İSTİ VƏ soyuq torpaqlarda



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə65/142
tarix10.11.2017
ölçüsü4,8 Kb.
#9616
1   ...   61   62   63   64   65   66   67   68   ...   142

də bir tableti dərhal atdı. Bu dəfə bir qədər arxayın idi, həkimin dərmanının təsir eləyəcəyinə əmin
idi. Adam bu qədər hay-küydən sonra hər halda yanlış dərman yazmazdı.
Bu gecə də Coni əvvəlki tək dişlərini qıcırdatmağa başladı, Səmoş onu yuxudan oyadanda Coni
özünü itirmişdi. Bu necə ola bilərdi, doğrudanmı bu dəfə də həkim onu aldatmışdı? Niyə bu adamın
dərmanı kara gəlmirdi? Qurdları qıracaqdı, qıcırdamanı birdəfəlik kəsəcəkdi. Bəs nə oldu? Görünən
buydu ki, heç nəyi qırıb eləyə bilməmişdi, heç nəyi kəsməmişdi.
Birdən nəyisə xatırlayıb yataqda dikəlib oturdu. Bilirsən, pərt halda dedi, orda mən onlarla dalaşdım.
Onların da dağın yarısı boyda güvənlik işçiləri var. İt oğlu çənəmə, başıma vurdu. Yəqin, zərbələrdən
çənəm tərpənib, dişlərim laxlayıb. Nəfəs alanda dişlərim titrəyir, sən də elə bilirsən, dişlərimi
qıcırdadıram. Onsuz da qayınpedərim zədələmişdi, bunlar da axırına çıxdılar. O vaxt necə vurubsa,
hələ də düzəlmir. Bir də, axı on beş gündən sonra ikinci tableti də atmalıyam. Onda birdəfəlik
kəsəcək. İndi, ola bilsin, arada…
Səmoş ona danışmağa imkan vermədi, Coni, sarsaqlama, mənə nə, çənəni laxladıblar, ya dişlərini
tərpədiblər?! Onsuz da sən haçan dalaşırsansa, ya çənəni laxladırlar, ya baş-gözünü qızardırlar. Bir
halda on beş gündən sonra təsir eləyəcək, niyə burda yatırsan? O biri otağa!
Coni o biri otağa keçməli oldu. İndi tərsinə idi, Səmoş geniş, rahat yataqda rahatca yatırdı, o isə
gözlərini yuma bilmir, həkimi söyürdü.
Onun üçün nə qədər çətin olsa da, on beş gün də gözlədi. İkinci həbi də atdı, amma yenə də faydası
olmadı. Dişlərini əvvəlki tək qıcırdadır və o biri otaqda divanda yatırdı.
Pori onu məzəmmətləyirdi, Coni, ondan başqa həkim yoxdurmu? İki dəfə gedibsən, müalicə eləməyib,
bir də onun yanına getmə. Özəl xəstəxanalardan birinə get, orda yaxşı həkimlər var.
Coni isə onu eşitmək belə istəmirdi. Otuz manatımı quşquşunun, maygülünün biri yesin, mənsə özəl
xəstəxanaya gedim? Əlavə pul ödəyim? Heç vaxt! Ya o öz diliylə deyəcək, mən həkim deyiləm,
qandığım heç nə yoxdur, pulumu qaytaracaq, ya da məni müalicə eləyəcək! Yoxsa vurub onu
öldürəcəyəm!
Yenidən həmən xəstəxanaya, həmən həkimin yanına getdi. Sifətini turşutmuş həkimə deyirdi, etiraf et,
sən həkim deyilsən, səndən həkimlik iyi gəlmir. Sənin dərmanın kara gəlmədi, olan dövlətə olub, indi
də mənim puluma olur. Sənin kimi tiplər dövlətə inək alıb saxlamağa, vətəndaşa üzlü, yağlı süd
içirtməyə imkan vermirlər! Axı mən sənə dedim, mən adi insan yox, canavar insanam. Canavarlar da
dişlərini qıcırdadırlar. Məni müalicə eləmək üçün mənim bədənimdən canavar ruhunu çıxartmalısan.
Həkim də bağırırdı, çıxardaram, sənin ruhunu bədənindən çıxartmaq mənim əlimdə su içimi kimi bir
şeydir, onda da sən öləcəksən! İnsan ruhsuz yaşaya bilməz!
Birdən dayandı, nəfəsini dərib soruşdu:
– Necə dedin, canavarsan?
– Ruhum canavar ruhudur.
– Fərq eləməz, ikisi də eyni şeydir.
Həkim yeni resept yazdı. Mən sənə gərək əvvəldən insanlar üçün yox, canavarlar üçün dərman
yazaydım, dedi. Get, bu dərmanları baytarlıq aptekindən al, dediyim qaydada at, qurdların öləcək.
Sən də o boş başınla əmin olacaqsan ki, mən şəhərin ən yaxşı həkimiyəm.
Coni dişlərini qıcırdadırdı. Boş başımla? Bəs sən o dolu başınla düşündünmü, sənin savadsızlığının
ucbatından mən aptekə üç dəfə pul ödəməliyəm? Yoxsa orda dərmanı mənə havayı verəcəklər? Sən
həkim yox, kötüksən. Hətta kötük də səndən yaxşıdır, bir kimsəyə zərər vermir. Əksinə, axırda sobada
yanıb kiminsə evini qızdırır!


Həkimin üstünə tullandı, bu dəfə güvənlik işçisi gələnə kimi həkimin başına beş-altı yumruq vura
bildi. Ürəyini azacıq da olsa soyutdu. Yoxsa sənin başına vuralar, sən vura bilməyəsən. Onu çölə
vıyıldatdılar. Coni nərildəyirdi, əsəb topuna dönmüşdü. Amma əlindən bir iş gəlmirdi. Arxada dağ
boyda güvənlik işçisi var idi, dağın arxasından da həkimin hiyləgər gözləri işıldayırdı. Birdən
pilləkənin küncündəki güldan gözünə sataşdı. Vah, keçən dəfə bunu sındırmışdı axı. Güldanı
təpikləyir, hirsini soyudurdu, çini güldan pilləkənlə yumalanıb çilik-çilik oldu.
Güvənlik işçisi həkimdən soruşdu:
– Polisə zəng eləyim? O yenə də bizim güldanı…
– Lazım deyil, – həkim razılaşmadı. – Güldanın pulunu mən verərəm. Amma bu canavara şəhərin ən
yaxşı həkimi olduğumu, sübut eləməliyəm!
Coni baytarlıq aptekinə getdi, resepti verdi, aptekçi bir ona, bir reseptə baxırdı.
– Canavar saxlayırsan?
– Yox, – Coni başını yırğaladı.
– Bəs bu dərmanlar nəyinə lazımdır?
– Özüm atacağam.
– Özün? Sən…
Coni aptekin ortasında dayanıb bağırırdı. Hə, canavaram! Sən, alçaq adam, dərmanları ver. Zavallı
dövlət, gör boş yerə nə qədər pulunu xərcləyib! Sənin kimiləri oxutmasaydı, pulunu sənin kimilərə
xərcləməsəydi, gör nə qədər imkansız insana süd içirdə bilərdi! Resepti həkim yazıb, sən bu sualları
mənə yox, o malbaş həkimə verməlisən! Sənsə işini görmək əvəzinə, zəhləmi tökürsən!
Aptekçi cəld dərmanları verdi, pulunu almadı. “İlk dəfədir bu aptekə canavar gəlir, – dedi, – həkim
reseptiylə, indi nə deyirsən, çölün heyvanına insanlığımızı göstərməyəkmi?” “Göstər”, – Coni
razılıqla dedi və aptekdən çıxdı.
Coni bu dəfə də həkimin dediyi qaydada dərmanları atdı və ən nəhayət, bu dəfə dərmanlar effekt
verdi. Çayxanada Poriyə deyirdi, əgər xəstələnsən, həkim lazımın olsa, mənə de. Çox yaxşı bir həkim
tanıyıram, bu şəhərin ən yaxşı həkimidir. Sayəsində mən özüm üçün mühüm bir məlumat əldə elədim.
Bundan sonra xəstələnəndə insanlar üçün yox, canavarlar üçün nəzərdə tutulan dərmanlardan istifadə
eləməliyəm. Məncə, bu sənin üçün də keçərlidir. Xəstələndinmi, porsuq dərmanı al, insan dərmanı
yox. Bunun maddi tərəfi də sərfəlidir. Aptekçilər çölün heyvanına insanlıqlarını göstərib pul
almayacaqlar.
Pori isə dostuna qulaq asır, istehza ilə deyirdi, Coni, sən heç narahat olma, özünə baxma,
canavarlardan fərqli olaraq, porsuqlar təsadüfi hallarda xəstələnirlər. Xəstələnəndə də ölürlər, onları
nə insanlar, nə də baytar həkimləri xilas eləyə bilmir.
Porinin düşündüyü kimi olmadı, elə həmən axşam Əfi onu yuxudan oyatdı. Ucadan nağıl danışırsan,
dedi, gözümü yuma bilmirəm. Belə olarsa, sabah işə gedə bilməyəcəyəm. Yoxsa ayaq üstə yataram.
Pori çaşıb qalmışdı, bu nə cür ola bilərdi? İndiyə kimi yuxuda danışdığı olmamışdı, qalıb nağıl
danışa. Yaxşı, arvadına dedi, yat, əmin ola bilərsən, daha nə nağıl danışacağam, nə də mahnı
oxuyacağam.
Arvadı bir söz demədi, uzanıb yatdılar, amma aradan bir qədər keçmiş yenə də onu yuxudan oyatdı.
Pori, belə gedərsə, başım, beynim pozulacaq. Adyal, balış götür, keç o biri otağa. Qoy yarım saatlığa
da olsa gözlərimin çimirini alım.
– Nağıl danışırdım? – Pori inamsızlıqla soruşdu.
– Yox, – Əfi dərindən köks ötürüb dedi, – dastan danışırdın. “Əsli və Kərəm”i. Deyəsən, Kərəmin


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   61   62   63   64   65   66   67   68   ...   142




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə