İSTİ VƏ soyuq torpaqlarda



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə5/142
tarix10.11.2017
ölçüsü4,8 Kb.
#9616
1   2   3   4   5   6   7   8   9   ...   142

Ehtirasını söndürüb geyinəndən sonra qorxuya düşmüşdü, birdən uşağa qaldın? Qorunmadıq axı.
“Qalmaram, - qız yenə də gülürdü, gülməyinə heç ara vermirdi, hətta ehtirasının ən şiddətli anında da
ürəkdən gülür, uğunub gedirdi. Cavan bir oğlana təslim olmağın, onunla sekslə məşğul olmağın qızı
niyə bu qədər güldürdüyünü başa düşə bilmirdi. - Mən məktəbdə laborant işləyirəm, orda bir erməni
qızı rəfiqəm vardı, mənə uşağa qalmamağın qaydasını öyrədib. Hələ bundan sonra da səni çox
sevindirəcəyəm. Narahat olma. Ay məni al, almasan, özümü asaram, deyə qarşına da çıxmayacağam.
Sənin kimi tikintidə kərpic, taxta daşıyan birisinin arvadı olmaq həvəsində deyiləm. Mənim böyük
ideyalarım var”.
Samanlıqdan çıxdılar, qız heyva ağacının kölgəsində kötüyün üstündə oturub qıçlarını bir-birinin
üstünə aşırdı. Qızılı bir küləşi ağzında oynadırdı.
– Hə, – ona dedi, – daşı.
Onun gözlərini bərəltdiyini görəndə hirsləndi, eləyəndə eləyirdin, bəs bilmirdin, bunun saman
daşımağı da var? Bax işinə, səni məcbur eləyən yoxdur, amma daşımasan, bir də görməyəcəksən.
Qıçlarını bir-birinin üstünə aşırdığından qıçlarının arası da aydın görünən, günəşdə yanmış bədəni ilə
yenidən qəlbinə od salan qıza baxıb, presi çiyninə atdı. Bu qızı bir də samanın üstünə yıxmaqdan ötrü
iki bu qədər də pres daşımağa hazırdı.
Qan-tərə bataraq daşıyırdı. Burda nə qədər pres var imiş? O daşıyır, amma pres qurtarmırdı. Qız isə
ona baxır, qızılı küləşi ağzında oynadaraq gülürdü. Nəhayət, preslərin hamısını daşıyıb qurtardı. Tər-
su içində idi, duzlu tər və isti küləş bədənini yandırırdı. Qıza təzədən samanlığa getməyi təklif
eləyəndə qız bir söz demədən ağzında oynatdığı samanı kənara tüpürüb ayağa qalxdı və onun
qabağına düşərək samanlığa getdi.
Qız bu dəfə quru otun üzərinə uzanmadı, donunu yuxarı çəkib, əllərini preslərə söykədi. Sən tər
içindəsən, dedi, belə yaxşıdır, amma məni qucaqlama, yoxsa bədənimdən sənin tərinin iyi gələcək.
Bacardığın qədər az toxun.
Qızın dediyi kimi də elədi. O elədikcə qız yenə də gülürdü, gülməkdən uğunmuşdu. Qurtarandan
sonra qız saçlarının, üz-gözünün küləşini çırpırdı. Vəhşisən, onu məzəmmətləyirdi, başımı presin
içinə soxmuşdun. Dedim indicə boynum qırılacaq.
Qıza cavab verə bilməsə də heyrətlənmişdi, öz-özünə düşünürdü, başını presin içinə soxmuşdumsa,
boynun qırılırdısa, bəs onda nəyə gülürdün?
Evə gəlib hamamı qızdırdı, hamamlandı, samovarı həyətdə qoyub yandırdı. Tut ağacının dibində
oturub çay içir, qonşu qızı xatırladıqca ixtiyarsız gülümsəyirdi. Qzılı samanların üzərinə uzanmış qız
aşağıdan yuxarı ona ehtirasla baxaraq gülür, isti bədəni ilə onu yandırırdı. Təki qız yenə də onu
samanlığa çağırsın, bundan ötrü təkcə anasının sümüklərindəki deyil, bütün digər problemlərini də
həll eləməyə hazır idi.
Növbəti bazar günü qız yenə də onu çağırdı, hasarlarını rəngləməliydi. Rəng vurmaqdan, xüsusi ilə
də rəngi durulaşdırmaq üçün ona qatılan rəngsiz, tünd qoxulu mayenin iyindən zəhləsi gedir,
qoxusundan başı çatlayırdı. Amma işin ucunda samanlığa getmək var idi, etiraz eləyə bilmirdi. Qıza
dedi, mən fəhlə tutaram, hasarı o rəngləyər. Sən narahat olma, pulunu verəcəyəm.
Qız isə güldü, mən narahat deyiləm, dedi, amma hasarı kim rəngləyərsə, samanlığa onunla
gedəcəyəm. Bu, prinsip məsələsidir, mən sənin üçün əziyyət çəkirəmsə, sən də mənim üçün əziyyət
çəkməlisən.
– Mənim üçün əziyyət çəkirsən? – Pori gözlərini bərəltdi.
– Çəkmirəm? – qız da heyrətlənmişdi.


– Sən ona əziyyət deyirsən?
Qız hirslənmişdi, deməməliyəm? Oğlanların özlərini qanmaz yerinə qoymaları məni cinləndirir,
əziyyəti mən çəkmirəm, olmaya sən çəkirsən? Bədənimi yandıran küləşlərin içinə uzanmaq, ya başımı
isti presin içinə soxub, çətinliklə duruş gətirmək, hələ bir sonra da uşaqdan qorunmaq üçün işlər
görmək, sənin qoxunu bədənimdən aparmaq üçün yuyunmaq, ətirlənmək, özüm üçün bir sürü iş açmaq
əziyyət deyilmiş?
Yalnız üzr istəyib, həqiqətən də əsas əziyyəti onun çəkdiyini deyəndən sonra qız ondan əl çəkdi. Üç
iri banka rəng və iki şüşə də rəng qarışdırıcısı, fırça verdi. Çay verə bilməyəcəyəm, dedi, istəsən,
gedib evində içərsən. Əslində verərdim, amma düşündüm, bir halda bu adam mənim elədiklərimi
görməzdən gəlir, niyə buna çay verməliyəm?
Qızı hirsləndirməmək üçün işə başladı, canını dişinə tutub taxta hasarı rəngləyir, səbirsizliklə işi
qurtarmağa tələsirdi. İşin sonunda bu qədər istəklə, qızğınlıqla sahib olmağa can atdığı qızla həzz
dolu anlar yaşamaq vardı. Bunu fikirləşdikcə həyəcandan titrəyir, tələsirdi.
İşi qurtardı, evə gedib yuyundu, paltarlarını dəyişib qayıtdı. Qız bu dəfə onu samanlığa yox, yataq
otağına apardı. Orda küləşlər, saman qırıntıları yan-başıma batır, bir tərəfdən sən sancırsan, bir
tərəfdən də küləşlər, dedi və qəhqəhə ilə güldü.
Qız öz yatağında ona təslim olurdu. Pəncərədən mavi yay səması, səmada üzən bir topa ağappaq
bulud görünürdü. Bayaqdan həsrətində olduğu bu tunc rəngli bədənə sahib olduqca sonsuz həzz alırdı.
Qız isə aşağıdan yuxarı ona baxır, yenə də gülürdü, o nə qədər qızğınlıqla eləyirdisə, qız da bir o
qədər ürəkdən gülürdü. Qızın gülən gözlərindən, dodaqlarından öpür, balaca, isti qarnının təmasını
hiss elədikcə həzzdən başı hərlənirdi.
Gülya həftədə heç olmaya bir-iki dəfə onun üçün iş tapırdı. Bostanı şumlatdırır, ağacların dibini
bellətdirir, pəncərə şüşələrini dəyişdirirdi. İşini qurtarandan sonra da yataq otağına aparır, burda
gülməkdən uğunub gedərək ona unudulmaz anlar yaşadırdı.
Qızdan niyə güldüyünü soruşanda qız dedi, özümdən asılı deyil. Kişi əli bədənimə toxundu ki, məni
gülmək tutur. Hələ o sovxa toxunanda lap gülməkdən qəşş eləyirəm. Neyləsəm də mümkün olmur,
yalnız əllərin, bədənin mənə dəyməyəndən sonra özümü ələ ala bilir, gülməyə ara verirəm.
Qadın qədir-qiymətini bilməlidir, ona deyirdi, əgər sənə ərə gəlsəydim, gecələr altına
basmarlayacaq, işini görən kimi də yorğanına bürünüb yatacaqdın. Gündüzlər isə evin bütün işlərini
mənə gördürəcəkdin. Şum vuracaq, həyəti süpürəcək, paltar yuyacaq, yemək bişirəcəkdim. Hələ bir
işim xoşuna gəlməyəndə təpik-yumruq altına salacaq, söyəcəkdin. İndisə nə istəyirəm, elə də
eləyirəm, kefim necə istəyir, elə də yaşayıram. Sənsə mənimlə beş-altı dəqiqə olmaqdan ötrü qan-tər
töküb işləyirsən. İşindən, ya özündən xoşum gəlməsə, heç yaxın da buraxmaram. Siz kişilərin dərsini
belə vermək lazımdır! Kişiyə qul, kölə olmaq lazım deyil, kişini qul eləmək lazımdır!
Bu gözəl günlərin ömrü az oldu, qız böyük ideyasını həyata keçirə bildi, şəhərin imkanlı
adamlarından birinin oğluna ərə getdi. Gəlinlik paltarını geyib ər evinə köçdü. Toy karvanı vağzalı
sədaları altında uzaqlaşıb gedəndə Porinin gözləri yaşardı. Daha bu həyətdə Gülyanı görməyəcəyini,
səsini, gülüşlərini eşitməyəcəyini, onunla pəncərəsindən ağ buludlar görünən balaca otağamı,
samanlığamı çəkilib sevişməyəcəklərini fikirləşəndə qüssələnirdi.
Gülya gedəndən sonra Pori darıxır, heç yerdə qərar tuta bilmirdi. Payızın sonlarında mədəsində
kəskin ağrılar başladı, arıqlayır, istədiyi yeməyi yeyə bilmirdi. Bütün həkimlər eyni sözü deyirdilər,
xərçəngdir, müalicəsi çətindir. Yalnız İsraildə müalicə eləyə bilərlər. İbo telefon nömrəsini, ünvanını
vermişdi. Zəngləşir, hal-əhval tuturdular. İboya zəng eləyib vəziyyəti danışdı, yəhudi balası çox


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   142




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə