İSTİ VƏ soyuq torpaqlarda



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə48/142
tarix10.11.2017
ölçüsü4,8 Kb.
#9616
1   ...   44   45   46   47   48   49   50   51   ...   142

– Başa düşdüm, narahat olma. Sənə yenidən o anları yaşadacağam! – dedi və yenidən başını arxaya
əyib ürəkdən güldü.
Onları aşağıya çağırdılar. Burda nahara hazırlıq görürdülər, yenə də heyvan kəsmişdilər. Kişilər
yerdən dövrə vuraraq oturmuşdular, qəlyan çəkir, çay içirdilər. Onlar çay içsələr də, qəlyandan
imtina elədilər. Pori dadına baxmaq istəyirdi, görsün qəlyan nə olan şeydir, amma Coni qoymadı,
ağlını itirmə! Qəlyan çəkməyə başladınmı, ömrünün sonuna kimi çəkəcək, qəlyançəkənlərdən biri
olacaqsan.
Pori qəlyançəkənlərdən soruşdu, sizə niyə qəlyançəkənlər deyirlər?
Səmoşun atası dedi: “Bu, uzun söhbətdir, ata-babalarımızın bu kənddə nə vaxtdan məskən saldıqlarını
heç kim bilmir, kəndin ilk sakinləri olublar. Günlərin birində yazqabağı bir nəfər gəlib çıxır bizim
kəndə, əlində əsa var imiş. Əsasının başlığını fırlayır, başlıq açılır və adam ordan bir ovuc toxum
çıxarıb deyir, mən sizin üçün sehrli toxum gətirmişəm.
Adamlar yer şumlayır, əcnəbinin gətirdiyi toxumu əkirlər. Toxumlar cücərib torpaqdan baş qaldırır,
enli, uzun yarpaqları olur, əcnəbi də oturub gecə-gündüz mişarlayıb yığdığı quru budaqları oyur,
bizim indi çəkdiyimiz qəlyanları düzəldirmiş. Sonra tütünü yığırlar, qurudurlar və əcnəbinin öyrətdiyi
qaydada qəlyanlara doldurub çəkməyə başlayırlar. Adamların çox xoşuna gəlir, tütünün toxumunu
yığıb ildən-ilə əkin sahələrini artırır, qonşu kəndlərə də tütün verirlər. O əcnəbi bizim adamlar üçün
təkcə tütünü gətirməyib, həm də çoxlu köməyi dəyib. Qışda baxıb görür, adamlar evin ortasında ocaq
qalayırlar, ocağa kimsə düşməsin deyə yanlarına daşlar düzürlər. Tüstünün çıxması üçün isə ocağın
üstündə, evin damında ocağın özü boyda bir baca açırlar. Belə ocaq evi qızdırmırmış, acı tüstüsü
evdəkiləri boğurmuş. Yağış, qar yağanda isə yuxarıdakı bacadan evə su axırmış.
Kəndin lap yaxınlığında bəs qədər sarı palçıq var imiş. Əcnəbi kəndin ortasında bir göl qazdırır, sarı
palçığı tökdürür ora. Üstünə də su tökürlər. Öküzləri, camışları gölə salıb palçığı o ki var
qarışdırırlar. Əcnəbi yerli ustalara taxtadan qəliblər düzəltdirir və başlayır kərpic kəsməyə. Kərpic
hazır olandan sonra evlərdə buxarılar tikir. Buxarıların bacasını evlərin arxa divarından çölə
çıxardırmış. Bu buxarı evi qızdırır, hisi-tüstüsü də olmurmuş, hələ bir qadınlar üstündə rahatlıqla çay
qaynadır, yemək bişirirmişlər. Adamların əcnəbidən çox xoşları gəlir, onu kənddən buraxmırlar, ona
ev-eşik tikir, mal-qara verir, əkin sahələri ayırır, kəndin ən gözəl qızıyla evləndirirlər. Uşaqları olur,
artıb çoxalırlar. Qəlyançəkənlər tayfası belə əmələ gəlir. Biz kəndə tütünü gətirən o əcnəbinin
nəslindənik”.
Coni narazı qalmışdı, Porinin qulağına pıçıldayırdı, camaat təyyarə kəşf eləyir, mənimkilər buxarı.
Hələ bir arsız-arsız bununla fəxr də eləyirlər. Elə babası olanın belə də nəvəsi olar da. Yeznənin
qabağında atılıb düşür, yumruq oynadır.
Pori isə hara getsə də, neyləsə də, gecəki səhnə bircə anlığa belə gözləri önündən getmirdi. Ağappaq
sifətli, mavi gözlü, qəşəng burunlu zərif qadının aşağıdan yuxarı ona necə ehtirasla, sevgiylə
baxdığını hər xatırladıqca bədəninə titrətmə düşürdü. “Sənə bu anlardan hələ çox yaşadacağam”
deyən Səmoşa hirslənmişdi, amma düşünür, o anları yenidən yaşadıqlarını təsəvvür eləyir, varlığına
qarşısıalınmaz coşqun bir ehtiras hakim kəsilirdi. Dostunun arvadıyla aralarında bu iş olmamalıydı,
amma olmuşdu və ən qəribəsi də, o bundan xəcalət çəkib günahını etiraf eləmək əvəzinə, o anları bir
də yaşamaq istəyirdi. Bunun üçün nəyə razı olmazdı?!
Qəlyançəkənlərin yanında üç gün qalmalıydılar, amma beş gün qalmalı oldular. Çünki hər gün bir
qohumları qonaq çağırırdı, hətta hamısına gedə bilsinlər deyə biri nahara, digəri şama dəvət eləyirdi.
Getməyə məcburdular, burda dəvəti qəbul eləməmək hörmətsizlik sayılırdı. Coni şikayətlənirdi,


bunlara hörmət eləmiş olsaq, ayın axırına kimi burdayıq.
Budka da dəvət eləyəndə Coninin səbri tab gətirmədi. Gedən deyiləm, dedi, mənim bu adamı görən
gözüm yoxdur. İndi qalıb evinə gedəm, süfrəsində çörək kəsəm.
Səmoş işə qarışdı, amma Coni razılıq verməyəndə, öz dediyi kimi, qayınpedəri gəldi. Coni, qalx,
gedək, dedi. Coni çıxılmaz vəziyyətdə qalmışdı, getmək istəmirdi. Amma qayınpedərinə də yox deyə
bilmirdi. Son bir dəfə də cəhd elədi:
- Qayınpedər...
- Nə pedər?
- A kişi, sən yenə də...
Qayınpedəri artıq çiyinlərini oynadırdı, Səmoş məsələnin qəlizləşdiyini başa düşdü, Coninin
çiynindən yapışıb dartdı, qalx, ay beyinsiz duzəkən.
Coni daha yubatmadı, yolda ona şikayətlənirdi. Bir az da geciksəydim, oğraş zollayacaqdı çənəmin
altından. Neyleyim, özünü əsdirməyə başladımı, nə özünü görmək olur, nə də əllərini. Bilmirsən
hardan atır.
Onları qarşılayan Budkanın sifətindəki narazılığı, soyuqluğu görəndə Coni özünü saxlaya bilmədi.
Qonaq çağırırsan, amma elə qarşılayırsan, elə bil səndən borc almağa gəlmişik. Utanıb xəcalət
çəkmədən arvadımı qaçırdan sən, amma görən olsa, elə bilər, mən sənin arvadını qaçırtmışam!
Budka elə bil onun dediklərindən xəcalət çəkdi.
– Düz deyirsən, – dedi, – gəl barışaq, necə olsa bacanağıq.
– Barışaq? – Coninin gözləri hədəqəsindən çıxdı. – Budka, göy yerə dəysə, daşlar göyərsə, çınqıllar
çiçək açsa, çaylar tərsinə axsa belə, mən sənlə barışmaram. Üzdə də barışsam, qəlbim barışmaz!
Coni bu gün lap çox içdi, sərxoş oldu və onu evə qucaqda gətirdilər. Səmoş başını soyuq suyla yudu.
Coni ayıldı, gözlərini ovuşdurub dedi, Səmoş, sənin hansı xalqa, millətə mənsub olduğunu,
damarlarından hansı xalqın qanının axdığını bir kimsə bilə bilməz. Bunu bilmək üçün tarixçilər,
salnaməçilər axtarışa başlamalı, əsrlər öncəsi bu kəndə gələn, özüylə tütün toxumu və qəlyan gətirən
o əcnəbinin kimliyini müəyyən eləməlidirlər. Arvadımın hansı xalqa mənsub olduğunu bilməmək
mənə ağır gəlir.
– Coni, – Səmoş dedi, – sənin hansı heyvan sürüsünə mənsub olduğunu, damarlarından hansı heyvanın
qanının axdığını da bir kimsə bilə bilməz. Sən deyirsən, canavar qanı axır, amma ortalıqda dəlil-
sübut yoxdur. Bunu bilmək üçün ölkənin bütün zooloqları əl-ələ verib axtarışlara başlamalı, bir
canavarın insan cildinə necə girdiyini müəyyən eləməlidirlər. Yer üzündə beş milyard insan yaşadığı
halda ərimin canavar olması mənə ağır gəlir.
 


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   ...   142




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə