İSTİ VƏ soyuq torpaqlarda



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə61/142
tarix10.11.2017
ölçüsü4,8 Kb.
#9616
1   ...   57   58   59   60   61   62   63   64   ...   142

heç vaxt söz-söhbət olmur”. “Mehriban olmayıb neyləyəcəksən, sənin başqa yolunmu var?
Olmayacaqsan, baş-gözünü əzəcək. Sən kişilərin üz qarasısan!” – Coni nifrətlə dedi və onda ikrah
doğuran bu adamı yumruq altına salmaq arzusunu güclə boğaraq məktəbi tərk elədi.
Qadın hüquqlarını müdafiə komitəsi isə öz səlahiyyətlərini genişləndirirdi, günlərin birində qırmızı
maşın Porigilin həyətində dayandı. Qadın maşından düşüb şam ağaclarına, həyətə döşənmiş qara
daşlara, itburnu, böyürtkən kollarına maraqla baxırdı.
– Gözəl həyətiniz var, – səsə çıxan Əfiyə dedi, – şəhərdə belə gözəl həyət görməmişdim. Xüsusilə
daşlar lap xoşuma gəldi. – Sonra isə özünü təqdim eləyib, gəlişinin məqsədini dedi: – Mənə deyiblər,
sizin də əriniz porsuqdur. Bilmək istəyirəm, bu porsuq sizi incidirmi?
Əfi nə ərinin, nə də bir başqasının onu incitmədiyini deyib, qadını çay içməyə dəvət elədi. Qadın
həyətdəki şam ağacının altında oturub onlarla çay içməkdən imtina eləmədi. İlk baxışdan göründüyü
kimi qaraqabaq, hirsli deyildi, söhbət eləyir, hətta gülməli əhvalatlar da danışırdı. Birdən Poriyə
baxıb şübhəylə soruşdu:
– Sən nəsə mənə tanış gəlirsən, biz harda rastlaşmış ola bilərik?
– Marketin qabağında, – Pori dilxor halda dedi, – siz orda mənim dostumu ardıc koluna tərəf
uçurdurdunuz.
Qadın heyrət içindəydi, belə başa düşdüm, dostunuzu ardıc koluna tərəf uçurtmağım ürəyinizcə
olmayıb? Qanmazın birisi vurub yumurtalarımı qırırsa, üzr istəmək əvəzinə, hələ bir məni
hədələyirsə, səncə, mən neyləməliydim? O, adam kimi üzr istəsəydi, yumurtaları alıb versəydi, ona
qarşı kobudluq eləyərdimmi? Sən niyə həqiqəti demək istəmirsən? Əgər onun gücü çatsaydı, döyə
bilsəydi, utanıb-xəcalət çəkmədən marketin qabağındaca məni döyəcəkdi! Arvadını döyməyi ilə fəxr
eləyən birisindən başqa nə gözləyəsən?
Qadın gedəndən sonra Əfi etinasız halda, sakitcə dedi:
– Pori, o haqlıdır.
– Mənə porsuq deməkdə?
– Yox, Conini ardıc kolu üstə oturtmaqda.
Pori də hirsini qonşuları onlara çay içməyə gələndə Coninin üstünə tökürdü, həmişə sənin
düşünülməmiş hərəkətlərinin ağrı-acısını mən çəkməli oluram. Qadının yumurtalarını sən qırırsan, o
isə həyətimə gəlib, mənə heyvan deyir.
“O səndən əvvəl mənim həyətimə gəlmişdi, – Coni hirsləndi. – Bu qadın başımıza bəla oldu. Olmaya
sən elə zənn eləyirsən, mən onun yumurtalarını qırmasaydım, o lənətə gəlmiş komitəsini
yaratmayacaqdı? Yoxsa məni gözləyirdi, mən onun yumurtalarını qırdım, o da düşündü, dedi, bir
halda canavar yumurtalarımı qırıb, qoy gedib hüquqlarımızı müdafiə komitəsi yaradım. Daha bir kişi
belə yumurtalarımızı qıra bilməsin”. “Bilmirəm, hər nədir, bu qadın bizi sənin sayəndə tanıdı. Bu
bəlanı sən boğazımıza keçirtdin. Əlindən bir iş gələn deyildi, ilanı yaralayıb buraxdın”.
Səhərisi işdən qayıdanda Coni yollarının üstündəki marketin qabağında maşını saxlayıb düşdü,
siqaret almaq istəyirdi. Siqaret alıb çıxanda yenə də telefonu zəng çaldı, Səmoş idi, telefonu açdı,
cavab vermək istəyəndə dizi nəyəsə toxundu, qırılan qabıq səsləri onun yenə də nəyisə qırdığını
deyirdi. Coni başını qaldırıb baxanda və qarşısında əlində sellofan torba tutmuş əsəb həkimini
görəndə gözlərinə inana bilmədi. Ağzı açıla qalmışdı, telefon əlində yerindəcə donmuşdu.
– Ola bilməz! – inamsız halda səsləndi.
– Ola bilməz! – qadın heç də ondan az heyrətlənməmişdi.
– Yenə də sən?!


– Yaramaz hərif, yenə yumurtalarımı qırdın?!
– Ay xanım, ay əsəb həkimi, bu boyda şəhər xarabamı qalıb? Gərək elə marketdən yumurta alıb
pilləkənin başında gözləyəsən ki, mən haçan çıxıb sənin yumurtalarını qıracağam? İki yumurtadan ötrü
mənə necə yaramaz hərif deyərsən?
– Demək, mən marketdən yumurta almayım? – qadının gözlərindən yenə də alov saçılırdı. – Ya da
ətrafa baxım, görüm heyvanların ən yırtıcısı yaxınlardadırsa, marketə girməyim? Canavar rədd olub
getsin, nə alıramsa, bundan sonra alım?
– Bir dəqiqə gözlə, – Coni qadına çox danışmağa imkan vermədi. Marketə qaçıb, yüz dənə yumurta
alıb gətirdi. – Yumurtalarınızı sındırmışam, – təzim eləyərək dedi, – bundan ötrü sizdən dönə-dönə
üzr istəyirəm. Alın, bu da sizin yumurtalarınız. İndisə zəhmət çəkin, məni rahat buraxın!
– Bu qədər yumurta mənim nəyimə lazımdır? – qadının səsindən təkcə qəzəb yox, həm də təəssüf
yağırdı, Conini yaxınlıqdakı ardıc kolunun üstündə oturda bilmədiyinə görə heyifsiləndiyi aşkarca
hiss olunurdu. Coninin üzr istəməsi, yumurtaları alıb gətirməsi ürəyincə olmamışdı. – Cəmisi iyirmi
yumurta almışdım.
– Onda iyirmisini götürün. Neyləyirsiz eləyin, təki yaxamdan əl çəkin! Mənim başım xarabdır,
əsəblərim qaydada deyil, keçmiş döyüşçüyəm, olub-qalan əsəblərim də orda sıradan çıxıb. Bir-
ikisini Səmoş üçün saxlamışam, onu da sizə xərcləməyim!
Qadının sifəti birdən dəyişdi, tanış olduqları müddətdə ilk dəfə Coninin üzünə gülümsədi. Bağışla,
Conini heyrətlər içində buraxaraq dedi, əvvəldən desəydin, işi bu yerə gətirib çıxartmazdım. Mən də
keçmiş döyüşçüyəm, ərimlə birlikdə döyüşmüşəm. Hər ikimiz snayperdik. Bundan sonra daha sizin
ailə işlərinizə qarışmayacağam. Bir halda sən istəmirsən, mən bir keçmiş döyüşçüyə belə problem
yaratmağa heç vaxt razı olmaram. Sənin arvadın da az aşın duzu deyil. Mənə elə gəlir, o özü
hüquqlarını qorumağı bacarır.
Qadın yumurtaları almaqdan imtina elədi, Coni yumurtaları evə aparmalı oldu. Evdə Səmoş bu qədər
yumurtanın onun nəyinə lazım olduğunu soruşanda Coni özünü itirdi, nə cavab verəcəyini bilmədi.
Yenidən qadının yumurtalarını sındırdığını və canını qurtarmaq üçün yumurta aldığını etiraf eləmək
ona ağır gəlirdi. Düşünüb bəhanə tapdı. “ Bu qədər yumurta mənim nəyimə lazım ola bilər? Pori alıb,
amma maşından götürməyi unudub. Sən axı bilirsən, Pori yumurtanı çox sevir. Yumurta satılan bircə
dükanın yanından belə həyəcansız keçə bilmir. Bütün porsuqlar belədir, sən onu yumurta anbarına sal,
yenə gözü doymayacaq”. “ Bu işin içində bir iş var, amma nə, bax orasını bilmirəm, – həmişə olduğu
kimi, yenə də Səmoşu inandıra bilmədi. – Pori yumurtanı sevir, bunu hamımız bilirik, amma onlar
dükandan yumurta almırlar. Əfi kənddən gətirdir, yerli yumurta. Pori birdən-birə niyə bu qədər dükan
yumurtası almalıydı? Bəlkə qayınları daha onlara yumurta gətirməkdən imtina eləyiblər? Nə isə,
onsuz da sən işin nə yerdə olduğunu mənə deməyəcəksən. Qalmasın burda, apar ver”.
Coni yumurtaları götürüb Porigilə getdi, həyətdə onu qarşılayan Poriyə deyirdi, sənin üçün yumurta
gətirmişəm, puluz-parasız, nuşcanlıqla ye. Qoy gözünün qurdu ölsün.
Pori isə ona dəvə nalbəndə baxan kimi baxırdı: “Coni, nəyə görə sən həmişə zibil qaynadacaqsan,
mən də sənin zibilini ört-basdır eləyəcəyəm? Mən ört-basdır eləməyi bacarmıram!” “Mən zibil
qaynadıram? – Coninin heyrətinin sonu yox idi. – Sən də üstünü örtürsən, qoymursan qaynamağa?
Adam, sən yumurtanı gözünə təpirsən, mən də sənin üçün yumurta gətirmişəm. Sağ ol demək əvəzinə,
boynuma minnət qoyursan! Mənimki gətirmədi, nə dost, nə arvad, nə də qohum sarıdan! Bircə nəfər
belə olsun məni başa düşən olmadı!” “Səni başa düşən olmadı, sən isə hamını başa düşdün? Yumurta
gətiribsən, özü də havayı? Mənim yumurtanı sevdiyimi bildin, girdin dükana, orda nə qədər yumurta


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   57   58   59   60   61   62   63   64   ...   142




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə