İSTİ VƏ soyuq torpaqlarda



Yüklə 4,8 Kb.

səhifə75/142
tarix10.11.2017
ölçüsü4,8 Kb.
1   ...   71   72   73   74   75   76   77   78   ...   142

olacaq.
Nahardan sonra birdən-birə yağış yağmağa başladı, yağış çayxananın damını, qovaq ağaclarını
döyəcləyirdi, qarğalar yağışdan qorunmaq üçün büzüşüb qanadlarını yığmışdılar. Coni yağışı çox
sevirdi, yağmağa başladımı, pəncərə qabağına gələr, yağışa baxardı.
İndi də pəncərənin qabağında dayanmışdı, yağışın necə yağmasına, səkilərlə, arxlarla axan bulanıq
sulara baxırdı. Birdən səkiylə gedən bir dəstə adam diqqətini cəlb elədi. Uzun ətəkli əbalar geyinmiş,
çalma qoymuşdular, uzun saqqalları sinələrinə düşmüşdü. Yağış yağdıqca uzun saqqallarıyla su
süzülürdü.
– Bunlar kimdir? – heyrətlə dedi.
Çay içən tarix müəllimi boylanıb pəncərədən baxdı, qocaları görəndə gülümsəyib dedi:
– Görmürsən, saqqallarıyla su süzülür! Bunlar saqqalları islananda heç bir iş görə bilməyən tayfanın
adamlarıdır. Gərək isti, yağış tutmayan bir yer tapalar, saqqallarını elə qurudalar ki, uzun tüklər bir-
birinə toxunanda cingildəyib qığılcım verə. Onda nəsə bir iş görə bilərlər. Yoxsa saqqalları yaş
olanda, heç bir iş görə bilmirlər.
 
 


XVIII. Bayram və matəm
 
 
– Onlar ağlaşır, başlarını xəncərlə yarır, sinə döyürlər. Onlara nə olub?
– Əsrlər öncəsi onların imamlarını öldürüblər, onun üçün ağlaşırlar.
– Onların çaylarından qan rəngində sular axır, havadan, sudan qan qoxusu gəlir. Onlara yenə nə olub?
– Onlara heç nə olmayıb. Bu gün onların Qurban bayramıdır. Bayram eləsinlər deyə heyvanların
başlarını kəsirlər.
 
***
Qurban bayramı yaxınlaşırdı, Coni deyirdi, gəl bir qoç alıb kəsək. Pori etiraz elədyirdi, mən baş
kəsməyə qarşıyam, deyirdi, əgər bayramdırsa, bayramda baş kəsməz, qan axıtmaz, bir canlını
canından eləməzlər. Coni, sizin nəzərdə tutduğunuz bayram yox, heyvan qırğınıdır. Məmləkəti mal
böyürtüsü, keçi, qoyun mələrtisi başına götürür, minlərlə heyvanların başı kəsilir, çaylarımızdan su
yerinə qan axır, sizsə buna bayram deyirsiz!
Coni öz bildiyini elədi, Qurban bayramı günü gedib bazardan iri bir qoç alıb gətirdi, həyətində
bağlayıb onu da çağırdı. Qoçu görəndə və Coninin onu nə məqsədlə aldığını biləndə Porinin rəngi
ağardı.
– Coni, – dedi, – Allah İbrahim peyğəmbərə qoç göndərməklə bir insanı ölümdən xilas eləyib, bir
atanın oğlunun başını kəsməsinin qarşısını alıb, müsəlmanları rüsvayçılıqdan və bəlalardan qurtarıb.
Əks halda, Qurban bayramıdır deyib atalar oğullarının başlarını kəsəcəkdilər. Daha biz bəndələrinə
deməyib ki, siz də bu gündən başlayaraq ilin bu günündə qoçları, heyvanları kəsin. Uca haqqın bu gün
üçün bizə göndərdiyi mesaj budur, siz də bu gün müsəlman bacı və qardaşlarınızı ölümdən, dərddən,
bəladan, ehtiyacdan xilas eləyin. Bəs biz müsəlmanlar heyvan qətliamı törətməklə, milyonlarla
qoyunun, cöngənin, dəvənin başını kəsməklə kimləri xilas eləyirik? Heç kimi! Həmişə olduğu kimi
yenə də tərsə başa düşmüşük. İbrahim peyğəmbər oğlunu kəsmədi, qoçu kəsdi. Sənsə belə bir
məcburi seçim qarşısında qalmadığın halda niyə yazıq qoçu canından eləyirsən?
– Sən nə demək istəyirsən? – Coni başını əsdirirdi. – Çox danışdın, hər şeyi qarışdırdım. İndi biz bu
qoçu neyləyək? Kəsməyək?
– Kəsməyək! – qətiyyətlə dedi. – Coni, bayram günündə baş kəsməyək, qan axıtmayaq. Qoçu yolun
kənarına çıxardıb sataq, pulunu da imkansız ailələrə bağışlayaq!
Coni gözlərini bərəldirdi. Sataq? Pulunu imkansız ailələrə bağışlayaq? Pori, məni bağışlayacaqsan,
sən bir canavarın öz ovunu aparıb başqa heyvanlara hədiyyə elədiyini gördünmü? Bir ətək pul verib
qoç alım, onu da aparım kimlərəsə bağışlayım? Onlar kabab çəkib yesinlər, mənim də ağzımın suyu
axsın? Görməzlər! Axtarsan, bu məhəllədə ən imkansız adam mənəm. Amma bir kimsə qoç yox, heç
mənə toyuq da gətirib vermir.
Coni ona qulaq asmayıb qoçu kəsdi, doğradı, iki bərabər hissəyə böldü. Yarısını özlərinə götürüb
dedi, mən öz payımı götürdüm, Səmoş qovurma bişirəcək, mən də kabab çəkəcəyəm. Sənsə apar öz
payını kimsəsiz ailələrə bağışla, bu artıq sənin işindir. Qoy sənə dua eləsinlər, sağ ol desinlər.
Başkəsənlər də onlara qurban payı göndərmişdilər. Əfi ətin xeyli hissəsini qonşuluqdakı kasıb
ailələrə payladı. O da Əfinin təkidiylə manqal yandırıb kabab da bişirdi, amma bircə tikə də kabab
yeyə bilmədi. Hər yerdən qan, kabab qoxusu gəldiyi bir vaxtda ət yeməkmi olardı? Bir həftə evlərdən


ət, qan qoxusu çəkilmədi. Arxlardan, çaydan qan rəngli sular axdı, manqal tüstüsü, kabab tüstüsü
şəhərin üzərinə çöküb qaldı. Qonşuların deməyinə görə Qurban bayramının davam elədiyi bu üç-dörd
gündə qoca bircə dəfə də olsun uça bilmədi. Ayaqlarını yerə vurub havaya sıçrayır, amma başı
şəhərin üzərinə çökmüş tüstü qatına dəyir, yellənə-yellənə gəlib yerə düşürdü. Heç cür tüstü qatını
deşib yuxarı qalxa bilmir, bazara balqabaq almağa taksiylə gedirdi.
Bir dəfə isə ayaqlarını yerə zərblə vurub havaya necə sıçramışdısa, tüstü qatını deşib yuxarı qalxa
bilmişdi. Amma indi də qalmışdı tüstüdən yuxarıda, nə tüstünü deşib bazara düşə bilirdi, nə də evinə
qayıda bilirdi. Yuxarıdan qonşuları səsləyirdi, deşin bu tüstünü, qoy mən yerə düşüm. Yoxsa burda nə
balqabaq şirəsi içə bilirəm, nə də ehsan yeyə bilirəm, acımdan öləcəyəm.
Qonşular aşağıdan yuxarı ona qışqırırdılar, əlimiz ora çatmırsa, biz tüstünü necə deşə bilərik? Bunun
üçün bulud dağıdan top lazımdır. O da sovet vaxtında vardı.
Coni sevinirdi, tüstü deşmək-filan nədir? Tüstü qatını deşən deyilik, göyü deşərik, orda nə qədər su
var, tökülər başımıza, boğularıq. Öləcəksə, qoy ölsün, bizmi ona demişdik uç, tüstü qatını deş,
göylərə qalx?
Qonşulardan ürəyi yuxa olanlar bu işə baxan nazirliyə zəng eləmişdilər, bir vertalyot göndərin, qoy
qocanı ordan götürsün. Yoxsa adam göydə acından öləcək. “Ordan, yəni hardan?” – telefona cavab
verən məsul işçi soruşmuşdu. “Şəhərimizə çökən tüstü qatının üstündən”, – ona demişdilər. “Onun
orda nə işi var? Nəyə görə tüstü qatının üstünə çıxmalıymış? Çıxmağa yermi tapa bilmirdi?” Qonşu
xeyli danışmışdı, adam işin nə yerdə olduğunu başa düşməsə də, ondan nə tələb olunduğunu başa
düşüb demişdi: “Siz heç bilirsiz bir vertalyotun uçub ora gəlməsi, hansısa qocanı hardansa götürüb
yerə salması dövlətə neçəyə başa gəlir? Ala-səfeh bir qocadan ötrü o qədər xərc çəkməyə dəyməz.
Qoy qalsın orda. Ölüb eləyən deyil. Ölərsə də, ölər. Onun elə ölən vaxtıdır, o da ölməsin, cavanlarmı
ölsün?”
Doğrudan da ölmədi, byramın üçüncü günü güclü külək oldu, tüstünü qovub dağıtdı, qoca da yerə
düşə bildi. Canlı insandan çox kölgəyə oxşayırdı. Qurban ətindən fazlasıyla yemiş adamlardan
ölənlər çox olduğu üçün, qoca bir gündə üç-dörd yerdə ehsan yedi. Dirçəlib özünə gəldi.
Qurban bayramı günlərində araq içə bilmirdilər, evdə arvadları qəti etiraz eləyirdilər, qurban ətiylə
araq içmək olmaz deyə. Çayxanada da Bilo imkan vermirdi, bir həftə gözləsək, nə olasıdır,
müsəlmanlar bayram eləsinlər, bizsə araq içək?
Gözlədilər, amma Qurban bayramından sonra araq almaq istəyəndə yenə də Bilo etiraz elədi, olmaz,
iki həftə də gözləməliyik. Məhərrəm ayı girib.
Conini od götürdü: “Mənə nə sənin məhərrəm ayından? Mənim atam şiə, anam sünnidir, özüm də
sünni hesab olunuram. Məhərrəmliyin, əzadarlığın mənə dəxli yoxdur. Bilo, biz ağlayıb baş–
gözümüzə döyməklə, başımızı yarmaqla nə olasıdır? Bunun islama, müsəlmançılığa nə faydası var?
Neçə əsrlərdir ağlayıb-sıtqamaqla nəyə nail olmuşuq, bundan sonra nəyə nail olaq?” “Mən molla
deyiləm, – ondan fərqli olaraq, Bilo sakitcə cavab verdi, – dediklərinə cavab verə bilmərəm. Amma
bir halda bu günləri özləri üçün matəm hesab eləyən insanların arasında yaşayırıq, bir halda
atalarımız, babalarımız bu ayı matəm ayı hesab eləyiblər, onların inanclarına hörmətlə yanaşmalıyıq”.
Pori elə də ciddi etiraz eləmirdi, Coni isə sakitləşmək bilmirdi. Mən yanaşmıram, bir kimsənin nə
dini inancına, nə də ateist inancına hörmətlə yanaşmıram. Mən içmək istəyirəm, vəssəlam.
Belə deyir, Bilo gedən kimi də gedib araq alıb gətirir, Pori içməsə də, təkbaşına içirdi. Hələ bir onu
da məzəmmətləyirdi. Pori, sənə ürəyim ağrıyır, evdə arvaddan qorxursan, burda da Bilodan. “Mən
heç kimdən qorxmuram, – Pori razılaşmırdı, – məsələ sən deyən kimi deyil. Küçəyə çıxırsan, matəm




Dostları ilə paylaş:
1   ...   71   72   73   74   75   76   77   78   ...   142


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə