İSTİ VƏ soyuq torpaqlarda



Yüklə 4,8 Kb.

səhifə47/142
tarix10.11.2017
ölçüsü4,8 Kb.
1   ...   43   44   45   46   47   48   49   50   ...   142

– Yaxşı, – arvadını qucaqlayıb dedi, – bir də başımı onların başına qoşmaram.
Bir az keçmiş arvadı yenə də azacıq dikələrək başını ona tərəf çöndərdi.
– Mənə düzünü de, sənə nə olub? Arağa görə bu qədər dəyişəcəyinə inanmaram. Sən olasan, məni
arxadan qucaqlayasan, amma sakit qalasan?
– Özün bil, – pərt halda dilləndi, – istəyirsən, sakit qalmayım?
– Səsini kəs! Cıqqırını belə çıxartmırsan! Sakitcə yat! Aydın oldu?
– Oldu, – dilxor halda dedi.
Bayaqkı qızğın seksdən sonra arvadını qucaqlasa belə, onda arvadına qarşı istək yox idi. Seksə olan
həvəsi tamam keçmişdi, özünü yorğun, əzgin hiss eləyirdi. Yoxsa arvadının nə deməsinə baxmazdı,
arvadının cüzi müqavimət göstərəcəyini, sonra isə özünü onun ixtiyarına verəcəyini bilirdi. Dəfələrlə
belə olmuşdu. Sadəcə olaraq arvadını özünə tərəf döndərib soyundurmağa özünü məcbur eləyə
bilmirdi. Səmoşdan sonra arvadı bir qadın kimi onu zərrəcə də cəlb eləmir, özünə çəkmirdi.
Baş verənlərə inana bilmir, bunun bir yuxu olduğunu zənn eləyirdi. Dostunun təbii, bənzərsiz gözəlliyi
olan arvadıyla yatmışdı, bədənindən həmişə gizli ehtiras yağan bu qadına sahib olmuşdu.
Qapı döyüldü, sonra da Səmoşun səsi eşidildi, onları çağırırdı. Əfi cavab verib nə olduğunu
soruşanda Coninin hələ gəlib çıxmadığını dedi. Bəlkə Pori harda olduğunu bilir?
Porinin yalnız indi Coninin ayaqyoluna getməsi yadına düşdü. Sərxoş idi, olmaya ayaqyolunda yatıb
qalmışdı? Geyinib çıxdı, səsə ev sahibləri də oyandı, Səmoşun kiçik qardaşı düşüb həyəti axtardı və
bir azdan soyuqdan donmuş, dişləri bir-birinə dəyib şaqqıldayan Conini gətirib gəldi. Sobaya odun
qoydular, Səmoş isti çay gətirdi. Sobanın yanında oturub isti çaydan qurtum-qurtum içən Coninin,
nəhayət, dili açıldı. “Ayaqyoluna getdim, işimi qurtarıb çölə çıxmaq istəyəndə qapının ağzında iki
nəhəng itin dayandığını gördüm. Səmoş demişdi, itlər səni həyətdə gördülərmi, bir daha sənə
toxunmazlar. Ya bu itlər bayaq məni görməmişdilər, ya da Səmoş yalan deyirmiş. İtlər məni görən
kimi dişlərini ağardıb elə mırıldadılar ki, çölə ayaq bassaydım, param-parça elərdilər. Yatdılar
qapının ağzında, neylədimsə, getmədilər. Çox çağırdım, eşidən olmadı. Necə də eşitsinlər, harda
görülüb ayaqyolunu evdən iki kilometr aralıda tikələr?! Səmoş, sənə də halal olsun! Demirsən, bu
harda qaldı? Bəlkə donub ölüb?”
Səmoş istehza ilə dedi, mən hardan bilim? Dedim hələ içirsiniz də. Həm də sən oralara gedəndə
sancılayırsan, azından yarım saat yubanırsan. Yenə mənə sağ ol de, yoxsa donub qalacaqdın orda.
Səhər yeməyinə onlar üçün artırmada süfrə açdılar. Süfrədə keçi pendiri, dağ balı, süd, yumurta,
qaymaq, mürəbbələr, bir şüşə də konyak var idi.
– Bunlar səhər də içirlər? – Pori heyrətlə soruşdu.
– Bəs sən nə bilmişdin, – Coni məsxərəylə dedi, – sənə danışırdım, amma inanmırdın. İndi öz
gözlərinlə gördünmü? Bir gecə qalıbsan burda, yəqin, anadan əmdiyin süd burnundan gəlib. İndi
bilərsən, mən nələr çəkirəm.
– Sən öz adından danış! – Səmoş onun cavabını verdi. – Başqaları ilə işin olmasın. Pori gecəni çox
əla keçirib. Səndən fərqli olaraq, gecədən bacardığı qədər həzz alıb. Bəlkə də ömrünün ən gözəl
gecəsini yaşayıb. Elə deyilmi, Pori?
– Elədir, – Pori candərdi dedi və bədənini soyuq tər basdı. Bu qəlyançəkənlərdən nə desən gözləmək
olardı. Bəlkə açıb gecə aralarında olanı danışacaqdı? Bəs Pori otaqların qapısını səhv salmışdı,
məni də arvadı bilib elədi. – Gözəl gecəydi.
– Sənə sözüm yoxdur! – Coni hirsləndi. – Harası gözəl gecəydi? Ayaqyolunda donub ölsəydim, təkcə
mən yox, bütün nəslimiz bunun sərkisindən çıxa bilməzdi. Bəs filankəs gedir qayınpedərigilə, bu da


onun son gedişi olur, ayaqyolunda donub ölür. Bir dəfə papağımı yerə soxub məni az rüsvay
eləyibsiz, ayaqyoluyla lap hörmətə mindirərdiniz!
Coni yeməyini yeyən kimi də “üzümü qırxacağam” deyə ayağa qalxıb, getdi. Əfi də paltarları
ütüləmək üçün otağa keçdi. Səmoşla ikilikdə qalanda pərt halda mızıldanırdı. “Səmoş, mən heç
bilmirəm, bu necə oldu? Gecədən özümə yer tapa bilmirəm, sən məni bağışla”. “Bağışlayım? –
Səmoş qəhqəhə ilə güldü. – Bağışladım, nə olasıdır? Sən gecə mənə öz qadının kimi elədin, içimdə
qurtardın, indi deyirsən, bağışla”. “Səmoş, – Pori and-aman eləyirdi. – Nəyə desən and içim,
bilmədən oldu. Çox içmişdim, otaqları səhv saldım”. “Başa düşdüm, bu təsadüfən oldu, yoxsa sən
heç vaxt mənə yaxın düşməyə cürət eləməzdin. Amma bir kişinin bilərəkdən, ya da bilməyərəkdən bir
qadınla əlaqədə olması heç nəyi dəyişmir. Şəxsən mənə qalarsa, mən peşman deyiləm. Sən yenə də
istəsən, yox deməyəcəyəm. Çünki doğrudan da indiyə kimi yaşadığım ən gözəl gecəni yaşadım.
Coniylə heç vaxt buna bənzər hisslər keçirməmişəm. Mən başa düşdüm ki, bu təkcə kişini rahatlamaq,
onu yola vermək üçün yox, həm də həzz almaq üçündür”. “Səmoş, sən nə danışdığının fərqində
deyilsən! Demək, mən dostumun arvadıyla yenidən olmağı arzulamalıyam?” “Pori, mən artıq kişilərə
kifayət qədər bələd olmuşam, sən mənə təmizlikdən, dostluqdan danışma. Gecə məni arvadınla
qarışıq saldığını, arvadın olmadığımı bildin. Bəs niyə dostumun arvadına eləyə bilmərəm deyə durub
getmədin? Yaxşı, çox da qızarma. Mən bir vaxtlar sənə möhkəm hirslənmişdim, bizi qonaq
çağırdığınız həmən o gün mənə necə Səmoş dediyini, məni gözlərinlə yemək istədiyini duyub, görüb
deyirdim: “Bu kişilər niyə belə qorxaq olurlar? Bir halda məndən xoşun gəlir, məni istəyirsən, keç
qabağıma, denən, mənim səndən xoşum gəlir, səni istəyirəm”. Sənsə demirdin, qorxurdun. Əgər bu
təsadüf olmasaydı, yəqin, ömrünün sonuna kimi mənə həsrət qalacaqdın”. “Necə yəni keçərdim
qabağına? – Pori inamsızlıqla səsləndi. – Keçərdim dostumun arvadının qabağına, deyərdim, bəs mən
səninlə yatmaq istəyirəm. Sən də hay-küy salardın, rüsvay olardım. Özüm heç, səni çətin vəziyyətdə
qoyardım”. “Niyə hay – küy salmalıymışam? – Səmoş gülürdü. – Gecə gəldin, hay-küy saldımmı?
Pori, doğrudanmı səndən ötrü dəli-divanə olduğumu hiss eləmirdin? Pori, sənin günahın yoxdur. Bu,
Coninin işləridir. Budka Rusiyətə gedəndə bacımı gətirib bizdə qoydu, Coni gecələr ayaqyolu
bəhanəsiylə gedir, onunla sevişirdi. Düzdür, onlar ər-arvad olublar, dəfələrlə sekslə məşğul olublar.
Amma indi o mənim ərim, o da bacım idi. Coni heç bir halda belə eləməməli idi. O bir şeyi unutdu,
bu gün başqa birisinin arvadı ilə yatağa girirdisə, günlərin birində bir başqası da onun arvadıyla
yatağa girəcəkdi. Bunu mənə bacım demişdi, amma inanmamışdım. Düşünürdüm, Coni mənə xəyanət
eləsə də, mən heç vaxt ona xəyanət eləmərəm. Yəni heç bir kişi məni tovlayıb yoldan çıxarda bilməz.
Amma nə oldu? Sən gecə gəldin, məni arxam üstə çevirib soyundurdun, amma mən nəinki etiraz
elədim, heç səsimi də çıxartmadım. Onda başa düşdüm ki, bacım düz deyirmiş. Coni necə ayaqyolu
bəhanəsiylə bacımın yanına qaçırdısa, indi də eləcə, ayaqyoluna getdi, sən gəlib onun arvadına
elədin. Pori, Səmoş sənin qadının oldu. Haçan istədin, sənə yox deyilməyəcək”.
Səmoş masanın üzərindən ona tərəf əyildi, qızın burnu, ehtiraslı dodaqları, onun bir qayda olaraq
ağlını başından eləyən mavi gözləri o qədər yaxındaydı ki, Pori qızın çiyinlərindən yapışıb
burnundan, dodaqlarından, gözlərindən öpməkdən özünü güclə saxlayırdı. Bu arzusunu boğmaq ona
baha başa gəlir, özünü ələ almaq üçün bütün gücünü səfərbər eləməli olurdu. Səmoş isə gülürdü:
– Sənə nə oldu?
– He…eç, – çətinliklə dedi.
– Ağarırsan axı.
– Səmoş…




Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   142


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə