İSTİ VƏ soyuq torpaqlarda



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə72/142
tarix10.11.2017
ölçüsü4,8 Kb.
#9616
1   ...   68   69   70   71   72   73   74   75   ...   142

Sanki Conini qaçdığı yerdəcə tutub saxladılar, eşitdiyinə inana bilmir, başını əsdirirdi. Normalda
qoca onun salamına cavab verməliydi, qoca isə cavab yox, sual vermişdi. Coni həyatında ilk dəfə
salam verdiyi kimdənsə belə sual eşidirdi.
– Yox, – özünü itirmiş halda dedi.
– Onda niyə salam verirsən?
– Verməyim?
– Vermə!
Conini od götürmüşdü, amma qocaya ağır cavab verməyi də özünə sığışdırmırdı. Minnətin olsun,
sənə salam verirəm! Nədir, salam verdim, gülün üzüldü? Tanıdığın, tanımadığın hər kəsə salam
verərsən. Salam verdiyin adam da salamını alar, qoymaz yerə düşə.
– Elə iş də orasındadır! – qoca onu qəzəblə süzürdü. – Sən salam verəndə mən də məcbur qalıb
almalıyam. Mənsə sənə nə salam vermək, nə də salamını almaq istəyirəm! Sənsə məni buna zorla
məcbur eləmək istəyirsən.
– İstəmirsən, vermərəm! Gözüm atırdı sənə salam vermək üçün!
Coni qocadan ayrılıb getmək istəyəndə qoca səsləyib onu saxladı. “Mən heç vaxt nə ərzağa, nə də
çaya pul vermərəm, dedi, buna görə də evdə yemək bişirmərəm. Yalnız balqabaq alır, gündə iki
stəkan balqabaq şirəsi içirəm. Yeməyi isə ehsanlarda yeyirəm. Harda ehsan olsa, gedir, bir kasa
bozbaşımı yeyib, iki-üç stəkan da çayımı içib qayıdıram”. “Nə danışırsan? – Coninin gözləri
kəlləsinə çıxmışdı. – Bəlkə heç ölən olmadı?” “Ölən olur, olacaq da. Hər gün olmasa da, iki gündən
bir kimsə ölür. Bir kasa bozbaş da mənə iki-üç günü idarə eləməyə yetir. Sənə baxıram, gora salamat
baş aparmayacaqsan. Bu ağılla, şüurla, çox çəkməz o tərəflərə üz tutarsan. Adətən mən ehsanlarda
yalnız bir kasa bozbaş yeyirəm, sənin ehsanında isə iki kasa yeyəcəyəm!” “Mənim? – Coninin əli də
yerdən üzülmüşdü, ayağı da. – Qoca idbar, qulağının dibindən vacibət qoxusu gəlir, bir ayağın o
tərəfdə, sən mənim ehsanımı yeyirsən? Yox, qoca, yeyə bilməyəcəksən. Mən, səndən fərqli olaraq,
indiyə kimi nə vaxt yasa getmişəmsə, ehsan yeməmişəm. Amma sənə söz verirəm, sənin ehsanından
yeyəcəyəm. Nuşcanlıqla! Hələ bir araq da gətirəcəyəm, kola şüşəsində, mollanın gözünü oğurlayıb
sağlığına da bala-bala vuracağam. Heç sınamamışam, amma məncə sənin kimisinin ehsanıyla araq
yaxşı getməlidir”. “İndiyə qədər kim mənə hörmətsizlik eləyibsə, hamısının ehsanını yemişəm, – qoca
əminliklə dedi, – sənin də ehsanını yeyəcəyəm. Buna şübhən olmasın!”
Coni digər qonşulardan soruşdu, öyrəndi, məlum oldu ki, qoca düzünü deyibmiş. Tək-tənha
yaşayırmış, heç kimi yox imiş, lap elə var idisə də, qocaya baş çəkmir, onu arayıb axtarmırdılar. Hər
halda onun qapısını nə vaxtsa başqa adamların döydüyünü görən olmamışdı. Bu adam evində yemək
bişirmir, çay dəmləmirmiş. Yalnız su və balqabaq şirəsi içir, ehsanlarda yemək yeyirmiş. Bir kasa
bozbaş ona iki, bəzənsə üç-dörd gün üçün kifayət eləyirmiş. Heç kimlə salamlaşmır, heç kimin də
salamını almırmış. Çox az yediyinə görə qov kimi yüngülmüş. Bir yerə getmək istəyəndə küləyin
qalxmasını gözləyir, külək qalxdımı, ayaqlarını yerə vurub havaya sıçrayırmış. Külək də onu götürüb
hara istədi, ora da aparırmış. Arxların, ağacların, evlərin üstündən keçib gedirmiş. Hətta bəzən
qadınlar onun evlərin arasıyla necə uçaraq keçdiyini görəndə indicə hansısa evəmi, ağacamı toxunub,
o dünyalıq olacaq deyə qorxuya düşürmüşlər.
– Uçur? – Coni inamsızlıqla soruşdu.
– Uçur, – qonşular təsdiqlədilər.
– Öz gözünüzlə görübsüz?
– Görmüşük.


Coni telefon nömrəsini vərəqələrə yazıb qonşulara payladı. “Onun haçan göydə uçduğunu
gördünüzmü, mənə xəbər verin. Onu vurub yerə salacağam. Göydə insanlar yox, quşlar uçmalıdır.
İnsanlar uçmağa başlasalar, bu çox təhlükəli olar. Birinin ürəyi tutacaq, birinin başı ağrıyacaq,
göydən buraxılacaq yerə, yerdəkilərin üstünə düşüb, onları da öldürəcək. Mən buna razı ola
bilmərəm”.
Qonşular həyəcanla etiraz elədilər, biz insanın öldürülməsinə qarşıyıq. Coni onlarla razılaşmırdı, bir
deyirsiz uçur, bir də deyirsiz insandır. Siz uçan insanı harda gördünüz? İnsanlar uçmamalıdılar, bu
dinimizə də ziddir. Allah bizi uçmaq üçün yox, yerdə gəzmək, qaçmaq, sürünmək üçün yaradıb.
Uçursa, quşdur. Biz də quşları öldürürük, məncə siz hansısa bir quşun öldürülməsinə qarşı
olmazsınız?
Coni qocanı uçan yerdə vurmaqda qərarlıydı. Poridən tüfəngi də alıb səbirsizliklə qonşulardan xəbər
gözləyirdi. Xəbər isə yox idi, ya qoca işlərin fırıq olduğunu görüb uçmağa son qoymuşdu, ya da
qonşular qocanın uçduğunu görsələr də, ona demirdilər.
Coni gedib arxın kənarında oturur, tüfəngi dizlərinin üstünə qoyub gözlərini belə qırpmadan göyə
baxırdı. Göydə qocanın ağappaq saqqalını küləyin necə yellədiyini görən kimi atəş açacaqdı. Pori
gəlib onu burda tapdı.
– Coni, burda neyləyirsən?
– Göyə baxıram, – Coni dedi.
– Orda nə axtarırsan?
– Qocanı. Vurub yerə salacağam.
Pori tüfəngi ondan almalı oldu. Coni, sənin beynin pozulur, nə bilim, bəlkə də quduz olursan. Tüfəng
səndə qaldığı sürəcə mən rahat ola bilmərəm. Sən qocanı nəyə görə öldürməlisən? Onsuz da onun
sayılı günləri qalır, bu gün var, sabah yoxdur. Onu öldürəcəksən, səni tutacaqlar, kimin tüfəngiylə
öldürdüyünü öyrənəndə isə, məni də qandallayacaqlar. İncimə, sən tərəfdən ancaq şər küləkləri əsir.
Coni şikayətlənirdi, Allah bu qoca yaramazın bəlasını versin, hardaydı gəldi, yaxamı tapdı. Pori, bu
psixopat məni dəli eləyəcək. Məndən əl çəkməyəcək, yaxamı buraxmayacaq. Sən deyirsən sayılı
günləri qalır, qoca idbar isə mənim ehsanımı yeyəcəyi günü gözləyir. Ölümü-filanı yaxın qoymur,
sanki Əzraillə müqavilə bağlayıb, ölüb eləməyəcək.
Qoca işindən qalmır, ona dinclik, rahatlıq vermirdi. Qarğaların çox qarıldayır, samovar yandırırsan,
tüstüsü mənim həyətimə gəlir, televizora çox səs verirsən, həyətdə qışqıra-qışqıra danışırsan. Mən
bununla barışa bilmərəm.
Barışmırdı da. Həftədə azından iki dəfə sahə müvəkkili onlara gəlib qonşusunu bir də narahat
eləməyəcəyi haqda Conidən izahat alırdı. Coni hirslənir, əsəbləri tüğyan eləyir, baş-gözünü
yumruqlayır, səsinin gur yerinə salıb müvəkkilə deyirdi. Adam, dəli! Sən də bunun sözünə inanıb hər
gün məndən izahat alacaqsan? Boş-bekar adamdır, səni də ələ salır, məni də. Sənsə onun sözüylə
gününü mənim həyətimdə keçirdirsən. Sənin başqa iş-gücün yoxdurmu?
Müvəkkil boynunu bururdu. Neyləyə bilərəm? Yazır, mən də ərizəni bağlamağa məcburam. O
dəlidirsə, sən də ağıllı deyilsən, niyə qocaya baş qoşur, onu hirsləndirirsən?
Coni qocanı çəpərin üstünə çağırıb, ondan da soruşdu:
– Niyə belə eləyirsən? Məqsədin nədir?
– Bağrını çatlatmaq istəyirəm, – qoca dedi.
– Qazancın nə olacaq?
– Səncə, nə olmalıdır? – qocanın gözləri işıldadı. – Ehsanını yeyəcəyəm. Başıma qoymuşam, sənin


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   68   69   70   71   72   73   74   75   ...   142




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə