İSTİ VƏ soyuq torpaqlarda



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə68/142
tarix10.11.2017
ölçüsü4,8 Kb.
#9616
1   ...   64   65   66   67   68   69   70   71   ...   142

qibləyə dəfn olunmalıdırlar.
– Tanrım, sən özün rəhm elə! – qarı xaç çəkdi. – Sən danışırsan, mənim tüklərim ürpəşir. Bunu niyə
elədiyinizi mənə deyə bilərsənmi? Nədir, peyğəmbəriniz sizin necə baş kəsdiyinizi, necə qan
axıtdığınızı, ya da necə torpağa gömüldüyünüzümü görməlidir?
– Mən bu suallara cavab verə bilməyəcəyəm, – Coni boynunu burdu, – amma bizim tərəflərdən bir
molla, din xadimi gəlib buralara çıxsa, birbaşa sənin yanına gətirəcəyəm. O sənin suallarına cavab
verər.
Qobi getmək istəyəndə quşun hələ də kəsilmədiyi yadına düşdü, ayaq saxlayıb qarıdan soruşdu, bəs
sən onu nə cür kəsmək istəyirsən?
Qarı kötüyün yanındakı baltanı götürdü, ona da dedi ki, quşun başını kötüyün üstünə qoy. Qarı deyən
kimi də elədi, quşun uzun boğazını kötüyün üstünə qoydu və qarı onun gözləmədiyi cəldliklə baltanı
bir dəfə vuran kimi də quşun başı uçub kənara düşdü. “Bax belə!– qarı dedi. – Gördünmü, zərrəcə də
əzab çəkmədi. Yoxsa sən bıçağı yarım saat boğazına sürtəcək, quşa cəhənnəm əzabı verəcəkdin”.
Çaşıb qalmışdı, qarının dediklərində həqiqət var idi. Doğrudan da beləydi, onlar hinduşka kəsəndə
üzərində azından yarım saat əməliyyat aparır, təkcə quşa yox, özlərinə də əzab verirdilər. Burda isə
gözünün nuru getmiş, əlləri, üzü qırışlar içində itmiş rus qarısı məsələni bir göz qırpımında həll
eləmişdi.
İş yoldaşlarıyla da yaxından tanış olmuşdu. Satıcı qızların içərisində ən çox Nadyadan xoşu gəlirdi,
gözəl, incə qızdı, qara gözləri var idi, oğlansayağı qısaca vurdurduğu qara saçları ona çox yaraşırdı.
Ərindən təzəcə ayrılmışdı, amma uşağı yox idi. Nadya təkcə gözəlliyi ilə yox, düzlüyü, prinsipiallığı
ilə də seçilirdi, yalan danışmaz, yalan danışanlardan, hiylə-kələk gələnlərdən zəhləsi gedər, həqiqəti
kiminsə gözünün içinə deməkdən çəkinməzdi. Kimliyindən asılı olmayaraq, kiminsə yalan
danışdığını, aldatdığını duyardısa, ona yaxınlaşar, düz gözlərinin içinə deyərdi: “Yalan danışırsan!”
Bu nərmə-nazik qızın təkcə gözəlliyi yox, cəsarəti də Qobini heyran eləyirdi.
Nadya anası ilə olurdu, evləri şəhərin ucqarında idi, bəzən işdən çıxanda onu evlərinə Qobi öz
maşınıyla aparırdı. Bir axşam da qızı evlərinə aparanda dedi, Nadya, bəlkə getməyəsən? Mənim evim
beş addımlıqdadır.
Qız bir qədər düşünüb razılıq verdi. Anasına zəng eləyib bu axşam gələ bilməyəcəyini, rəfiqəsigildə
qalacağını dedi. Nadyanı evə apardı, qaz sobasını yandırıb, qəhvədanı qaynamağa qoydu, dünəndən
qalan balıq buğlamasını qızdırdı. Süfrə açıb şam elədilər. Qız yorğun olduğunu deyib, araq içməkdən
imtina elədi. O da içmədi, tək araq içməyi sevmirdi. Şamdan sonra süfrəni yığışdırdılar, Nadya da
kömək elədi, qabları yuyub yığdılar. Çay içə-içə televizora baxdılar və bir azdan Nadya yanaqları
qızarmış halda ona dedi:
– Qobi, olarmı mən ayrıca otaqda yatım?
– Əlbəttə, – Qobi düşünmədən razılıq verdi. – Ev üçotaqlıdır, biri mənim yataq otağımdır, lap
sağdakı. Qalan ikisinin hansını istəyirsən, orda da yat.
– Sən məni bağışla, – Nadyanın yanaqları bir az da qızardı. – Ərimdən təzə ayrılmışam, hələlik
kişilərə alışa bilmirəm.
– Necə istəyirsən, elə də olsun, – Qobi dedi. – Nadya, səni bura səninlə yatmağa görə dəvət
eləməmişəm. Yolun uzaqdı, burda qalasan deyə dəvət eləmişəm. Xətrin haçan istəsə, gəl.
Nadyaya otağını göstərdi, bu otaqda təkadamlıq çarpayı, yorğan-döşək, paltar şkafı var idi. Qıza təzə
yorğan-döşək üzləri verdi və xeyirli gecələr arzulayıb öz otağına keçdi. Nadyanın gəlişi ilə sanki
evin havası da dəyişmişdi, təklik ona əzab verirdi. Evdə tək olmadığını, o biri otaqda gözəl bir qızın


yatdığını fikirləşmək belə ona xoş bir rahatlıq, dinclik gətirirdi.
Səhər tezdən səsə oyandı, geyinib eyvana çıxanda gözlərinə inanmadı. Qız tezdən oyanmış, çay
dəmləmiş, çardaqdakı masanın üstündə süfrə açmışdı. Dəsmal götürüb həyətə düşdü. Nadya
çardaqdakı qaz sobasında qayğanaq bişirirdi, qızı salamlayıb, yuyunaraq masanın arxasına keçdi.
Nadya da tavanı gətirib süfrəyə qoydu. Nadya təkcə çay dəmləməmiş, süd qaynatmış, süfrəyə bal,
qaymaq, pendir qoymuş, çörək, pomidor doğramışdı. Süfrədən qalxan qoxular Qobini kövrəldirdi,
vətəndə olanda özü də belə səhər yeməyi hazırlayardı, isti təndir çörəyi alar, pendir, pomidor
doğrayardı. Bahar oyanıb süfrəni görəndə uşaq kimi sevinərdi.
Yeməkdən sonra köməkləşib süfrəni yığışdırdılar, qabları yudular, qurulayıb şkafa yığdılar və işə
yola düşdülər. Çöl qapısından çıxanda Nadya onun əlindən yapışıb:
– Çox sağ ol, – dedi.
– Nəyə görə? – Qobi bir şey başa düşmədi.
– Hər şeyə görə! – qız daha onu gözləməyərək iti addımlarla çıxıb getdi.
Sabah axşam yenə də Nadya ona qoşulub gəldi. Təkliyi xoşlamayan Qobi buna sevinirdi. Birlikdə
şam eləyir, səhər yeməyi yeyir, çay içib söhbət eləyirdilər. Nadya evə gedib paltarlarını da
gətirmişdi, onunla qalır, həftədə uzağı bir dəfə evlərinə gedirdi. Nadya paltarları yuyur, ev-eşiyi
silib-süpürür, təmizləyirdi, o isə manqalı yandırıb kabab, buğlama bişirir, çay dəmləyir, ev işlərində
bacardığı qədər Nadyaya kömək eləyirdi. Onun evə getməməsi anasını narazı salmışdı, gecələr evə
gəlməsini tələb eləyirdi.
Bir axşam Qobinin gözlərinə yuxu getməmişdi ki, qapı səssizcə açıldı və Nadya içəri girdi.
Çarpayıya yaxınlaşıb, yorğanın bir tərəfini qaldıraraq soruşdu:
– Mənə də yer olar?
– Olar, – Qobi dedi.
Gecə paltarında olan Nadya yatağa girib ona sığındı.
– Ancaq yavaş elə, – pıçıltıyla dedi, – nədənsə qorxuram.
– Niyə, – Qobi heyrətləndi, – ərin eləmirdi?
– Mən onunla doğru-dürüst bircə dəfə də yatmamışam, – Nadya pərt halda dilləndi, – həmişə sərxoş
olurdu, çox vaxt da ayrıca yatırdıq. Ərim qız kimi nərmə-naziyin birisi idi, sən iki o boydasan.
Qobi qızı qucaqlayıb, tələsmədən soyundurmağa başladı. Heç narahat olma, deyirdi, bu gün doğru-
dürüst yatacaqsan.
Qızı öpür, onun sakitləşməsini, həyəcanının keçməsini gözləyirdi. Bir azdan qız, görünür, qorxulu heç
nə olmadığına əmin oldu və özünü bütünlüklə onun ixtiyarına verdi. İndi Nadya da onu öpür,
sevgisinə hərarətlə cavab verirdi.
Birdən Tanyanı xatırlayıb dedi:
– Nadya, birdən uşağa qaldın?
– Qalmaram, – Nadya onu arxayın elədi, – ərimlə narazılığımız başlayanda gedib uşaqlığımı
bağlatdırmışam. Nəydi, sən uşaq istəmirsən?
– Uşaq istəyirəm, – boğuq səslə dedi, – ancaq yaxşı ata ola biləcəyimə əminliyim yoxdur.
Əslində isə səbəb bu deyildi, Bakıda həkim cəmisi üç il ömrünün qaldığını demişdi, elə isə bir uşağı
atasız qoyub getməyə dəyərdimi? Dəyməzdi, Qobi belə düşünürdü.
Bu gündən başlayaraq ayrı-ayrı otaqlarda yatmağa son qoydular və Nadya birdəfəlik onun yanına
köçdü. Nadya ona deyirdi: “Mən qadınam, kişiyə ehtiyacım var, sənin də qadına. Münasibətlərimizin
bir-birimizə olan ehtiyaclarımızı ödəmək səviyyəsindən o tərəfə keçməsini istəmirəm. Bizi bir-


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   64   65   66   67   68   69   70   71   ...   142




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə