İSTİ VƏ soyuq torpaqlarda



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə6/142
tarix10.11.2017
ölçüsü4,8 Kb.
#9616
1   2   3   4   5   6   7   8   9   ...   142

kədərləndi, onu İsrailə göndərmək üçün nə lazımsa eləyəcəyini dedi və birdən soruşdu, sən İranda
olubsan? O da olduğunu dedi, bir-iki dəfə dostlarıyla birlikdə gedib Ərdəbili, Təbrizi gəzmişidilər.
“Pasportuna İran möhürü vurulub?” “İbo, guya bilmirsən? İran gömrüyündən keçmişəmsə, olmaya
pasportuma Pakistan möhürü vurulmalıymış?” “Onda olmayacaq, – İbo heyifsiləndi, – pasportunda
İran möhürü olanları İsrail öz ərazisinə buraxmır. Amma Moskvaya gedə bilərsən, orda da yaxşı
həkimlər var. Gəl Bakıya, burdan səni yola salarıq”.
Bakıya getdi, İbo artıq onun üçün bilet alıbmış. Pulu olduğunu desə də, zorla cibinə pul qoydu, dedi,
orda lazımın olar. Öz maşınıyla da gətirib aeroportdan yola saldı.
Moskvada bu sahədə adla deyilən Sobakinin qəbulunda oldu. Qoca professor müayinədən sonra
etinasız, bir qədər öcəşkən səslə dedi: “Öz torpağına get, uzağı iki ayın qalıb, son günlərin dəhşətli
ağrılar içində keçəcək. Özünkülərin yanında dünyayla vidalaş, qoy səni öz torpağında dəfn eləsinlər”.
Vətənə qayıdandan sonra iki-üç gün evdən çölə çıxmadı. Həftənin sonunda dükanlardan ərzaq və
digər lazım olanları aldı, qoşalülə tüfəngini götürdü, taksi tutub şəhərin kənarındakı meşəyə qədər
getdi. Adamlardan, gözdən-könüldən uzaq bir yerdə, kimsəyə əziyyət vermədən tək-tənha ölmək
istəyirdi.
Çayı keçib meşəyə qalxdı. Meşədə payız idi. Ağaclar yarpaqlarını tökmüş, çılpaqlaşmışdı, xəzəllər
ayaqları altda yatıb-qalxırdı. Hava təmiz, rütubətli idi, havadan çürüntü, kif göbələyi və mamır
qoxusu gəlirdi. Qar yağmasa da, soyuq idi. Soyuq meşəylə üzüyuxarı qalxırdı.
Hava qaralanda dayandı, yorulmuşdu, axtarıb koğuşlu nəhəng fıstıq ağacı tapdı. Ağacın yaxınlığında
ocaq qaladı, meşəyə od düşməsin deyə ətrafdakı xəzəlləri təmizlədi və yaxına quru budaqlar, xırda
kötüklər daşıdı. Dərədən qəhvədanı suyla doldurub, ocağın üstə qoydu. Kötüyün üstündə oturub
ocaqda qızınırdı. Mədəsində yenidən küt ağrılar başlamışdı, ürəyi bulanırdı, donuq baxışlarını
ocaqdan, alovun haça dillərindən çəkə bilmirdi. Su qaynayandan sonra çantasını açdı. Çantada bir
qutu duz, bir qutu çay, bir kilo xırda doğranmış qənd, üç kilo suxarı, ovçu bıçağı, fincan, üç ədəd
sabun, üzqırxan, balaca güzgü, bir şalvar, boğazlıqlı iki qalın yun köynək, dəyişək üçün xeyli alt
paltarı var idi. Çirkli, his-paslı paltarlarda, saçlı-saqqallı ölmək istəmirdi.
Fincana quru çay atıb, üzərinə qaynar su aldı, çayın dəm almasını gözləmədən kiçik qurtumlarla
içirdi. Acmamışdı, amma gücdən düşməmək üçün suxarı yemək istədi, yeyə bilmədi, qoxusu ürəyini
bulandırırdı. Yaxınlıqdakı əzgil, qaragilə kollarının qurumuş meyvələrindən iki-üçünü dərib güclə
yeyə bildi.
Koğuşa iki qucaq quru xəzəl töküb içərisinə girdi. Burda uzanmaq olmasa da, qıçlarını uzadıb rahat
otura bilirdi. Qoyun dərisindən olan kürkünün düymələrini axıra qədər düymələdi, tüfəngin lüləsini
koğuşdan çölə doğru tuşladı. Son günlər yuxusuzluqdan əzab çəkirdi, amma fıstıq ağacının koğuşunda
gözlərini yuman kimi yuxuya getdi.
Səhər gec ayıldı, günəş qarşıdakı təpələrin üstündən soyuq-soyuq boylanırdı. Çay dəmlədi, isti çayda
iki-üç suxarı isladıb yedi, ocağı söndürüb dağlara doğru qalxmağa başladı.
Günortadan xeyli keçmiş meşədən çıxdı, zirvəyə qədər olan döşdə təkdənbir ağaclar gözə dəyirdi.
Zirvəyə qalxanda heyrətləndi. Aşağıda, yamaclarla əhatə olunmuş çökəkdə göl, gölün sağ sahilində
iri bir ot tayası var idi. Bu onu sevindirdi, tayanın içində gecələyə bilərdi. Axtardığı yer elə buraydı.
Gölün sahilinə düşdü.
İlk işi tayanın içərisini oyub yatmaq üçün yer düzəltmək oldu, amma bu onun fikirləşdiyindən çətin
imiş. Ot bir-birindən qopmurdu, bıçaqdan istifadə eləməli oldu. Qaş qaralanda özünün otura biləcəyi
bir oyuğun otunu təmizləyə bildi. Yorulmuşdu, odun gətirmək üçün meşəyə gedib qayıtmağa heyi-


hərəkəti yox idi. Ona soyuqdan çox isti çay içə bilməməsi əzab verirdi. Göl çökəkdə olduğundan
buranı külək tutmurdu, amma şaxta adamı dara çəkirdi, axşam düşdükcə şaxta güclənirdi. Belə
şaxtalar düşəndə o, adətən, qış yuxusuna gedərdi, indisə gözünə yuxu getmirdi. Birtəhər oyuğa girib
oturdu, həvəssiz halda bir suxarını güclə çeynəyib udaraq, tayadan çıxartdığı otu oyuğun qabağına
çəkdi. Tayanın içi ağacın koğuşundan daha isti idi. Çobanyastığı, qoyunqıran, qaraqınıq, qurdotu,
yarpız, yovşan və ona tanış olmayan başqa çiçəklərin qoxusu gəlirdi. Hardasa qərbdə canavarlar
ulaşırdı, vəhşi çölün, təbiətin vəhşi harayında bədənə üşütmə salan vahimə vardı. Qorxunc ulartı hər
yerə yayılır, hər yerə baş vurur, soxulurdu, sanki canavarlar buralarda yalnız özlərinin hakim
olduqlarını hamıya hiss elətdirmək, duyurmaq istəyirdilər.
Günəş doğmamış yuxudan oyandı. Meşəyə gedib odun gətirdi, ocaq qalayıb çay qaynatdı, tayadakı
quru çiçəklərdən yığıb qəhvədana tökdü. Bu çay daha ləzzətliydi, amma bir qədər acıydı, qurdotusu,
ya da yovşanı artıq olmuşdu. Yamacdan şaxtanın yarpaqlarını qovurduğu əməköməci, gicitkən yığdı,
gicitkən əllərini dalamasın deyə əməköməciyə qatır, ovub duza batıraraq yeyirdi. Son aylar ərzində
ilk dəfəydi acır, belə iştahla yeyirdi. Birdən şəffaf sulu göldə bir balığın sudan havaya atıldığını
gördü, bir anlığa balığın gümüşü pulları günəşin soyuq şəfəqləri altında bərq vurdu. Diqqətlə fikir
verdi və göldə belləri qaralan balıqları gördü. Eni-uzunu əlli-altmış metr olan bu göldə balıqlar
qaynaşırdı. Tilov götürmədiyi üçün çox heyifsiləndi.
Meşəyə getdi, bıçaqla elastiki qaragilə çubuğunu kəsib ucunu itilədi və bir qədər də odun yığıb
qayıtdı. Göldə balıq çox idi, ucu iti çubuqla ilk balığı vurub sahilə çıxarması uzun çəkmədi. Azından
iki kilo olan sazan balığı idi, sevincinin sonu yox idi. Balığı yardı, içini təmizləyib yudu, duzladı və
çubuğa keçirib közün üzərinə qoydu. Bişən balığın qoxusu ətrafa yayıldıqca hədsiz acdığını hiss
eləyir, səbirsizliklə balığın nə vaxt bişəcəyini gözləyirdi.
Balıq bişəndən sonra acgözlüklə yeməyə girişdi, dağ gölündəki balığın dadlı olacağını təxmin
eləmişdi, amma bu qədər ləzzətli olacağını təsəvvür eləməzdi. Bir də ayılıb balığın yalnız
sümüklərinin qaldığını görəndə gözlərinə inanmadı, xəstələnəni iştahadan düşmüşdü, güclə bir-iki
qaşıq şorba içər, ya da çayda isladılmış suxarı yeyərdi, bu boyda balığı bir oturuma yeməsi onu
heyrətləndirmişdi.
Bu gün iki dəfə meşəyə gedib odun gətirdi və oyuğu tayanın içərisinə doğru genişləndirməklə məşğul
oldu. Artıq oyuqda rahat uzana bilsə də, tayanın içərisinin daha isti olacağını bildiyindən bacardığı
qədər içəriyə doğru qazırdı. Axşama da bir balıq tutub bişirdi, şamını yeyib, tüfəngi götürərək oyuğa
girdi. Çöldə nə qədər şaxta olsa da, içəridə isti idi, isti kürkünə bürünüb uzanmışdı və soyuğu hiss
eləmirdi. Quru otun, ətirli dağ çiçəklərinin kəskin qoxusu gəlirdi. Mədəsində ara-sıra ötəri ağrılar
olsa da, bu gün doyunca yeməsinə baxmayaraq, bircə dəfə də ürəyi bulanmamışdı. Otların arasından
soyuq səmada ağır-ağır süzən Ay görünürdü.
Günləri adi qaydada keçirdi. Gündüzlər gedib odun gətirir, meşədən qurumuş itburnu, qaragilə, əzgil,
çöl göyəmi yığırdı. Yamacdan əməköməci, gicitkən yığıb ovur, duzla yeyirdi. Nahara, şama göldən
tutub közün üstündə bişirdiyi balıqlarla keçinirdi. Çayı isə, bir qayda olaraq, tayadakı ətirli
çiçəklərlə dəmləyirdi. Sobakinin dedikləri düz çıxmırdı, getdikcə mədəsindəki ağrılar şiddətlənmək
əvəzinə azalır, iştahası artırdı.
Beşinci gün günortadan sonra güclü şaxta düşdü, ocağın yanında belə üşüyürdü, məcbur qalıb tayaya
girdi. Bir az keçəndən sonra qar yağmağa başladı, dərhal da hava yumşaldı, mülayimləşdi. Qar sakit,
aramla yağırdı, hər yerdən burula-burula gəlir, havada fırlanır, ağappaq kəpənəklər kimi ləngər
vuraraq yerə qonurdu. Oyuğun ağzından yağan qara baxır, qəlbində tərki-dünyalıq hissi baş


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   142




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə