İSTİ VƏ soyuq torpaqlarda



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə44/142
tarix10.11.2017
ölçüsü4,8 Kb.
#9616
1   ...   40   41   42   43   44   45   46   47   ...   142

çölünə, çölə bitişik meşəyə dikmişdi. Çöl yamyaşıl idi, otların arasında göbələklər ağarırdı, meşə isə
donuq, lal bir kədərə təslim olmuşdu.
XI. Qəlyançəkənlər tayfası
 
 
Bu adət bizə babalarımızdan qalıb, evlərimizdə gecə-gündüz od-ocaq yanmalıdır, odu sönməyə
qoymarıq. Yoxsa qəlyanlarımızı yandıra bilmərik. Bir qəlyançəkən çörək yeməsə yaşaya bilər, amma
qəlyanını yandıra bilməsə, yaşaya bilməz.
“Babalarınız fərsiz olublar, qorxurmuşlar, od sönə, bir də yandıra bilməyələr. Bizim babalarımızın
isə belə sorunları olmayıb, ocaq sönürmüş, yenisini yandırırmışlar”.
 
***
Conini öskürək əldən salırdı, işdən qayıdan kimi bostana qaçır, donmuş torpağı qazır, xətmigülü kökü
çıxarıb gətirir, yuyub-təmizləyir, sobanın altında qurudur, bıçaqla xırda-xırda doğrayaraq dəmləyib
şirəsini içirdi. Axtarıb çoxillik kök tapırdı, belə kökün şirəsi qatı olur, bal kimi süzülürdü. Donmuş
torpağı qazmaq, kök çıxartmaq, buzlu torpağı kökdən təmizləmək asan deyildi, Coninin əlləri donur,
soyuqdan tir-tir əsirdi.
Səmoş onun köklə müalicəsinə şübhəylə baxırdı, Coni bostana yox, xəstəxanaya get, bu qədər kök
şirəsi içirsən, ortalıqda isə heç nə yoxdur. Bostanda soyuq vuracaq, ciyərlərini də xəstəliyə
salacaqsan.
Coni isə öz işindəydi, mən hər öskürəndə xəstəxanaya getsəydim, gərək onda “Dağ çiçəkləri”
həkimlər üçün işləyəydi. Xəstəxanaya getsəm, pulum da gedəcək, canım da. Mənsə babalarımın
sınanmış üsullarına üstünlük verirəm.
Səmoş buna əsəbi reaksiya verirdi, Coni, sən babalarının hansı üsullarından danışırsan? Allah
xatirinə, mənə de görüm, duzu əkib becərmək sevdasına düşən insanlarda iynənin ucu qədər ağıl
olmadığı halda, nə sınanmış üsulları ola bilər? Yoxsa belə şeylər üçün, yəni üsullar üçün ağıl lazım
olmur?
Səmoşun gözlədiyinin əksinə olaraq müalicə öz bəhrəsini verdi. Müalicəyə başlayandan bir həftə
keçmiş Coni artıq öskürmürdü.
Coni dedi:
– Sən inanmırdın, amma məni kök sağaltdı. Daha doğrusu sənin şəkkaklıqla yanaşdığın babalarımın
sınanmış üsulları. Sənə isə kök–filan təsir eləməz, əsəb həkiminə gedək, bəlkə xeyri oldu. Yoxsa evdə
terror əsdirirsən. Duzəkən adı tutuldumu, gözlərin qaynaşır.
– Təkcə gözlərim yox, beynim də. Orda nə qədər hüceyrə varsa, hamısı birdən qaynaşmağa başlayır,
– deyə Səmoş ərinin təklifinə razılıq verdi.
Vaxt eləyən kimi şəhərdə yeni açılmış özəl klinikaya getdilər, Coniyə burda yaxşı əsəb həkimi
olduğunu demişdilər. Yaxşı həkim olması Conini nə qədər razı salmışdısa, qadın olması da bir o
qədər razı salmışdı. Hər yerdə deyirdi, həkimlik və aşpazlıq qadın peşəsidir, kişi müalicə eləmək,
bişirmək üçün yaranmayıb, bunlar qadın işidir. Bığıburma birisi arvadımı soyundurub başlayacaq
əlləşdirməyə, nəymiş, həkimmiş! Həkim kişi deyil? Sizi inandırıram o hələ indiyə kimi öz arvadını
bircə dəfə də o cür əlləşdirməyib! Oğraşın əlinə fürsət düşür, bu qadının vur-tut başı ağrıyırsa, sən
bunu niyə lüt soyundurub, ora-burasını əlləyirsən?
Əsəb şöbəsi ikinci mərtəbədəydi, Coni pillələri qalxdıqca təmizliyə, səliqə-sahmana, zövqlə


rənglənmiş divarlara, qapılara baxıb heyran qalırdı. İlk dəfə ayağının altı göyərəndə onu kənddən bu
şəhərə həkim yanına gətirmişdilər və divarlarının suvağı qopub tökülmüş, əyri qapıları, rəngi solmuş
pəncərələri olan, yod və rütubət qoxuyan xəstəxana hələ də gözləri önündəydi. İndisə sanki başqa
dünyaya qədəm qoymuşdular, bina gözəlliyi, rahatlığı, təmizliyi ilə qəlblərini oxşayırdı. Qapıların
üzərindəki yazılara isə sadəcə söz ola bilməzdi, mavi rəngli hərflər sanki əllərini başlarının altına
qoyub, ayaqlarını yüngülcə qaldıraraq şirin yuxuya getmişdilər və lövhələrə baxan Coninin özünü də
yuxu tutur, qapıları üzərinə lövhələr vurulmuş palatalarda bu mavi hərflərin özü kimi uzanıb yatmaq
istəyirdi.
Onlardan əvvəl iki nəfər də var idi, həkimin onları yoxlaması uzun çəkdi, bu isə Conini hövsələdən
çıxardırdı. Bu qadın orda nə iş görür, xəstələri müayinə eləyir, ya onlara təzə beyin qoşur? Lap beyin
qoşmuş olsaydı belə, indiyə qurtarmalıydı!
Coninin qəzəbi vulkan kimi püskürmək üzrəydi ki, həkim onları içəri dəvət elədi. Qızılı rəngə
boyadığı saçları həkimin sifətini büsbütün tutmuşdu, yalnız başını yuxarı qaldıranda saçları bir qədər
kənara sürüşür, dar gözləri, balaca, iti burnu görünürdü, başını aşağı saldımı, qızılı rəngli
saçlarından başqa heç nə görünmürdü. Bu gözləri görən kimi də Coninin bədəninə üşütmə düşdü. Onu
ardıc kolunun içində oturdan qadın idi. “Bunca da uğursuz təsadüf olar?” – Coni qəlb ağrısıyla
düşünürdü. Həkimin kökü kəsilmişdi, gərək elə bunun yanına gələymişik!
Həkimsə onu tanımadı, sifətini tutan saçları yaxşı görməsinə imkan vermirdi, yoxsa tanıyardı.
Xəstənin Səmoş olduğunu öyrənəndə Conidən çöldə gözləməsini xahiş elədi. “Nə danışırsız? – Coni
etiraz elədi. – Arvadımın fikri-zikri mənim tayfamdadır, tayfamın tarixini incələyir, araşdırır. Başqa
heç nəyi yaddaşında saxlaya bilmir. Ona nə desəniz, qapıdan çıxmamış unudacaq. Dediklərinizi
yadda saxlamaq üçün mənim içəridə olmağım vacibdir”. “Sənin tayfanın? – qadın başını yuxarı
qaldırdı, saçları kənarlaşıb şübhəylə qıyılmış gözlərini növbəti dəfə aşkara çıxartdı. – Sən hansı
tayfadansan?” “Duzəkənlərdən, – o dillənməmiş Səmoş cavab verdi, – babaları yeri şumlayıb duz
əkiblər. Amma göyərdə bilməyiblər”. “Maraqlı tayfan var imiş, – qadın yenə də başını aşağı saldı və
gözləri bircə anın içində yoxa çıxdı, indi onun qarşısında dükanlarda mankenlərin çılpaq başına
keçirilən parik idi. – İndiyə kimi yer üzündə duzəkən bir tayfa olması haqda nə eşitmişəm, nə də
oxumuşam! Sən mənə qulaq as, onlar, yəni səninkilər doğrudan doğruyamı duzu əkiblər?” “Lap elə
əkiblər, nə olsun?”
Parik aralandı, balaca, dar gözlər qəzəblə işıldamağa başladı və həkimin balaca əli qətiyyətlə qapını
göstərdi. “Çölə! Mən sizin yanınızda xəstəni müayinə eləyə, ondan istədiklərimi soruşa bilmərəm!
Hələ bir soruşur da, nə olsun? Bundan o tərəfə nə olmalıdır? Bir insan durursa, götürüb duzu əkirsə,
bu artıq dəliliyin əlamətidir!”
Coni nə qədər hirslənmiş olsa belə, həkimə cavab verə bilmədi, göstərişə itaətlə əməl eləyib çölə
çıxdı. Heç özü də içəridə qalmaq istəmirdi, çox qalarsa, qadının onu tanıyacağından ehtiyat eləyirdi.
Çöldə bir xeyli gözlədi, nəhayət, qapı aralandı və həkim onu da içəri çağırdı. “Xanımınız çox ağıllı,
mehriban, xoş niyyətli bir qadındır”. “Ağıllı, mehriban, xoş niyyətli? – Coni gözlərini bərəldirdi. –
Siz bunları kimin haqqında deyirsiniz?” “Sizin arvadınız haqda!” “Yəni Səmoş haqda? – Coninin
heyrəti sonsuz idi. –Belədirsə, mehriban, ağıllıdırsa, onda sizin yanınıza niyə gəlirdik?” “Onun bircə
problemi var, – qadın başını yuxarı qaldırmışdı, balaca sifəti saçlarının altından çıxmışdı. – Sən və
sənin tayfan. Bu problemin həlli üçün də siz onun həyatından getməlisiniz”. “Boşanmalıyıq?” –
Coninin ağzı açıla qalmışdı, ha çalışsa da, ağzını yuma bilmirdi. “Yox, dəyişməlisiniz. Sən və
duzəkənlər indiki hallarıyla bu qadının həyatından getməli, tamam başqa halda qayıdıb gəlməlisiniz.


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   142




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə