İSTİ VƏ soyuq torpaqlarda



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə3/142
tarix10.11.2017
ölçüsü4,8 Kb.
#9616
1   2   3   4   5   6   7   8   9   ...   142

Ancaq qisasımızı almasaq, ölə bilmərəm. Al qisasımızı, qoy mən də qıçlarımı uzadım, rahat ölüm.
Yoxsa qəbrim od tutub yanar”.
Qadın atasının qoşalülə ov tüfəngini və bir qutu da patron gətirdi. Neyləyirsən elə, üçünü də öldür.
Biri də sağ qalmasın. Sədrlə ləçər çox vaxt idarədə olurlar, briqadir isə kəndin yuxarısındakı bağda
alma yığdırır.
Qobi gecə yatdı, səhər tezdən oyanıb əsgərlikdən gətirdiyi arxa çantasına lavaş, keçi pendiri, bir
termos çay, bir şüşə araq, ov bıçağını qoydu. Anasının hazırladığı səhər yeməyinə dilini də vurmadı,
indi boğazından heç nə keçməzdi. Çox sevdiyi keçi südünü belə içmədi.
Gözlədi, adamlar işə-gücə gedəndən sonra çantanı arxasına atdı, tüfəngi çiyninə keçirtdi. Patronları
gödəkcəsinin cibinə qoyaraq, anasıyla vidalaşdı. Qadın oğlunun alnından öpüb: “Qisasımızı almasan,
südüm sənə haram olsun!” – deyərək onu yola saldı.
Kolxoz idarəsinə gəlib gəlinlərini burda gördü. Qardaşı bu qızı sevəni qızın üzünə əməlli
baxmamışdı. Doğrudan da gözəl qız imiş, xüsusi ilə də uzun, gözəl boynu dəyirmi, ağappaq sifətinə
hədsiz yaraşıq verirdi. Onu görəndə rəngi saraldı, amma özünü itirmədi. Gülümsəməyə çalışaraq xoş
gəldin elədi.
Tüfəngin qundağıyla qızın gözəl boyunundan vurdu, gözəl boyunun gözəl sümükləri xırçıldayaraq
sındı. Qızın necə can verməsinə baxmadan sədrin otağına girdi. Sədr geniş kabinetinin yuxarı başında
oturub nəsə yazırdı, başını qaldırıb onu əli tüfəngli görəndə əsməcəyə düşdü. Nəsə demək istəyirdi,
ancaq dili söz tutmurdu. Heç nə soruşmadan ürəyini nişan alıb tətiyi çəkdi. Yaxınlaşıb gicgahına da
bir dəfə atəş açdı. Tüfəngi kabinetdəcə doldurub otaqdan çıxdı.
Evlərin arasıyla yuxarıdakı təpəyə doğru qaçırdı. Təpəyə çıxan kimi alma bağını gördü. Qızlar-
qadınlar alma yığırdılar, bağın yaxınlığında yük maşını dayanmışdı. Briqadir də hardasa o tərəflərdə
olmalıydı.
Təpədən enib alma bağına getdi. Axtarıb briqadiri tapdı. Qollu-budaqlı alma ağacının altında oturub
siqaret çəkir, altdan-altdan qızları, qadınları hərisliklə süzürdü.
Hər iki gülləni briqadirin sinəsinə sıxıb, meşəyə getdi, üstünü fıstıq ağacının qızılı yarpaqları hələ
tökülməmiş sıx budaqları örtən oyuqda gizləndi. Yalnız gecədən xeyli keçmiş ehtiyacı üçün çölə çıxır,
termosu su ilə doldururdu. Qənaətlə yeyir, arağı şüşədən kiçik qurtumlarla içirdi.
Ərzağı qurtarandan sonra əlinə nə keçirdisə yeyirdi, cır əzgil, armud, qaragilə, ara-sıra göbələk də
tapır, tüstü kimsənin diqqətini cəlb eləməsin deyə ocaq qalamır, göbələkləri çiy-çiy yeməli olurdu.
Gecələr soyuq olurdu. Oyuqda otura bilmir, çölə çıxıb dərənin sahili ilə yuxarı-aşağı qaçır,
qızınmağa çalışırdı. Meşəyə gəldiyi on beşinci gün onu üşütmə tutdu, gözləri qıyılır, şüuru tədricən
dumanlanmağa başlayırdı. Dəniz balığı yeməsəydi, beyni bürüşəcək, öləcəkdi. Ondansa elə həbsdə
yatmağı yaxşıydı. Rayon mərkəzinə getməyi qərara aldı.
Tüfəngi oyuqda qoyub üstünü torpaqladı və meşənin ətəyindəki çayı keçib yola çıxdı. Odun aparan
yük maşınıyla rayon mərkəzinə gəldi, dükandan quru balıq aldı, balığı hardasa bişirtdirməyə
çatdırmazdı. Dükanın qarşısındakı tozlu səkinin üstündə oturdu. Ov bıçağıyla balığı iki yerə böldü və
acgözlüklə yeməyə başladı. Yedikcə də üşütməsi keçir, başından duman çəkilir, ətrafını seçməyə
başlayırdı. Yeyib başını yuxarı qaldıranda polislərin ona yaxınlaşdıqlarını gördü. “Əllərini yuxarı
qaldır!” – deyə ona qışqıran polis zabitinin sözünə əməl eləyərək əllərini yuxarı qaldırdı. Əmrə tabe
olsa da, zabit boynunun kökündən avtomatın dəstəyi ilə necə vurdusa, huşunu itirib səkiyə yıxıldı.
Polis şöbəsində olduğu üçüncü gün anası yanına gəldi. Qadının üzü sevincdən nura boyanmışdı. İndi
rahat yata bilərəm, dedi, südüm sənə halal olsun!


Qadın getdi və elə həmən gün o tərəflərin sahə müvəkkili ona bəd xəbər gətirdi. Anası kəndə çatan
kimi dünyasını dəyişmişdi.
Bir aydan sonra məhkəmə oldu. Oğraşlar tayfasının ona qarşı iddiaları yox idi, həbs olunmasını
istəmirdilər. Prokurorun gözləri hədəqəsindən çıxmışdı: “Nə cür yəni, siz qatilə bəraət verilməsini
istəyirsiniz?” “Hə, – lap qabaq sırada oturmuş ağappaq saqqallı, gözlərində soyuq, etinasız bir ifadə
donub qalmış qoca dedi, – azad olunmasını istəyirik. Onun babaları bizim torpaqlara dəniz sahilindən
gəliblər. Bekara adamlar olublar, hansısa balıq xəstəliyinə tab gətirməyib may milçəyi kimi qırılıblar.
Bu oğlan balıq başı yeyənlərdən sağ qalan sonuncu adamdır. Türmədə ölüb-itər, onun ölümüylə də bu
tayfa yer üzündən silinər. Biz bunu istəmirik”.
Prokuror on beş il iş tələb eləyirdi. Vəkili isə bacardığı qədər onu müdafiə eləyirdi. “Buna balıq
adam deyirlər, hər həftə dəniz balığı yeməsə, beyni büzüşəcək, öləcək. Türmədə onun üçün dəniz
balığını hardan tapacaqlar? Gözgörəsi niyə ölümə göndərirsiz? Şikayətçi də yoxdur, qarşı tərəf də
həbs olunmasını istəmir”. “ Elədir, – qoca da yerindən təsdiqlədi, – istəmirik. Siz onu azad eləyin,
biz onun üçün özümüz dəniz balığı tapar, öz əllərimizlə ona yedizdirər, ölməyə qoymarıq”. “Ona
balıq adam yox, qaban adam deyirlər, – prokuror razılaşmadı. – Balıq adam üç günahsız sovet
adamını öldürə bilməzdi. Bunu ancaq qaban eləyə bilərdi və eləyib də. Qabanlara bizim cəmiyyətdə
yer yoxdur”.
Vəkil gözlərini döydü, səsini qısaraq astadan soruşdu:
– Balıqlara yer var?
– Harda?
– Bizim cəmiyyətdə…
– Öz sularında yaşasalar yaxşıdır, – prokuror mənalı tərzdə dedi.
Ona on iki il iş verdilər. Beş il həbsdə yatandan sonra Qarabağ savaşı başladı. Ölkədə peşəkar
döyüşçülər çatışmırdı. Onlara ehtiyac duyuldu və döyüşməyə getmək istəyənləri cəbhəyə yola
saldılar. O da gedənlər arasındaydı.
Cəbhədə Pori və Coniylə tanış oldu, sonra isə bu tanışlıqları möhkəm dostluğa çevrildi. O, bir qayda
olaraq, əsgər çantasında hisə verilib qurudulmuş dəniz balığı gəzdirirdi, gözləri qıyılıb şüuru
dumanlanmağa başlayan kimi də ocaq qalayır, balığı suda qaynadıb yeyirdi. Bəzənsə ocaq qalamağa
imkan, fürsət olmayanda balığı bıçaqla doğrayıb çiy-çiy yeyirdi. Onun balıq yeməsinə dostları etiraz
eləmirdilər, amma balığın iyinə dözə bilmirdilər. Xüsusi ilə də isti havalarda balıq qoxusu dözülməz
olurdu. “Neylədiyindir, – komandir bir dəfə ona hirsləndi, – biz hara getsək də, bu qoxuya görə
ermənilər gəlib bizi tapacaqlar. At, bu balıqları getsin!” “Atsam, özüm ölərəm, – Qobi hirslə dedi. –
Atdım, bəs beynim bürüşəndə neyləyəcəyəm?” Komandir hirslə əlini yellədi, daha bu mövzuda söz
salmadı. Bəzən elə olurdu Qobinin balığı qurtarırdı, arxaya sifariş göndərirdilər, hardan olsa dəniz
balığı tapın, qurusundan, hisə verilmişindən. “Balıq sizin nəyinizə lazımdır, – arxadakılar heyrətə
düşürdülər, – olmaya erməniləri quru balıqla qorxutmaq istəyirsiniz?” “Quru balıqla erməniləri
qorxutmuruq, özümüzə əzab veririk, – komandir deyirdi, – amma onsuz da keçinə bilmərik. Dəniz
balığı olmasa, ən cəsur döyüşçümüzü itirərik”. Uzun-uzadı danışıqlardan sonra nəhayət hisə verilmiş
quru balıq tapıb göndərirdilər.
Daha sonra Bakıdan yəhudi balası İbo dedikləri Avraam, Vasya dedikləri rus Vasili də onların
dəstəsinə qoşuldu. Hər ikisi azərbaycan dilində öz doğma dilləri kimi danışırdılar, şən, cəsur
döyüşçüydülər.
Üç il döyüşdülər. Bir dəfə Qobinin kəndçisi gəlib onların döyüşdüyü bölüyə çıxdı və dedi: “Oğraşlar


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   142




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə