İSTİ VƏ soyuq torpaqlarda



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə29/142
tarix10.11.2017
ölçüsü4,8 Kb.
#9616
1   ...   25   26   27   28   29   30   31   32   ...   142

verirdilər. Poriylə Coni növbə ilə tikintidə olur, nəsə çatmırdısa, dərhal Biloya xəbər verir, özləri də
qollarını çırmalayıb fəhlələrə kömək eləyirdilər. Həyətdə bəzək ağacları, gül ləkləri əkib, yaşıl
çəmənliklər salanda isə Bilo kənddən bir maşın adam gətirmişdi. Adamlar ağacları əkir, ətraflarına
çayın sahilindən gətirilmiş yaşıl çimləri döşəyir, səkilərin kənarıyla gül ləkləri əkirdilər. Qadın hər
gün gəlib onların işinə baxır, işə bunca can yandırdıqlarına görə onlara dua eləyirdi.
Həyətə, cığırlara isə Porinin təklifi ilə dağlardan qaraya çalan hamar daşlar gətirib döşədilər. Qışın
sonuna işi qurtardılar, ikimərtəbəli bina çox gözəl, yaraşıqlı idi, həyət-bacası göz oxşayırdı. Lazım
olan mebelləri, avadanlıqları aldılar. Bilo reklam işləriylə məşğul olan şirkətə bəzək işlərini
gördürdü. Girişindəki dairəvi tağın üzərinə tutqun hərflərlə “Bahar uşaq bağçası” yazdılar.
Bu gündən də başlayaraq şəhərdə elanlar verib bağçaya uşaq yığmağa başladılar. Şəhərin
mərkəzində, mənzərəli yerdə olan bu gözəl bağçaya yazılmaq istəyən çox idi. Qiymətlər baha deyildi,
qadın yalnız xərcləri ödəyəcək qədər pul yığmaq istəyirdi. Tərbiyəçiləri tapmaq çətinlik törətmədi,
qadın onlarla çoxdan danışıbmış.
Qadın məktəbdəki müəlliməlik işinə son qoyub bağçanı işlətməyə başladı. Onlar üçün də yaxşı oldu,
arvadlarının iş məsələsi gözlənilmədən həll oldu. Onların da, arvadlarının da ürəyincə olan iş idi. Əfi
ilə Səmoş həm yemək bişirəcək, həm də təsərrüfat müdiri vəzifəsini icra eləyəcəkdilər. Coni hər gün
maşınla onları aparıb bağçada qoyur, ordan çayxanaya gedirdilər.
Bağçanı 70 uşaq üçün nəzərdə tutmuşdular, amma kimsəni geri qaytarmağa üzləri gəlmədiyindən 100
uşaq qəbul eləməli oldular və martın əvvəlindən bağça fəaliyyətə başladı.
Həmən gün axşam Pori axşam işdən qayıdanda qayınlarının hamısının onlarda olduğunu gördü.
Qayınları tez-tez onlara baş çəkər, süddən, qatıqdan, kəndin meyvəsindən, tərəvəzindən gətirərdilər.
Hamısının gəlişi isə ilk dəfəydi. Qaz sobasının yanındakı xalçanın üstündə yan-yana oturmuşdular.
Başlarını aşağı salıb çaylarını içirdilər. O içəri girəndə belə başlarını yuxarı qaldırmadılar,
başkəsənlər tayfasının adamları onunla görüşməyi belə özlərinə layiq bilmirdilər və bu Porini açıq-
aşkar cinləndirib özündən çıxarırdı. Ay əbləhlər, bacınızı mənə verəndə verirdiniz, amma adam
yerinə qoymursuz?! Guya mən heç kiməm, bunlar isə alçaq dağları yaradıblar, yaşamağımız üçün
bunlara borcluyuq! Məlum işdir, bunları yalnız ürəyindən keçirirdi, üzlərinə deməyə isə cəsarəti
çatmırdı. Əfi ilə baxışdı, yəni nə məsələdir, bunlara nə olub? Əfi isə gülümsəyərək çiyinlərini çəkdi.
Böyük qardaş başını yuxarı qaldırdı, astadan, amma təhdid yağan səslə soruşdu: “Bacımız niyə
işləyir?” “Özü belə istəyib”, – Pori dedi. “O istəyib, – ortancıl qardaş bomba kimi partladı, – sən də
icazə veribsən?” “Bəs neyləyirdim, başını kəsirdim?” “O sənin işin deyil, – böyük qardaş hirslə
dilləndi, – o bizim işimizdir!” “Nəydi, başımızı kəsəcəksiniz?” “İndi yox, – böyük qardaş başını
yırğaladı, – haqqınızda şəhərdə nəsə danışılanda. Gələcək və hər ikinizi yan-yana uzadıb başlarınızı
kəsəcəyik”.
Belə deyən kimi də ayağa qalxdı, o birilər də komanda verilibmiş kimi yarı içilmiş stəkanlarını
cingilti ilə nəlbəkilərə qoyaraq ayağa durdular, bir-bir otaqdan çıxır, dönüb geri baxmırdılar.
Görürsən başımıza nə oyun açırsan, arvadını məzəmmətləyirdi, işləmək sənin nəyinə lazım idi?
İşləmək istəyən sən, işləyən sən, onlar isə məni hədələyirlər. Mən bir şey başa düşmədim, indi
şərəfsizin biri durub sənin haqqında nəsə danışarsa, onlar gəlib bizi yan-yana uzadacaq, başımızı
kəsəcəklər? “Hə, – arvadı dedi, – kəsəcəklər, meyitlərimizə də sahib çıxmayacaqlar. Aralıqda
qalacağıq”. “Cəhənnəmə sahib çıxmasınlar, – Pori qışqırırdı, – bizi basdıran tapılar. Lap elə
basdırmasınlar! Əsas mənim yaşamağımdır, öləndən sonra nəyimə lazım məni basdıracaqlar, ya yox?
Basdırmasalar yaxşıdır, inkir-minkirin suallarına da cavab verəsi olmaram. Nəsə soruşar, mən də ona


deyərəm, sən əvvəlcə məni basdır, sonra suallarını döşə. Yoxsa aralıqda qalmağım azlıq eləyir, bu
yandan da sən başlayıbsan. Sənin bu iş sevdanın üzündən həyatımızdan olacağıq”. “Nəydi, qorxdun?”
– Arvadı istehza ilə soruşdu. “Yox, qorxmadım, – Pori də istehza ilə cavab verdi, – sevindim,
sevindiyimdən qəşş elədim. Dedim, nə yaxşı mənim belə baş kəsən qayınlarım var. Ay Allah, nə yaxşı
oldu, heç yatsaydım ağlıma da gəlməzdi. Qayınlarım gələcək, bizi yanaşı uzadıb başlarımızı
kəsəcəklər. Kimə belə xoşbəxtlik qismət olur? Ay qız, nəyə görə də qorxmamalıyam? Başımı
kəsəcəklər, mənsə qorxmayım? Bəlkə buyuracaqsan, sevinim?” “Mənsə qorxmuram, – arvadı
cəsarətlə dedi, – başımı kəssələr də, işləyəcəyəm!” “Sənə nə var, – Pori yana-yana dedi, – sən də
başkəsənlər tayfasındansan. Siz baş kəsməklə, başınızın kəsilməsi ilə fəxr eləyirsiz! Olan mənə
olacaq. Cücə başı kəsməyə əlim gəlmirdi, indisə öz başım kəsilmək təhlükəsi qarşısındadır”.
Coniylə Səmoş da gəldilər, Coninin gözləri gülürdü, qardaş dedi, mənim bu qəlyançəkənlər tayfasını
görən gözüm yox idi, iş-peşələri qəlyanlarını çəkib evi tənbəki hisinə qərq eləmək, bir də mənim
çəpişimə lağ eləmək idi. Amma bu gün ilk dəfə olaraq bunlardan ağıllı söz eşitdim. Deyirlər, sənə pul
lazımsa, biz verərik, arvadını işlətmə. Deyirəm, arvadım özü işləmək istəyir, yoxsa mən onun
işləməsinə razı deyildim. Mən də dedim, qardaşları da, amma qəlyançəkənlərin qızı verib ayağını
yerə, işləməliyəm, vəssəlam!
Düz də eləyib, Əfsanə razılıqla dedi, bir kimsə bizim əvəzimizə qərar verə bilməz! Mən başa
düşmürəm, biz qaldığımız yerdə, nəyə görə başqaları müəyyən eləməlidilər, biz işləməliyik, ya yox?
Başqaları deyəndə, yəni kişilər, Səmoş da söhbətə qarışdı. Söz düşəndə, guya qadınla kişi
bərabərmiş, iş-işə gələndə isə, bizim əvəzimizə hər şeyi kişilər müəyyən eləməlidilər. Siz kişilər
özünüzü tanıyandan bəri qadınlar üzərində hakimiyyətə nail olmağa çalışırsız, mübarizə aparırsız.
Hətta bununla bağlı dinin də sizin tərəfinizi saxlaması üçün əlinizdən gələni eləyirsiniz. Nəticədə
islam dini bir kişini iki qadına bərabər tutur. Amma xeyri yoxdur, əsrlər uzunu apardığınız mübarizə
sizin acı məğlubiyyətinizlə nəticələnib. Siz isə bunu bilir, ancaq nəticə ilə barışa, bunu qürurunuza
yedizdirə bilmirsiz.
Pori incidi, Səmoş, sən nədən danışırsan? Biz nə haydayaq, sənsə bərabərlikdən, məğlubiyyətdən dəm
vurursan. Heç bilirsən qayınçolarım bu gün bizi nə qədər sevindiriblər? Günlərin birində bizə
gələcək, başlarımızı qibləyə çevirib, bıçağı boğazımıza söykəyəcəklər.
Coninin heyrətlə baxdığını görüb əlavə elədi. Bizim hökmümüz verilib, taleyimiz tükdən asılıdır.
Kimsə bizi öldürmək istəsə, silaha-filana ehtiyacı olamyacaq. Əfsanə haqda nəsə danışacaq,
qardaşları da gəlib bizi öldürəcəklər. Yəni yan-yana uzadıb, başlarımızı kəsəcəklər. Meyitimizə də
sahib çıxmayacaqlar. Görsəniz aralıqda qalmışıq, gəlib bizi dəfn elərsiz.
Bayaqdan qızğınlıqla danışan Səmoş təşvişə düşmüşdü, boş sözlərdir. Söz gəlişi deyiblər. İndi hansı
zəmanədir, əllərini, qollarını sallayıb gələcək, başlarınızı kəsib gedəcəklər? Heç narahat olmayın,
onların da işi budur, qorxutmaq üçün deyiblər.
Pori pərt halda dilləndi, Səmoş, onlar boşuna, söz gəlişi heç nə demirlər. Kəsəcəyik, deyirlərsə,
kəsirlər. Sözü dedilərmi, əməl eləməlidilər.
Bağçanın fəaliyyətə başlaması, arvadının ürəyincə olan işə düzəlməsi Porini nə qədər sevindirirdisə,
qayınlarının hədəsi bir o qədər narahat eləyirdi. Coni deyən kimiydi, Allah onlara sevinc qismət
eləyəndə də, alayarımçıq sevinc qismət eləyirdi, sona qədər sevinə bilmirdilər.
Havalar hələ soyuq olsa da, Pori vaxt tapan kimi Coninin maşını ilə bağçaya gəlir, ağacları, gülləri,
çəmənlikləri suvarırdı. Coni bu işi onun öhdəsinə buraxmışdı. Mənim suyla işim olmaz, deyirdi, suya
yaxın düşə bilmərəm. Yoxsa təkcə ayaqlarım yox, bədənim də gömgöy göyərər. Onda da gərək bir


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   142




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə