İSTİ VƏ soyuq torpaqlarda



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə30/142
tarix10.11.2017
ölçüsü4,8 Kb.
#9616
1   ...   26   27   28   29   30   31   32   33   ...   142

yox, iki-üç çəpiş saxlayam.
Bir dəfə yenə də çəmənliyi suvaranda bağçanın qapısı ağzında bahalı bir xarici maşın dayandı və
Gülya maşından düşdü. Aradan keçən bu vaxt ərzində qızın sirsifəti ağarmış, kökəlmiş, daha da
gözəlləşmişdi. İrəli çıxan qarnı paltosunu qabartmışdı, hamiləliyinin son ayında olduğu hiss olunurdu.
Onunla mehribancasına görüşdü, bağçaya, həyətə, yaşıl çəmənliklərə, suda yuyulub işıldayan qara
daşlara heyranlıqla baxırdı. Ərimə demişəm, dedi, qızımızı bu bağçaya qoyacağıq.
Qız bağçanın həyətində gəzərək deyirdi, ömrün bəzi səhifələrini birlikdə yaşadıq. Unuda
bilməyəcəyim, qayğısız, həyatımda silinməz izlər buraxan çox gözəl günlər idi. Amma mən ərə
getmişəm, sabah-birisigün ana olacağam. Sən də evlənibsən, arvadın var, ata olacaqsan. Yəni geriyə
yolumuz yoxdur, lap istəsək də, o günləri bir də yaşaya bilmərik.
O da təsdiq eləməyə məcbur oldu, elədir, dedi, istəsək də, yaşaya bilmərik.
– Bilmərik? – qız ona sonsuz maraqla baxırdı. – Nədir, arvadına xəyanət eləmək istəmirsən? Mənsə
elə düşünürdüm, fürsət düşdümü, bir kişi olsun belə arvadına xəyanət eləməkdən çəkinməz.
– Mən istəsəm də, eləyə bilmərəm, – pərt halda dedi, – başkəsənlərin qızıyla evləndinmi, bu kimi
işlərlə birdəfəlik vidalaşmalısan.
Qız onun işləriylə maraqlanır, harda işlədiyini soruşurdu. Çayxana işlətdiyini eşidəndə güldü, dedi,
ora yalnız kişilərin gəldiyi çayxanadır. Yoxsa ərimlə gələr, çayınızı içərdik.
– Gülya, – Pori tərəddüdlə dilləndi.
– Nəydi?
– Ərin də toxunanda gülürsən?
– Gülürsən də sözdür!
Gülya eyni ilə bir vaxtlar yataqda olduğu kimi uğunub getmişdi, ona yaxınlaşdı, ətrafa boylandı, birini
görməyəndə, üzündən yüngülcə öpdü və elə gülə-gülə də çıxıb getdi, qara daşlar döşənmiş cığırla
uzaqlaşdıqca ona elə gəlirdi ki, qız o isti yay günlərini, qızılı küləş səpələnmiş həyəti, samanlığı,
bədəni günəşdə yanıb tunc rəng almış qızı, həzz dolu anlar yaşadıqları, pəncərəsindən ağappaq
buludlar görünən o balaca otağı da özüylə aparır. Ayrılıq Pori üçün əzab idi, özünə doğma bildiyi
birindən ayrılmaq qədər heç nə ona ağrılı, acılı anlar yaşatmır, heç nə qəlbini bunca göynətmirdi.
Səhərisi çayxanada müştəriləri çox idi, güclə çatdırırdılar. Yalnız nahardan sonra sakitlik oldu, iki-üç
müştəri gəlir, çaylarını içib gedirdilər. Axşamçağı isə bir-birinin ardınca yeddi nəfər girdi
çayxanaya. Üzləri tüklüydü, qaşqabaqlıydılar, hirsli və yorğun görkəmləri var idi. Keçib oturdular və
onlardan biri Conini yanına çağırıb stolun üstünə bir dənə yüz manatlıq qoyub dedi: “Bundan yüzünü
də ala bilərsiz. Amma şərtimiz olacaq. Yoxsa bu qədər pulu nəyə görə havayı verməliyik? Biz bilirik,
Qobi sizin dostunuz olub. Harasa itib gedib. Siz onun yerini deyirsiniz, biz də pulunuzu veririk”.
Qobinin yerini bilmədiklərini deyirdilər, yeddi nəfər qaşqabaqlı adam isə razılaşmırdı. Yox,
bilirsiniz, ola bilməz ki, bu əclaf adam bir kimsəyə heç nə demədən çıxıb getsin.
O qədər danışdılar, axır Coni hirsləndi: “Bilmirik, – dedi, – bilsək də, demərik. Mən başa düşdüm,
siz Qobinin qan düşmənlərisiz, amma o bizi bu işlərə qatmırdı. Deyirdi, bu mənim işimdir. Siz isə
bizi öz qan davanıza qatmaq istəyirsiz”. “Biz nə sizi, nə də polisi bu işə qatmarıq, – oğlan dedi, –
sadəcə, yerini soruşduq. Dediniz, demədiniz, harda olsa, tapacağıq. Addım-addım izləyəcəyik, bizi,
nəfəsimizi daima öz arxasında hiss eləyib qorxacaq, gecələr təşviş və qorxu içində yatacaq.
Gündüzlər kölgəsindən belə ürkəcək, hər qarşısına çıxanı bizlərdən biri zənn eləyib, əsməcəyə
düşəcək. Bağrı çatlayacaq, başına hava gələcək, amma ona öz əcəli ilə ölməyə imkan verməyəcəyik.
Bizim əlimizdə öləcək, onu biz öldürəcəyik!” “Nə bilim, – Coni əllərini yana açdı, – hələ ki öldürə


bilmirsiz. O öldürür”.
Oğlan onu nifrətlə süzüb ayağa qalxdı, cibindən beş manat çıxarıb stolun üstünə atdı:
– Çayın pulu.
– Çay içmədiz axı, – Coni heyrətlə dedi.
– İtin dostlarının çayını içəcəyimizimi güman eləyirdin? – oğlan hədə, təhdid yağan səslə dedi. –
Amma vaxtınızı aldıq, stullarınızda oturduq. Biz bir kimsəyə borclu qalmarıq!
Coni heyrətə düşmüşdü, eşitdinmi, bu oğraşların qabiliyyəti, birinin vaxtını aldılarsa, onun malından,
mülkündən istifadə elədilərsə, haqqını verməyi özlərinə borc bilirlər. Oğraş olmayanlar isə bunun
tam əksini düşünürlər.
Oğraşlar tayfasının adamları birdəfəlik getdilər və bir daha çayxanaya gəlmədilər. Onlar isə Qobiyə
görə çox narahatdılar, bu adamlar izə düşmüş itlər kimi onu hər yerdə axtaracaq, tapıb öldürməyincə
sakitləşməyəcəkdilər. Yerini, telefon nömrəsini bilmədiklərindən Qobini onu gözləyən təhlükə haqda
xəbərdar eləyə bilmirdilər. Qobi özü də onlarla əlaqə saxlamırdı.
Jurnalistin gəlib-getməsindən heç bir həftə keçməmişdi, Coni əlində “İzvestiya” qəzeti hay-küylə
onlara gəldi. Bu adam bizi rüsvay eləyib, deyirdi, Bilo jurnalisti yanımıza gətirməklə durduğumuz
yerə başımıza oyun açıb. Amma bəxtimiz var imiş, adlarımızı olduğu kimi yazmayıb, Porsuq və
Canavar yazıb, bu şəhərdə bizi Pori və Coni kimi tanıyırlar. Yoxsa şəhər əhli dərimizə saman təpərdi.
Bir şey başa düşməyərək qəzeti Conidən aldı, oxuduqca indi də onun başında tükləri qalxırdı. Sən
demə, bu jurnalist millətlərarası münasibətləri öyrənmək üçün Azərbaycana gəlib, burda əyalət
şəhərində döyüşçü ləqəbləri Canavar və Porsuq olan iki keçmiş döyüşçü ilə görüşüb. Onlar da ona
bəzi həqiqətləri danışıblar. Deyiblər ki, biz ermənilərə nifrət edirik, harda erməni gördükmü,
öldürməliyik. Elə buna görə azərbaycanlılar Ermənistanın iqtisadiyyatına sarsıdıcı zərbə vurmaq
üçün buğda zəmilərini biçmədən, məhsulu yığmadan, inəkləri sağmadan gecəylə qaçıb Azərbaycana
gəliblər. Qonşu xalqa qarşı nə qədər radikal mövqedə olsalar da, bəzi həqiqətləri də deyiblər:
“Aramızda nə olmuş olsa belə, biz bu qədim xalqa çox borcluyuq, demək olar, hər şeyi, çörək əldə
eləyib bişirməyi, heyvan saxlamağı, süd sağıb pendir tutmağı, üzüm əkib şərab çəkməyi, çay
dəmləməyi, hətta oxuyub-çalmağı da bu xalqdan öyrənmişik. Onlar olmasaydı, biz hələ də çöllərdə
yarıac-yarıtox gəzib-dolaşır, əlimizə keçəndən yeyir, ağzımızı dağ çaylarına söykəyib soyuq sudan
içirdik. Onlar Dəclə-Fərat çayının sahillərindən buralara gəlib çıxmasaydılar, biz hələ yarımvəhşi
halda qayalarda qazdığımız mağaralarda, oyuqlarda yaşayırdıq”.
Yazını oxuyandan sonra Pori Conidən çox narahat olmağa başladı, bu şəhərə də çoxlu qaçqın
gəlmişdi, Xocalı soyqırımının ağrı-acısı xalqı sarsıtmışdı, müharibə dəhşətlərini yaşayan adamlar
başlarını itirmişdilər. Onların jurnalistə belə həyasızcasına intervü verdiklərini oxusaydılar, onları
qəzəblənmiş kütlənin əlindən heç kim xilas eləyə bilməzdi. Yaxşı halda Azərbaycandan çıxıb
getməliydilər.
Qərara aldılar ki, elə indicə şəhərə çıxıb, “İzvestiya”nın bütün nömrələrini köşklərdən yığışdırsınlar.
Sabaha gec olardı. Adamlar qəzeti səhər tezdən köşklərdən alacaqdılar. Adlarını olduğu kimi
yazmasalar da, bu şəhərdə onları Canavar, Porsuq adlarıyla tanıyanlar çox idi.
Geyinib çıxmaq istəyəndə, Bilo da gəldi.
– Sizi bəlaya mən salmışam, – dedi, – amma canınızı da mən qurtardım. Şəhərə gələn bütün
“İzvestiya”ları almışam. Səhər köşklərə bu qəzetdən bircə nömrə də verilməyəcək.
– Sən hələ bir danışırsan da! – Coni onun üstünə düşmüşdü. – Niyə başımıza oyun açırsan? Şəhərdə
adam tapa bilmədin, gərək elə o jurnalisti bizim yanımıza gətirəydin?


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   142




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə