İSTİ VƏ soyuq torpaqlarda



Yüklə 4,8 Kb.

səhifə7/142
tarix10.11.2017
ölçüsü4,8 Kb.
1   2   3   4   5   6   7   8   9   10   ...   142

qaldırırdı. Çöldə qar, soyuq, tayanın içində isə yaz çiçəklərinin xəfif qoxusu.
Qar iki-üç saat yağıb ara versə də, işi xeyli çətinləşmişdi, əməköməci, gicitkən tapmaq üçün qarı
eşməli olurdu. Meşədə odun tapmaq, qarda sürüyüb gətirmək, qarın islatdığı odunları yandırıb ocaq
qalamaq çətin idi. Şaxtalar güclənmişdi, günəş qüruba əyiləndə şaxta dözülməz olurdu. Tayanın
içərisində isə əvvəlki tək isti idi. Ot islanmasın deyə içəri keçəndə ayaqqabılarını çıxarırdı. Torpağın
donu açılmırdı, buzlu cığırlarla meşəyə gedib-gələndə sürüşür, yıxılırdı.
On gündən sonra meşəyə getdi. Odun üçün gələndə pöhrəlik içində itmiş dərənin sahilində bulaq
olduğunu görmüşdü. Şaxtaya baxmayaraq, bulağın suyu ilıq idi, su buxarlanır, buxar dumanı ağacların
başına kimi qalxırdı. Ocaq qaladı, su qızdırıb üzünü qırxdı. Soyunub paltarlarını yaxınlıqdakı vələs
ağacının budağından asdı, bulağın ətəyindəki daşın üzərində dayanıb, qəhvədanla su götürərək
yuyunmağa başladı. Şaxta əhdini kəsirdi, titrəyir, qızınmaq üçün atılıb-düşür, bacardığı qədər cəld
yuyunurdu. Saçını yuyanda lap əldən-dildən düşdü. Yuyunub qurulandı, geyindi, ocağın yanında iki
fincan yarpız çayı içəndən sonra özünə gəldi, qızındıqca bədəninə xoş bir rahatlıq yayılırdı. Son
vaxtlar ərzində ilk dəfə özünü belə dinc, rahat, yüngül hiss edirdi, daha ağrılar, kədərli, əzici ovqat
ona həyatdan əl götürməyi, bədbinliyi təlqin eləmirdi.
Bu gecə ot tayasının içindəki yatağına uzananda nədənsə qəlbi fərəhlə döyünürdü, başını ətirli ot
topasının üzərinə qoycaq yuxuya getdi. Bir də qəribə səslər onu yuxudan elədi, tayanın ətrafında it
mırıltısını xatırladan səslər eşidilirdi. Canavar olduğunu başa düşdü. Tüfəngin qundağını möhkəmcə
sıxıb, oyuğun girəcəyini nişan aldı. Bir azdan canavarlardan birinin oyuğun qabağındakı otu eşdiyini
hiss elədi. İnsan qoxusunu hiss eləyən, güclü iybilmə qabiliyyəti olan canavar tüfəng, barıt qoxusunu
da hiss eləməmiş olmazdı, amma canavar ac olanda onu qorxudan qoxulara əhəmiyyət vermir. Əlində
tüfəng olsa da qorxdu, ölümdən qorxmurdu, o qədər qorxmuşdu, daha qorxa bilmirdi, ölüm qorxusu
onun üçün adiləşmişdi, onu qorxudan canavarların dişlərində öləcəyi idi. Çöldən süzülən ay işığında
canavarın tutqun qaraltısını görən kimi atəş açdı. Canavar geri sıçradı, çöldə boğuq mırıltılar, bir-biri
ilə didişən canavarların qorxunc səsləri eşidilirdi, yaralı canavarı yemək üstündə çırpışırdılar və
getdikcə bu səslər uzaqlaşırdı. Canavarlar bir də qayıda bilərdilər, tüfəngi doldurdu, barıtın
alovundan tayaya od düşüb-düşmədiyinə fikir verib, təzədən yerinə uzandı, amma daha səhərə kimi
gözünə yuxu getmədi.
Meşəyə gedib bir topa qaragilə kolu qırdı, indi yatanda kolu möhkəmcə dartıb oyuğun ağzını
bağlayırdı. Canavar, ya da hansısa başqa bir yırtıcı kolu oyuqdan çıxara bilməzdi. Bu gecə şam
eləyəndən sonra oyuğa girdi və dərhal da yuxuya daldı. Bu qış Pori nəhayət qış yuxusuna getdi,
əslində bunu özü hiss eləmədi, yalnız on beş gündən sonra yuxudan oyananda niyə belə acdığını,
bunca arıqlayıb zəifləməsini başa düşə bilmirdi.
Göldən iki iri balıq tutdu, ocaq qalayıb balıqları bişirdi, acgözlüklə yeyirdi, sanki sümükləri də
acmışdı. Bütün günü ocaqda balıq bişirib yeyir, çiçəklərdən çay dəmləyib içirdi, yalnız hava
qaralanda aclıq hissi yoxa çıxdı.
Özünü yaxşı hiss eləməyə başlayır, kökəlib ətə-qana gəlirdi, amma ölüm xofu onu tərk eləmirdi. Ona
elə gəlirdi, ölüm qəfil gələcək, ağrı-filan hiss eləməyəcək, yatacaq, bir də ayılmayacaq. Əbədilik qış
yuxusuna gedəcək.
Günləri sayırdı, qış yuxusunda olduğu on beş günü də bir gün kimi hesab eləyirdi və onun hesabına
görə otuz beşinci gün meşədə qəfildən bir qızla rastlaşdı. Bura gələni ilk dəfəydi insan görürdü. Qız
da onu görmüşdü və heç də ondan az heyrətlənməmişdi, amma çəkinmədən ona yaxınlaşdı.
Baxışlarında yad adamla qarşılaşdığına görə qorxu hissi yox idi, yalnız maraq vardı. Cəsarətli,


qorxmaz qız olduğu hiss olunurdu.
Məlum oldu ki, təpənin o üzündəki dağ kəndindəndir, başkəsənlər tayfasındandır, adı Əfsanədir.
Nənəsi onu qonşu qızlarla birlikdə meşəyə iplik boyamaq üçün alça qabığı yığmağa göndərib, qızlar
aşağı, dərəyə tərəf düşüblər, o isə bura gəlib. Gənc, qəşəng, sərt üz cizgiləri olan qızın ala gözləri
həddən artıq iriydi, sifəti dağ adamlarına məxsus olan qarabuğdayı rəngdəydi, hərəkətlərində,
sifətində onun çoxdan görmədiyi və bəlkə də elə buna görə ona doğma olan təbiilik var idi.
Qız da onu sorğu-suala tutmuşdu, kimsən, nəçisən, burda nə gəzirsən, harda qalırsan? Sən niyə
porsuğa belə çox oxşayırsan? Qızın sualları tükənmirdi, onun ot tayasının içində gecələdiyini
eşidəndə heyrətə düşdü. Biz evdə soba yandırırıq, amma yenə də gecələr soyuq olur, sənsə odsuz-
ocaqsız, yorğan-döşəksiz tayanın içində yatırsan, hələ bir isti də olduğunu deyirsən. Nəsə inana
bilmirəm.
- İsti olur, - təsdiq elədi, - istəsən sən də yata bilərsən?
- Nə cür yəni?
- Girərik tayanın içinə, yatarıq, - birbaşa mətləbə keçdi.
- Yəni ikimiz? – qız inamsız halda səsləndi.
- Hə, ora genişdir…
Qızın ağacı götürdüyünü gördü, amma qorunmağa çatdırmadı, ağac başından necə dəydisə huşunu
itirib yıxıldı. Qız üzünə su çiləyib onu ayıltdı. Ayılandan sonra qıza möhkəm hirslənmişdi, dəlisən,
səndə ağıl deyilən şeydən əsər-əlamət yoxdur! Niyə vurusan? Getmirsən, getmə, səni zorla aparıram,
qolundan tutub deyirəm ki, hökmən mənimlə getməlisən, tayada yatmalıyıq?
Qız onunla çox qalmayıb getdi. Bu gündən başlayaraq ara-sıra meşəyə gəlir, onun üçün çörək, pendir,
yumurta gətirirdi. Elə ilk görüşlərindən qıza vurulmuşdu, amma qız ot tayasına getməkdən, onunla
öpüşməkdən imtina eləyirdi. Olmaz, deyirdi, başkəsənlərin qızları yad oğlanla öpüşərlərsə,
tayfalarına xəyanət eləmiş hesab olunarlar. Bir başkəsən qız tayfasına xəyanət eləməkdənsə,
düşünmədən ölümü seçər. Əgər məni sevirsənsə, doğrudan da mənimlə evlənmək istəyirsənsə,
elçilərini göndərərsən. Mən hə deyəcəyəm, başkəsənlər qızı hə dediyi oğlana verərlər.
O da söz verirdi, burdan sağ-salamat qayıtsam, mütləq elçi göndərəcəyəm.
Günlər keçdikcə daha çox heyrətlənirdi. Doğrudanmı bu qorxunc xəstəlikdən canı qurtarmışdı? Axı
Sobakin ona aydınca dedi ki, bu mərhələdə dünyada heç kim xərçəngdən qurtara bilməyib, sən də
bilməyəcəksən. Elə isə niyə ölmədi? Onu nə sağaltdı, havamı, sumu, içdiyi ətirli otların çayımı,
yediyi göl balıqlarımı?
Sağaldığına əmin olandan sonra evə qayıtmağı qərara aldı. Meşəyə getdi, ocaq qaladı, dan yeri
sökülənə kimi ocağın yanında gözləyib, dağın ətəyindəki kəndə düşdü. Ordan şəxsi bir maşınla rayon
mərkəzinə getdi. Evinin qapısı ağzında maşından düşəndə nahara az qalırdı. Evə keçdi, xoşbəxtlikdən
su, qaz gəlir, işıq yanırdı. Əvvəlcə qaz sobasını yandırdı, soba dinclik gətirən aramla uğuldadıqca
bədəninə xoş bir istilik yayılırdı. Hamamı qızdırdı, vannanı isti suyla doldurub, üzərinə kəkotu,
qızılgül dəmləməsi tökdü. Soyunub isti suya girən kimi də neçə vaxtı çəkdiyi ağrıları, acıları unutdu,
yorğunluğu çıxır, kipriklərindən daş kimi bir yuxu sallana qalırdı.
Ayılanda artıq su soyumuşdu. Yuyunub geyinəndən sonra qəhvədanı qaynatdı, çay dəmlədi. Çayı
sevdiyi qaydada dəmləyirdi, çayniki qaynar suyla yuyur, içinə bir qaşıq çay atıb sobanın üstünə
qoyurdu. Çaynik qızır, suyu çəkilir, yanan çayın acı qoxusunu hiss eləyəndə çaynikə qaynar su alıb,
vam odda dəmə qoyurdu. Belə çayın xüsusi qoxusu, ləzzəti olurdu.
Geyinib yolun o tayındakı bərbər dükanına getdi, saçını, üzünü qırxdırdı. Evə qayıdanda yağışdan




Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   142


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə