İSTİ VƏ soyuq torpaqlarda



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə32/142
tarix10.11.2017
ölçüsü4,8 Kb.
#9616
1   ...   28   29   30   31   32   33   34   35   ...   142

Ona yaxınlaşdı. Adam nəfəsini dərdi, boğazını qıdıqlayan yovşanları kənara verib dedi, bu dəfə
mütləq bağırdacağam, qoy bir az güc toplayım, özümə gəlim.
Qobi dayanıb gözləyirdi, adam ayağa qalxdı, üst-başını çırpdı, dağılan saçlarını arxaya verdi və
yenidən onu vurmaq üçün qolaylandı, amma Qobi bu dəfə də bircə yumruq zərbəsi ilə onu yerə sərdi.
Başı yovşanlığın içinə elə girmişdi, gözlərini güclə seçilirdi. Güclə seçilən gözlərində buludsuz,
yorğun və mavi səma əks olunmuşdu. Özünü yerə vurmurdu. “Tələsmə, – dedi, – qoy nəfəsimi dərim,
güc toplayım, ayağa qalxıb səni mütləq bağırdacağam. Mən öyrənmişəm, sən balıq başı yeyənlər
tayfasındansan. Sənin əcdadların vaxtilə dəniz sahilində yaşayıblar, ağ daşdan tikilmiş kilsələrində
ibadət eləyir, balıq başı yeyir, şərab içirmişlər. Dənizdən gələnlər onları öz torpaqlarından qovublar,
əcdadların da arxalarına baxmadan qaçıb gedib bir dağ kəndinə çıxıblar. Ağsaqqalları meşəni,
çəmənlikdə otlayan qoyunları onlara göstərib deyib, bu meşə, bu da qoyunlar. Onlar yaşasalar, siz də
yaşayacaqsız. Ölsələr, siz də öləcəksiz. Bu gündən də dənizi və balıqları unuduruq. Əcdadların da
dağ çöllərində qoyun otarıblar, qoyunu geyiblər, qoyunu yeyiblər və ölüblər”. “Uydurursan, – Qobi
onun yanında oturub dedi. – Mənim əcdadlarım neyləyə bilərdilər, silahlı adamlara necə müqavimət
göstərə bilərdilər? Qaçıb canlarını qurtarıblar. Doğrudur, qoyun saxladıqları, qoyun əti yedikləri
olub, amma qoyunu geymək nə deməkdir?” “Mənim də əcdadlarım dəniz sahilində yaşayıblar, amma
silahlılardan qorxub heç hara qaçmayıblar. İndi də o torpaqlarda yaşayırıq. Sənin bir tərəfin qoyuna
bağlıdır, genində qoyun geni olduğu üçün bunca adi həqiqəti başa düşə bilmirsən. Əcdadların qoyun
yunundan özləri üçün qalın yun corablar, qalın köynəklər toxuyurmuşlar, uzun tüklü qoyun dərilərini
aşılayar, kürk, çoban papağı, çarıq tikərmişlər. Bu da oldu qoyunu geymək. Mən indi nəfəsimi
dərəcək, güc toplayacaq, ayağa qalxacaq, səni bağırdacağam!” “Nəfəsini dərəcək, güc toplayacaq,
amma yenə də bağırda bilməyəcəksən, özün bağıracaqsan. Alnının ortasından vuracağam,
səriləcəksən yovşanların arasına. Mən sənin yerinə olsaydım, ayağa qalxmazdım. Yenə yanılırsan,
babalarım çarığı camış gönündən tikirmişlər, qoyun dərisindən yox. Çarıq üçün qalın dəri lazım olur,
qoyun dərisi yaramaz. Sənin hesabınla da demək, qoyunu yox, camışı geyirmişlər. Bəs sənin
əcdadların neyləyiblər, – Qobi ondan soruşdu, – olmaya balıq otarıb, balıq geyib, balıqları yeyib
ölüblər?” “Yox, – adam dedi, – mənim əcdadlarım dənizçi olublar, bizim kökümüz dənizə bağlıdır və
bəzi qorxaqlardan fərqli olaraq, bağlı da olaraq qalır. Əcdadlarım balıqları otarmayıblar, istəsən də,
balıqları otara bilməzsən. Özləri dənizdə dolaşır, özləri yeyir, dənizdə yatırlar. Çünki onlara hücum
eləyən yırtıcılar insandan güclüdürlər və insan balıqları otarır deyə, köpək balığı balıq sürüsünə
hücum eləməməyi ağlına da gətirməz. İnsanı da balıq qarışıq yeyər. Bu səbəbdən də əcdadlarım
dənizin onlara hədiyyə elədiyi balıqları yeyər, satar, dolanarmışlar. Balıq yediyimizə görə gözümüz
yaxşı görür, şüurumuz aydın, qolumuz da güclüdür. O vaxtdan da bizim adamlarımız, evlərimiz, hətta
ağaclarımız, otlarımız da dəniz və balıq qoxusu verir. Sənsə bütün bu sadaladıqlarımla birlikdə hələ
də qoyun iyi verirsən”. “Gör nəylə fəxr eləyir, – Qobi hirsləndi, – balıq iyi verməyi ilə. Balıq iyi
qoyun iyindən iyrəncdir. Səninkilər nəinki balıq yeyərmişlər, hətta gecələr torpaq daxmalarını
işıqlandırmaq üçün çıraqlarında da balıq yağı yandırarmışlar. Belə çıraqlar yananda dənizlərdən
dənizlərə qədər iyrənc balıq qoxusu yayılarmış. Əgər seçim qarşısında qalaramsa, heç fikirləşmədən
qoyun qoxusuna üstünlük verərəm. Ölü balıqların arasında yaşamaqdansa, ölü qoyunların arasında
yaşayaram”. “Balıq yağını hardan uydurdun? – adam ona irad tutdu. – O lap keçmişlərdə olub.
İnsanlar neftin nə olduğunu biləndən sonra çıraqlarında balıq yağı yandırmağa birdəfəlik son
qoyublar. Sonrası da, əcdadlarım ölü balıqların arasında yaşamayıblar, niyə də yaşasınlar?” “Elədir,
– Qobi könülsüz halda təsdiq elədi, – amma əcdadların neftin nə olduğunu bilənə qədər bütün


dünyanı qoxudublar. Hətta Çingiz ordusu ilə bərabər bu yerlərə gəlib çıxanda yüz ağaclıqdan sənin
dəniz kənarındakı əcdadlarının qoxusunu duyub və atların başını geri döndərməyi əmr eləyib. Ona elə
gəlib dənizlər hamısı belə qoxuyur və döyüşçülərinə dənizlərə yaxın düşməməyi əmr eləyib. Yalnız o
öləndən sonra balaları dənizlərə qədər gedib çıxıblar”. “Başımı ağrıtma, – adam hirslə dedi, – sənin
əcdadların mənim əcdadlarımdan asılı olublar. Balıq almaq üçün babalarımın yanına gələrmişlər.
Çünki balıq yeməyəndə onsuz da az olan ağılları lap azalar, gözlərinin nuru itər, beyinləri bürüşərmiş.
Onlar balıq əldə eləmək üçün xüsusi əlamət gözləyərmişlər. Dənizlərdən kənarlarda, səhralarda,
düzənliklərdə, dağlarda qoyunlarını otaran tayfa adamlarının gözləri qıyılmağa, yumulmağa
başladımı, balıq yeməyin vaxtı çatdığını başa düşərmişlər. Özləriylə aşılanmış qoyun dəriləri, İran
şahlarının xəzinəsində basılan qızıllar, şirin su və lavaş götürər, arabalarla dənizlərə doğru yol
başlayarmışlar. Bir qitədən digər qitəyə uçan köçəri quşlar kimi dənizlərə gedən yolu instinktlə,
fəhmlə müəyyən elərmişlər. Bəzən balıq yeməyin vaxtını çox keçirdiklərindən beyinləri qaydasınca
işləməz, dənizin yolunu itirərmişlər. Qarşılarına çıxan yolçulardan soruşarmışlar.
– Dəniz hardadır?
– Hər yerdə, – yolçular cavab verərmişlər, – şimalda da, cənubda da, şərqdə də. Bircə qərbə
getməyin. Elə gedin günəş üzünüzü yalnız sağ tərəfdən işıqlandırsın. Onda tezliklə dənizə çatarsınız.
Onlar da yollarına davam eləyərmişlər, günəş üzlərini yalnız sağ tərəfdən işıqlandırarmış və tezliklə
balıq qoxusunu hiss eləməyə başlarmışlar, qoxuya doğru gedər, dənizin sahilindəki balıqçı
qəsəbəsinə çatarmışlar. Gətirdiklərini verər, duzlanmış, hisə verilmiş balıq alıb arabalara yükləyər,
öz çöllərinə qayıdarmışlar. Təzə balıq almazmışlar, çünki balığı necə saxlamaq haqda anlayışları yox
imiş, əvvəllər naşılıq eləyib aldıqları təzə balıqlar heç dənizdən aralanmamış qoxuyar, qoxusundan
baş çatlayarmış”. “ Sənin babaların müftəxor olublar, – Qobi təntənə ilə dedi, – əllərini ağdan qaraya
vurmayıblar, dənizin hazır balığına sahib çıxıblar. Mənim babalarım isə qoyunları saxlamaq, otarmaq
üçün it əziyyəti çəkiblər, öz əməklərinin bəhrəsini görüblər. Sənin babalarından havayı balıq
almayıblar, ona görə də sən qoxumuş balıqlarını gözümüzə soxa bilməzsən”. “Mən balıqlarımı
haranızasa soxmaq istəmirəm, – adam özünə haqq qazandırdı, – sənsə qoyun olduğunu dərhal büruzə
verdin. Düzdür, mənim əcdadlarım dənizlərdə balıq otarmayıblar, qayıqlarla açıq dənizə çıxıb, tor
atıb, balıq tutublar. Sən elə bilirsən, balıq tutmaq asan olub? Olmaya, elə zənn eləyirsən, balıqlar öz
xoşlarına gəlib giriblər onların atdığı torlara? Əsl it zülmü balıqçılıq olub, həm də təhlükəli olub,
mənim əcdadlarımın quruda nə qədər qəbirləri varsa, sularda da bir o qədər qəbirləri var”.
Qobi soruşdu:
– O qəbirlərin harda olduğunu bilirsiz?
– Biz bilmirik, amma dəniz bilir.
– Bunun sizə nə dəxli? Bəs bayramda sudakı qəbirlərinizin üzərində necə şam yandırırsız?
– Suda nə qədər qəbrimiz varsa, o qədər də şam yandırıb dənizə atırıq, dalğalar şamları aparırlar
qəbirlərin üstünə.
– Boş sözdür. Yanan şamı dənizə atan kimi sönəcək.
– Orası bizi maraqlandırmaz, biz şamımızı yandırırıq. Dəniz və dalğalar şamları neyləyəcək, öz
işləridir.
Günəş şüası yovşanların üzərindən hoppanıb cığırın kənarındakı daşların üzərinə düşürdü.
Rütubətdən yaşıl rəngə çalan daşlar işıqlanır, yovşanlar hamısı birdən günəş şüasına doğru əyilirdi.
Adam dikəlib oturdu, daşların üzərinə düşən şüanın qabağını kəsdi.
“Sən qarışdırdın, – Qobi dedi, – bir halda mənim əcdadlarım dənizlərə yol başlayıb sənin balıqçı


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   142




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə