İSTİ VƏ soyuq torpaqlarda



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə4/142
tarix10.11.2017
ölçüsü4,8 Kb.
#9616
1   2   3   4   5   6   7   8   9   ...   142

tayfasının adamları səni öldürəcəklərinə and içiblər. Burda ölməyəsən deyə Allaha yalvarırlar.
Burdan qayıtdınmı, səni axtaracaq, tapıb öldürəcəklər”.
Atəşkəs elan olunandan sonra bölüyü buraxdılar, döyüşçülər evlərinə döndülər. Qobi avtomatını
təhvil vermədi, çoxlu da patron götürdü. Yolda şəhərə, hərbi xəstəxanaya gedən yaralı bir döyüşçü ilə
tanış oldu. Qobi başına gələnləri danışdı və döyüşçü ona dedi, öz kəndinə qayıtsan, oğraşlar
tayfasının adamları səni öldürərlər. Bütöv bir tayfaya qarşı döyüşə bilməzsən. Get bizim kəndə. Orda
traktor sürərsən, traktorçuya ehtiyac var. Mən də uzağı on-on beş günə gələcəyəm.
Çox da düşünmədən razılıq verdi.
 
 


II. Pori
 
 
Onlar Sibirdə, - Orxan və Yeni suyun sahilində yaşayırdılar. Maral saxlayır, çaylardan, göllərdən
balıq tutur, meşələrdə ov eləyirdilər. Şam ağaclarının tirlərindən evlər, maral dərilərindən soyuğa
davamlı çəkmələr, kürklər, paltarlar tikirdilər. Möhkəm şaxtalar düşdü. Şaxta maralları öldürdü,
çayları, gölləri dondurdu, adamlar aclıqdan və soyuqdan ölməyə başladılar. Sağ qalan maralları
kirşələrə qoşaraq isti torpaqları tapmaq üçün üzü cənuba uzaq səfərə çıxdılar.
Gəlib isti torpaqları tapdılar, burda məskən saldılar və bir daha Sibirə, öz yurdlarına
qayıtmadılar.Yerli xalq onlara yelqovanlar deməyə başladılar.
 
***
Porinin başında öndən arxaya doğru üç ağ zolaq uzanmışdı, xırda addımlarla yeriyirdi, iybilmə
qabiliyyətinə və eşitməyinə görə heç kim onunla müqayisə oluna bilməzdi, amma yaxını da, uzağı da
yaxşı görmürdü. Üst-başı, əl-ayağı tər-təmiz olar, qardaşları ilə eyni qabdan yemək yeməz, eyni
qabdan su içməzdi. Ən çox yumurta, quş əti yeməyi, süd içməyi xoşlayırdı. Bir dəfə qışda, şaxtalar
düşəndə evin bir küncünə çəkilərək atasının kürkünə bürünüb yuxuya getdi, səhərisi nə qədər
çalışsalar da, yuxudan oyanmadı.
Onu rayon mərkəzinə, xəstəxanaya apardılar. Həkim onu müayinə eləyib dedi: “Bu uşaq porsuğa
oxşayır, onda porsuqdan nəsə var. Aparın evə, bir daha oyatmağa cəhd eləməyin. Özü oyanacaq”.
Elə də oldu, on beş gün yatandan sonra yuxudan ayıldı. Arıqlamış, gözləri çuxura düşmüşdü. Növbəti
qış qar yağıb şaxtalar düşəndə Pori yenə də qış yuxusuna getdi. Bu dəfə həkimə aparmadılar, yuxudan
oyanmasını gözlədilər. Yenə də on beş gün yatıb oyandı. Artıq onun şaxtalar düşəndə qış yuxusuna
gedəcəyini bilirdilər.
Pori əsgərliyini çəkib qayıdandan sonra rayondakı tikinti idarəsində işə düzəldi, kəndə yalnız şənbə-
bazar günləri gedir, qalan günləri isə gündüzlər tikintidə işləyir, gecələr fəhlə yataqxanasında qalırdı.
Başındakı üç ağ zolaq Poriyə xüsusi yaraşıq verirdi, tikintidəki qızların çoxu ona vurulmuşdu və ona
biganə olmadıqlarını hər vasitə ilə büruzə verirdilər. Həm də təkcə biruzə verməklə qalmırdılar.
Qarabağ savaşı başlayanda yaralı bir zabit kəndə gəldi, cəbhəyə könüllülər yığırdı. İlk yazılanlardan
biri də o oldu. Anası vay-şivən qopartmışdı, zabitə yalvarırdı. Ay oğul, sən bunu hara aparırsan, bu,
şaxtalar düşdümü, qış yuxusuna gedəcək. Ermənilər də gəlib yatdığı yerdə öldürəcəklər. Mən
eşitmişəm, onlar gecələr hücuma keçir, adamları yatdıqları yerdə öldürürlər.
Sən narahat olma, zabit anasına təskinlik verirdi, yazda-yayda döyüşər, qış gələndə isə onu arxaya
göndərərik.
Pori cəbhəyə yola düşdü, burda Qobi və Coniylə, digər döyüşçülərlə tanış oldu, onlarla birlikdə
döyüşdü, dostlaşdılar. Pori qış yuxusuna gedəndə onu hərbi səhra hospitalına göndərirdilər. Bir dəfə
də yuxudan ayılanda ona: “Daha cəbhəyə getməyəcəksən, – dedilər, – müharibə qurtarıb”.
Pori cəbhədən qayıtdı. Pulu var idi, tikintidə işləyəndən yığıb saxlayırdı. Rayon mərkəzində, bu
balaca əyalət şəhərində üçotaqlı, içərisində hər cür şəraiti olan həyət evi aldı. Evin balaca, amma
gözəl bağı var idi. Həyətə dağdan qaraya çalan daşlar gətirdib döşətdirdi, evdən mərkəzi yola gedən
yolun kənarlarına, hasarın diblərinə şam, küknar, sidr ağacları əkdi. Bu ağaclardan, onların
qoxularından, xüsusi ilə də həmişə yaşıl olmalarından çox xoşu gəlirdi. Həyətin ortasında isə


kəndlərinin yaxınlığındakı meşədən çıxarıb gətirdiyi böyürtikan və itburnu kolları, ağacların, kolların
dibiylə bənövşə, qoyunqıran çiçəkləri əkdi. İndi artırmada oturub həyətə baxmaq ona ləzzət verirdi.
Yağış yağanda həyət çox gözəl görünür, yağışda yuyunmuş iynəyarpaqlı ağaclar, qara şəfəqlə
işıldayan daşlar göz oxşayırdı.
Zəmi biçininin qızğın çağında təzə evinə köçdü. Yenə də tikintilərdə işləyir, yalnız şənbə, bazar
günləri evdə olurdu. Subay adam üçün öz şəxsi evinin olması gözəl idi, amma təklik onu darıxdırırdı.
Bazar günü həyətdən bir qızın çağırdığını eşitdi. Eyvanın pəncərəsindən baxanda həyətdə nazik çit
don geymiş, üzü, sinəsi, qıçları günəşdə yanmış, gözlərindən, bədənindən ehtiras yağan qəşəng bir
qızın dayandığını gördü. Qızın donu günəşdə yanıb qaralmış çiyinlərindən nazik bağlarla asılmışdı.
Qız gülümsəyərək ona xoş gəldin elədi, dedi ki, bizim üçün bir maşın saman presi gətiriblər, evdə
təkəm, presləri samanlığa yığmağa mənə kömək elə.
Artıq günəş əyilmək üzrə olsa da, isti idi, belə istidə samanlığa ot-küləş daşımağa həvəsi yox idi.
Amma qıza da yox deyə bilmədi, könülsüz halda həyətə düşüb, qızın arxasınca getdi. Aralıq qapıdan
qonşunun həyətinə keçdilər. Burda qız adının Gülya olduğunu dedi və ondan adını soruşdu, adının
Pori olduğunu öyrənəndə heyrətdən qızın sifəti uzandı.
– Nə?
– Pori, yəni Porsuq.
Qız uğunmuşdu, sənə amma nə ad qoyublar! Adamları qınamalı deyil, eynən porsuğa oxşayırsan.
Keçən yay bir porsuq bizim toyuqlara dadanmışdı, anam tələ qurub tutdu onu. Eynilə sənə oxşayırdı.
Gör sənə nə deyirəm, o porsuğu sənlə yanaşı qoysaydılar, heç kim ayıra bilməzdi, hansı sənsən, hansı
porsuqdur.
Yenidən gülür, gözünün yaşını silirdi, lakin incimək əvəzinə, onu da gülmək tutmuşdu.
Qızılı rənglər içində ilğımlanan həyətə qızılı samanlar səpələnmişdi. Onu maqnit kimi cəzb eləyən
qızın sinəsi də, çit donunu qabartmış döşləri də qızılı rəngdəydi. Küləş presləri bir az kənarda
qalaqlanmışdı və burdan evin arxasındakı samanlığa daşımalıydılar. Başa düşə bilmirdi, şəhərin
mərkəzində saman presi bunların nəyinə lazım idi? Qızdan soruşanda: “Biz inək saxlayırıq, – dedi. –
Anam hər gün süd içməlidir, sümüklərində problem var. Dükanlarda satılan südü içə bilmir, deyir,
gərək özüm sağam, özüm bişirəm”.
Qız bir presi çiyninə alıb qabağa düşdü. O da məcbur qalıb presin birini çiyninə atdı, isti presdən
sanki bədəninə köz, qığılcım səpələndi, boynuna, ordan da bədəninə tökülən saman qırıntıları onu
yandırır, qıcıqlandırırdı. Dilxor olmuşdu, demək, qadının sümüklərində problem var, dükanlarda
satılan südü içə bilmir. Mən pres daşıyıram, samanı inəyinə yedizdirəcək, inəyi bol süd verəcək,
qadın da ləzzətlə içəcək. Sayəmdə sümüklərindəki problemini həll eləyəcək.
Presi yerə atıb, qızı da, presləri də lənətləyərək çıxıb getməliydi. O isə bədəninin hər yeriylə onu
maqnit kimi cəzb eləyən qızın arxasınca müti şəkildə gedirdi. Samanlığın açıq qapısından içəri
keçdilər, yerdə dizə qədər saman var idi. Qız presi arxadakı pres qalağının yanına atdı. Onun
qolundan yapışıb preslərin arxasına dartdı və birdən hər iki əlini ataraq donunun ilgək vurulmuş
bağlarını çəkdi. Donu sürüşüb ayaqlarının altına düşdü. Qarşısında çılpaq qızı görəndə udqundu,
özünü elə itirdi, bir anlığa neyləyəcəyini bilmədi. Qız isə gülürdü, onun da şalvarının düymələrini
açdı və şalvarını aşağı dartıb, onu arxadakı quru otun üzərinə itələdi.
Bədəni alov kimi yandıran qız ehtirası, qızğınlığı ilə onu heyrətə gətirirdi. Aşağıdan yuxarı ona baxır,
gülürdü. Səndən əvvəl qonşunun oğlunu bu samanlığa salırdım, deyirdi, əsgər getdi, yoxsa presi o
daşıyacaqdı. Samanlığa da onu gətirəcəkdim.


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   142




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə