İSTİ VƏ soyuq torpaqlarda



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə45/142
tarix10.11.2017
ölçüsü4,8 Kb.
#9616
1   ...   41   42   43   44   45   46   47   48   ...   142

Bunun üçün də ilk növbədə sən özün mənim xəstəm olmalısan. Sonra o biri duzəkənlər. Mən
yoxlamalıyam, görüm onlarda hələ də duz əkmək sindromu qalıb, ya onlar da digər insanlar kimi duza
duz münasibəti göstərir, daha onu hansısa əkin bitkisi hesab eləmirlər?” “Heç vaxt! – Coni bağırırdı.
– Olan mənim puluma oldu. Mən bir də bura gəlsəm, dünyanın ən səy insanıyam! Mən gəldim, günə
çıxdım, o biri duzəkənləri də gətirərəm, günə çıxardarsan!” “Allah, Allah, biz harda rastlaşmış ola
bilərik? Mən bu səsi hardasa eşitmişəm!”
Səmoş gülərək söhbətə qoşuldu, mən harda rastlaşmış olduğunuzu təxmin elədim. Marketin
qabağındakı ardıc kolunun yanında.
Əsəb həkiminin balaca sifəti qəzəbdən alışıb-yanmağa başladı. Ay sağ ol! Bu yaramaz hərif mənim
yumurtalarımı qırdı. Yalançının yekəsi imiş, mən bir həftə orda gözlədim, amma gəlmədi.
– Görürsən, nə olub, yumurtalarını qırmışam! – Coni qışqırdı. - Burda pul kəsirsən, indicə sənin
qəbuluna düşüm deyə bir ətək pul vermişəm, amma sən beş quruşluq yumurtalarını unuda bilmirsən!
Yox, belə olmayacaq. Gözlə, yolun o tayında market var, sənin üçün düz üç yüz dənə yumurta alıb
gətirim! Bəlkə ondan sonra mənim yaxamdan əl çəkəsən!
– Dəysin üç yüz yumurta təpənə! Sənin öz yumurtalarımı alıb verməyə qabiliyyətin çatmadı, indi üç
yüz yumurtadan dəm vurursan. Sonrası da, səndən zorla pul alan olmayıb, arvadını müalicə eləyim
deyə pul veribsən.
– Sən də müalicə elədin? Müalicə-filan eləmədin. Pullarıma yazıq oldu! Verdim küləyə, getdi!
Arvadımı müalicə eləmədin, mənim özümü dəli elədin!
– Mənlik bir iş yoxdur, sən onsuz da dəlisən. Çıx get, yoxsa indicə dəlixanaya zəng elərəm, gəlib səni
apararlar. Yerin oradır, sən adamlar arasında əlini-qolunu sallayıb gəzə bilməzsən! İndiyə kimi zəng
eləməmişəmsə, bu yalnız arvadına hörmətimdən irəli gəlib.
Səmoş onun qolundan yapışıb çölə çıxartdı. Coni hirslənmiş, qanı qaralmışdı, əsəb həkimi onun
ideyasıydı və özünə möhkəm acığı tutmuşdu. Adam, niyə oturmursan oturduğun yerdə? Səmoşu əsəb
həkiminə niyə gətirməliydin? Gətirdin, nə oldu? Həkim də kim olsa yaxşıdır, gözünün dostu! İki qadın
birləşdi, özünün də, tayfanın da səy olduğunu rəsmən təsdiq elədilər! Tayfanın səy olduğunu təsdiq
eləmək üçün sən bu tikanlı kirpiyə pul verdin! Özcə pulunu, çətinliklə qazandığın pulu verdin ki, ay
kirpi, al bu pulu, məni və tayfamı rüsvay elə! Düz bir il danışması üçün Səmoşa mövzu verdin!
Conidən fərqli olaraq, Səmoş həkimdən çox razı qalmışdı, Porigilə çay içməyə gedəndə də
heyranlıqla tərifləyirdi. Şəhərdə gözəl klinika açılıb, orda gözəl həkimlər işləyirlər. Biz bu gün
onlardan birinin qəbulunda olduq. İnanmayacaqsınız, amma Coniyə baxan kimi, onunla bir az söhbət
eləyən kimi dedi ki, sənin də, duzəkənlərin uşaqdan böyüyə hamısının da ciddi müalicəyə ehtiyacınız
var. Mən deyirdim, Coni inanmırdı, amma bu gün həkim dedi. Bilirsiz, həkim kimdir? Conini ardıc
kolunun üstündə oturdan həmən o qadın, – Səmoş qəh-qəhə ilə güldü.
– Ola bilməz! – Pori heyrətlə səsləndi.
– Amma oldu, – Səmoş uğunub getmişdi, –mən olmasaydım, Conini yenidən ardıc kolunun üstündə
olmasa da, nəyinsə üstündə oturdacaqdı. Ya da dəlixanaya göndərəcəkdi.
Pori dostuna baxır, onun halına acıyırdı, adamın bəxti gətirmirdi. Coninin də dişi bağırsağını kəsir,
yerində qıvrılır, cavab da verə bilmirdi. İki dəfə bu əclaf qadınla rastlaşdı, hər ikisində də qadın onu
iki pulluq elədi. Özünü və həkimi lənətləməkdən başqa əlindən bir iş gəlmirdi.
Gecəni də narahat yatdı, səhər isə elə bil onu silkələyib yuxudan oyatdılar. Arvadını da oyatdı. Səmoş
yerin içində dikəlib yuxulu gözlərini ərinə dikmişdi.
– Nə var?


– Tənbəki qoxusunu hiss eləmirsən?
– Eləmirəm, – Səmoş hirslə dedi.
– Mənsə sənə deyirəm, həyətimizdə azından qəlyançəkənlər tayfasının bir və ya bir neçə üzvü
qəlyanını tüstülədir. Qızım, biz keçmiş döyüşçülərik, heç it qoxuları bizim kimi hiss eləyə bilməz.
Mən barıt, tütün qoxusunu beş yüz metrdən hiss eləyirəm, küləkli havalarda isə dağın o üzündə belə
qəlyan çəkən birisinin qəlyanını hansı tütünlə doldurduğunu deyə bilərəm. Həm də sizinkilər
qəlyanlarını nəşə ilə doldurduqlarından iyi kilometrlərlə uzaqdan da duyulur.
Ərinə möhkəm hirslənən Səmoş narazı halda geyindi. Artırmaya hər ikisi eyni anda çıxdı. Coni
yanılmayıbmış, qəlyançəkənlərdən biri həyətdəki daşın qarını təmizləmişdi, daşın üstündə oturmuşdu,
başını aşağı salıb qəlyanını tüstülədirdi.
Səmoş heyrətə düşmüşdü, halal olsun Coni, həqiqətən it də sənin kimi qoxu bilməz.
Qəlyançəkən onları qonaq aparmağa gəlmişdi, axır çərşənbədən əvvəl gedib bir həftə
qəlyançəkənlərdə qalmalıydılar və onları aparmaq üçün bu oğlanı maşınla göndərmişdilər.
Başkəsənlər tayfası da Porigilə adam göndərmişdilər, eyni tələblə.
Pori Coniyə dedi, gəl belə eləyək, nə sən, nə də mən gedib onlarda bir həftə qala bilmərik. Əvvəlcə
birlikdə qəlyançəkənlərin yanına gedirik, orda dörd gün qalar, ordan da başkəsənlərin yanına gedib,
onların qonağı olarıq. Birlikdə olanda darıxmarıq. Yoxsa bir həftəyə tab gətirmərik.
Coni təklifi bəyəndi, getmək üçün hazırlıq işlərinə başladılar. Zəng eləyib çayxananı Biloya
tapşırdılar. Qadınlar da bağçadan icazə aldılar və UAZ-la qəlyançəkənlərin kəndinə yola düşdülər.
Coni deyirdi: “Bir vaxtlar bu yolu piyada getmişəm. İndi düşünəndə deyirəm, kaş onda bu yollar ilan
olub boğazıma dolanaydılar”. “Çox itiribsən bu yolları getməyinlə? – Səmoş incik halda soruşdu və
hirslə əlavə elədi. – Bu yollara düşüb getməmişdən əvvəl adicə canavardın, bu yolların sayəsində
adam olub adamlara qoşulubsan”. “Məncə də haqsızlıq eləyirsən, – həmişə olduğu kimi, Pori yenə də
Səmoşun müdafiəsinə qalxdı. – Yenə də yanlış hesab aparırsan. O vaxt bu yolları getməsəydin, indi
Səmoş da olmazdı”. “Bu yenə yapışdı Səmoşdan! – Conini od götürdü. – Səmoş olmazdı, qeyri-
Səmoş olardı! O qeyri-Səmoş da, çox ola bilsin, indiki Səmoşdan daha gözəl, ən əsası da daha ağıllı
olardı!”
Pori heyrətə düşmüşdü, canavarın iştahasına bax, Səmoşdan gözəl? Ay gicbəsər, sən Səmoşdan
gözəlini hardan tapacaqdın? Bütün dünyada bu qadından daha gözəl bir qadın yoxdur!
Nahara qəlyançəkənlərin kəndinə çatdılar. Sürücü maşını kəndarası yollarla bir qədər sürüb, hündür
hasarlarla əhatəyə alınmış, damına kirəmit vurulmuş böyük, ikimərtəbəli evin qarşısında saxladı.
Onları qarşılamaq üçün qəlyançəkənlər hamısı gəlmişdi. Coninin keçmiş arvadı, bacanağı da
qarşılayanlar arasındaydı. Kişilərin hamısının başında xəz dəridən papaq var idi, qadınlar da
boyunlarına xəz dəri salmışdılar. Kişilər onları qucaqlayıb öpür, qadınlar isə görüşməklə
kifayətlənirdilər. Minayə də görüşdü, Budka isə Coninin üzünə də baxmadı, yalnız onlarla
görüşməklə kifayətləndi.
Pori qəlb ağrısıyla düşünürdü, görəsən bunlar heç düşünürlərmi, bu qədər xəz papaq geymələri üçün
neçə yenot öldürülüb, dəriləri soyulub? Başları isti qalsın deyə nə qədər canlının başı kəsilib?
Fikrini onlara yol göstərən Coninin böyük qaynına da dedi. Qaynı isə gülümsədi, sən heç
düşündünmü yenotlar bizim quşlardan neçəsinin boğazını üzüb yeyiblər? Onlar bizim quşlarımızı
öldürürlər, biz də onları. Dərilərinin soyulmasını istəmirdilərsə, quşlarımızı yeməməliydilər.
“Bilmirəm, – Pori könülsüz halda dilləndi, – amma mənə elə gəlir siz zavallı yenotları quşlarınızı
yediklərinə görə yox, dərilərinə görə öldürürsüz. Yenotlar quşlarınıza toxunmasaydılar da, siz onları


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   142




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə