İSTİ VƏ soyuq torpaqlarda



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə59/142
tarix10.11.2017
ölçüsü4,8 Kb.
#9616
1   ...   55   56   57   58   59   60   61   62   ...   142

XIV. Şad xəbər
 
 
Ana olacağımı biləndən sonra gözlərim önünə Əfqanıstanda daş-qalaq edilərək öldürülən qadın və
qadının 3-4 yaşlı oğlu gəlir. Oğlan anasının cəsədinin yanında duraraq intiqamını almaq üçün
saatlarla anasını öldürənlərə tərəf daş atır. Düşünürəm, bəlkə günlərin birində məni də balamın
gözləri qarşısında öldürəcəklər, balam da yanımda dayanıb saatlarla məni öldürənlərə tərəf daş
atacaq. Bunu düşünəndə ətim ürpəşir, başımda tüklərim biz-biz durur.
 
***
Pori hamamlandı, üzünü qırxdı, çay içir, televizora baxırdı. Ancaq fikri-zikri ev-eşiyi təmizləyib
səliqəyə salan arvadının açıq sinəsində idi, onu yoran, bezdirən bu işlərə nə vaxt son qoyacağını
səbirsizliklə gözləyirdi. Arvadını yataq otağına aparacaq, arvadıyla deyil, Səmoşla olduğunu
təsəvvür eləyəcək, yenidən o unudulmaz anları yaşayacaqdı. Arvadı isə ondan incikdi, tələsmirdi.
Görürsən nə olub, başkəsənlərin xətrinə dəyiblər, onlarda qaldığı günləri türmə həyatına bənzədiblər.
Bağışlayacaqsınız, xanım, türmə həyatı deyildi, bəs nəydi? İstədiyimizi içə, istədiyimizi danışa,
istədiyimizi eləyə bilmirdik. Azadlığımızı məhdudlaşdırmışdılar, bu da yalnız türmələrdə olur.
Arvadı nəhayət paltarlarını dəyişib yataq otağına keçdi. O da arvadının arxasınca geçmək istəyəndə
qapının bağlı olduğunu gördü. Heyrətləndi, evlilik həyatlarında arvadının yataq otağına keçəndən
sonra qapını bağlaması ilk dəfəydi. Qapını döydü, arvadı qapını azacıq aralayıb başını çölə çıxartdı:
“Nankorluğuna görə cəzalısan, – dedi, – bir həftə bu otağa girə bilməyəcəksən. Elə bilirəm bu sənin
ağlını başına gətirər. Necə danışmaq lazım gəldiyini, böyüklərə necə hörmət eləmək lazım olduğunu
bilərsən”.
Nə qədər deyinib danışsa da, Əfi qapını açmadı. Tərs kimi o biri otaqda soba yanmırdı, bir təhər
sobanı yandırdı, otaqda gəzişir, içərinin qızmasını gözləyirdi. Əfi onun üçün divanda yer salmışdı,
otaq qızan kimi də yatağına girdi. Yata bilmirdi, ayaqları divana yerləşmirdi. Səhərə kimi narahat
yatdı, o üz-bu üzə aşır, yerini rahatlamağa çalışırdı. Çoxdan qızdırılmayan otaq da hələm-hələm
qızmırdı.
Səhər yeməyi vaxtı arvadı gülüşünü boğmağa çalışaraq gecəni necə yatdın deyə soruşanda, sanki
barıt çəlləyinə od vurdu: “Yatdım? – az qala qışqırırdı. – Əfi, sənə mənim yatdığımı kim dedi? Sən
bunu məndən necə soruşarsan? Başkəsənlərin başqa iş-gücləri yoxdur? Oturub gecə-gündüz ancaq
onu fikirləşirlər, necə eləyək ki, ər arvadına yaxın düşə bilməsin?” “Başkəsənlərin vecinə də olmaz,
ər arvada yaxın düşsün, ya düşməsin, – ondan fərqli olaraq Əfi sakit danışırdı, hələ bir gülümsəyirdi
də. – Ərin başı olsun, ağlı olsun, arvadına yaxın düşmək istəyirsə, onun üçün bu arvadı saxlayıb
böyüdən, hər əzab-əziyyətinə qatlaşan böyüklərinə qarşı hörmətsizlik eləməsin”. “Əfi, məni nə qədər
cəzalandırsalar da, mən başkəsənə başkəsən deyəcəyəm, başkəsməyənə də başkəsməyən! Məni adam
yerinə qoymasınlar, hər sözümə irad tutsunlar, özlərini göydən aparsınlar, oturub səbirsizliklə
gözləsinlər, haçan, kimsə bizim haqqımızda nəsə danışsın, gəlib başımızı kəssinlər, mən də onlara
ehtiram göstərim?”
Axşam isə heç gözləmədiyi halda arvadı yataq otağının qapısını açıb, gülərək, keçə bilərsən, dedi.
Xeyir ola, o da bir şey anlamayaraq soruşdu, bunun üçün nəyə borcluyam? “Nəyə yox, kimə! Səmoşa
borclusan. Bu yazıqları çox da incitməyək, dedi, bir gecəlik embarqo bəsləridir Yoxsa başlarına hava


gələr”. “Səmoş çox ağıllı qızdır, – Pori ixtiyarsız olaraq təriflədi, – qızıl kimi qəlbi var”. “Həm də
gözəl qızdır!” – arvadı deyəndə Porinin bədənindən soyuq bir titrəyiş keçdi.
Səhərisi Pori işdən tez çıxıb, bazara getdi, dibçəklərdə payız gülləri aldı. Gülləri yanağında çilləri
olan, güllü çit don geymiş yeniyetmə qız satırdı. Gülümsəyərək ona deyirdi, payızda çiçək açacaqlar,
ağappaq çiçəkləri olur.
Sən özün də çiçəyə oxşayırsan, Pori qıza dedi və dibçəkləri götürüb, yolun o tayındakı avtobus
dayanacağına doğru getməyə başladı. Bazardan çıxanda, geri boylandı, çiçəklərin yanında dayanmış
qızın həyadan yanaqları qızarmışdı, həsrətlə gülümsəyirdi.
Avtobusa minəndə yağış başladı, bir qaydada yağır, avtobusun banını döyəcləyir, şüşələrə çırpılır,
naxışlar açaraq axırdı. Pori çiçəklərinin yanında dayanan, özü də təbii çöl çiçəyinə oxşayan,
yanaqları həyadan qızarmış yeyniyetmə kənd qızını xatırlayır, ixtiyarsız gülümsəyirdi.
Avtobusdan düşüb çöl qapısına çatana kimi təpədən dırnağa kimi islandı. Həyətə keçəndə gördüyü
mənzərədən yerindəcə donub qaldı. Səmoş ev xalatında həyətin ortasında dayanmışdı, baxışlarını
yağışın yuduğu daşlara, kolların dibindən boylanan bənövşələrə dikmişdi. Açıq rəngli xalatı islanıb
bədəninə elə yapışmışdı ki, döşlərinin gilələri, qarnı, qıçlarının arası aydınca hiss olunurdu. Hər iki
tərəfdən çiyinlərinə tökülmüş, üzünə yapışmış saçlarıyla yağış suları axırdı. Həyatında bunca bir
gözəllik gördüyünü xatırlamırdı.
İxtiyarsız olaraq qadını səslədi, qadın ona tərəf döndü, baxışlarında fərəh, sevinc var idi.
– Yağışa baxıram, – qadın gülümsəyirdi.
– İslanırsan axı!
– Necə gözəl yağır, görürsən? – Səmoş onu eşitmirmiş kimi dedi.
Qadını qucağına götürüb evə apardı. Qadının gözəlliyi qarşısında qorxu-hürkünü unutmuşdu, indi
onun üçün bütün dünyada ondan və yağışda islanmış bu gözəl qadından başqa heç kim və heç nə yox
idi. Aralarına sərhəd çəkən, qadağalar qoyan, onu qorxudan başkəsənlər, Əfi, Coni, digər insanlar
yox idilər, bu yağışdan o tərəfdəki dünyada düşüb qalmışdılar. Daha heç vaxt onları narahat
eləməyəcək, onlara mane olmayacaqdılar. İndi onun üçün bircə Səmoş və yağış var idi.
Səmoşu artırmada yerə qoyub, xalatını, alt paltarını çıxartdı. Qaçıb hamamdan iri dəsmal gətirdi.
Səylə qadının saçlarını, bədənini quruladı. Səmoş isə yalnız gülümsəyir, ona heyrətlə baxırdı. Sonra
isə qadını qucağına götürüb yataq otağına apardı, yatağın üzərinə qalın adyal sərib, onu adyalın
üstünə uzatdı. Bütün varlığıyla sevdiyi qadının nəm də olsa, isti olan bədənindən, döşlərindən,
dodaqlarından öpürdü.
Səmoş ona deyirdi, bilirsənmi məni ilk dəfə görəndə niyə yataqda təsəvvür eləyirmişsən? Məni sevir,
mənə sahib olurmuşsan, mən də aşağıdan yuxarı sənə baxır, gülürmüşəm? Ona görə ki, nə vaxtsa çox
gözəl bir qızla yataqda olubsan, onunla unuda bilməyəcəyin anlar yaşayıbsan. Çox ola bilsin o qız
mənə oxşayıb, Sevişəndə qız aşağıdan yuxarı sənə baxıb gülürmüş. Ondan sonra sən qarşına çıxan
bütün gözəl qızları və qadınları, xüsusi ilə də ona azacıq belə oxşayanları görəndə onları yatağında
təsəvvür eləyirsən, onlarla elə həmən qızla olduğu kimi sevişirsən, qızlar da aşağıdan yuxarı sənə
baxaraq gülürlər. Elədirmi?
– Elədir, – istəməsə də etiraf eləməli oldu.
– Kimdi o qız?
– Unutmuşam, - mızıldandı.
– Əfi necə, aşağıdan yuxarı sənə baxıb gülürmü?
– Səmoş! – pərt halda mızıldandı, bu vəziyyətdə arvadını xatırlamaq, adını eşitmək istəmirdi.


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   55   56   57   58   59   60   61   62   ...   142




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə