İSTİ VƏ soyuq torpaqlarda



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə53/142
tarix10.11.2017
ölçüsü4,8 Kb.
#9616
1   ...   49   50   51   52   53   54   55   56   ...   142

gedir, yalnız öz ehtiyacları olan qədər qaban ovlayırlar. Bundan artığını nə özləri vurmazlar, nə də
başqalarının vurmağına icazə verməzlər. Birini özləri bişirəcəklər, digərini də doğrayıb qohum-
əqrəbaya paylayacaqlar. Ona görə də meşədə qaban boldur.
Qabanları soyub doğradılar, həyətdə manqalları qarın içinə qoyub yandırdılar. Manqallardan qalxan
tüstü, kabab iyi ətrafa yayılır, pəncərələrdən evə dolurdu. Bu iy, tüstü Porini elə tutmuşdu ki, şamda
özünü nə qədər məcbur eləsə də, qaban kababından yeyə bilmədi. Yalnız pendir-çörək yeməklə
kifayətləndi. Bu, qaynının diqqətindən yayınmadı, onu yuxarıdan aşağı süzüb, həmişə onunla
danışarkən səsindəki gizlətmək belə istəmədiyi istehza ilə, aşağılayıcı tərzdə soruşdu:
– Kabab niyə yemirsən?
– Yemirəm də, yeznə mütləqmi kabab yeməlidir?
– Mütləq deyil, – qaynı başını yırğaladı, – amma kişilər kabab yeyərlər!
– Bunu birinci dəfədir eşidirəm, – qaynının cavabını verməkdən özünü saxlaya bilmədi, – demək,
kabab kişilik etalonu imiş. Bəs onda necə olur, qadınlar kişilərdən daha çox kabab yeyirlər?
– Yeznə, necəsini özündən soruş. Niyə hətta qadınlar da yeyir, amma sən yeyə bilmirsən?
Bu adamlarla heç vaxt mübahisə eləmək istəmirdi. Amma nə qədər çalışsa da, cavabsız da buraxa
bilmirdi. Qaynına tərəf əyilib pıçıltı ilə soruşdu:
– İndi necə olsun, yeməsəm, başımı kəsəcəksiz?
– Yox, – gözlədiyinin əksinə olaraq, qaynı hirslənmədi, sakit cavab verdi, – biz qaban əti yemədi
deyə, yeznənin başını kəsmərik.
“Lənət şeytana, neyləyirəm, – özünü məzəmmətləyirdi, – qaşınmayan yerdən qan çıxardıram. Oğrunun
yadına daş salıram”. Coni də gözünü ağardırdı, qaynının durub getməsindən istifadə eləyərək onun
qulağına pıçıldadı: “Nədir, başın bədəninə ağırlıq eləyir? Yoxsa elə bilirsən kəsməzlər? Gecə az qala
başımı kəsəcəkdilər, an məsələsiydi”. “Coni, nə danışırsan? – Porinin gözləri kəlləsinə çıxmışdı. –
Niyə kəsirdilər?” “Ayaqyoluna gedəndə azdım, gedib bu şərəfsizlərin birinin evinə çıxdım. Evi
ayaqyolu zənn eləyib işimi görmək istəyirdim, ona görə”. “Nə?! – Pori dəhşətə gəldi. – Coni, sən
başkəsənlərin evinə gedib orda işini görmək istəyirdin? Bəs niyə kəsmədilər? İşini görə bildinimi?”
“Görsəydim, burda səninlə yanaşı oturub danışa bilməzdim. İndi o dünyadaydım, həm də başımla
bədənim ayrı-ayrı gedəcəkdi o dünyaya. İnkir-minkirin sualına başım ayrıca cavab verəcəkdi,
bədənim də ayrıca”.
Pori daha otura bilməyib ayağa qalxdı, bu adamların arasında, yağlı yemək, kabab qoxuyan süfrənin
arxasında oturmağa dözümü yox idi. Çayı evdə içərdi, soba yanırdı, qəhvədan da üstündəydi.
Pilləkəni qalxanda yuxarıdan düşən Səmoş ilə rastlaşdı.
– Səmoş, – pıçıltı ilə dedi, – sən yenə də…
– Mən? – Səmoş ona sözünü axıra qədər deməyə imkan verməyərək, səssizcə güldü. – Pioner olanda
dəstə rəhbərimiz bizə komanda verərdi: “Hazır olun!” Biz də xorla qışqırardıq: “Həmişə hazıram!”
Pori, mən həmişə hazıram.
– Səmoş, mən gecə verdiyini nəzərdə tuturam, – qorxmuş halda səsləndi.
– Pori, sənə nə olub? Elə mən də gecə verdiyimi nəzərdə tuturam, – qadın yenə də səssizcə gülürdü,
birdən duruxdu, – a, sənin dərdin başqaymış. Ax, kişilər! Araq sizin üçün hər şeydir. Yaxşı, narahat
olma, onu da verərəm.
Səmoş sözünə əməl elədi, axşam yenə də onlar üçün bir bağlama gətirdi. Bu dəfə bağlamada bir şüşə
araq, soğan, kompot, soyutma yumurta və bir boşqab da qaban kababı var idi. Yenə də Səmoşu
tərifləyirdilər, Səmoş isə gülürdü, sağ olun hamısı mənə düşmür, Əfinin də rolu böyük olub. Amma


siz bu tərifləri özünüzə saxlayın, işiniz düşdümü, karınıza gəldikmi, tərifləyib göylərə qaldıracaqsız,
bircə dəfə karınıza gəlmədikmi, oluruq heç nə.
Səmoşu yola salan kimi də qapını bağlayıb şüşəni açdılar, Coni qədəhlərə araq süzdü və onu
gözləmədən qədəhini başına çəkdi. Pori də arağını içdi və ona dedi: “Bu gecə neyləyirsən elə, amma
ayaqyoluna getmə. Yoxsa yenə də gedib hansısa başkəsənin evinə çıxarsan. Bu şüşələri də özümüzlə
aparmalıyıq, görsələr, işimiz bitdi. Evlərini yüz neçə ildir tikiblər, amma hələ bircə dəfə də olsun, bu
evin qapısından içəri nə araq, nə də zina girməyib”. “Girməyib? – Coni gözlərini döydü. – Sən bunu
hardan bilirsən? Başkəsənlərin tarixini yazırsan?” “Girməyinə girib, sən özün də bunun şahidisən, –
Pori qədəhlərə araq süzüb dedi. – Sadəcə olaraq onlar girmədiyini düşünürlər. Sayəmizdə iki əsrlik
bu tabu pozuldu. Tarixə qalanda da, tarix mənim mövzum deyil, bu işə Səmoşla Əfi baxırlar ”.
Araq şüşəsinin axırına çıxandan sonra hər iki şüşəni qalın yun köynəyə bükərək paltar çamadanının
altından qoydular. Pori çay dəmlədi, ancaq Coni çay içməkdən imtina elədi. Günortadan sonra dilimə
çay, su vurmamışam, dedi, gecə bir daha ora getmək istəmirəm. Deyir, ora getmək istəsən, bizlərdən
birini oyat. Sən ayaqyoluna gedirsən, bir başkəsən də səni ora müşayiət eləyir. Fikirləşəndə belə
adamın bədənində qarışqa gəzir.
Pori çayını içib yatağına girəndə Coniyə tapşırdı, Coni, namaz qılan sən, amma məni yatmağa
qoymursan. Vicdanın olsun, səssiz-səmirsiz oyan, axı nəyə görə mən sənin ucbatından yuxudan
olmalıyam?
Coni yanıb-yaxılırdı, sənə sözüm yoxdur, sənin ucbatından bu qədər əzab-əziyyət çəkirəm, işgəncə
görürəm, səsimi də çıxartmıram, sənsə hələ bir qırmızı-qırmızı məni ittiham eləyirsən! Səni yatmağa
qoymurmuşam!
Coni bu gecə Poriyə gözünü yummağa imkan vermədi, hər yarım saatdan bir qışqırıb yuxudan
ayılırdı. Tər-su içində, gözləri alacalanmış halda ona deyirdi. “Pori, yuxuda ayaqyoluna gedirdim, üç
başkəsən də məni müşayiət eləyirdi, biri arxamda, biri sağımda, biri də solumda. Amma biz gedib
ayaqyoluna yox, gedib həmən evə çıxdıq. Qapını açıb içəri keçdik və yenə də pilləkənin başında
dayanan o ağpaltarlı, ağsaqqallı qocanı gördüm. Qoca məndən soruşdu: “Qonaq, yenə niyə gəldin?”
Pori, başıma hava gələcək, nə qədər dəli olmamışam, çıxıb gedək burdan”.
Pori onu sakitləşdirir, uzan, yat, deyirdi, yoxsa belə gedərsə, sənin yox, mənim başıma hava gələcək.
Coni də yatağa uzanır, gözlərini yumur, amma yuxuya gedəndən az sonra da qışqırıb ayılırdı.
Başkəsənlər qapını döyüb, namazın vaxtı olduğunu deyərək onları oyadana kimi Coni yuxusunda
başkəsənlərin müşayiəti ilə ayaqyoluna gedib gəldi.
Səhər yeməyi vaxtı Pori onunla üzbəüz oturmuş böyük qaynından soruşdu:
– Siz yeznəni adam hesab eləmirsiz?
– Eləyirik, - qaynı başını yuxarı qaldırmadan dedi.
– Bəs onda niyə adam münasibəti göstərmirsiz?
– Nədi, sənə burda xoş keçmir? – sanki qaynı tərəfdə bir kobra fışıldadı.
Pori əl-ayağa düşdü. Xoş keçir də sözdür! Mənim üçün burda toy-bayramdır. Hələ bayaqdan Coniyə
də deyirəm, niyə əvvəldən bura gəlmədik? Heyf qəlyançəkənlərin evində keçirtdiyimiz o beş günə!
Həyatımızın beş gününü mənalı, gözəl keçirtmək fürsətini ağılsızlığımız ucbatından əldən vermişik.
Başkəsənlərin evində qaldıqları üç gün onlar üçün üç il kimi keçdi, dördüncü gün onları yola
saldılar. Coni qorxa-qorxa geri baxıb dedi:
– Şükür sənə, İlahi! Demək, alnıma başımı başkəsənlərin kəsəcəyi rüsvayçılığı yazılmayıbmış.
“Bu nə cür olur, – həmişə olduğu kimi Səmoş yenə də onu cavabsız buraxmadı, – qəlyançəkənlər sənə


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   ...   142




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə