İSTİ VƏ soyuq torpaqlarda



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə60/142
tarix10.11.2017
ölçüsü4,8 Kb.
#9616
1   ...   56   57   58   59   60   61   62   63   ...   142

Səmoş ayağa qalxdı, saçlarını yığıb geyinmək istəyəndə dedi, həyəcanla səsləndi. Oy, mən yenə də
kağız dəsmal götürməyi unutmuşam. Mənim maykama silin, sonra tərsinə çevir, aparım. Burda
qalmasın, Canavar özümü elə tanımır, alt paltarlarımı uzaqdan tanıyır. İyindən, rəngindən, hətta
çıxartmağımdan.
Qadının dediyi kimi də elədi. Səmoş də qalxıb geyindi, maykasını bürmələyib ovcunda gizlətdi. Mən
o qızın kim olduğunu bilirəm, dedi, evini bizə satan qızdı.
– Nədən bildin? – heyrətlə səsləndi.
– Ay ağılsız, mənə oxşayırdı, ondan.
– Oxşamırdı axı.
– Oxşayırdı, yerişiylə, gülüşüylə. Burnu, gözü də oxşayırdı.
Səmoş kiminsə gələcəyindən ehtiyatlanırdı, alt paltarını geyinmədi, onun verdiyi sellofan torbaya
qoydu, yaş xalatını geyindi. İsti dodaqlarını onun yanağına söykəyərək öpdü və qapını açdı,
barmaqlarını dodaqlarının üstünə qoyub ona öpüş göndərdi və səssizcə çıxıb getdi. O isə hələ də
Səmoşun bədəninin istiliyini, ətrini qoruyub saxlayan nəm adyalın üstündə uzanmışdı, yaş xalatı
bədəninin bütün cizgilərini qabarıq büruzə verən qadını xatırlayır, iztirab və kədərlə gülümsəyirdi.
Səmoş gedəndən sonra Əfi bir şey hiss eləməsin deyə qapı-pəncərələri açdı, adyala, dəsmala
özlərinin istifadə elədikləri ətirdən çiləyib, qoxusu çəkilsin deyə qaz sobasının yanında qurumağa
qoydu.
 
Çərşənbə, Novruz bayramlarını qeyd elədilər, bayram münasibəti ilə onları təbrik eləməyə gələn
qohum-əqrəbanı, onlara bayram payı gətirən arvad tərəfinin qohumlarını yola saldılar. Özləri
kənddəki qohumlara gedib, bayramlarını təbrik elədilər, həyətlərdə ocaq qaladılar, qəbiristanlıqda
yaxınlarının qəbirləri üstündə şam yandırdılar.
Bayramdan sonra isə artıq unutduqları, xatırlamaq belə istəmədikləri əsəb həkimi yenidən yolları üstə
çıxdı. İstirahət günü Coni maşın səsinə çölə çıxdı və qırmızı rəngli maşından düşüb evə doğru gələn
qadını görəndə başında tükləri vız durdu. O qadındı, yumurtalarını qırdığı əsəb həkimi. Coni
gözlərinə inana bilmirdi, gözlərini ovuşdurur, diqqətlə baxırdı. Yanılmamışdı, günəş işığında
parıldayan qırmızı maşından düşüb gələn məhz o qadındı.
Qadın aralarında heç nə olmayıbmış kimi onu salamladı, Coni isə salamı almayıb başını yırğalayır,
hər hərəkəti ilə bu təşrifdən heç nə anlamadığını hiss elətdirirdi. “Mən qadın hüquqlarını müdafiə
komitəsindənəm, – qadın dedi. – Problemli ailələri nəzarətə götürür, incidilən, işgəncələrə məruz
qalan qadınların hüquqlarını müdafiə eləyirik”. “Qadın hüquqları komitəsi? – Coni heyrətlə səsləndi,
boğazını irəli uzadıb qadını diqqətlə süzürdü. – Bu nə komitədir? Ölkənin heç yerində belə komitə-
filan olmadı, dağın dibindəki bu balaca əyalət şəhərində komitə yaratdız Bura niyə gəlibsiz? Burda
kimmiş işgəncəyə məruz qalan?” “Xanımınız! Öz dilinizlə dediniz ki, arvadlarınızı döyə-döyə
qadınları döymək sahəsində təcrübə qazanıbsınız. İndiyə qədər döyübsünüz, bundan sonra döyə
bilməyəcəksiniz!” “Nə cür yəni döyə bilməyəcəyik? – Coni gözlərini bərəldirdi. – Döyəndə əlimizi
tutacaqsız? Mən arvadımın alnının ortasına nallayanda gəlib əlinizi qabağına verəcəksiz? Ailə
işlərimizə də qarışacaq, mənə arvadımla necə rəftar eləməyi öyrədəcəksiz?”
Qadın inamla dedi, öyrədəcəyik! Öyrənməsən, vəziyyətə dərhal müdaxilə eləyəcəyik. Polis, məhkəmə
işə qarışacaq. Yenə heyvanlığınıza salsanız, özüm işə qarışacaq, şəhərdə nə qədər ardıc kolu varsa,
səni onların hamısının üstündə oturdacağam!
Səsə Səmoş da çıxdı, kimin gəldiyini görəndə, ondan fərqli olaraq, çox sevindi. Hələ bir niyə


gəldiyini öyrənəndə isə sifəti işıq saçmağa başladı. “Çox sevindim, – dedi, – mən belə bir komitənin
olduğundan xəbərsizdim. Bundan sonra daima sizinlə əlaqə saxlayacağam”. “Bu mənim əlaqə
nömrələrim, – qadın kartını ona verdi, – əriniz sizin üçün problem yaradarsa, dərhal bizə zəng eləyin.
Anında müdaxilə eləyəcəyik. İş boşanmağa kimi gedib çıxarsa, sizin üçün vəkil tutacaq, hər cür
hüquqi yardım göstərəcəyik. İndisə mənə bu kobud və nataraz adamdan danışın. Sizi incidirmi?”
“Mənim ərim canavardır, canavarlar incitməyi çox sevərlər, – Səmoş istehzayla gülümsəyərək dedi, –
amma mən özümü müdafiə eləməyi bacarıram. Sizin də dəstəyiniz olandan sonra bu evdə incitmək
məsələsi birdəfəlik unudulacaq”.
Səmoş onu çay içməyə dəvət elədi, qadın isə təşəkkür eləyərək boyun qaçırtdı. Çox sağ ol, böyük
məmnuniyyətlə çayını içərdim. Amma nə gizlədim, indiyə kimi canavarla bir masa arxasında oturub
çay içəsi olmamışam, bundan sonra da içmək istəmərəm.
Qadın qırmızı maşınına oturub getdi, Səmoş isə ləzzətlə gülürdü. “Hə, Coni, bununla da yumruq
oynatmağınız tarixə qovuşur! Alnımın ortasına, qulağımın dibinə şaplamaq, nallamaq kimi sözlər də
lüğətdən çıxır. Nallamağı boş ver, o murdar pəncəni mənə toxunduran kimi qadınların hüquqlarını
müdafiə eləyən komitəyə zəng eləyəcəyəm!” “Zəng eləyəcəksən, nə olacaq? – Coni kömür tək
qaralmışdı. – İndi hansısa lənətə gəlmiş komitə var deyə biz arvadımıza kişilik eləyə bilməyəcəyik?
Mən komitə-filan tanımaram!” “ Tanıyarsan, – Səmoş başını istehza ilə yırğalayırdı. – Bal kimi
tanıyarsan. İki-üç dəfə də ardıc kolunun üstündə oturandan sonra tanımaq problemin büsbütün həll
olar! Coni, sən kişilik eləmək deyəndə yalnız arvadının qulağının dibinə nallamağı nəzərdə tutursan.
Bu komitənin köməyi ilə sənin ağlını başına gətirərəm!”
Coninin sıxıntılı günləri başladı, qadın hüquqları komitəsi kabus kimi üstünə çökmüşdü, ona özünü
evdə əvvəlki tək sərbəst, asudə hiss eləməyə imkan vermirdi. Adı belə gələndə Coninin əsəbləri
qaynaşan bu qadınla Səmoş tez-tez danışır, ondan məsləhətlər alırdı, əslinə qalarsa, məsləhətə
ehtiyacı yox idi, heç aldığı məsləhətlərə əməl də eləmirdi, sadəcə olaraq qadınla danışanda Coninin
nə hallara düşdüyünə baxmaq ona ləzzət verirdi. Hər dəfə də telefonu söndürəndən sonra
özünəməxsus təbəssümlə gülümsəyib deyirdi: “Hə, Coni, sən demə, mən öz hüquqlarımın çoxunu
bilmirmişəm. Amma ziyanın yarısından da qayıtmaq gec deyil, yavaş-yavaş öyrənirəm”.
Coni də arvadına qanlı-qanlı baxmaqla kifayətlənirdi. Bunun bir sahibi yoxdurmu, deyə yana-yana
düşünürdü, buna ağıl verə? Bu nədir, düşüb şəhərin küçələrinə, qadınları yoldan çıxardır, ərlərinin
üstünə qaldırır. Bura bir müsəlman ölkəsi, bizlər də müsəlman, sən xristianların adətlərini niyə
gətirib bizə sırımaq istəyirsən?
Soraqlaşıb qadının ərinin musiqi məktəbində müəllim işlədiyini öyrəndi və getdi onun yanına. Uzun
saç saxlayan, arvadından xeyli yaşlı görünən kişi ona hövsələsiz halda qulaq asır, hər vasitə ilə bu
söhbətin onun üçün maraqsız, cansıxıcı olduğunu hiss elətdirirdi. “Sizi narahat eləyən nədir, mən başa
düşə bilmirəm? – uzun barmaqlarını hansısa mahnının taktları altında masaya döyəcləyərək dedi. –
Hüquqlarını bilsinlər, cəmiyyətin tam hüquqlu üzvləri olsunlar deyə biz özümüz də onlara yardımçı
olmalıyıq”. “Onlar hüquqlarını biləndə, cəmiyyətin tam hüquqlu üzvləri olanda bizim xeyrimiz nə
olacaq? – Coni də barmaqlarını masaya döyəcləyirdi, amma bu onda musiqi müəllimindəki kimi
alınmırdı. – Sən açıq de, qadınlardan yanasan, ya kişilərdən yana?” “Qadınlardan yana, – musiqi
müəllimi açıq dedi, – çünki, bir qayda olaraq, ölkədə ən çox işgəncələrə məruz qalan, hüquqları
tapdalanan qadınlardır”. “ Qadınlardan yana ol, günlərin birində arvadın qoşa təpiklə vurub
sümüklərini qıranda sənə deyərəm! Bax onda gəlib soruşacağam kimdən yana olduğunu!” “ Sənin nə
danışdığındır? – musiqi müəllimi inamsızlıqla səsləndi. – Biz çox mehriban keçinirik. Bizim ailədə


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   56   57   58   59   60   61   62   63   ...   142




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə