərzdə soruşdu.
– Qobiyəm, – təsdiq elədi.
– Qobi, necə gəldin?
– Normal, – Qobi dedi, – amma, yəqin ki, bir müddət çay içə bilməyəcəyəm.
Qupquru adamın quru üz dərisi ani gülüşdən qulaqlarına doğru dartıldı, quru sifət canlandı.
– İllər keçir, amma hələ də gonbul dostum adamları mənim yanıma çay kisələrinin arasında
göndərməkdən daha yaxşı üsul tapa bilmir. Onlar da yolda çay qoxusuyla o qədər nəfəs alırlar ki, bir
daha çay içə bilmirlər.
 
 


VII. “Bahar uşaq bağçası”
 
 
“Bu nə koludur? Barı meyvəsi yeyilirmi?”” – gürcülər soruşdular. “Üzümdür, – ermənilər dedilər, –
meyvəsini yeyirik, şərab çəkirik”. “Şərab nə olan şeydir?” – gürcülər gözlərini bərəltdilər.
Ermənilər onlar üçün şərab gətirdilər, gürcülər içib kefləndilər, xorla uzun-uzadı oxudular. Sonra
başladılar erməniləri güdməyə. Onların üzüm tinglərini necə əkmələrini, onlara necə qulluq
eləmələrini, necə şərab çəkmələrini cikinə-bikinə kimi öyrəndilər. Üzüm tinglərini oğurlayıb öz
torpaqlarında əkdilər. Öz üzümlükləri oldu, özləri şərab çəkməyə başladılar. İş belə olub, di gəl,
nankor gürcülər deyirlər, biz üzüm əkib şərab çəkəndə hələ sizin ayağınız Qafqaz dağlarının daşına-
torpağına toxunmamışdı, Dəcla-Fərat çayının sahillərində keçi otarır, Fərat çayından balıq tutur, isti
qumlarda bişirib yeyirdiniz.
***
Coni bu gün toya getməliydi, şəhərin yaxınlığındakı kənddə anasının uzaq qohumunun toyu idi. Toya
sərxoş getməyim deyə hətta naharda araq içməkdən imtina elədi, bu isə onun tərəfindən görünməyən
işdi.
Coni getdi, soraqlaşıb deyilən ünvanı tapdı. Maşını ona göstərilən yerdə saxlayıb həyətə keçdi. Uzaq
qohumlarından olan, saqqallı nataraz qoluna girib onu mağara apardı. Coni gözlərinə inana bilmirdi,
mağarda çalğıçılar yox idi, bəy yox, gəlin yox, başda mollalar oturub, mikrafonun yanında da
saqqallı, qara paltarlı beş-altı cavan oğlan dayanmışdı. Bozbaş-çörək gətirdilər, molla fatihə verdi,
başladılar yeməyə. Coni könülsüz, candərdi yeyir, ürəyində isə düşünürdü, yəqin, bəylə gəlin yolda
qəzaya düşüb ölüblər, toy sahibi də toy eləmək əvəzinə ehsan verir, yoxsa bu matəm nə üçündü?
Yanında oturandan soruşdu, o da bilmədi, dedi, bəylə-gəlin də olmasa, yəqin, yaxınlarından kimsə
ölüb. Bozbaşın axırına çıxandan sonra molla fatihə verdi, süfrəni yığışdırdılar. Çay gətirdilər, qara
paltarlı saqqallılar da başladılar mərsiyə deyib döş döyməyə, elə döş döyürdülər, sanki, pulemyotdan
atəş açırdılar. Məclis əhli də bunlara qoşuldu. Coni belə yerlərdə qala bilmirdi, ayağa qalxdı,
mağardan çıxanda qapının ağzını kəsdirən nataraza dedi, Allah rəhmət eləsin, axır qəminiz olsun.
Nataraz isə gözlərini bərəldirdi, sən kimə rəhmət oxuyursan? Coni özünü itirdi: “Bəylə gəlinə də”.
“Sən bizi ələ salırsan? – nataraz nərildəyirdi. – Bəylə gəlin ölüblər ki, onlara rəhmət oxuyursan?”
“Ay oğraş, ölməyiblərsə, onda yas kimindir? – Coni də qışqırıdı. – Bu mollalar burda nə gəzirlər?
Kimin üçün döş döyüb ağlaşırlar?” “İmamımız üçün ağlaşırıq, – nataraz dedi. – İndi səni bir günə
salacağıq, səni görən sənin üçün ağlayacaq”. Beş – altı nəfər də tökülüşüb gəldi, düşdülər üstünə, vur
ki, vurasan. Coni müqavimət göstərirdi, amma bu qədər adama neyləyə bilərdi? Bəs qədər
əzişdirəndən sonra qollarından yapışıb bayıra vıyıldatdılar.
Coni iməkləyə – sürünə maşınının yanına gəldi. Qapını açıb, dayandı. Təhqiri uda, onu əzişdirənləri
bağışlaya, beləcə də qoyub gedə bilmirdi. Ancaq əlindən də bir iş gəlmirdi, bir sürü idilər, hamısı da
nataraz. Birdən cavan bir oğlan çölə çıxdı, saqqallıydı, yəqin onu döyənlərdən biriydi. Maşınlara
tərəf gəlirdi. Coni bədəninin ağrı-acısını unutdu, oğlan bərabərinə çatanda arxadan sıçrayıb oğlanı
saldı təpik – yumruq altına. Döydükcə də razılıqla deyirdi: “Elə bilirdiz məni döyəcəksiz, mən də
bunu sizə bağışlayacağam? Yox, qardaşım, bu işlər belə olmur. Bunun üçün cavab da vermək lazım
gəlir!”
Oğlan təpik-yumruq yağışı altında nəhayət özünü ələ alıb bir təhər deyə bildi: “Məni niyə döyürsən,


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   142




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə