İSTİ VƏ soyuq torpaqlarda



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə43/142
tarix10.11.2017
ölçüsü4,8 Kb.
#9616
1   ...   39   40   41   42   43   44   45   46   ...   142

yanına gəlir, evin necə isti olduğunu görüb heyrətlənir, deyirdi, yazda mən də özümə çiy kərpicdən ev
tikəcəyəm. Sizin evdə bizdəkindən isti olur.
Katya gəldimi, onu çölə çox çıxmağa qoymurdu. Siz belə şaxtalara alışmayıbsız, deyirdi, donub
torpağa yapışarsan. Səni torpaqdan qoparda bilmərəm.
Belə deyir, ağappaq dişlərini göstərərək ürəkdən gülürdü. Qobi bu saf qəlbli, xeyirxah rus qızına
necə də minnətdardı! Katya olmasaydı, buralarda yaşamaq darıxdırıcı, cansıxıcı olardı. Həyatına
fərəh, sevinc qatır, ona həzz dolu anlar yaşadırdı.
Qobi yalnız inəklərə yem vermək, tövləni təmizləyib peyini atmaq, bir də odun gətirmək üçün həyətə
düşürdü. Katyanın narahatçılığı əsassız idi, belə şaxtaya hələ Sovet ordusunda xidmət eləyəndə
alışmışdı.
Bir dəfə yenə də sobanın yanında oturub çay içəndə Katya ona dedi:
– Gör sənə nə deyirəm, meşədə bir heyvan var e, adını demirəm, qabaqdan iri buynuzu olur. Torpağı
eşir, ağac qabıqları, kökləri yeyir.
– Qaban? – Qobi soruşdu.
– Bax mən demədim ha, özün dedin, – qız uğunub getmişdi, – xətrinə dəyməsin, sən eynilə ona
oxşayırsan. Hərəkətlərinlə, yerişinlə.
– Oxşayıram nə sözdür, – Qobi də gülüşünü boğa bilmədi, – mən elə qabanam. Yəni adım qabandır.
Ona görə mənə Qobi deyirlər.
– Belə de, – qız heyrətlə səsləndi, – mənsə səni incidəcəyimdən ehtiyat eləyir, neçə vaxtı sənə qaban
demirəm.
Qışı yola verdilər, yaz gəldi. Çöllər yenidən yaşıllaşdı, havalar isinəndən sonra çöl göbələklə
örtüldü. Katya gəlir, çöldən göbələk yığıb ocaq qalayır, közün üstündə göbələk bişirir, yeyib-içir,
söhbət eləyir, sonra isə evə keçib sevişirdilər. Amma bəzən Katya evə keçməyə razılıq vermir,
qolundan yapışıb onu meşəyə aparırdı. İlk dəfə səninlə burda olmuşam, deyirdi, evdə nə qədər
oluruqsa da, meşədəkinin ləzzətini vermir.
Qobinin də qızla meşədə olmaq xoşuna gəlirdi, qatran qoxuyan şam ağacları, ağacların çətirləri
arasından görünən bir parça mavi səma adyal üstə uzanmış qızın ehtirasla işıldayan mavi gözlərində
əks olunur, qızın isti bədəni onu yandırırdı.
Payızda, heç gözləmədikləri halda, Katyanın əri sağ-salamat qayıdıb gəldi. Katyanın onun yanına
gəldiyini ona xəbər vermişdilər, Stepanın deməyinə görə, evdə dava-dalaş salmışdı. Amma sonda
barışmışdılar. Daha Katya gəlmirdi, bir-iki dəfə kənddə rastlaşmışdılar. Ərinin qoluna girən Katya
ona salam verməyə belə çəkinir, yalnız yanından keçib bir az uzaqlaşandan sonra başını azacıq geri
döndərib ehtirasla gülümsəyirdi. Elə bil ona demək istəyirdi, sən məndən inciyə bilməzsən, sənə
çoxlu xoş anlar yaşatdım, amma indi ərim gəlib, ona məxsusam.
Bir dəfə Katyanın əri onun yanına gəldi, o, çöldən göbələk yığıb qayıdırdı, əlində bir səbət göbələk
var idi. Onu görən kimi hələ uzaqdan söyməyə başladı.
– Qara it! Mən gedib vuruşuram, döyüşürəm, sənsə burda mənim arvadımı yoldan çıxardırsan?
Çatan kimi də tutaşdılar, oğlan hərbçiydi, əlbəyaxa döyüşdə təcrübəsi olduğu aydın hiss olunurdu,
amma Qobi də özünü müdafiə eləməyi bacarırdı. Sonda hər ikisi yorulub əldən düşdülər, oğlan ondan
əl çəkib həyətdəki kötüyün üstündə oturdu. Üst-başlarından buğ qalxırdı, kəsik-kəsik nəfəs alırdılar.
– Biz sənin orda ölüb-itdiyini, bir daha qayıtmayacağını düşünürdük, – ilk olaraq Qobi dilləndi. –
Dörd ildir yoxsan, nə düşünürsən, olmaya arvadın ömrünün axırına kimi oturub sənin yolunu
gözləməli idi?


– Sənə nə axı? – yenidən oğlanın gözləri nifrətlə işıldamağa başladı. – Olmaya döyüşə gedənlərin
arvadlarını darıxmağa qoymamaq üçün axışıb bizim ölkəyə gəlirsiz? Olmaya döyüşçü arvadlarının
dərdinə qalmağı sizə tapşırıblar?
– Bizə heç nə tapşırmayıblar, – Qobi dilxor halda dedi, – sadəcə olaraq biz sənin öldüyünü zənn
eləmişdik. Elə bilirəm, hirsin soyudu. Gəl ocaq qalayıb göbələk bişirək, yaxşı da arağım var.
– Arvadımın məşuqu ilə araq içim? Mən bura səni öldürməyə gəlmişəm, sənsə mənə araq təklif
eləyirsən!
Belə desə də, bir azdan ayağa qalxıb ona kömək eləməyə başladı, ocaq qaladılar, köz düşəndən sonra
közü yayıb göbələkləri közün üstünə düzdülər. Qobi gedib evdən araq və iki dənə taraş stəkan gətirdi.
Arağı dinməzcə içir, göbələk yeyirdilər. Deməyə, danışmağa sözləri yox idi. Yalnız oğlan ayağa
qalxıb gedəndə ona bir də xəbərdarlıq elədi:
– Aranızda nə olubsa, olub. Amma bundan sonra səni arvadımın həndəvərində belə görsəm, it kimi
gəbərdərəm.
– Narahat olma, – söz verdi, – mən onsuz da tezliklə burdan çıxıb gedəcəyəm.
– Nə qədər tez getsən, o qədər yaxşıdır! – oğlan dedi və çıxıb getdi.
Qobi getmək üçün hazırlaşmağa başladı. Onu bura bağlayan, bu ucqar kənddə darıxmağa qoymayan
Katya idi. Katya olmayandan sonra burda qala bilməzdi. Daha pasportu var idi, polisdən qorxusu yox
idi, Azərbaycandan bura gəlmiş Qobi yoxa çıxmışdı, indi Rusiya vətəndaşı olan başqa azərbaycanlı
var idi.
Evi, inəkləri ucuz da olsa sata bildi, Taqildə yaşayan bir iş adamı yayı burda keçirmək üçün aldı. O
almasaydı, evi Stepana bağışlayıb getməli olacaqdı, onsuz da kənddə ev alan yox idi. Qonşuluqdakı
əyalət şəhərinə getmək, ev alıb orda yaşamaq istəyirdi.
Burdan gedərkən bir daha Katyanı görməyəcəyini düşünürdü, amma Katya gözlənilmədən gəldi. Ərim
dostlarıyla balıq tutmağa getdi, saf gülüşüylə ürəkdən gülərək deyirdi, mən də fürsətdən istifadə
eləyib gəldim. Stepan bu-gün sabah çıxıb gedəcəyini demişdi, dedim, qoy heç olmaya son dəfə
görüşüm.
Evə qalxdılar, Katya ilə son görüşü olduğunu başa düşür, ətrafa gözəllik yayan, bədənindən
gümrahlıq, ehtiras yağan bu cavan qadına coşqunluqla sahib olur, qadını öpməkdən, sevməkdən
doymurdu. Katya hərarətlə, qızğınlıqla onun sevgisinə cavab verir, həzdən inildəyir, özünü saxlaya
bilməyib qışqırırdı.
Katya dərhal da geyindi, tələsir, ərinin tez qayıdacağından ehtiyat eləyirdi. Qadını çətin vəziyyətdə
qoymamaq üçün Qobi də qalmasını təkid eləmirdi. Qadın geyinib saçlarını səliqəyə salandan sonra,
yaxınlaşıb Qobini öpdü və iti addımlarla otaqdan çıxdı.
Qobi də onun arxasınca artırmaya çıxdı. Qadın çobanyastığı çiçəklərinin arasıyla gedir, başını yuxarı
qaldırmırdı. Sağ əliylə dizə qədər qalxan çiçəkləri sığallayırdı. Bir qədər uzaqlaşandan sonra geri
döndü, ona əl elədi:
– Qobi, adımı pisliyə çəkməzsən! – deyib az qala qaçaraq getdi, yoğun hörüyü dolu çiyinlərini
döyəcləyir, külək donunun ətəklərini yelləyir, köynəyinin boynunu şişirdib arxaya verirdi.
– Çəkmərəm, – Qobi qüssəylə dedi.
Qız yolun kənarındakı ağcaqayın ağaclarının arxasında yox olandan sonra başını aşağı salıb pərt
halda mızıldandı:
– Niyə də çəkim?
Qobi Rusiyaya gələni ilk dəfə bunca sarsıldı, qüssələndi. Evinin kandarında oturub gözlərini payız


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   142




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə