İSTİ VƏ soyuq torpaqlarda



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə34/142
tarix10.11.2017
ölçüsü4,8 Kb.
#9616
1   ...   30   31   32   33   34   35   36   37   ...   142

adamlarının evdə onu axtaracaqlarından şübhələnirdi. Evinin yaxınlığındakı çayxanaya getdi. Pəncərə
qabağında oturub çay sifariş verdi. Çay içir, pəncərədən yola baxırdı. Onun üçün indi ölmək, ya da
yaşamaq elə də əhəmiyyət kəsb eləmirdi, yalnız oğraşlar tayfasının adamlarının əlində ölmək
istəmirdi. Bu onun üçün ikiqat cəza olardı.
– Tanrım, – pıçıltı ilə dedi, – mənə cəza göndəribsənsə, qoy elə bu cəza ilə ölüm, məni oğraşlar
tayfasının əlində öldürmə.
Bir azdan sürücüsü ona zəng eləyib dedi, Ciddini öldürüblər, kimin öldürdüyü bilinmir, amma ən çox
düşmənlərindən şübhələnirlər.
Çayxananın qapısı ağzında onları himayə eləyən mayor göründü, mülki paltardaydı, keçib onunla
üzbəüz oturdu, çayçını çağırıb çayı təzələməyi tapşırdı. Çayçı çayniki aparıb bir çaynik təzə çay
gətirdi. Mayor özünə çay süzdü. „Qobi, – dedi, – sən məni hələ yaxşı tanımırsan. Kimi istəsən aldada
bilərsən, amma məni yox. Ciddinin düşmənləri çox idi, amma güclü də arxa-dayağı var idi. Kimsə
onu öldürməyə cürət eləməzdi. Mən onun özünə də demişdim ki, sənə ölüm heç gözləmədiyin yerdən
gələcək. Dediyim kimi də oldu. Onu sən öldürübsən, elədirmi?“
– Elədir, – gizlətməyi lazım bilmədi.
– Niyə?
– Ədaləti bərpa eləmək üçün.
– Bu məni maraqlandırmaz, sənin bərpaçılığın mənə baha başa gəlib. Ciddi mənə ayda iyirmi min
dollar verirdi. Onu hər ay sən verəcəksən. Məndən xəbərsiz, icazəsiz iş tutmağının da haqqını
ödəyəcəksən.
– Nə qədər?
– Yüz min dollar nağd verəcəksən. Evini də oğlumun adına keçirəcəksən.
– Yaxşı, – razılaşdı.
Mayor razılıqla dedi, bu başqa məsələ, qaban olsan da, başın işləyir. Mənim fikrim vardı ki, elə
burdaca qollarını qandallayım, aparıb Ciddinin adamlarına təhvil verim. Fikrimdən vaz keçirəm.
Pulu sabah saat 11–də mənə Ciddinin pulunu verdiyin bağa gətirirsən. Birisigün isə oğlumu
göndərəcəyəm, notariusa gedib sənədləşmələri qurtararsınız.
Başıyla razılığını bildirdi və mayor çayını içib ayağa qalxdı, geriyə baxmadan çayxanadan çıxdı. Bu
adam özünə nə qədər güvənirdi, özündən nə qədər razı idi. Elə yeriyirdi, sanki bütün şəhər buna
borcluydu, şəhərin bütün insanları var olduqları, yaşadıqları üçün buna minnətdar olmalıydılar.
Demək, ayda iyirmi min alacaqdı, evini oğlunun adına keçirməli, yüz min dollar da nağd verməliydi.
Elə həmən gün makler tanışının köməyi ilə evini satdı, ucuz satdı, amma onun gözləməyə vaxtı yox
idi. Səhərisi çoxdan oxuyub tamamlaya bilmədiyi Dostayevskinin “Cinayət və cəza” kitabını sellofan
torbaya qoyub vədələşdikləri bağa getdi. Ağacların arasında gəzişir, mayoru gözləyirdi. Mayor gələn
kimi də pulu tələb elədi, o isə tələsmirdi.
– Mən nə qədər mümkünsə savab işlərdən çox görməyi qərara almışam, – dedi, – bununla da
haqsızlığı, ədaləti bərpa eləmiş oluram. Yəni təkcə günahkarların bir qismi yox, hamısı bu dünyadaca
cəzalarını almış olurlar.
Nə deməsini gözləmədən tapançanı çıxarıb mayorun alnına atəş açdı.
Ağacların arasından çıxıb taksiyə oturdu. Sürücü zəng çaldı, dedi, səni yeddi nəfər axtarır, amma
Ciddinin adamları deyillər. Hardansa sizin tərəfdən gəliblər. Qaşqabaqlıdılar, üzləri tüklüdür,
gözlərindən zəhər damır.
– Hardadılar?


– Metrodan çıxıblar. Meydanda dayanıblar. Günəş onların sağ üzünü işıqlandırıb.
Taksiylə sürücünün dediyi yerə gedib düşdü və düşən kimi də oğraşlar tayfasının adamlarını gördü.
Meydanda dayanmışdılar, günəş üzlərini sağ tərəfdən işıqlandırdığından sifətlərinin yarısı qızılı
rəngdəydi, yarısı isə qaraya çalırdı. Sifətlərinin yarısı qızılı, yarısı da qara rəngdə olan adamlar onu
öldürmək istəyirdilər. Arvadını öldürmüşdülər, indi də onu öldürmək, qanlarını almaq istəyirdilər.
Bir qədər kənarda dayanıb adamları izləyirdi, adamlar yorğun və ac görünürdülər. Sökülmüş bazarın
içindəki kafeyə doğru gedirdilər. İndi günəş onları arxadan işıqlandırırdı. Kafedə söyüd ağaclarının
arasındakı ayrıca otağa keçdilər. Saydı, yeddisi də keçəndən sonra ağacların arasıyla otağa
yaxınlaşdı. Bir qədər də gözlədi və hər iki tapançasını çıxarıb ayağa aldı, qapını ehtiyatla açdı,
oğraşlar tayfasının yeddi adamı stolun arxasında oturub onlar üçün yemək gətirilməsini gözləyirdilər.
Qapı açılanda yeddisi də başını qapıya doğru döndərdi.
– Haydı, atalarınızın yanına! – dedi və hər iki tapançadan atəş açmağa başladı. Dəqiq, sərrast atırdı.
Bircə gülləsi belə boşa çıxmırdı. Hamısının öldüyünə əmin olandan sonra yola çıxıb taksiyə oturdu
və son günlər qaldığı otelə sürdürüb pullarını və sənədlərini götürdü. Başqa bir taksiylə də təyyarə
limanına getdi. Bilet alıb Çelyabinskiyə uçdu.
 
Son günlərdəki qətl hadisələri polisi ayağa qaldırmışdı. Yeddi nəfərin hansı rayondan olduqlarını
öyrənib adamlarına zəng elədilər və meyitləri aparmaq üçün oğraşlar tayfasından bir dəstə adam
gəldi. Dəstənin başçısı ağappaq saç-saqqalı olan qoca kişi idi. Polis rəisi ondan soruşurdu:
– Səncə, bu adamları kim öldürə bilər? Düşməniniz kimdir?
– Bizim düşmənimiz yoxdur, – qoca dedi, – onları da başqasının öldürdüyünə inanmırıq. Hardansa
əllərinə silah keçib, yəqin, sözləri düz gəlməyib, bir-birlərini güllələyiblər.
– Elə olmayıb, – rəis hirsləndi, – onlar heç silahlarından atəş açmağa belə macal tapmayıblar. Onları
başqası güllələyib.
– Elə olubsa, demək, onları yerində öldürüblər. Bizim şikayətimiz yoxdur.
Polis rəisi hədsiz heyrətlənmişdi, qocaya baxır, gözlərinə inana bilmirdi. Yeddi nəfər ən yaxın adamı
ölən birisi bu qədər soyuqqanlı, etinasız ola bilərdimi? Qocaya qarşı hörmətsizlik eləmək istəmirdi,
amma qoca onu hövsələdən çıxardırdı.
– Orda sənin nəvələrin də var! – dözə bilməyib dedi.
– Nə olsun? – qoca təmkinini pozmurdu.
– Onlara heyfin gəlmir?
– Nəvələrimin, nəticələrimin ölməsi məni ağrıtmaz, qanımızın yerdə qalması ağrıdar, – qoca dedi və
ayağa qalxdı, ayaqlarını sürüyərək otaqdan çıxdı.
 
 


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   142




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə