İSTİ VƏ soyuq torpaqlarda



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə64/142
tarix10.11.2017
ölçüsü4,8 Kb.
#9616
1   ...   60   61   62   63   64   65   66   67   ...   142

möhtac olmazdı.
– Mən qoymuram dövləti vətəndaşlara süd içirtməyə? – həkimin ağzı açıla qalmışdı.
– Əlbəttə, sən qoymursan! İnək almaq əvəzinə, pullarını sənin kimi savadsızlara xərclədiyindən inək
almağa pul tapa bilmir. Sənin hesabına içirdə bilmir. Aydın oldumu? Məndə qurd yoxdur, ruhum
canavar ruhudur. Yəni mən canavar insanam.
Coni həkimi məzəmmətləyəndə həkim buna dözürdü, amma institutda əməlli-başlı oxumadığını,
savadsız olduğunu deməklə qırmızı xətti keçdi, həkim müştərisinin iradlarını qəbul eləyə bilmədi.
Kəskin reaksiya verdi. “Sən canavar insan yox, beyinsiz insansan, – əsib-coşaraq dedi, – sənə
deyirəmsə, səndə qurd var, demək, var. Qurd səni içəridən yeyir, əsəblərin buna qıcıq verir,
başlayırsan dişlərini qıcırdatmağa. Yox, əgər belə ağıllıydınsa, bura niyə gəlirdin? Sən kim olursan,
dövlətə məsləhət verirsən? Dövlət pulunu hara xərclədiyini bilir və bunun üçün də səndən icazə alan
deyil. Sən, dostum, uzaqbaşı çay dəmləyə, dəm almamış çayını müştərilərə sırıyıb onları qarın
ağrısına salmağa yarayarsan. Daha bu şəhərin ən yaxşı həkiminə irad tutmağa yox!”
Həkim onu müayinə elədi, sonda dərman yazdı. Dedi: “Aptekdən sənə iki həb verəcəklər, birini
atarsan, on beş gün fasilə verib, birdəfəlik canın qurtarsın deyə o birisini də atarsan. Qurdların da
məhv olacaq, dişlərini də qıcırdatmayacaqsan”.
– Birdən təsir eləmədi? – Coni şübhəylə soruşdu.
– Eləməsə, gələrsən! – həkim dedi.
– Yenə otuz manat verəcəyəm?
– Yox, bir ay ərzində havayı gəlib-gedəcəksən.
Coni heyifsilənirdi, heyif, vaxt yoxdur, Pori çayxanada tək qalmağa razılaşmaz, yoxsa bir ay ərzində
hər gün gələr, sən əbləhin qanını it qanına döndərərdim. Dövlət pulunu hara xərcləməyi bilirmiş,
sənin timsalında isə bilmədiyini görürük!
Aptekdən yazılan dərmanı alıb, birini elə aptekdəcə atdı. Qurdlarını nə qədər tez mümkünsə məhv
eləmək istəyirdi.
Axşam Səmoş ondan soruşdu:
– Coni, həkimə getdin?
– Hə, – dedi.
– Nə oldu, nə imiş dərdin?
– Dərdim-filanım yoxdur, sapsağlamam, – Coni həkimin onda qurd olduğunu deməsini Səmoşdan
gizlin saxladı. Bilməsini istəmirdi, bilsəydi, bəzəyib-düzəyəcəkdi. – Cəmi iki tablet yazıb, atacağam,
hər şey də keçib gedəcək.
Səmoş ona inanmırdı, təki sən deyən olsun, amma sənə tabletin, həm də cəmisi iki tabletin təsir
göstərəcəyinə inanmıram. Harda görülüb canavarı iki tabletlə müalicə eləyələr?
Gecə isə yenə də Səmoş onu silkələyib oyatdı, Coni, bəs həkimə getmişdin? Bəs hər şey keçib
gedəcəkdi? Heç nə keçib getməyib! Əksinə, indi daha möhkəm qıcırdadırsan! Elə bil mişarla dəmir
kəsirlər, ətim çimçəşir. Yığışdır şələ-şüləni, o biri otağa!
Coni eşitdiklərinə inana bilmirdi, bu necə ola bilərdi? Axı adam dedi, təsir eləyəcək? Birdən həkimin
dediklərini xatırladı: “Hə, axı hələ bir tablet də qalır, onu da on beş gündən sonra atmalıyam. Onda
hər şey qaydasına düşəcək”. “On beş gün? – Səmoş istehza ilə gülümsədi. – Bəlkə də hər şey
qaydasına düşəcək, amma sən on beş gün o biri otaqda yatmalı olacaqsan. Yalnız dərman təsir
eləyəndən sonra qayıda bilərsən”.
On beş gündən sonra ikinci həbi də atdı, amma heç xeyri olmadı, Səmoş dişlərini qıcırdadırsan deyə


onu yenidən o biri otağa göndərdi. Divanda yatmaq isə Coni üçün əzab idi.
Axşamlar Porigilə çay içməyə gedəndə Səmoş onlara da deyirdi: “Bilirsiz, Coni xəstələnib, canavar
xəstəliyinə yoluxub. Gecələr dişlərini qıcırdadır. Həkim onu canavardan insana çevirmək üçün xeyli
əlləşir, cürbəcür dərmanlar yazır, amma hələ bir nəticəsi yoxdur. Coni canavar olaraq qalır. Ya
dərmanlar keyfiyyətsizdir, ya həkim savadsızdır”.
– Bəs sonu nə olacaq? – Əfi soruşdu.
– Mənim hesabımla ya Coni həkimi öldürəcək, ya da həkim Conini. Çox böyük ehtimalla, həkim
Conini öldürəcək. Çünki indiyə kimi Coni çox adamı öldürmək istəyib, amma heç birini də öldürə
bilməyib. Yenə də öldürə bilməyəcək.
Pori qadına baxdıqca bədəninə üşütmə düşür, əməlli-başlı əzab çəkirdi. Ürəyi ilə bacarmırdı, nə
başının kəsiləcəyi qorxusu, nə də şəhərdə rəzil olacağı qorxusu qəlbindən Səmoşa olan sonsuz
sevgini çıxarda bilmirdi. Hər dəfə Səmoşu görəndə, onun qəşəng burnuna, ehtiras yağan mavi
gözlərinə, ağappaq, zərif sifətinə baxanda ona sahib olmaq istəyi varlığına hakim kəsilir və yenidən
nə vaxt birlikdə olacaqları haqda düşünməyə başlayır, belə fürsətin əllərinə nə vaxt düşəcəyini
səbirsizliklə gözləyirdi.
Coninin isə əsəbləri tüğyan eləyirdi, yenidən xəstəxanaya getdi, bu dəfə doğrudan da ondan pul
almadılar, yalnız keçən dəfəki qəbzə baxmaqla kifayətləndilər. Coni pillələri iki-iki sıçrayaraq yuxarı
qalxırdı. Həkimin qapısını hay-küylə açıb içəri keçdi. İçəridəki müştəriyə məhəl qoymadan
qışqırırdı, bəs deyirdin, təsir eləyəcək? Bəs deyirdin, səndə canavar ruhu yox, parazit qurdlar var?
Necə həkimsən ki, sənin dərmanın adicə parazit qurdları da məhv eləmir? Gördün, mən deyəndir?
Camaat institutda oxuyanda, təhsil alanda Allah bilir, sən hansı küçədə tum çırtdayırmışsan! Yüz faiz,
dövlət pulunu havaya sovurub! Oturublar orda sənin kimi savadsız adamlar, dövlətə canmı
yandıracaqlar?
Həkim pərt olmuşdu, yenidən onu laboratoriya müayinəsinə göndərdi, yenidən dərman yazdı. Yenə də
eyni sözü deyirdi, birini bu gün atarsan, birini də on beş gündən sonra. Coni reseptə dəvə nalbəndə
baxan kimi baxırdı. “Sən mənə dərhal təsir eləyən dərman yaz. On beş gündən sonra bir ay tamam
olacaq, onda təzədən otuz manat verməliyəm. Sənin vecin deyil, heç iş görən deyilsən, olan mənim
otuz manatlarıma olacaq!”
Qızarıb pörtmüş həkim ondan qəbzi aldı, üstünə nəsə yazıb qol çəkdi və öz möhürünü vurdu. Dedi: “
Sağalana kimi mənim yanıma pulsuz-parasız gələcəksən. Amma bir də mənim həkimliyimi şübhə
altına alsan, parazitləri yox, sənin özünü öldürəcəyəm. Əslində belə də eləməliyəm, çünki elə sən
özün də parazitsən. Həm də təhlükəli parazitsən!” “Mən parazitəm?” – Coni başını əsdirdi və həkimin
üstünə atıldı, amma ürəyindən tikan çıxarda, ona əzab verən bu ağ xalatlı məxluqu əzişdirə bilmədi.
Hardansa anındaca güvənlik işçisi gəldi, onun qolundan-qıçından yapışıb çölə vıyıldatdılar. Həkim
fürsət tapıb Coninin başına bir-iki yumruq vura bildi. Coninin başında hər şey bir-birinə qarışmışdı,
amma əlindən küncdəki güldanı vurub sındırmaqdan başqa bir iş gəlmədi.
– Polis çağırım? – güvənlik işçisi soruşdu.
– Yox, –həkim dedi, – onda mən ona bu şəhərin ən yaxşı həkimi olduğumu sübut eləyə bilməyəcəyəm.
– Axı güldanı sındırdı?
– Güldanın pulunu mən verərəm. Otuz manat verib, aləmi dağıdır, güldanın da pulunu versə,
xəstəxananı partladar. Sən heç bilirsən, bu güldanın pulunu ödəmək üçün o neçə çaynik çay
satmalıdır?
Coni bütün həkimləri, xəstəxanaları, xüsusilə də qurdları lənətləyirdi. Aptekdən dərmanı aldı, yenə


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   60   61   62   63   64   65   66   67   ...   142




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə