İSTİ VƏ soyuq torpaqlarda



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə62/142
tarix10.11.2017
ölçüsü4,8 Kb.
#9616
1   ...   58   59   60   61   62   63   64   65   ...   142

var, hamısını alıb gətirdin? Coni, sənin belə şeylər yadına da düşməz! Səmoşdan canını qurtarmaq
üçün gətiribsən. Amma unutduğun nədir, bəs mən Əfiyə nə deyəcəyəm? Bu qədər yumurtanın mənim
nəyimə lazım olduğunu ona necə izah eləyəcəyəm? Apar, gizlicə qoy maşının baqajına, çayxanada
nahara bişirərik”.
Coni deyinə-deyinə çıxıb getdi. Bunun da nəticəsi o oldu ki, çayxanada günlərlə naharda yumurta
soyutması, qayğanaq, çığırtma yeyəsi oldular. Pori buna yalnız sevinirdi, Coni isə dişlərini qıcayırdı:
“Pori, bu qədər yumurta yeyirəm, qorxuram, mən də dönüb porsuq olam”. “Narahat olma, – Pori ona
təskinlik verirdi, – canavar olub nə qazanıbsan ki, porsuq olub nə itirəsən?”
Əsəb həkimi, xüsusilə də qadın hüquqlarını müdafiə komitəsi onların həyatından getdi. Bu, Conini
çox sevindirirdi, Səmoş isə dilxor idi, heç nə başa düşə bilmirdi. Daha komitədən ona zəng eləmir,
halını, vəziyyətini soruşmurdular. Özü də zəng eləyəndə ona qısa və soyuq cavablar verir, söhbəti çox
da uzatmırdılar. Bunlara nə olub? – deyirdi. – Coni, bəlkə sən rüşvət verib onları ələ aldın?
Coni razılıqla deyirdi, onlara nə olduğunu mən bilmərəm, bildiyim bircə odur ki, bundan sonra
qulağının dibinə rahatlıqla nallaya biləcəyəm. Bir kimsə də bundan ötrü zəhləmi tökməyəcək. Ona
görə də sənə bir az ehtiyatlı olmağı, danışanda sözlərinə fikir verməyi məsləhət görərdim.
Coni deyən kimiydi, bir bəlanı rədd eləməmiş digər bəla kəsdirirdi başlarının üstünü. Bir gün işə
getmək üçün hazırlıq görürdülər, Pori geyinmişdi, Əfi də dəhlizdəki böyük güzgünün qabağında
dayanıb saçlarını darayırdı. Birdən dönüb onu səslədi:
– Pori.
– Nəydi?
– Mən bir şeyi başa düşmürəm.
– Nəyi? – arvadının səsindəki soyuqluq onu üşütməyə saldı.
– Şortiklərindən Səmoş vuran ətirin qoxusu gəlir. Səndə bu qoxu hardan ola bilər?
Bədəni soyuyub buza döndü. Arvadının bir əli hələ də saçındakı daraqda idi, ona baxır, cavab
gözləyirdi. Pori isə nə cavab verəcəyini bilmirdi, tutulub qalmışdı. Bədəninə üşütmə-titrətmə
düşmüşdü, bu halının onu ələ verəcəyindən qorxub özünü ələ almağa çalışır, amma bir şeyə nail ola
bilmirdi. Aman Allah, doğrudanmı Əfi nəsə hiss eləmişdi? Yox, hiss eləsəydi, bunca sakit,
emosiyadan uzaq adi, həyəcansız səslə danışa bilməzdi. Arvadı hirslənəndə alov topasına dönür,
təkcə özünü yox, ətrafındakıları da yandırırdı. İndisə heç olmadığı qədər sakit idi.
Pərt halda mızıldandı:
– Sən nədən danışırsan?
– Mən şortikdən danışıram.
– Şortikin nəyindən? – dili söz tutmurdu.
– Pori, şortiklərindən Səmoşun qoxusu gəlir.
Arvadının bir əli hələ də saçındaydı, cavab gözləyirdi, həqiqəti öyrənməyincə əl çəkməyəcəyini
açıqca hiss elətdirirdi. Amma həqiqəti necə deyə bilərdi? Bu özünə ölüm hökmü oxumaq kimi bir
şeydi. Nə desin, vəziyyətdən necə çıxsın? Onun deməyə sözü yox idi.
Birdən Əfi qəhqəhə ilə gülüb yenidən saçını daramağa başladı. “Yadıma düşdü, – dedi, – elə indicə
xatırladım. Səmoş yasəmən qoxulu ətirlərdən istifadə eləyir. Coninin maşınına minəndə mən maşından
benzin qoxusu gəldiyini dedim. Səmoş çantasından ətir şüşəsini çıxardıb maşına çilədi. Sənin də
üstünə düşübmüş, yoxsa iybilmə qabiliyyətim məni heç vaxt aldatmır!”
Bütün günü arvadı ilə aralarındakı bu söhbət fikrindən, xəyalından çıxmadı. Əfinin müdhiş sualı
dönə-dönə qulaqlarında səslənirdi: “Şortikindən Səmoşun qoxusu gəlir”. Həm də elə deyirdi, sanki


Səmoşun maykasına silinəndə Əfi də yanlarındaymış, onun maykadan necə istifadə elədiyinə
baxırmış. Hər dəfə səslənəndə də varlığından yox olur, ilk dəfə eşidəndə olduğu kimi bədəni soyuyub
buza dönürdü. Ona elə gəlirdi, əslində Əfi onunla Səmoşun arasında olanları duyub, onu vəziyyətdən
çıxartmaq üçün dedikləri də uydurma idi. Doğrudur, deyəsən, maşında elə söhbət olmuş, həqiqətən də
Səmoş maşına ətir çiləmişdi. Amma ətir çiləməklə onun şortikindən hansısa qoxu gələ bilməzdi. Ona
qalarsa, yanında oturan Əfi özüydü, onun da şortikindən bu qoxu gəlməliydi.
Bu gün sürprizlər günüymüş. Nahardan sonra Coni təntənə ilə elan elədi, Pori, məni təbrik eləyə
bilərsən! Ata olacağam!
Conini təbrik elədi. Demək, Səmoş ana olurdu, Pori bunu fikirləşdikcə qəlbən sevinirdi. Həm dostuna
görə, həm də Səmoşa görə. Bu qadını çox istəyirdi, həm də bu istək bir kişinin bir qadına cinsəl
mənada sahib olmasını tələb eləyən istək deyildi, eyni zamanda, bir insanın öz doğmasına, özünə ən
yaxın bildiyi adama olan istəkdi. Səmoş onun üçün təkcə sevişmək istədiyi yox, həm də daima
birlikdə olmaq istədiyi, səsini eşitmək istədiyi, nəfəsini duymaq istədiyi, daima görmək istədiyi
doğma bir qadındı.
Axşam çayxananı tez bağladılar, qadınları da bağçadan götürüb “Ağ gül” restoranına getdilər. Coni
pula xəsislik eləmirdi, süfrənin üstünü hər cür yemək-içməklə doldururdu. Pori isə sacda bişirilən
göbələkdən başqa heç nəyə toxunmurdu. Qadınlar şərab, onlarsa rus arağı içirdilər. Coni ilk qədəhini
qaldırıb sonsuz sevinc içində dedi: “Gələcək atanın sağlığına! Məni təbrik eləyin, ata oluram!”
“Təbrik eləyirəm, - Əfi gülümsəyib dedi. – Səmoşu təbrik eləmişəm, mənə demişdi. Coni, sevincinə
kölgə salmaq istəmirəm, amma siz kişilərlə mümkün deyil. Az qala uşağı öz adına çıxır, Səmoşu
unudursan. Təkcə sən ata olmursan, Səmoş da ana olur. Yəni təbrik hər ikinizə düşür, əslinə qalarsa,
Səmoşa daha çox düşür”. “Ürəyimdən xəbər verdin! – Səmoş razılıqla dilləndi. – Eşidəni elə hey
təkrar eləyir, ata olacağam. Həm də elə deyir, sanki uşaq ancaq buna məxsusdur. Uşağı bu qarnında
gəzdirəcək, dünyaya gətirəcək, böyüdüb saxlayacaq”.
Coni ilk dəfə olaraq qadınlara haqq qazandırdı, bu dəfə haqlısız, bu gün hər ikimizin şad günüdür.
Tezliklə sizin də bizi belə şad xəbərlə sevindirəcəyinizi gözləyirik!
Coni ayaqyoluna getmək üçün ayağa qalxanda necə oldusa, Səmoş şirə stəkanına ilişdi, stəkan aşıb
Əfinin paltarını batırdı. Səmoş üzr istəyirdi, Əfi isə heç narahat olma, boş şeydir, deyib paltarını
təmizləmək üçün getdi. Yalnız bundan sonra Səmoş ona dedi:
– Məncə sən daha çox sevinməlisən.
– Niyə? – gözlərini döydü.
– Uşağın atası sənsən, ona görə. İlk qədəhləri də uşağın atasının, yəni sənin sağlığına içmişik.
– Səmoş, nə danışırsan? Bir ildir ərinlə yaşayırsan, uşağın olmur, amma bir-iki dəfə mənimlə olursan,
uşağın olur?
– Elə iş də ondadır. Səninlə olandan sonra uşağa qaldım. Həm də mən eşitmişəm, deyirlər, oğurluq
eşqlərin həmişə barı olur.
Aldığı bu xəbərdən dili-dodağı qurudu, bəlkə doğrudan da Səmoş deyən kimiydi, onda necə
olacaqdı? Birdən uşaq ona oxşadı, onun da xarici görünüşü milyonda bir insanda olardı, ya olmazdı.
Uşağın da başında arxaya doğru üç ağ zolaq uzansaydı, hamı uşağın ondan olduğunu biləcəkdi.
Bunu Səmoşa deyəndə qadın çiyinlərini çəkib etinasız tərzdə dedi: “Bilsinlər də, nə olasıdır? Bizi
daş-qalaq eləyəcəklər? Necə olur, o şərəfsiz öz evimizdə mənə doğma bacımla xəyanət eləyə bilər,
mənsə ona dostuyla xəyanət eləyə bilmərəm? Mən yalnız sənə görə narahatam, yoxsa çəkinmədən
Coniyə deyərdim, çox da atılıb-düşmə, uşaq səndən deyil. Sən niyə belə ağardın, aman Allah, indicə


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   58   59   60   61   62   63   64   65   ...   142




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə