İSTİ VƏ soyuq torpaqlarda



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə57/142
tarix10.11.2017
ölçüsü4,8 Kb.
#9616
1   ...   53   54   55   56   57   58   59   60   ...   142

– İnsana, qabana yox! – qız dedi və çıxıb getdi.
Nə qədər qəribə olsa da, qıza hirslənməmişdi, əksinə, onu gülmək tutmuşdu. Sabah axşam yenə də
Vanya onu dəvət eləyəndə tərəddüd eləmədən razılıq verdi. Nəyə görəsə ilk görüşlərində onda elə də
rəğbət doğurmayan Tanya getdikcə ona cəzbedici görünürdü. Qız özünü dartdıqca, çəkdikcə, öz
əlçatmazlığını ona hiss elətdirməyə çalışdıqca da, qəlbində bu qıza sahib olmaq arzusu daha güclü
baş qaldırırdı.
Bu dəfə Vanya ilə Sveta öz otaqlarına çəkiləndə Qobi ayağa qalxıb, məclisin əvvəlindən indiyə kimi
onunla bircə kəlmə belə kəsməyən Tanyadan soruşdu, səni evinizə ötürəcəyəm?
Qız aşağıdan yuxarı ona əda ilə baxıb, saymazyana tərzdə dedi, yox, özüm gedərəm. Sən apararsansa,
sonda sənə sağ ol demək məcburiyyəti qarşısında qalacağam, mənsə bunu istəmirəm.
“Özün bil” deyə otaqdan çıxmaq istəyəndə Tanya güldü, bu dəfə qızın gülüşü səmimi idi:
– Amma dostun dedi, siz də o biri otağa keçin.
– Keçmirsən axı, zorla aparım?
– Aha, zorla? Demək, zorla aparmaq istəyirsən? Mən bilirdim, bütün qaralar belədir, fürsət düşdümü,
bir rus qızını zorlamaqdan heç vaxt boyun qaçırmazlar! Ay adam, sən kobudsan, eqoistin,
yonulmamışın birisisən! Prezervativsiz eləmək istəyirsən, nəyə görə razı olmalıyam? Yenə
prezervativlə istəsəydin…
Getmək istəyirdi, birdən fikrini dəyişdi, qıza yaxınlaşıb əlindən yapışdı.
– Qalx! – dedi.
Qız ona heyrətlə baxsa da, ayağa qalxdı. Qızı qucağına götürüb o biri otağa apardı. Burda enli taxt
var idi, qız hələ də özünə gələ bilməmişdi.
– Zorlayacaqsan? – inamsızlıqla soruşdu.
– Ay qız, bəsdir zəhləmi tökdün, – hirslə dedi, – soyun!
Qız ona baxır, dinməz-söyləməz soyunurdu. Sifəti kimi bədəni də gözəldi. Qızı yatağa uzandıranda qız
son bir dəfə də cəhd elədi:
– Bəlkə prezervativ…
O isə qızın dodaqlarından öpüb danışmasına imkan vermədi. Bu qız canına çox vermişdi, qızğınlıqla
ona sahib olduqca da varlığına güclü ehtiras, həzz dalğası yayılırdı. Əvvəlcə müqavimət göstərmək
istəyən qız bir azdan ciddiliyini bir tərəfə atdı, indi onun hər bir hərəkətinə daha qızğınlıqla cavab
verirdi.
Geyinəndə qız onu danlayırdı, istədiyinə nail oldun, dincəldin? Bəs birdən uşağa qaldım? Ya
xəstələndim, onda necə olsun? Necə olar ki, bir kişi ona bunca ləzzət bəxş eləyən qıza qarşı belə
vicdansızlıq eləyər?
Vanya ilə Sveta otaqdan çıxıb onları görəndə hədsiz heyrətləndilər. Biz elə zənn eləyirdik, çıxıb yenə
də sizin getdiyinizi görəcəyik, Sveta deyirdi, siz isə burdaymışsınız.
Məclis yenidən davam edirdi. Bir azdan Vanya ilə Sveta qalxıb öz otaqlarına keçəndə Tanya gəlib
onun qarşısında dayandı, əlindən yapışıb amiranə tərzdə:
– Qalx! – dedi.
Qızın hərəkətləri o qədər təbii idi ki, gülüşünü boğa bilmədi, qızın göstərişinə dinməzcə əməl eləyib
ayağa qalxdı. Bu qıza olan bütün incikliyi keçib getmişdi, hətta boğazının həddən artıq uzun olması
belə onu narahat eləmirdi.
Bu dəfə qız özü onu soyundururdu, prezervativi isə heç yada da salmadı. Bir halda sənə belə xoşdur,
belə də elə, dedi. Mən sənə ala-yarımçıq həzz yaşatmaq istəmirəm, sayəmdə sonacan kef elə. Həm də


bu sözləri elə işvə ilə deyirdi ki, hər sözüylə onun bədəninə od salırdı.
Beləcə iki-üç gündən bir ya Vanyagildə, ya da onun evində yeyib-içir, sonra da otaqlara çəkilirdilər.
Bəzən Tanya özü onun yanına gəlirdi, evin açarını ona vermişdi. Evə gəlib qəhvədanın qaynadığını,
qızın qıçlarını-qıçları üstə aşırıb divanda oturaraq televizora baxdığını görəndə uşaq kimi sevinirdi.
Qız ilk görüşlərində özünü təqdim elədiyi kimi quru, ciddi qız deyildi. Tam əksinə, söhbətcil,
istiqanlı qızdı. Şəhərdəki məktəblərdən birində tarix müəlliməsi işləyirdi. Tarixi əla bilirdi, ən çox
da millətlərin tarixini və bəzən ona elə gəlirdi ki, Tanyanın haqqında danışdığı millətlər formalaşıb
məskunlaşanda, hardansa hara köç eləyəndə, müharibələr, qırğınlar törədəndə bu qız da onların
yanındaymış. Onların arxasınca gəzir, onları müşahidə eləyərək qədim salnaməçilər kimi salnamə
yazırmış.
Qaralar dediyi qafqazlılardan zəhləsi gedirdi, sanki Rusiyanın əsas baş ağrısı qaralar imiş, qaralar
olmasaymış, ölkədə hamı xoşbəxt yaşayacaqmış, bircə dənə də oğurluq, zorakılıq, qadınlara, qızlara
qarşı vəhşilik olmayacaqmış. Qobi razılaşmırdı. “Haqsızlıq eləyirsən, – qıza etirazını bildirirdi, –
qaralar dediyin o insanlar olmasaydı, indi yer üzündə Rusiya dediyin bu ölkə yox idi. Paytaxt
Moskvanı almanlar böyük bir gölə döndərəcəkdilər və orda öz gəmilərində, qayıqlarında üzüb
əylənəcəkdilər”. “Sən bir ticarət adamı, – Tanya hirsləndi, – yalnız düyünün, yağın, paltar sabununun
qiymətindən söz düşəndə fikrini bildirə bilərsən. Qaralar olmasaydı da, biz almanlara qalib
gələcəkdik. Rusu müharibədə məğlub eləmək mümkün deyil. Çünki bu ölkədə insana dəyər verilmir.
Amerika niyə Vyetnama qalib gələ bilmədi? Çünki onlarda insan faktoru var. Əsgərlərin meyitləri
Amerikaya gəlməyə başlayanda adamlar ayağa qalxdılar, dövlət ordunu Vyetnamdan çəkməli oldu.
Rusiyada isə başqadır, mövzu müharibə olunca insana dəyər verilməz. Minlərlə əsgər meyiti gəlsə,
adamlar yığışacaq, masanın üstünə konserv, kolbasa, araq qoyub, ölənin ruhunu yad eləyəcəklər.
Vəssalam! Hər şey unudulacaq, yeni əsgərlər gedəcək müharibəyə. Onlar da araq içərək ölümə
gedəcək, onları da araq içərək yad eləyəcəklər. Sizdə isə başqadır, əsrlər öncəsi öldürülmüş
imamınızı hələ də unuda bilmirsiniz, ondan ötrü ağlaşıb baş yarırsınız. İnsan həyatına bu qədər dəyər,
qiymət verən bir xalq müharibədə qalib gələ bilməz”.
Qobi qulaq asır, bir şey başa düşmürdü. Bu onun mövzusu deyildi, özünü qızın lağa qoyduğu
qiymətlər mövzusunda daha rahat hiss eləyirdi.
Tanyaya çox bağlanmışdı, Tanya da ona laqeyd deyildi, deyirdi, sizlərin bu bakirəlik tabunuz
olmasaydı, evlənərdik. Sənin üçün əsl müsəlman arvadı olardım. İstəsəydin, hətta çadra geyər, gündə
üç dəfə namaz qılar, xəstələnərəmsə, sənə başqa qadınla evlənməyə icazə verərdim. Deyərdim,
mənim sevimli ərim, mən səni qane eləmirəmsə, beş-altı dənə də siğə saxlaya bilərsən. Doğrudur,
buralarda siğə kəsmək üçün molla tapa bilməyəcəksən, amma keşişlərin bığının altından keçsən, onlar
bir şey fikirləşərlər.
Belə deyib qəhqəhə ilə gözləri yaşarıncaya qədər gülürdü. O da başa düşə bilmirdi, qız bunları ciddi
deyir, ya lağ eləyir, amma nə məqsədlə, niyə və necə deməsindən asılı olmayaraq, qızın bütün
danışdıqları ona maraqlı gəlirdi.
Tanyadan soruşdu:
– Niyə qaraları sevmirsən?
– Oğrudurlar, ona görə, – qız dodaqlarını büzərək dedi.
– Ruslar oğurluq eləmirlər?
Tanya etinasız halda dedi, eləyirlər, amma bir qaranın oğurluq eləməsi ilə bir rusun oğurluq eləməsi
tamam fərqli səbəblər üzündən baş verir. Qara haçan oğurlamaq imkanı oldu, oğurlayacaq. Nə qədər


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   53   54   55   56   57   58   59   60   ...   142




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə