İSTİ VƏ soyuq torpaqlarda



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə66/142
tarix10.11.2017
ölçüsü4,8 Kb.
#9616
1   ...   62   63   64   65   66   67   68   69   ...   142

Əslini Qara keşişdən istəməyə getdiyi yerdə qaldın. Davamını o otaqda danışarsan. Mənim qulaq
asmağa nə hövsələm, nə də marağım var! Mənə nə Qara keşişdən, Əslidən? Vermədisə də, vermədi!
Neçə əsrlərdir nəyin davasını eləyirlər? Bir müsəlman qızını Qara keşişə verərdimi? Verməzdi. Elə
isə keşiş qızını niyə müsəlmana verməliydi?
Pori adyal götürüb o biri otağa keçdi, divanda səhərə kimi narahat yatdı. Bu gecəylə də nağıl
danışmağa son qoyduğunu güman eləyirdi, amma növbəti gecə Əfi yenə də onu yuxudan oyatdı.
Məlum oldu, keçən gecə yenə ucadan danışmaqla kifayətlənirmiş, bu gecə isə az qala qışqırırmış.
Hələ bir Əslini Kərəmə verməyən Qara keşişi də söyürmüş. Elə söyüşlər verirmiş ki, Əfi hələ indiyə
kimi ondan belə söyüşlər eşitməyibmiş.
– Onda neyləyim?
– Neyləyəcəyini bilmirsən?
– Yox, – yazıq-yazıq dedi.
– O biri otağa!
Sabahkı gecə də eyni şey təkrarlandı, Əfi ona deyirdi, bu hansısa xəstəliyin əlamətidir, sən həkimə
getməlisən. Coninin tanış həkimi var, onun yanına get. Conini müalicə elədi, yəqin, səni də müalicə
eləyər.
Pori isə razılaşmırdı. Əfi, sən heç narahat olma, bu müvəqqətidir, uzağı iki-üç günə keçib gedəcək.
Yoxsa həkimə getsəm, o mənə yuxu, əsəb dərmanları yazacaq. Onlar da hamısı nəşədən, heroindən
hazırlanır. Heç yerdən nəşəxor olub gedərəm.
Əfi etinasız halda dedi, məcbur eləmirəm, amma sağalana, gecələr nağıl danışmağa, söyüş söyməyə
son qoyana kimi yataq otağının qapısından içəri belə baxa bilməyəcəksən.
Pori məcbur qalıb Conidən həkimin hansı xəstəxanada işlədiyini, adını, soyadını soruşdu. Coni
gülürdü, nə oldu, bəs porsuqlar xəstələnmirdilər? Amma görürsən də, xəstəlik fərq qoymur. Bu
canavardır, bunun yaxasından yapışım, bu porsuqdur, buna toxunmayım demir.
Xəstəxananın ünvanını, həkimin adını dedi və Pori Coninin maşını ilə xəstəxanaya getdi. Otuz manatı
ödədi, onu həkimin yanına ötürdülər. Həkim ona qulaq asdı, resept yazıb verdi, dedi, üç axşam
yatmamışdan qabaq atarsan, keçib gedəcək.
Pori aptekdən dərmanı aldı, həkimdən razı qalmışdı. Daha çayxanaya getmədi, evdə qaz sobasında
nasazlıq var idi. Sıradan çıxmış hissəni alıb evə getdi, hissəni dəyişmək istəyirdi. Belə işlər əlindən
gəlirdi. Təzəcə işə başlamışdı, qapı döyülmədən açıldı, Səmoş içəri girdi. Pori gözlərinə inana
bilmirdi, ayaq üstəcə donub qalmışdı.
Səmoş gülürdü. Gözlərini döymə, dedi, bu dəfə vaxtımız var, nə Coni bu vaxt gələndir, nə də Əfi.
Bədəninə gizli, həyasız bir titrəyişin yayıldığını hiss eləsə də, cürətsiz halda etiraz elədi, Səmoş,
yaxşı deyil. Axı sən hamiləsən, olmaz.
Səmoş isə onun etirazını qulaqardına vurdu. Olar, olar! Hələ hamiləliyimin üçüncü ayındayam, beş
aya kimi olar.
– Səmoş, – deyirdi, – gec-tez üstü açılar, rüsvay olarıq. Mənə elə gəlir, Əfi nədənsə şübhələnib.
Keçən dəfə deyirdi, şortikindən Səmoşun qoxusu gəlir. Gərək silinməyə öz maykanı verməyəydin.
– Orda başqa heç nə yox idi axı, – Səmoş heyrətlənmişdi, amma bu çox çəkmədi, yenidən gülməyə
başladı. – Əfiyə məəttələm, adam iybilmə uzmanı! Bağçadakı bütün qadınların hansı ətirdən istifadə
elədiklərini bilir. Soyunsam, bədənim sənə toxunsa, iyindən biləcək. Yaxşı, soyunmaram.
Daha heç nə deyə bilmədi, Səmoş az qala onu zorla yataq otağına apardı, özüylə gətirdiyi kağız
dəsmalları çarpayının üstünə qoydu. Qabaqcadan tədarük görmüşəm, dedi, yoxsa yenə də ya maykam,


ya da şortikim güdaza gedəcəkdi.
Şalvarının düymələrini açdı, şortikini aşağı çəkib, arxasını ona çevirdi.
Yenidən həmişə istədiyi, həmişə yanında olmağı arzuladığı, səsini duymağı, özünü görməyi,
qucaqlayıb bağrına basmağı, sahib olmağı arzuladığı qadına daxil eləyir, vücudunu təpədən dırnağına
qədər ehtiras alovu sarır, Səmoşun hamiləliyini belə unudub ondan istədiyini daha çox almaq üçün
qızğınlıqla qadını qucaqlayıb özünə sıxır, boynunu, həmişə sığallamaq, qoxulamaq istədiyi saçını
öpür, ona bu xoş anları yaşatdığına görə qadına təşəkkür eləyirdi. Qadın da özünü ehtirasın ağuşuna
vermişdi, inildəyir, kəsik-kəsik nəfəs alırdı. Özünü saxlaya bilməyib ağzı üstə çarpayıya yıxıldı.
Səmoş ona dedi, bu salfetlərlə qurulanma, unutmuşam, mən yasəmən qoxulu salfetlərdən istifadə
eləyirəm, arvadın şortikindən mənim qoxum gəldiyini hiss elər. Neyləyək, yenədəmi maykamı verim?
Bax, orda salfet var, onlardan istifadə elə.
Qadını qucağına götürüb çarpayıda oturtdu, özü isə onun qarşısında yerdən oturaraq həmişə öpmək
istədiyi burnundan, dodaqlarından, çənəsindən, boynundan, döşlərinin gilələrindən öpürdü. Öpdükcə
də yenidən qəlbində coşqun ehtiras baş qaldırırdı. Səmoş, sən tərpənmə, deyə əvvəlcə qadının
şalvarını, sonra da şortikini çıxartdı. Qucağına götürüb azacıq yuxarı qaldıraraq bütünlüklə ona sahib
oldu. Qadının süzülən gözlərinə, qəşəng burnuna, balaca alnındakı xırda tüklərə baxır, ehtiyatı
unudaraq qadına daha çox daxil eləməyə çalışırdı. Bu dəfə qadının gözlərinin içinə baxa-baxa daha
güclü orqazm yaşadı.
Səmoş yenə də gülürdü, gördün, deyirdin, olmaz. Amma oldu, həm də yaxşı oldu.
Səmoş onu özünə sıxıb öpdü və qapıya doğru getməyə başladı. Başını dik tutub gedirdi, yerişindən
belə adamı dəli eləyən bir qürur, ehtiras yağırdı. Bu qadının öz qüruru və gözəlliyi ilə hər vaxt ona
təslim olmağa hazır olduğunu düşünən Porinin qəlbində qarşısıalınmaz hisslər baş qaldırırdı. Səmoş
qapının dəstəyinə əl atanda arxadan onu səslədi, qadın geri dönüb ona heyrətlə baxırdı. Yaxınlaşıb
qadını qapıya söykədi, qalın köynəyinin üst düymələrini açdı, hər iki döşünü yaxasından çölə
çıxartdı. Bərk, balaca döşlərini növbə ilə öpürdü, sonra isə dodaqlarından, burnunun ucundan,
ağappaq dişlərindən öpdü. Öpdükcə öpür, başı dumanlanırdı. Qadın isə yalnız nəvazişlə
gülümsəyirdi. Təzədən qadının döşlərini yaxasından içəri salıb, yaxasını bağladı.
– Sağ ol! – qadın balaca burnunu onun burnuna söykəyib sıxdı, bir az dayandı və çıxıb getdi.
Pori bir müddət də pilləkənin soyuq pilləsində oturub qaldı. Sonra isə ayağa qalxdı, istifadə
elədikləri salfetləri, Səmoşun gətirdiyi, ancaq aparmağı unutduğu yasəmən qoxulu salfetləri də
yığışdırıb həyətə apardı, orda yandırdı. Yatağı tozsoranla təmizlədi ki, təsadüfən Səmoşun saçı-filanı
qalmış olmasın. Hava dəyişsin, içəridəki yasəmən qoxusu çıxsın deyə pəncərələri açıq qoydu. Üzünü
qırxanda istifadə elədiyi ətirdən də çilədi otağa. Qaz sobasını təmir eləyəndən sonra hamamlandı,
paltarlarını dəyişib çayxanaya getdi.
Coninin gözlərinin içinə baxmağa xəcalət çəkirdi, halını Coni hiss eləməsin deyə, söhbət eləmək
xatirinə pərt halda mızıldandı. Səni də başa düşə bilmirəm, həkim sakit, mədəni adamdır, sən elə
adamla necə dalaşa bilərsən?
Coni hirsləndi, yalansa onun sakit, mədəni başına daş düşsün! Sən onun necə yumruq oynatdığını
görsəydin, onda bilərdin, sakit adam necə olur. Həm də o ilk dəfədə yanlış dərman yazır, gərək iki-üç
dəfə də gedəsən, başına iki-üç yumruq vurasan, sonra təsirli dərman yaza.
Coniyə inanmadı, amma o deyən kimi oldu. Dərmanı atsa da, gecə danışmağa son qoymadı. Həm də
dərmanı atandan sonra şeir deməyə başlamışdı, Əfi nağıllara, dastanlara birtəhər dözürdü, şeirə isə
əsla dözə bilmədi. Bərbad şeir deyirsən, onu məzəmmətləyirdi şairləri də, şeirləri də gözümdən


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   62   63   64   65   66   67   68   69   ...   142




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə