İSTİ VƏ soyuq torpaqlarda



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə73/142
tarix10.11.2017
ölçüsü4,8 Kb.
#9616
1   ...   69   70   71   72   73   74   75   76   ...   142

ehsanını yeməsəm, nə ölə, nə də rahat ola bilərəm.
Coni indiyə kimi ona-buna sataşar, xoşu gəlməyən adamları cırnadar, ələ salar, lağa qoyardı. Ağlı
olanlar da ona baş qoşmaz, rəddə verərdilər. İndi isə tam tərsinə olmuşdu, qoca onu öz silahı ilə
vurur, ona əzab verirdi. Coni bunu heç cür qəbul eləyə bilmirdi. Başa düşürdü, nə qədər geri çəkilsə,
qoca bir o qədər üstünə gələcək. Ona görə də qocanın üstünə gedirdi. Bu gün də işə gedəndə çəpər
üstə gəlib bağda işləyən qocanı səslədi. Qoca yaxınlaşanda ona diqqətlə baxıb dedi:
– Qoca, işlər tamamdır. Sifətin qaralıb, cəhənnəm adamına oxşayırsan. Məncə, axşama çatdırmazsan,
o tərəflərə üz tutarsan.
– Yanılırsan, Coni, – qoca istehza ilə dilləndi, – axşama da çatdıracağam, o biri axşamlara da. Səhər
on kilometr qaçmışam, bir kasa da balqabaq şirəsi içmişəm. Özümü quş kimi hiss edirəm. Coni, mən
təkcə səninlə kifayətlənməyəcəyəm. Bəzən mənə elə gəlir, bütün şəhər öləcək, mən hamının ehsanını
yeyəndən sonra şəhərdə tək-tənha qalacağam. Yalnız ehsanını yeməyə bir kimsə qalmayandan sonra
acımdan öləcəyəm.
– Səni görüm lənətə gələsən! – eşitdiklərindən əti ürpəşən Coni nifrətlə dedi.
Bu gün Coninin ovqatı düzəlmirdi, qocanın dedikləri təkrar-təkrar qulaqlarında səslənirdi. Bu bütün
şəhərin adamları ölənə kimi yaşayacaq, onların ehsanını yeyəcəkdi. Sonra da tək-tənha xəyalət
şəhərin küçələrinə düşüb ölüm haqda düşünəcəkdi. Adamlar hamısı öləndən sonra şəhər necə
olacaqdı? Küçələrdə, yəqin, itlər, pişiklər, siçovullar, bir də bu qoca dolaşacaqdı.
Coni içmək, hər şeyi unutmaq istəyirdi. Nahara araq aldı, Pori kartof qızartdı, Biloya da zəng
elədilər, Bilo da meyvə, şirniyyat almışdı. Oturub yeyib-içirdilər, süfrəni yığışdırıb çay içməyə
başlayanda Bilo dedi, Coni, səndən əvvəl ölsəm, Xanı çağırarsan, qəbrim üstə “Dəşti” oxuyar. Bu bir
vəsiyyətdir.
– Amma necə vəsiyyətdir? – Coni könülsüz halda dilləndi, – Xanı bəlkə də dilə tutub qəbiristanlığa
apara bildim, amma molla orda onun oxumasına razı olarmı?
– Razı olmaz, qovarsan, gedər.
– Onda da meyitin aralıqda qalar.
– Coni, öləndən sonra meyitimin harda qalmasının mənim üçün elə bir önəmi yoxdur. Önəmli olan
qəbrim üstə Xanın “Dəşti” oxumasıdır. Axundu qovarsan, duzəkənlərin öz mollası basdırar məni. O
da çəm-xəm eləsə, arxasına iki təpik vurub, onu da qovarsan. Meyitimi qucağına götürüb qəbrə qoyar,
üstümü torpaqlarsan. Başdaşı-filan da qoymazsız. Dağdan qara bir daş gətirib başdaşı yerinə
qoyarsız, qurtarıb gedər. Coni, sən dediklərimi yadında saxladınmı?
Coni səsindəki istehzanı gizləməyə çalışaraq dedi, saxladım, Xan gələcək, qəbrinin üstündə “Dəşti”
oxuyacaq. Daş məsələsi də mənlikdir, özüm məxsusən dağlara gedib, qara daş gətirəcəyəm.
Coni heç nə başa düşə bilmirdi, niyə bu gün ancaq ölüm-itim haqda danışırdılar? Qonşuluğuna ehsan
yeyən qoca köçmüşdü, bunlar da qoca ehsan yeyə bilsin deyə ölməyə tələsirdilər.
Payızın axırlarında Səmoşu xəstəxanaya apardılar. Pori heç yerdə qərar tuta bilmirdi, özündə-
sözündə deyildi. Ürəyi həyəcanla vurur, səbirsizliklə xəstəxanadan xəbər gözləyirdi. Coni gələcək,
ona deyəcəkdi, Pori, məni başa sal, bu necə ola bilər, oğlumun başında eynilə səninki kimi üç ağ
zolaq var. Bir yerdə çörək kəsirdik, dostluq eləyirdik, sənsə mənə xəyanət elədin. Hər dəfə də bu
səhnəni təsəvvür eləyəndə qorxudan yox, xəcalətdən əriyib yerə girirdi. Hələ bir Əfi nə deyəcəkdi?
Əgər düşündüyü kimi olacaqdısa, Conidən çox, Əfiylə qarşılaşmaq istəmirdi. Qoşalülə tüfəngi
doldurub hazır saxlamışdı, xəstəxanadan bu xəbər gəlsəydi, düşünmədən gicgahına sıxacaqdı.
Coni hay-küylə çayxanaya gəldi.


– Oğlum olub! – sonsuz sevinc içində deyirdi.
Coni bu qədər sevinirdisə, demək, uşağın başında üç ağ zolaq yox idi. Olsaydı, indi onu sorğu-suala
tutmuşdu. Bununla belə, boğazı qurumuş, dil-dodağı təpimiş Pori cəsarətsiz halda soruşdu:
– Uşağı gördün?
– Hə, – Coni təsdiqlədi, – gətirib göstərdilər.
– Sənə çoxmu oxşayır?
– Sağ-salamat olub, bəsimizdir, – Coni onun niyə soruşduğunu bilmədiyindən bəxtiyarcasına deyirdi,
– kimə oxşamasının nə fərqi var? Bircə qəlyançəkənlərə oxşamasın.
Bəlkə də Coni diqqət verməmişdi, indi də Pori ürəyi əsə-əsə Əfinin xəstəxanadan qayıtmasını
gözləyirdi. Əfi də gəlib deyəndə ki, Səmoşun qəşəng bir oğlu olub, sanki Porinin çiyinlərindən dağ
götürüldü. Arxayınlıqla nəfəs aldı. Uşaqda qəribəlik, ona oxşarlıq olsaydı, Əfi belə sakit danışa
bilməzdi. Demək, Səmoşun şübhələri əsassız imiş, uşaq öz ərindən imiş. Bu, Porini hədsiz sevindirdi.
Əfinin də oğlu oldu. Ən qəribəsi isə Porinin öz oğlunun da başında üç ağ zolaq olmadı. Pori çaşıb
qalmışdı, Əfi də onun kimi düşünürdü. Mən elə zənn eləyirdim, mütləq oğlumun da başında üç ağ
zolaq olacaq, evdə iki porsuq gəzib-dolaşacaq, amma olmadı. Görünür, bir porsuqla keçinəsi
olacağıq.
Səmoşu görəndən, xüsusilə də bu qadınla sevişməyə başlayandan sonra Porinin Əfiyə olan sevgisi
keçib getmişdi, xəyalında, gözlərinin önündə yalnız Səmoş var idi, hara baxırdısa, bu mavi gözlü
sarışın qadını görürdü. Oğlu isə yenidən qəlbindəki sevgi duyğularını oyatdı, indi də oğluna
bağlanmışdı, işə gedəndə oğluyla oynayıb gedir, qayıdandan sonra da oğlunun yanına tələsirdi. Sakit
uşaq idi, gecələr rahat yatır, onları yuxudan eləmirdi. Coninin deməyinə görə, onun oğlu da ağlağan
deyildi, indi evdə, işdə söhbətləri ancaq uşaqları haqdaydı. Anaları evdə qalırdılar, uşaqların qırxı
çıxandan sonra işə gedəcəkdilər.
Oğlu olandan sonra Coni də ailəsinə çox bağlanmışdı, əvvəlki tək əsəbi deyildi, hətta qocaya belə
baş qoşmurdu. Amma əvvəllər olduğu tək arada kafedəki qızların yanına gedirdi. Getməyəcəyini bilsə
də, onu da aparmağa cəhd eləyirdi. “Pori, bir kişinin həyatında yalnız bir qadın olarsa, heç qırx yaşı
adlamamış impotent olacaq. Xüsusilə də sizdə olduğu kimi, qadın güclü olarsa, evdə hakimiyyət
qadının əlində olarsa, kişinin impotentliyi qaçınılmazdır. Bir kişi üçün də impotentlik elə ölüm kimi
bir şeydir. Şəxsən mən ölümə daha çox üstünlük verirəm”. “Uydurursan, – Pori pərt halda etiraz
eləyirdi, – yer üzündə arvadına sadiq olan milyonlarla kişi var. Onlar hamısı qırx yaşdan sonra
impotent olacaqlar?” “Hə! – Coni gözünü qırpmadan dedi. – Olacaqlar yox, artıq olublar. Nə gözünü
döyürsən, yoxsa adam gəlib sənə deyəcək, bəs iş belədir, mən impotent olmuşam? Daha qadınlara
yaxın düşə bilmirəm. Deməyəcək. Kişilər utandıqlarından bunu gedib həkimə demirlər, qalıb sənə
deyələr. Bir özün fikirləş, qadının uşağı olub, azından iki-üç ay əlaqədə ola bilməzsən. Bəs cavan bir
kişi üç ay qadınsız necə qala bilər? Ona görə də kişi seçimini eləməlidir, ya xəyanəti seçməlidir, ya
da impotentliyi. Mən daima formada qalmaq üçün imkan düşdümü, başqa qızların yanına getməklə
yanaşı babalarımın cınanmış üsullarından da istifadə eləyir, qış uzunu zəncəfil yeyirəm”. “Coni, sən
təsadüfən qarışdırmırsan ki? Mənim bildiyim qədəriylə sənin babaların təbabətlə yox, duz əkməklə
məşğul olublar. Elə isə sən hansı üsullardan danışırsan?” “Duz əkməklə məşğul olublar, amma ən çox
təbabətlə məşğul olublar. Duz əkinçiliyində bir şeyə nail ola bilməyiblər, təbabətdə isə böyük uğurlar
qazanıblar”.
Çox danışır, dil tökür, amma Porini apara bilmirdi. Pori getməkdən boyun qaçırır, ürəyində isə
düşünürdü, Coni, bəlkə də haqlısan, amma mənim impotentlik qorxum yoxdur. Çünki mənim


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   69   70   71   72   73   74   75   76   ...   142




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə