İSTİ VƏ soyuq torpaqlarda



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə77/142
tarix10.11.2017
ölçüsü4,8 Kb.
#9616
1   ...   73   74   75   76   77   78   79   80   ...   142

salıb? - deyə sarsılmış halda soruşurdu. Coni başlarına gələnləri danışanda qadınlar dəhşətə gəldilər.
Səmoş hiddətlə deyirdi: “Yaxşı, bu uşaqların ataları vəhşiydi, heyvandı, bəs anaları? Oğlumu kimsə
qucağına götürə, başını qəməylə yarmaq istəyə, gücüm də çatmasa, dişimlə onun boğazını gəmirər,
barmaqlarımla gözlərini oyub tökərəm!” “Mən də eynən! – Əfi cingiltili səslə dedi. – Bundan ötrü
sizi tutsaydılar da, sizi qınamayacaqdım. Uşaqları qurtarmaqda yaxşı iş görübsüz! Amma bu
vəziyyətdə evə niyə gəlibsiz? Ayaq üstə güclə dayanırsız, diliniz söz tutmur, təcili xəstəxanaya
getməliyik”.
Coni xəstəxana söhbətini yaxın qoymurdu, ordakı həkimlər hamısı əzadarçıların qohum-əqrəbalarıdır,
müalicə nədir, polislər olmasaydı, əllərindən salamat qurtarmayacaqdıq. Keyləşdirici vurmadan
yaralarımızı tikirdilər, bağırtımız xəstəxananı başına götürmüşdü. Deyirsən, gedək, bizi yenə də
bağırtsınlar, siz də qulaq asasız?
Sizi heç kim bağırda bilməz, Əfi onu arxayınlaşdırdı, o xəstəxananın baş həkimi bizim uzaq
qohumumuzdur. İndicə atama zəng eləyərəm, ona tapşırar, daha sizi orda incidən olmaz. Getməliyik,
yoxsa sabaha sağ çıxmazsız. Üzünüzdə qan həsrəti yoxdur.
Əfi atasına zəng elədi, sonra da taksi çağırdı, birlikdə xəstəxanaya getdilər. Bayaq bura gələndə
onları qaşqabaqla, nifrət və hiddətlə qarşılayan xəstəxana işçiləri indi sanki əzizlərini, doğmalarını
görmüşdülər. Üzlərinə gülümsəyir, bayaqkı anlaşılmazlıq üçün üzr istəyirdilər. Yaralarını təzədən
yuyub tikdilər, sarıdılar, iynə vurub sistem köçürtdülər. Dedilər çox qan itiribsiz, yaralarınız da
ciddidir, azından bir həftə yatmalısız. Onlara televizoru, soyuducusu, ayrıca ayaqyolusu, hamamı,
hətta enli pəncərəsinin qabağındakı taxta dibçəkdə limon ağacı olan palata verdilər. Limon ağacının
üstündə azından otuz-qırx limon var idi. Baş həkim özü məxsusən onlara baş çəkməyə gəlmişdi,
vəziyyətləri ilə maraqlandı, onlara təmiz yatacaqlar verilməsini, nəsə lazım olarsa, hansısa dərmana,
iynəyə ehtiyac duyularsa, birbaşa onun özünə zəng eləməyi tapşırıb getdi.
Paltarlarını dəyişib, yataqlarına girdilər. Coninin ən çox limon ağacından xoşu gəlmişdi, Səmoş, dedi,
çay dəmlə, ağacdan da iki limon çırpışdır. Bu ağacın limonu qurtarmayınca heç hara getdi yoxdu.
Çayxanada limonlu çay içməyi iştahım çəkmir, burda ağacdan özün dərib içməyin ləzzəti başqadır.
Ancaq həkim ona limonla çay içməyə icazə vermədi, adam, dedi, səndə qan qalıb hələ bir limonla da
çay içəsən. Çay içə bilərsən, ancaq tünd çay, həm də şokaladla.
Səhərisi dostlar, qohumlar gəlir onlara baş çəkirdilər. Başkəsənlər də gəlmişdilər, adamlar həmişə
olduğu kimi qaşqabaqlıydılar, söz yox, başkəsənlərin üzlərinin gülən vaxtı olmurdu, həmişə
qaşqabaqlı, ciddi olurdular, amma bu dəfə qaşqabaqları yer süpürürdü. Bunlara nə olub, Pori fürsət
tapıb pçıltı ilə Əfidən soruşdu. Qəməni mənə soxublar, bunlar soncuqlayırlar. Hə, yəqin onları
saymayıb, yeznələrini qəmələyiblər deyə narahatdılar, namlarına xələl gəlib. Yox, Əfi başını
yırğaladı, sizin əzadarlıq eləyənlərə hücum çəkməyiniz xoşlarına gəlməyib. Deyirlər, bunlar dəlidilər,
əzadarlıq eləmirsiz, eləməyin, daha niyə əzadarlıq eləyənlərə qəmələrlə basqın eləyirsiz? Belə şey
görülməyib. Amma bizim yeznəmiz bunu da elədi.
Başkəsənlər gedəndən sonra ortancıl qaynı, məktəbdə psixoloq işləyən qaynı qaldı. Yeznə, dedi, sən
deməsən də, qırımınla, hərəkətlərinlə hər şeyi biruzə verirsən. Bizdən xoşun gəlmir, bizi sivil
cəmiyyətdən uzaq adamlar hesab eləyirsən.
Qulaq asır, gözləri kəlləsinə çıxırdı, bu psixoloq başkəsən bunları hardan bilirdi? Adam onun ürəyini
necə oxuya bilmişdi? Eyni ilə dediyi kimiydi.
Qaynı sözünə davam elədi, amma sən düşünən kimi deyil. Biz məhərrəmçilikdə baş yarmaq, sinə
döymək nədir, heç ağlamarıq da. Niyə də ağlayaq? İmam Hüseyn indi cənnətdədir. İslama görə də bu


dünya fani dünyadır, heçdir, puçdur. Əsl dünya, həqiqi dünya, o dünyadır, onun da ən gözəl yeri
cənnətdir. Elə isə biz əsl dünyada, həqiqi dünyada, cənnətdə olan üçün ağlarıqsa, islamın, şəriətin
əleyhinə getmiş olarıq. Dolayısıyla bu dünyanın fani yox, əsl dünya olduğunu təsdiq eləmiş olarıq.
Yoxsa fani dünyadan köç eləyib həqiqi dünyanın cənnətinə gedən üçün nəyə görə də ağlamalıymışıq?
İmam Hüseyn qəhrəmanlıq göstərdi, əyilmədi, sınmadı, qorxmadı, sonunu düşünmədən ölümün
gözünün içinə düz baxdı, dik baxdı. Belə bir qəhrəman üçün, belə bir bir qəhrəmanlıq mübarizəsi
üçün ağlaşarıqsa, bundan sonra kimin elə qəhrəmanlıqlar göstərəmyə həvəsi qalar? Sinə yarmaqla,
baş yarmaqla bu müsəlmanlar nə demək istəyirlər? Kimi qorxudurlar, kimə güc göstərirlər? Bütün bu
göstərilər islamı parçalamaq üçündür. Stalin kimi diktator “oğul ataya cavabdeh deyil”, deyirdi.
Bunlarsa on beş əsr bundan əvvəlki qırğını törədənlərin balalarından qisas almaq istəyirlər. Amma
biz yenə də bu kimi işlərə qarışmarıq, qarışanları da sevmərik. Əzadarlıq eləyirlər, buyursunlar,
eləsinlər. Kimə nə dəxli? Oğlunun başını yarmaq istəyən bu gün də olmasa, sabah yaracaq. Sən bu
gün qəməni onun qarnına soxub mane oldun, sabah kim mane olacaq? Sənə də məətəl qalmışıq, toyuq
başı kəsməyə əlin gəlmir, amma qəmə götürüb əli qəməlilərin üstünə cumursan. Səndə belə ürək
olduğunu heç təsəvvür eləməzdik.
Qaynı gedəndən sonra Pori düşünür, qaynını haqlı hesab eləyirdi. Bu gün mane oldular, qoymadılar
oğlunun başını yara. Bu peysər bununla əl çəkəcəkdimi? Sabah oğlunu elə həmən meydana gətirəcək,
başını elə həmən qəmə ilə yarıb, ən nəhayət sakitləşəcəkdi. İmamdan savab alacaqdı, müsəlman
dünyasından alqış qazanacaqdı.
Qəlyançəkənlər də gəlirdilər, ən sonda Porinin qayınatası da gəldi. Kişi onlarla görüşdü, dilucu
Coninin kefini soruşdu, sonra dedi. Coni, gərək bağışlayasan, əliboş gələsi oldum. Yaxşı meyvələr,
meyvə şirələri almışdım. Amma aşağıda mühafizəçi buraxmadı. Deyir belə şeyləri xəstəxanaya
buraxmırıq. Sənin meyvənə, meyvə şirənə qalan yoxdu, Coni narazı halda deyindi, elə yaxşı eləyib
buraxmayıb. İki dənə çürümüş, qurdlu alma gətirəcəksən, sabah da söz-sözə gəldikmi, başıma qaxınc
eləyəcəksən. Bəs Coni sən xəstəxanada yatanda yanına meyvə daşımaqdan qollarım qırıldı. Meyvə
dükanlarınla şirə, meyvə qoymadım, hamısının ağzını döndərdim xəstəxanaya sarı. Xəstəxanaya gecə-
gündüz meyvə çayı axırdı.
Kişi tutuldu, Coni, sən çox qabiliyyətsiz adamsan, dedi, çox alçaq adamsan! Elə danışırsan, sanki
qəməni əzadarlaq eləyənlər yox, mən sənə soxmuşam. Bu oğraşdarın da başına haranın daşı
düşmüşdü, bunu əməlli soxa bilmirdilər! Belə soxasan, sonra da burasan! Amma yadında saxla, mən
kimisə ağıllandırmaq istəyəndə, qəmədən istifadə eləmirəm. Zollayıram, qurtarıb gedir! Sən özün də
bunun canlı şahidisən!
Qayyınpedər, nə danışdığındır? Conini od götürmüşdü. Sən bir saçından, başından utan. Sənin
zollayan vaxtındır? Mənə qəmə soxursan, hələ bir burursan da! Ordan bura elə bunları mənə demək
üçün gəlmişdin? Şirə buraxmırlar, meyvə buraxmırlar, sən də ona görə yaxşı meyvələrini, şirələrini
gətirə bilməyibsənsə, bəs bu stolların üstündəki meyvələr, şirələr bura hardan gəlib? Niyə
buraxıblar? Orda bir balaca etiraz eləyiblər, sənin də Allahından olub. Çünki sən o meyvələri,
şirələri mənim üçün məcbur qalıb gətiribsən. El gözünə, bəs deməsinlər qayınpedər yeznənin yanına
əliboş gedir. Yoxsa o şirə mənim canımın dərmanı ola, biləsən dilimə vuran kimi ölümdən
dönəcəyəm, yenə də gətirməzsən!
Kişi qapqara qaraldı, elə hirslənmişdi, daha Coninin ona qayınpedər deməsinə də əhəmiyyət
vermədi. Doğrudan, hə, bəs bunları niyə buraxıb? Mən indi ona göstərərəm!
- Göstərəcəksən, ya zollayacaqsan? – Coni soruşdu.


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   73   74   75   76   77   78   79   80   ...   142




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə