İSTİ VƏ soyuq torpaqlarda



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə70/142
tarix10.11.2017
ölçüsü4,8 Kb.
#9616
1   ...   66   67   68   69   70   71   72   73   ...   142

Tonqalı gur yandırıb kənarında oturmuşdular. Tələsmədən şam eləyir, araq içir, Ayın ağacların başı
üzərindən, meşədən necə qopub ayrılmasına, yüksəlməsinə tamaşa eləyirdilər.
Bir az da oturub çadırlara keçdilər. Nadya iki balış, iki də adyal götürmüşdü. Adyalın birini altlarına,
digərini isə üstlərinə örtdülər. Çardağın açıq qapısından içəri süzülən, hər şeyi bəyaz işığa qərq
eləmiş Ay işığında Nadya daha da gözəl görünürdü. Qara saçları, sarışın, balaca sifəti, dəniz suyu
kimi mavi gözləri sirli, sehrli görünürdü. Onun soyunduğunu görəndə Nadya da soyunmağa başladı.
Çayın sahilində, ay işığına qərq olmuş çadırda Nadya daha gözəl görünürdü. Qızın ay işığı dolaşan
gözlərindən, alnından, saçlarından öpürdü. Birdən Nadya iki əliylə onun başından yapışaraq sağ
çiyninə qoydu. Başını bura qoy, dedi, qoy Ayı görüm. Çadırın qapısı ağzındadır.
Geri dönüb baxanda heyrətləndi, Ay nəhəng bir alov topu kimi çadırın qapısı ağzını kəsdirmişdi.
Nadya ilə yanaşı uzandı, qızın çılpaq çiyinlərini, bədənini möhkəmcə özünə sıxmışdı və beləcə də
Aya baxaraq yuxuya getdilər.
Bazar gününü də çayın sahilində keçirtdilər. Balıq tutur, çayda çimir, meşəni gəzib gül-çiçək yığır,
manqalı, samovarı yandırır, yeyib-içirdilər. Axşamlar isə ocaq qalayır, ocağın kənarında oturub, alov
işığında şam eləyirdilər. Gecədən xeyli keçmiş çadırlara keçirdilər.
Geri qayıdanda Nadya Vanyaya minnətdarlıq eləyirdi, çox sağ olun. Mənim iyirmi bir yaşım var, əgər
məndən soruşsalar, həyatının iki ən gözəl gününü seç, götür, fikirləşmədən bu iki günü götürərəm.
Sveta da onun dediklərini təsdiq eləyəndə Vanya dedi, xoşunuza gəldisə, öz əlimizdədir, sizə bu xoş
günlərdən çox yaşadarıq. Yayın sonuna kimi hər həftə gələrik bura.
Belə də elədilər, hər şənbə günü tezdən çayın sahilinə gəlir, iki gün qalıb qayıdırdılar. Daha Nadya
evdən ət götürməyə icazə vermirdi, yalnız kartof-soğan, pomidor götürür, çaydan tutduqları balıqla
keçinirdilər. Nadya ona deyirdi, sən nə qədər ət yeyirsən, tanıdığım insanların arasında sənin qədər ət
yeyən birisini görməmişəm. Səndən olsa gündə üç dəfə kabab yeməkdən imtina eləməzsən. Çox ət
yemək insanı qocaldır.
O isə gülür, həkimin ona dediklərini xatırlayıb ürəyində düşünürdü. Nadya, ət yesəm də, yeməsəm də,
mənim üçün heç fərqi yoxdur, mən onsuz da qocalmayacağam. Pori də ət yeməyin əleyhinə idi.
Dostlarını xatırlayıb qüssələndi. Danışmaq, məktub yazmaq istəmirdi, polisi izə salacağından
ehtiyatlanırdı.
Bir dəfə də çayın sahilinə gələndə Qobi sahildəki təpənin üstünə çıxdı, şam ağaclarının arasıyla
sükutla axan çaya, çay boyunca sıralanmış ağappaq ağcaqayın ağaclarına, üfüqlərə qədər uzanan
yamyaşıl meşəyə baxıb Vanyanı səslədi:
– Vanya, – dedi, – öləndə məni gətirib burda dəfn elərsən.
– Burda niyə? – Vanya soruşdu. – Xristian qəbiristanlığında dəfn olunmaq istəmirsən?
– İstəmirəm, – dedi.
– Yaxşı, – Vanya söz verdi.
 


XVII. Rus atlarına təlim keçən duzəkən
 
 
Qoca mirvarini çıxartmaq üçün soyunub suya tullandı, saqqalı islandı, islanmış saqqalından su
damcılamağa başladı.
– Saqqalım islandı, – təəssüflə dedi, – qoy qurusun.
Qoca heç cür mirvarini sudan çıxarda bilmirdi. Suya tullanan kimi saqqalı islanır, təzədən sahilə
çıxıb daşın üstündə oturur, damarları çıxmış barmaqlarıyla saqqalını sığallayır, dənizdən əsən duzlu
küləyin və günəşin saqqalını qurutmasını gözləyirdi.
 
***
Coninin Rusiyadakı ortancıl əmisindən xəbər gəldi, kişi işini-gücünü atıb atçılıq sovxozunda işə
düzəlmişdi, atları əhliləşdirir, onlara təlim keçirdi. Coni rayon mərkəzinə gəlmiş əmisi arvadına
deyirdi, amanın günüdür, əmimlə danışanda denən ehtiyatlı olsun.
Əmisi arvadı ona təsəlli verdi, sən narahat olma, əmin atların dilini yaxşı bilir.
Coni sakit danışmağa çalışsa da, özünü ələ ala bilmirdi, qadının bunca arxayın danışması onu
hövsələdən çıxardırdı. Ona qalarsa, böyük əmim də şirlərin dilini bilirdi, amma şir əmimin başını
ağzına salanda onun dil bilib-bilməməyi ilə maraqlanmadı.
Arvad ağıllı sözə qulaq asmaq əvəzinə incidi. Sən öz dərdinə qal, dedi, arvadına sahib çıx, bu da
qoşulub birinə gedər, daha adam arasına çıxmalımız qalmaz.
Coni dilxor oldu, yaxşı, ürəyində deyirdi, yəqin, günlərin birində üstümə qaçmazsan, get, ərimin
qisasını rus atından al deyə. Rusiyətə şirdən qisas almağa göndərirsiz, bir də deyirsiz, arvadına sahib
çıx. Rusiyətdən bura arvadıma necə sahib çıxa bilərəm?
Coninin bu əmisi də at təlimindən yaxşı qazanırdı, göndərdiyi pulla əmisi arvadı Conigilin
qonşuluğunda ikimərtəbəli həyət evi, oğlanları üçün onların çayxanası ilə üzbəüz dükan aldı, tikinti
mallarının alveri ilə məşğul olurdular. Çayxananın daha iki müştərisi artdı, əmisi oğlanları naharda,
axşamçağı çayxanaya gəlir, çay içir, nərd oynayırdılar. Əmisigilin qonşuluqlarına köçməsi Conini
sevindirirdi, onu daha çox sevindirən isə iki daimi müştərinin artması idi. Alverləri yaxşı getmirdi,
qazancları xərclərini, borclarını ödəmirdi. Qohumları kömək eləməsəydi, vəziyyətləri çətin olardı.
Qəlyançəkənlər, başkəsənlər də onlar üçün ət, toyuq, ağartı məhsulları, meyvə-tərəvəz göndərirdilər.
Pori buna normal baxırdı, Coni isə hər danışanda başından tüstü qalxırdı. “Mənə ağır gələn nədir,
sənin bu adamlardan zəhlən gedə, amma onlara möhtac olasan. Sənin üçün pay-puş göndərələr, sən də
məcbur qalıb qəbul eləyəsən. İt-it adamların qarşısında alçalasan, əyiləsən. Mən bu şərəfsizləri
tanıyıram, məndən zəhlələri gedir, zəqqum da göndərməzlər, məni alçaltmaq üçün, heç kim olduğumu,
ailəmi belə dolandıra bilmədiyimi mənə sübut eləmək üçün göndərirlər. Yəni çox da atılıb-düşmə,
bizdən asılısan, bizim çörəyi yeyirsən! Pori, öləm, qəbrim üstən bir qarış ot bitə, yenə də
qayınpedərimin öz evində qarşımda arsız-arsız atılıb düşməsini, ən axırıncı oğraş kimi çənəmin
altından vurmasını unutmaram! Sən elçiliyə gedəsən, səni eşşək balası qədər çırpıb, mitilini də leş
kimi atalar həyətin ortasına! Harda görülüb? Səmoş düz deyir, duzəkənəm, səyəm, onda çıxıb
gəlsəydim, başıma da bu oyunlar gəlməzdi. Arvadım başqasına qoşulub qaçmaz, başımı yerə
soxmazdı!”
Hər qəlyançəkənlərdən söz düşəndə Coninin yarası təzələnir, adamların arxasınca danışmaqdan


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   66   67   68   69   70   71   72   73   ...   142




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə