İSTİ VƏ soyuq torpaqlarda



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə28/142
tarix10.11.2017
ölçüsü4,8 Kb.
#9616
1   ...   24   25   26   27   28   29   30   31   ...   142

– Tfu! – Coni nifrətlə dedi.
Səmoş yenidən ərinin üstünə düşdü, ay adam, sən bu gecə nəyin var idi hamısını itirdin, ya başında
ağıl deyilən şeydən azacıq da olsa qalıb? Olmaya başqalarının arvadları da işləmək üçün səndən
icazə almalıdırlar? Bütün günü Pori ilə bir yerdəsən, ondan insanlığı, qadınlarla rəftarı öyrən də!
Artıq bu söhbətlər Conini kəskin qıcıqlandırırdı, mən ondan heç nə öyrənə bilmərəm, dedi, belə bir
dostum olduğuna görə xəcalət çəkirəm. Bircə dəfə onu öz yanımda görmədim, haçan söz-sözə gəldik,
sizin yanınızda gördüm. O bir porsuq, yumurta, pendir, uzaqbaşı toyuq yeyir. Mənsə canavaram,
qoyun, dana yeyirəm, görürsən də, fərq ortalıqdadır!
Bir azdan musiqiçilər də gəlib öz yerlərini tutdular, restorana oynaq musiqi sədaları yayıldı. Sinəsi
açıq qırmızı don geymiş, gözlərində həsrət, yanğı olan müğənni qız son vaxtlar dəbdə olan
mahnılardan oxumağa başlayanda Coni qaşqabağını tökdü. Musiqinin ürəyincə olmadığı açıq-aydın
hiss olunurdu. “Sənə nə olub?” – deyə Pori soruşanda Coni bir az da tutuldu, bir söz deməyib başını
yırğaladı. Səmoş isə uğunub getmişdi. “Coni kəndlərində bir qıza vurulubmuş. Bir tarixçi,
araşdırmaçı kimi deyə bilərəm ki, Coninin məhəbbət macərası ölkədəki ən uğursuz məhəbbət
macərasıdır. Sən qıza vurulursan, ancaq ot dərzlərini eşşəyə yükləyə bilmirsən deyə qızı sənə
vermirlər. Bu müğənni qız Coninin o vaxt sevdiyi qıza oxşayır, ona görə Coninin yarası təzələndi, qan
verməyə başladı”.
Coni pərt oldu, Səmoşun isə ona rəhm eləmək fikri yox idi. “Coni, sən bir canavar, canavarlar
sevdiklərini heç vaxt unutmurlar, ölən günə kimi! Canları ağızlarından çıxana kimi! Sevmədikləri isə
umurlarında olmaz”. “Yanılırsan, – Coni tutularaq hirslə dedi. – Canavarlar təkcə sevdiklərini yox,
nifrət elədiklərini də, onlara xəyanət eləyənləri də unutmazlar! Əzrail sinəmə çökəndə, bir udumluq
nəfəsim qalanda belə nə Minoşu, nə də onun mənə xəyanətini unutmaram!”
Nə qədər yeyib-içsələr də, Coninin əhvalı düzəlmirdi. Restorandan çıxanda Pori ondan soruşdu:
“Coni, doğrudanmı o qızın keçmiş sevgilinə oxşamasına görə qanın belə qaraldı?” “Hə, – Coni
təsdiqlədi, – Səmoş düz deyir, o qıza oxşayırdı. Unuda bilmirəm onu. İki dəfə evləndim, həyatımda nə
qədər qızlar oldu, amma heç biri o qızı qəlbimdən çıxarda bilmədi. Onun səsinə azacıq belə oxşayan
bir səs eşitdimmi, ona azacıq belə oxşayan bir qız gördümmü, qəlbim alt-üst olur”.
Pori fikirləşir, ancaq heç cür dostunu başa düşə bilmirdi. Səmoş kimi arvadı olan, daima bu qadınla
birlikdə yaşayan bir kişi başqa qızlar haqda necə düşünə bilərdi? Başqa bir qız onun qəlbini necə alt-
üst eləyə bilərdi?
Səhərisi nahara yaxın Bilo bir rus jurnalistlə çayxanaya gəldi, cavan oğlandı, saqqal saxlamışdı,
danışanda seyrək tüklü saqqalı gülməli tərzdə titrəyirdi. Bilo dedi: “Ermənilərlə bizim
münasibətlərdən yazacaq, niyə bir-birimizi sevmirik, nədən ötrü müharibə eləyirik, Qarabağ
kimindir? Mənim yanıma göndərmişdilər, mən də sizin yanınıza gətirdim. Orda siz döyüşübsüz, onun
suallarına siz daha yaxşı cavab verərsiz”. “Suallar sonraya qalsın, – Coni dedi, – oturun, mən gedim
araq alım. Nahardan sonra söhbətləşərik”.
Coni araq, çörək, pendir və pomidor almışdı, Pori də kartof qızartdığı tavanı masanın üstünə qoydu.
Yeməyə başlayanda jurnalist dedi: “Qafqazda çörəyi ermənilər kəşf eləyiblər. Siz də onlardan
oğurlayıbsız”. “Nə cür yəni, – üçü də çaşıb qaldı, – ermənilər çörəyi kəşf eləyənə kimi bizimkilər ac
qalırdılar? Çörək yemirdilər?” “Ac qalmırdılar, – jurnalist başını yırğaladı, – amma çörək də
yemirdilər. Çünki çörəyin nədən bişirildiyini, buğdanın nə olduğunu, necə əkilib-becərildiyini
bilmirdilər. Çöllərdə gəzib-dolaşır, ov eləyir, balıq tutur, çöl heyvanlarından, quşlarından ovlayıb
yeyirdilər. Onda çöllərdə, meşələrdə ov heyvanları, quşları bol imiş. Bir gün baxırlar, bu ermənilər


nə yeyirlər belə? Daşların dibində gizlənib güdürlər. Ermənilərin buğdanı necə əkdiklərini, necə
becərib biçdiklərini, üyütdüklərini, təndirdə çörək, sacda lavaş bişirdiklərini görürlər. Buğdadan
oğurlayıb aparır və başlayırlar buğda əkib, üyüdüb çörək bişirməyə. Ermənilər olmasaydı, sizinkilər
hələ də çöllərdə dolaşır, yeməyə balıq, quş, dovşan, qaban axtarırdılar”.
Onların ağzı qalmışdı, yurnalistin isə yarı yolda dayanmaq fikri yox idi, pendirdən yeyəndə yenidən
sözə başladı. “Pendiri də ermənilər kəşf eləyiblər”. “Nə cür yəni? – bu dəfə Bilo dilləndi. –
Bizimkilərin qoyun-keçisi yox imiş? Varmışsa, keçiləri neyləyirmişlər? Minirmişlər? Bəs südü sağıb
neyləyirmişlər?” “Kim dedi sizinkilərin süd sağdıqlarını? – jurnalist əllərini yana açdı. – Sizinkilər
süd sağıb eləmirmişlər. Qoyunun yunundan istifadə eləyirmişlər, bir də ətindən. Sonra daşın dibində
gizlənib güdməyə başlayırlar, görəndə ki ermənilər qoyunları, inəkləri sağır, onlar da başlayıblar öz
qoyunlarını, inəklərini sağmağa. Pendir tutmağa, nehrə çalxalamağa. Keçiyə gələndə isə, sizdə keçi
olmayıb, minəsiniz, ya başqa işlərdə istifadə eləyəsiniz. Ermənilər Dəclə-Fərat çaylarının
sahillərindən buralara köç eləyəndə keçilərini də özləriylə gətiriblər. Qafqazdakı bütün keçilər
onların gətirdikləri keçilərin nəslindəndir”.
Jurnalistin deməyinə görə, süfrədə nə vardısa, hamısı ermənilərə məxsus idi, ilk dəfə bunlardan
ermənilər istifadə eləmişdilər. Qafqazın digər millətləri də onlardan oğurluq eləmişdilər. Onun
danışdıqları onları nə qədər cırnatsa da, süfrədə qonağa hörmətsizlik eləmirdilər. Coni Biloya dedi:
“Sən bunu aparıb yola salarsan, qoy çıxıb getsin, gedib başqalarının yanında da belə sarsaq-sarsaq
danışar, vurub öldürərlər, zibilinə sən düşərsən”.
Nahardan sonra jurnalist onların şəklini çəkmək istədi, razılaşmadılar, diktafonunu, fotoaparatını
çantadan çıxartmağa qoymadılar. Jurnalist getmək istəmirdi. Mən ədalət tərəfdarıyam, deyirdi,
haylara qulaq asmışam, indi də sizlərə qulaq asmaq istəyirəm.
Bu dəfə də Bilo söhbətə müdaxilə elədi. Gəl gedək, yoxsa bir azdan sənin kiməsə qulaq asası halın
olmayacaq. Mən səni adam bilib bura gətirdim, döyüşçülərlə tanış elədim. Sənsə ipləmənin
biriymişsən.
Bilo jurnalisti aparıb gedəndən az sonra Qobinin qayınanası gəldi. Əl-ayağa düşdülər, qadına
oturmağa yer göstərib, çay gətirdilər. Qadın gəlişinin məqsədini dedi: “Qızımı dostunuza görə, ondan
qisas almaq üçün öldürdülər. Kobud adamdı, qaradinməzdi, amma, görünür, az-çox vicdanı var imiş.
Gedəndə çətinlik çəkməyim deyə mənim bankdakı hesabıma pul keçirib. Pul mənim nəyimə lazımdır?
Özüm də işləyirəm, qızım da hər ay mənim üçün pul keçirirdi. Rəhmətlik ərimdən də bir qədər pul
qalıb. Ərim vaxtilə şəhərin mərkəzində 30 sot yer almışdı. Hasarlatdırıb, qazını, suyunu, işığını
çəkdirmişdi. Orda həyət evi tikmək istəyirdi, əcəl aman vermədi. Qızım da vaxt eləyib tikdirə
bilmədi. Mən orda uşaq bağçası tikdirib, bağçaya qızımın adını vermək istəyirəm. İndi şəxsi uşaq
bağçalarının açılmasına icazə verirlər. Təkbaşına bacarmaram, mənə sizin köməyiniz lazımdır”.
Qadına bu işdə can-başla kömək eləyəcəklərinə söz verdilər. Bilonu da çağırdılar, onun mühəndis
dostu var idi, gedib yerə baxdılar. Şəhər parkının yaxınlığında idi, arxası dağlar idi, qabaq tərəfi isə
parka baxırdı, mənzərəli, ürəkaçan yerdəydi. Mühəndisin tikinti briqadası, hər cür texnikası var idi.
Amma əvvəlcə binanın layihəsini çəkib onlarla razılaşdırmalı idi. Elə də elədi, layihəni çəkib, əlavə
detallarını onlarla birlikdə müzakirə elədi və işə başladılar.
Buldozerlər, ekskavatorlar bağçanın yerini hamarladı, özülünü qazdı, artıq torpağı, daşı maşınlarla
şəhərdən kənara daşıdılar və bünövrənin betonunu töküb, divarına başladılar. Özü üçün də şəhərdə
ev tikmiş, bu işdə təcrübəsi olan Bilo tikinti şirkətindən mühəndisin siyahısı ilə lazım olan tikinti
materiallarını alır, pulunu isə bank ödəyirdi. Ustalara, fəhlələrə əmək haqlarını vaxtı-vaxtında


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   142




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə