İSTİ VƏ soyuq torpaqlarda



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə52/142
tarix10.11.2017
ölçüsü4,8 Kb.
#9616
1   ...   48   49   50   51   52   53   54   55   ...   142

buyurulub, biz bunu bilirik, – qaynı dedi, – amma qaban haram buyurulmayıb. Donuz zibilliklərdə
eşələnir, zibil, leş, tullantı yeyir, qaban isə bütün günü meşədə sənin udduğun havadan təmiz hava
udur, palıd qozası, ağac qabığı, ağac kökü, yarpağı yeyir, sənin içdiyin sulardan çox təmiz olan dağ
bulaqlarının, çaylarının suyunu içir. Elə isə niyə murdar olsun? Ata-babalarımız əsrlərdir qaban
ovlayıb yeyirlər, biz də yeyəcəyik. Hansısa bir din, lap islam dini olmuş olsa belə, bizim min illik
adətlərimizin, gələnəklərimizin üstündən xətt çəkə bilməz”. “Ata-babalarınız əsrlərlə şərab içiblər,
bəs siz niyə islamın gəlişindən sonra içmədiniz? Necə oldu ki, islam min illik gələnəklərinizin
üstündən xətt çəkə bildi?” “O xətti islam yox, biz özümüz çəkdik. Şərabın ağlımızı çaşdırdığını,
adamı xoşqeyrət elədiyini görüb, ondan imtina elədik. Gördüyün bu ev 142 ildir tikilib. O vaxtdan da
bu evə nə şərab, nə də zina yol tapa bilməyib”.
Qaynı qürurla deyirdi, o isə istehza ilə düşünürdü: “Şərab yol tapıb, yəqin, zina da tezliklə yol
tapar”.
Kişilər çıxıb getdilər, evdə yalnız qadınlar qaldı. Pori pəncərənin qabağındakı çarpayıda uzanmışdı.
Pəncərədən qarlı meşəyə baxır, orda gəzən qabanları təsəvvür eləyirdi. Qaban öz ailəsini başına
toplayıb qarı eşərək palıd qozaları yeyirdi. Adamların silahlarını götürərək onları öldürməyə
gəlməsindən xəbərsizdi. Bir azdan soyuq və qarlı meşədə güllələr açılacaq, zavallı heyvanların
xoşbəxtliyinə son qoyulacaqdı. Onları necə xəbərdar eləmək olardı? Necə demək olardı ki,
yoruluncaya qədər, nəfəsiniz kəsilincəyə qədər qaçın, canınızı qurtarın. Yoxsa adamlar sizi
öldürəcəklər. Ancaq hardan biləsən, bəlkə qaçıb getdikləri yerdə də əlisilahlılar onları gözləyirdi.
Bir azdan Əfi gəldi. Mən hamama gedirəm, dedi, sonra da paltar yuyacağam, sənə nə lazım olsa,
aşağıdan uşaqlardan birini çağırıb istərsən. Odun qurtarsa, düşüb özün gətirərsən. Qəhvədan, çaynik
də burdadır, özün üçün çay dəmlərsən. Bu dünyada sənin ən yaxşı bacardığın iş budur.
– Mənim bacardığım işlər çoxdur, – Pori kədərlə dedi, – amma hanı?
– Sənin də o işdən başqa gözün heç nəyi görmür! Bir az səbir elə, o işini də görərsən.
– Nə bilim, – köks ötürdü, – mən artıq ümidimi vurmuşam.
Əfi təzəcə getmişdi ki, qapı döyülmədən açıldı və Səmoş içəri girdi. Əliylə ağzını tutub gülürdü. Bu
da mən, dedi, qərara aldım, sənə yenidən xoş anlar yaşadım.
Pori qorxuya düşmüşdü, Səmoş, nə danışırsan? Duyuq düşərlər, bilərlər, ikimizin də başını kəsərlər!
Səmoş artıq soyunurdu, ağürək olma, hardan duyuq düşəcəklər? Kişilər ovda, Əfi də hamamda. Digər
qadınları öldürsən də, kişilər olan ikinci mərtəbəyə qalxmazlar.
Otaqları dəyişik salanda, sərxoş idi, otaq qaranlıq olduğundan Səmoşu çılpaq görə bilməmişdi, heç
bunun fərqində də olmamışdı. Sadəcə olaraq bu qadının Səmoş olduğunu bilmiş və qadınla əlaqədə
olanda təkcə bunu düşünməyin özü ona sonsuz həzz yaşatmışdı.
İndisə pəncərədən süzülən gündüz işığında qarşısında dayanmış çılpaq qadına baxdıqca dili–dodağı
quruyurdu. İndiyə kimi çoxlu qadınlarla, qızlarla olmuşdu, əskərilikdə, cavan vaxtlarında tikintidə
işləyəndə. Amma belə gözəl qadın bədənini ilk dəfə görürdü.
– Səmoş… – pıçıltı ilə dedi.
– Hə? – qadın cavab gözləyirdi.
Sən Tanrının möcüzəsisən, ən xoş anlarında yaratdığı qüsursuz əsərisən. Mən belə əsəri korlamağa
yox, ona toxunmağa, əlimi vurmağa belə xəcalət çəkirəm. İnanırsan, tələsməsək, kimlərinsə
gələcəklərindən, mane olacaqlarından qorxmasaq, saatlarla qarşında oturar, sənə baxaram.
Səmoş isə şirin təbəssümü ilə gülümsəyirdi, xəcalət çəkmə, toxun. Sən bu əsəri korlamalı deyilsən,
ondan zövq almalısan.


Onu dırnağının ucundan başının tükünəcən sızıldadan, titrədən bu gözəlliyə qarşı dayanmağa gücü yox
idi. Qorxusu keçmişdi, indi başının kəsiləcəyi haqda yox, bu incə, gözəl qadına tezliklə sahib olmaq
haqda düşünürdü. Qadını qucaqlayanda, güclü ehtiras varlığına hakim kəsiləndə isə, nə cür
korlamayım deyirdi? Zövq almaq üçün mütləq korlamalıyam. Səmoş isə yenə də gülürdü, bu
mütləqdirsə, zövq almaq üçün mütləq korlamalısansa, onda korla.
Daxil eləyəndə Səmoşun necə qıvrılmasına əhəmiyyət vermədən bircə həmlə ilə qadına sahib oldu.
Qadının həzz dolu iniltiləri onu bir az da həyəcanlandırır, ehtirasa gətirirdi. Səmoş isə özünü nə
qədər ehtirasın ağuşuna versə də, ondan fərqli olaraq tələsmir, onu da tələsməyə qoymurdu. Pori, bu
gözəl anların vaxtını uzatmağa çalış. Nə bilirsən, bəlkə Tanrının bu qüsursuz əsəri bir daha əlinə
düşməyəcək, dedi və eynilə Gülya kimi başını azacıq arxaya əyərək güldü. Pori də ehtiras içində
alışıb yanan bu gözəl qadını ürəyincə sevdi, oxşadı, sonsuz həzz aldı.
Qolunu qadının başının altından keçirərək başını bir az yuxarı qaldırdı, sevgi, ehtiras dolu mavi
gözlərə baxaraq dedi, Səmoş, səni ilk dəfə görəndə yataqda beləcə təsəvvür eləyirdim. Səni sevir,
sənə sahib olurdum. Sən isə aşağıdan yuxarı mənə baxır, beləcə gülürdün.
Yorulub əldən düşmüşdü, qadının isti qarnının üstündə uzanıb, üzünü od tutub yanan üzünə
söykəmişdi.
– Yenə də unutdun? – Səmoş nəvazişlə pıçıldadı.
– Nəyi? – başını qaldırdı.
– Təşəkkür eləməyi.
– Hə, bağışla, – qadının isti, nəm dodaqlarından öpür, bu an dumanlanmış şüurunun imkan verdiyi
qədər ən isti, təsirli sözləri tapıb təşəkkür eləyirdi.
Səmoş hirslənmişdi, siz kişilər hamınız beləsiz. Mən həyatımı riskə ataraq bura gəlir, sənə dünyalar
boyda sevinc, həzz yaşadıram. Sənsə quruca təşəkkür eləməyi belə lazım bilmirsən. Elə bilirsən, bu
anları sənə yaşatmaq mənim borcumdur? Yox, Pori, mənim nə sənə, nə ərimə, nə də digər kişilərə
borcum yoxdur. Oy, mən yenə də kağız dəsmal götürməyi unutmuşam. Mənim maykama silin, sonra
tərsinə çevir, aparım. Burda qalmasın, Coni özümü elə tanımır, alt paltarlarımı uzaqdan tanıyır.
İyindən, rəngindən, hətta çıxartmağımdan.
Qadının dediyi kimi də elədi. Səmoş da qalxıb geyindi, maykasını bürmələyib ovcunda gizlətdi. Onu
öpdü, qapını açıb dəhlizə boylandı və səssizcə çıxıb getdi.
İndi, ilk dəfə olduğundan fərqli olaraq, Pori elə də xəcalət çəkmirdi, yalnız arvadına görə qəlbində
bir az peşmançılıq, narahatçılıq var idi. Arvadını onun ən yaxın rəfiqəsi ilə aldadırdı. Belə düşünsə
də, yenidən bir az bundan əvvəl yaşadığı anları xatırlayır, ölümü, başının kəsilməsini belə gözünün
önünə alıb onun yanına gələn və bu anları ona yaşadan qadına qarşı qəlbində sonsuz məhəbbət,
minnətdarlıq hissləri baş qaldırırdı. Qadın cəsarəti ilə onu heyran eləyirdi.
Dəhlizdə əllərini yuyub gəldi, sobanın üstündəki qəhvədan pıqqapıqla qaynayırdı. Çay dəmlədi, çay
süzüb pəncərənin qabağındakı masanın arxasına keçərək oturdu. Yenidən qarlı meşəyə baxır və nə
qədər qəribə olsa da, hər şeyi unudub yenidən qabanlar haqda düşünürdü. Bu rəhmsiz, qaniçən
başkəsənlər meşədə bircə dənə də qaban qoymayacaq, özlərinə lazım olan və olmayan bütün
qabanları öldürəcəkdilər.
Günortadan bir qədər keçmiş ovçular qayıdıb gəldilər, cəmisi iki qaban vurmuşdular. Yəqin, meşədə
qaban az imiş, o düşünürdü, yoxsa başkəsənlərin gözü doymazdı.
Coni isə ona yanıldığını dedi. Meşədə qaban çox idi, amma bunlar hər qabanı vurmurdular, ananı,
balanı vurmazlar. Erkəyini, həm də kifayət qədər böyük olanı vurdular. Ayda bir dəfə meşəyə ova


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   48   49   50   51   52   53   54   55   ...   142




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə