İSTİ VƏ soyuq torpaqlarda



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə27/142
tarix10.11.2017
ölçüsü4,8 Kb.
#9616
1   ...   23   24   25   26   27   28   29   30   ...   142

dəlimi olubsan? Mən də sənin kimi toya gələnlərdən biriyəm”. “Necə?” – Coni əl saxladı. “Necə
olacaq? – oğlan üst-başını çırpıb ayağa qalxdı. – Toya gəlmişəm, burda isə toy əvəzinə sinə döyürlər,
mərsiyə deyirlər. Çıxıb getmək istəyəndə də dəlinin biri quduz it kimi düşür üstümə. Bura dəlilər
məhəlləsiymiş?”
Coni oğlanın boynunu qucaqlayıb üzr istəyirdi, oğlan isə onu kənara itələlyib çıxıb getdi.
Yaxınlıqdakı maşınının qapısını açıb oturdu, maşını işə salıb, onun yanına sürdü. Şüşəni aşağı
salaraq başını çölə çıxartdı: “Bu toy sahibləri oğraş adammışlar, – dedi, – amma sən onlardan beş qat
oğraşsan!”
Sözünü deyən kimi də sürəti necə artırıb maşını yerindən tərpətdisə, toz-tüstü qamçı kimi Coninin üz-
gözünə çırpıldı. Coni maşına oturub oğlanın arxasınca sürmək istəyirdi, amma tez də fikrindən
daşındı. Oğlanı qınamalı deyildi, onu döyənlərə bir şey eləyə bilmir, heç nədən xəbərsiz zavallını
salır yumruq altına.
Çayxanada Pori baş-gözü qızarmış dostuna heyrətlə baxırdı, kiminləsə dalaşdığı, ən pisi də bu
dalaşmanın onun üçün uğursuz nəticələndiyi açıq-aşkar hiss olunurdu: – Nə tez qayıtdın? heyrətlə
soruşdu. – Baş-gözünü harda qızardıblar? Mənsiz hara gedirsənsə, başına bir iş gəlir.
Coni başına gələnləri danışdı, neyləyim, on-on beş nəfər birdən düşmüşdü üstümə. Mən də birini
döydüm, amma sonradan yanlış adamı döydüyüm məlum oldu.
Pori eşitdiklərinə inana bilmirdi, hardasa ucqar kəndlərdə dərviş, molla toylarının olduğunu
eşitmişdi, amma zavallı Coninin belə toyda iştirak eləyəcəyi, işin nə yerdə olduğunu bilmədiyindən
güdaza gedəcəyi ağlına da gəlməzdi. Onun halına acıyırdı, adamda bəxt yox imiş.
Coni çörək qırıntılarını yığdı, pendir və buğda götürüb çayxananın həyətinə çıxdı. Qarğalar uçub
gəldilər, onun səpdiklərini acgözlüklə yeyirdilər. Pori onu məzəmmətləyirdi, əslində sən onlara
yaxşılıq eləmirsən, onları ələ baxımlığa, tənbəlliyə öyrədirsən. Çöldə dən, həşarat boldur, onlarsa
sənin əlinə baxırlar. Sabah sən olmayanda, harasa çıxıb gedəndə bu tənbəl quşlar aclarından
öləcəklər.
Coni cavab verməyə macal tapmadı, çayxananın qabağında polis maşını dayandı. Onlara hətta
çayxananı bağlamağa da icazə vermədilər, oturun, dedilər, rəis sizi gözləyir. Nədir, gəlib çayınızı
oğurlayacaqlar? Oturdular və polislər onları rəisin yanına apardılar. Rəis sözü uzatmadan dedi.
Bizim sizinlə heç bir problemimiz yoxdur, amma siz Qobinin dostusunuz. O da beş nəfəri öldürüb
aradan çıxıb, tapa bilmirik. Siz harda olduğunu bilməmiş olmazsınız. Hara gedibsə, hara getdiyini
sizə deyib.
Rəis onları nə qədər sıxışdırsa da, Qobinin harda olduğuna dair onlardan heç nə öyrənə bilmədi,
çünki doğrudan da harda olduğunu bilmirdilər. Sadəcə olaraq çıxıb getmişdi və gedəni də onlarla
əlaqə saxlamırdı. Nə zəng eləmiş, nə kimdənsə sifariş göndərmiş, nə də məktub yazmışdı. Rəis yenə
də xəbərdarlıq elədi, sizə zəng eləyən kimi, ondan bir xəbər öyrənən kimi bizə deyirsiz, gizlətsəniz,
özümüz öyrənsək, ikinizi də cinayət şəriki kimi atacağam içəri.
Çayxanaya gəlib Bilonun burda olduğunu görəndə sevindilər. Çayxanaın boş görən müştərilərin çıxıb
gedəcəyindən nigarançılıqları var idi. Bilo isə çay dəmləmişdi, müştərilərə çay verirdi. Polisin sizi
apardığını eşidən kimi gəldim, dedi, bilirəm, Qobiyə görə çağırıblar. Məni də çağırmışdılar. İndi
onlar Qobi kimə salam veribsə, onu da çağırıb dindirirlər.
Çayxananı bağlayıb evə getdilər, Səmoş da onlardaydı, Coninin toyda başına gələnləri eşidib, onu
məzəmmətləyirdi: “Orda yüzlərlə adam olub, niyə heç kimi döymürlər, ancaq səni döyürlər? Çünki
sən özün dava üçün gəzirsən, harda olsan, davanı axtarıb tapırsan. Yenə əlindən-başından bir iş gələ,


dərd yarıdır, həmişə də döyülürsən, mitilinə vurub yola salırlar”. “Demək, yenə günahkar mən oldum,
– Coni hirslənmişdi, amma ağrılar səsini qaldırmağa imkan vermirdi. – Bəlkə buyuracaqsan o vaxt
sizə gələndə də dava axtarmağa gəlmişdim? Yox, xanım, qız istəməyə gəlmişdim. Amma dava axtardı
məni tapdı! Atan saçından-başından utanmadı, yumruq oynatdı!” “Qız istəyən adam kimi istəyərdi! –
Səmoşun gözləri işıldayırdı. –Daha atama pedər-medər deməz, söyüş söyməzdi. Dedin də nə oldu?
Atam da çənənin altına-altına vurdu!” “Qəhrəmanlıq elədi! Ay qız, mən hardan bilim bunların toya
molla, döş döyənlər gətirəcəyini? Bu toydursa, bunların yası necə olur? Söymədim, döymədim,
ölənlərinə rəhmət oxudum. Quduz it kimi düşdülər üstümə. Toyunda sinə döyən, baş döyən, göz
yaşları axıdan adamlar müasir dünyanın adamları ola bilməzlər. Bunlar cəhənnəm əhlidirlər!”
Səhərisi bazar günü olduğundan gecə yarısına kimi oturdular, çay içir, söhbət eləyir, domino
oynayırdılar.
Qobi verən pul qalırdı, toxunmamışdılar. Səhərisi Porinin təklifi ilə qadınlarla birlikdə şəhərə
çıxdılar. Qadınlara dedilər, xətriniz nə istəyirsə, alın. Sonra da ürəyiniz istəyən bir restoranda nahar
eləyərik.
Əfi ilə Səmoş ərlərinin gözlənilmədən səxavətə gəlmələrindən geninə-boluna istifadə eləyirdilər,
özlərinə də, onlara da isti gödəkcə, yarımçəkmə, şalvar, toxunma yun koftalar və qış ayaqqabısı
aldılar.
Günortadan bir qədər keçmiş aclıq və yorğunluq özünü göstərməyə başladı, çayın sahili boyunca
səpələnmiş restoranlardan birinə getdilər. Saciçi göbələk, kabab, araq, şərab sifariş verdilər. Əfinin
şərab içməsi Conini heyrətləndirdi. “Mən eşitmişdim başkəsənlərdə qızlar, qadınlar şərab, araq
içmirlər?” “İçmirlər, – Əfi təsdiq elədi, – ancaq ata evində, özünkülərlə olanda. Ər evinə köçəndən
sonra isə ərlərinin qaydalarıyla yaşayırlar”.
Yeməyə başlayanda Əfi başını yuxarı qaldırdı, onların hər ikisini diqqətlə nəzərdən keçirib birdən
dedi:
– Biz işləməyi qərara almışıq.
– Biz, yəni kimi? – Coni çeçədi.
– Səmoşla mən.
– Sən öz adından danış…
– Xeyr, – Səmoş qətiyyətlə söhbətə müdaxilə elədi, – mənim adımdan da danışacaq.
– Niyə, sənin öz dilin yoxdur?
– Var! Sən bunu şəxsən mənim dilimdən eşitmək istəyirsənsə, deyim. Biz işləyəcəyik!
Əfi sakitcə sözünə davam eləyərək dedi: “Haçana kimi biz evdə oturacağıq, siz işləyəcəksiz? Yenə
işiniz bir iş olsa, dərd yarıdır, heç özünüzü görmür. Qobi sizə pul verib getməsəydi, bizi qışda soyuq
vuracaqdı. Özümüz işlərik, sizə xahiş-minnət eləmədən istədiyimizi özümüz alarıq. İndi hansı
dövrdür, şəriət ölkələrində belə qadınlar işləyirlər”.
Coni narazılığını bildirdi: “Hər xalq öz adət-ənənəsinə sadiq qalmalıdır. Ata-babalarımız necə
yaşayıblarsa, biz də elə yaşamalıyıq. Qədimdən belə olub, kişilər çöl işlərini görüblər, qadınlar da
ev işlərini”. “Mən sənin arvadınam, kölən deyiləm.– Səmoşun səsi cingildəyirdi. –Sizin içinizdə ən
kobudu, adamayovuşmazı Qobi idi, amma o da arvadının işləməyinə etiraz eləmirdi. Sən bir canavar,
səndən indiyə kimi ağıllı söz eşitməmişik, bundan sonra da eşitmərik. Pori, bəs sənin fikrin nədir?”
– Mən etiraz eləmirəm, – Pori astadan dedi.
– Eləmirsən? – Conini od götürdü.
– Hə, işləmək istəyirsə, işləsin.


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   142




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə