İSTİ VƏ soyuq torpaqlarda



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə42/142
tarix10.11.2017
ölçüsü4,8 Kb.
#9616
1   ...   38   39   40   41   42   43   44   45   ...   142

palçıq tutdu, palçığı ot, samanla qarışdırdılar və fəhlələr kərpic kəsməyə başladılar. Bu kənddə əksər
tikililəri tirlərdən tikirdilər, daş, bişmiş kərpic binalar az idi, çiy torpaqdan kərpic kəsilməsi isə ilk
dəfəydi. Fəhlələr üçün də, Stepan üçün də çox maraqlıydı. Onlar bu kərpiclərdən ev tikməyin
mümkün olmayacağını deyirdilər. Çiy kərpicdən ev olmaz, belə ev qışda qırx dərəcə şaxtaya dözməz.
Yağışda, qarda uçub tökülər.
Qobi isə onlara qulaq asmırdı, işinizdə olun, deyirdi, uçmayacaq, dağılmayacaq. Əlli dərəcə şaxtaya
da dözəcək.
Kərpiclər quruyandan sonra ustalar divarları hördülər. Qobi rusların evinə baxmışdı, bu evlərdəki
zirzəmilərdən, rus sobasından xoşu gəlmişdi. Rus usta da bünövrəyə başlamamış zirzəmini qazdırmış,
ayaqyolunun, hamamın yerini hazırlatdırmışdı. Divarlarını hördülər, damını tirlərdən tikib üstünə
döymə dəmirlər vurdular. Qobi pulunu verir, Stepan maşınla lazım olan bütün materialları daşıyıb
gətirirdi. Qapı-pəncərələrini də yerli ustalar şam ağacının taxtalarından düzəltdilər. Ev hazır olandan
sonra usta evdə iri bir rus sobası qurdu, dəhlizdə dəmir soba qoydular. Usta hamamı, ayaqyolunu
istifadəyə verdi. Evə stol-stullar, dəmir çarpayı, lazım olan qab-qaşığı aldılar.
Ev hazır olandan sonra tövləni də tikdilər. Fəhlələr iki hektar sahəyə tirlər basdıraraq hörüb
çəpərlədilər. Tövləyə bitişik bir samanlıq da tikdilər və Stepan kənddən inək üçün qışa bəs eləyəcək
qədər ot, onun üçünsə kartof, un, kələm, yerkökü, alma alıb gətirdi. Otu samanlığa, onun üçün
alınanları isə zirzəmiyə yığdılar. Meşədən xeyli odun daşıyıb doğradılar. Artıq işlər bitmişdi, qış onu
qorxutmurdu.
İndi Qobi göbələyi buxarıda bişirirdi, buxarını yandırır, göbələkləri təmizləyib dəmirin üstünə düzür,
içlərinə duz tökürdü. Yeməklərini, də sobada bişirir, süd qaynadıb içirdi. Kömbəni sobada bişirmək
işini asanlaşdırmışdı, südlə xəmir eləyib iri tavaya qoyur, tavanı sobanın üstünə qoyub, kömbəni vam
odda bişirirdi. Çayını, südünü içir, kömbəylə kartof yeyib dəmir çarpayıda uzanır, pəncərədən payız
çölünə, rus meşəsinə baxırdı.
Hər gün yanına gələn, gecələr də çox vaxt getməyib onunla qalan Katya da ev işlərində ona kömək
eləyirdi. Bir dəfə ondan soruşdu, Katya, ərin qayıdandan sonra necə olacaq? Birdən aramızda
olanlardan xəbər tutdu?
– Tutsun da, nə olasıdır? Uzaqbaşı bir az qışqırıb-bağıracaq, iki-üç şüşə araq içib haralarasa
gedəcək, sonra isə yenə də gəlib əl-ayağıma düşəcək. Mən kişilərin asanlıqla imtina eləyə biləcəyi
qadın deyiləm.
– Amma o eləyib, müharibəni səndən üstün tutub.
– Hə, kişilər qadınları və müharibəni sevərlər. Çox vaxt da müharibəyə üstünlük verərlər. Müharibə
onlar üçün tiryək kimidir.
Stepan da az qala hər gün gəlirdi. Araq, cökə balı, duza qoyulmuş xiyar, kələm gətirirdi. Oturub araq
içir, göbələk, kartof yeyirdilər. Stepan yaxşı balıqçıydı, hər balıq tutmağa gedəndə ona da balıq
verirdi. Bu onu sevindirirdi, balıq ətə olan tələbatını ödəyirdi. Stepan ona deyirdi, sən narahat olma,
sənə nə lazım olsa, verəcəyəm, səni çətinlik çəkməyə qoymaram.
Stepan yenə də onun yanına gəldi, araq gətirmişdi. Səninlə araq içmək mənə ləzzət verir, deyirdi, sən
araq içə bilirsən. Bizimkilər isə bacarmırlar, onlardan olsa, gərək yıxılana qədər içək.
Qobi sobanın üstünə kartof qoydu, kömbəni doğradı, zirzəmidən duzlu xiyar gətirdi. Kartof bişəndən
sonra yerli ustaların qalın şam taxtalarından düzəltdikləri masanın arxasına keçib yeyib-içməyə
başladılar.
Stepan ona dedi, biz ruslar qəlbigeniş xalqıq, sən gəldin, sənə torpaq verdik, hər cür kömək elədik.


Qobi təsdiq elədi, elədir, amma mən elə düşünürəm, azərbaycanlıların qəlbləri daha genişdir. Bizim
kəndə o vaxtlar bir seyid gəlib çıxmışdı. Kəndin adamları ona ev tikdilər, yorğan-döşək verdilər,
tövlə tikib mal-heyvan bağışladılar. Hətta arvad da aldılar. Seyid bu arvadını bəyənməyəndə onu
daha üç dəfə evləndirdilər.
Stepan ondan soruşdu:
– Qobi, seyidlər kimdir?
– Peyğəmbərin övladlarıdır.
– Hansı peyğəmbərin?
– Müsəlmanların peyğəmbərinin.
Stepan araqdan içir, sobanın üstündə bişmiş kartofdan soyub yeyərək onu məzəmmətləyirdi, Qobi, sən
qarışdırırsan. Siz öz peyğəmbərinizin övladı üçün ev tikib, ona yaxşılıq eləyibsiz. Bizsə bizim dindən
olmayan, peyğəmbərimizə yaxından-uzaqdan aidiyyatı olmayan birisinə torpaq verir, ona ev tikirik.
Sizin müqəddəs kitabınız sizlərə bizimlə dostluq eləməyi qadağan eləyir. Bizsə sizlərlə dostluq
eləyir, hələ bir torpağımızda yer də veririk. Fərqimiz budur.
– Ona qalarsa, biz də öz torpaqlarımızda sənin dinindən olanlara yer, torpaq verirdik. Amma onlar
özlərinə gələn kimi ocağımızın başında oturub “bu torpaqlar bizimdir” deyərək bizi öz
torpaqlarımızdan qovub, adamlarımızı öldürdülər. Bizim müqəddəs kitabımız sizinlə dostluq eləməyi
qadağan eləmir. Bu bütün dinlərdə belədir, mən ilk dəfə sizə gələndə arvadın az qala məni kafir elan
elədi, ayağım hara dəyərsə, oranın murdarlanacağını deyirdi. Həm də bunu özündən demirdi, keşişin
moizəsindən eşitmişdi.
Katya da gəlib çıxdı, Qobi ona araq süzüb, onun üçün də boşqab qoydu.
– Birlikdə yaşayırsız, – Stepan onlara dedi, – niyə evlənmirsiz? Katya birdəfəlik sənin yanına
köçərdi.
– Mənim ərim var axı. – Katya etiraz elədi. –Sabah gəlib çıxanda ona nə deyərəm? Evlənmək üçün
əvvəlcə ondan boşanmalıyam.
– Boşan, – Stepan isə onun iradını qulaqardına vurdu. – Katyuşa, sənin ərin bir daha bu kəndə
qayıtmayacaq. Zavallı əsgərin ayağı bir daha rus torpağına dəyməyəcək. Ya çeçen torpağında düşüb
öləcək, ya da oralarda başqa bir qızla evlənib, səni unudacaq.
Katya arağını içdi, araq içən kimi də qızın yanaqları qıpqırmızı qızarırdı. Yoğun hörüyünün ucunu
didişdirir, başını yırğalayırdı.
– Yox! – qətiyyətlə dedi. – Ərimin ölüm xəbərini eşitməsəm, ya da oralarda qalıb həqiqətən də
evləndiyini dəqiq bilməsəm, başqasıyla evlənmərəm. Heç anam da razı olmaz!
– Narahat olma, – Qobi qızı sakitləşdirməyə çalışırdı, – mən özüm də evlənmək istəmirəm.
Qar yağıb əsl qış şaxtaları düşəndə Qobi qışı qarşılamağa hazır idi. Gündüzlər odun daşıyıb evdəki
rus sobasının və dəhlizdəki dəmir sobanın yanına yığır, sobaları sönməyə qoymurdu. Şam, küknar
ağacları palıda, nilə, fıstığa görə daha qatranlı olduqlarından evi, həyət-bacanı qatran qoxusu
bürüyürdü. İnəyə isti olsun, nəfəsləri ilə tövləni qızdıra bilsinlər deyə daha iki inək aldı. Toyuq-cücə
də almışdı, yemək ehtiyatı bir qədər zənginləşmişdi. İnəkləri Katya sağır, nehrə çalxayır, yağ, pendir
tuturdu. Od-alov parçasıydı, seksdə yorulmaq bilmədiyi kimi, işləyəndə də yorulmaq bilmirdi.
Sobanı yandırıb pəncərənin qabağında oturur, qar çovuyan çölə, donmuş meşəyə baxırdı, çölün
ortasında tənha yalquzaq kimi ulayan soyuq küləyin, hər şeyi dondurub dara çəkən şaxtanın ona heç nə
eləyə bilmədiyini düşünmək Qobiyə ləzzət verirdi. Evi tikəndə ruslar onu lağa qoymuşdular,
deyirdilər, belə ev bizim qışa, şaxtalara tab gətirməz, içində donub qalacaqsan. İndisə Stepan onun


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   142




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə