İSTİ VƏ soyuq torpaqlarda



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə79/142
tarix10.11.2017
ölçüsü4,8 Kb.
#9616
1   ...   75   76   77   78   79   80   81   82   ...   142

məxsusdur? Olmaya onu doqquz ay qarnında sən gəzdiribsən? Mənimlə məsləhətləşsəydin, heç
olmaya bircə yol insanlığına salıb, mənim də fikrimi soruşsaydın, bəlkə də səninlə razılaşardım.
İndiki halda isə sənin ad qoymağa haqqın yoxdur! Uşağın adı Mərənd olacaq!”
Qəlyançəkənlər gedəndə qayınpedəri ona dedi, yeznə, səni elə ilk gündən gözüm tutmadı. Mənim də
kimi gözüm tutmursa, ona arada bir əl gəzdirirəm. Yəqin unutmayıbsan, mən əl gəzdirməyin
ustasıyam. Xəstəxanada güzəştə getdim, amma and içmişəm, bir də güzəşt olmayacaq.
Coni də ağzını açdı, əl gəzdirməyənin lişni var yoxunu... demək istəyirdi ki, qəlyançəkənlərini
qaşqabaqlı sir-sifətlərinə baxıb udqundu, “lişni”yə qədər gedib, dişi bağırsağını kəssə də, orda
dayanmalı oldu.
- Lişni nə? – qayınpedəri soruşdu.
- Lişni heç nə! – yana-yana dedi.
Qəlyançəkənlər gedəndən sonra Səmoş düşdü Coninin üstünə. Utanmırsan, yalan danışırsan? Sən
xəstəxana işçilərinə şirə, meyvə paylayarsan? Gecə-gündüz şirə içirdin, hələ bir Poriyə də deyirdin,
bu şirə ləzzət verir, elə bil qayınpedərimin qanını içirəm. “Səmoş, xəstəxanada ölüm ayağında olanda
belə mənim yaralı bədənimə zollamaq istəyənin qanını da içərəm, imkanım olsa, ətini də şişlərə çəkib
yeyərəm!” “İçdin də nə oldu? Daldada asıb-kəsmək, qeybət qırmaq kişiyə yaraşmaz. Sözün var, keç
qarşısına, de, alnının ortasına!” “Ay sağ ol, keçim qarşısına, sözümü deyim alnının ortasına.
Qayınpedər də kuvaltlarıyla sümüklərimi qırsın!” “Onda səsini kəs, kirimişcə otur!”
Beləcə evdə uşağı iki adla, Dəniz və Mərənd adlarıyla çağırmağa başladılar. Belə mübahisələrdə,
fikir ayrılıqlarında həmişə Coni uduzur, öz fikrini sona qədər yeritməyə iradəsi çatmırdı. Yenə də
uduzdu. Bir azdan uşağa Dəniz deyilməsi unuduldu, adı Mərənd qaldı. Özünü təhqir olunmuş hesab
eləyən Coni arvadına dedi: “Yaxşı, siz deyən olsun”. “Biz deyən olacağını bilirdinsə, gərək əvvəldən
əl-ayağını dağıtmayaydın”, – arvadı öyüdverici tərzdə dedi. “Demək, məni əzin, alçaldın, amma
səsimi də çıxartmayım? Qəlyançəkənlərin ulu babası Mərənd dağının ətəklərindən gəlibsə, bu dağ
onlar üçün belə əzizdirsə, qoy öz uşaqlarının, nəvələrinin adlarını Mərənd qoysunlar. Nəyə görə
mənim oğlum onların ulu babasının Mərənd ətrafından köç eləməsinin tarixçəsini öz adında
yaşatmalıdır? Bu hökməndirsə, yəni uşaq adıyla ulu babalarının harasa köç etmələrini yaşatmalıdırsa,
niyə duzəkənlərin ulu babalarının köç tarixini öz adında yaşatmasın?” “Öz adında ona görə
duzəkənlərin ulu babalarının harasa köç eləmələrinin tarixçəsini yaşada bilməz ki, duzəkənlərin ulu
babaları heç hardan heç hara köç eləməyiblər. Elə o torpaqda doğulublar, o torpaqda da yox olub
gedəcəklər. Ağzında duzəkən deyirsən, bir duzəkənin nə tarixi ola bilər, ya da onun ulu babaları
hardan köç eləyə bilərlər?”
Porigildə də buna oxşar mənzərə təkrarlandı. Başkəsənlər yığışıb gəldilər, Porinin etirazına
baxmayaraq, gətirdikləri qoçu həyətdə kəsdilər, manqal qoyub kabab bişirdilər, yedilər, içdilər,
namazlarını qılıb, artırmadakı xalçanın üstündə bardaş quraraq oturdular və qərarlarını elan elədilər.
– Biz istəyirik, uşağın adı Səhənd olsun.
– Biz, yəni kim? – Pori çaşıb qalmışdı.
– Başkəsənlər.
– Bu nə addır belə?
– Səhənd Ərdəbil ətrafında dağdır. Ulu babamız indi yaşadığımız kəndə ordan gəlib.
Conidən fərqli olaraq Pori cürətsiz halda, səsini qaldırmadan etiraz eləyirdi. “Elədirsə, uşaq öz ulu
babalarının hardansa gəlmələrinin tarixini öz adında yaşatmalıdırsa, onda uşağın adını Sibir
qoymalıyıq. Çünki yelqovanlar Sibirdən gəliblər. Mənim babalarım orda, Orxan və Yeni Suyun


sahilindəki meşələrdə yaşayıblar”. “Gəlib neyləyiblər? Barı marallarından birini gətirib burda
saxlamadılar, artırıb çoxaltmadılar”. “Onlar bu torpaqlarda maralları artırıb çoxaltmaq istəyirmişlər,
amma marallar hamısı yolda ölüb”. “Ölməyiblər, səninkilər maralları kəsib yeyiblər. Bu vəhşilikdir.
Onlar maralları minirmişlər, kirşələrə qoşub ot, odun, ərzaq daşıyırmışlar. Biz atlardan necə istifadə
eləyiriksə, onlar da marallardan elə istifadə eləyirmişlər. Bir başkəsən acından ölər, amma mindiyi,
ona hər işində yardımçı olan, yoldaşlıq elədiyi canlını kəsməz, ətini yeməz. Səninkilər isə
yeyirmişlər. Sonrası da, sən bunları bizə niyə danışırsan? Babalarının hardansa köç eləmələrinin,
yolda itib-batmalarının bizim üçün maraqlı olduğuna əminsən?” “Əmin deyiləm, – Pori başını
yırğaladı. – Mənimkilər heç vaxt sizlər üçün maraqlı olmayıblar”. “Amma danışırsan. Uşağın adı
Səhənd olacaq”.
Pori etiraz eləmək istəyirdi, amma başkəsənlərin sifətinə baxıb udqundu. Onların sözünü yerə
salmasını ona bağışlamazdılar. “Mən sizin dediyiniz adı qoymuram” demək onlara müharibə elan
eləməkdi.
– Mənim etirazım yoxdur, – dedi, – Əfinin də fikrini öyrənməliyik. Əfi, sən nə deyirsən?
– Uşağın atası sənsən! – arvadı neçə illər bundan əvvəl olduğu kimi cingiltili səslə qətiyyətlə dedi. –
Hansı adı istəyirsən, qoy, hansı adı istəmirsən, qoyma!
Arvadı açıqca ona eşitdirirdi ki, burda söz sahibi sənsən, başkəsənlər özləri üçün danışırlar. Onlar
deyən addan xoşun gəlmirsə, qoyma, xoşun gələn adı qoy. Arvadının öz tayfasına meydan oxuması,
onu cəsarətlə müdafiə eləməsi ilk dəfə idi. Bununla belə, indi heç etiraz eləyə bilməyəcəyini başa
düşürdü, etiraz eləsəydi, təkcə özünü yox, çəkinmədən onun tərəfini saxlayan arvadını da öz
tayfasıyla düşmən eləyəcəkdi.
– Yaxşı, – bir qədər düşünüb razılıq verdi, – qoy adı Səhənd olsun. İkinci oğlumuz olanda adını Sibir
qoyarıq.
Beləcə növbəti dəfə başkəsənlər tayfası ilə müharibə cığırına çıxmaq istəməyən Pori onlara güzəştə
getməli oldu və onun oğlu başkəsənlər tayfasının ulu babasının Ərdəbil ətrafından, Səhənd dağının
ətəklərindən bu torpaqlara gəlməsinin tarixçəsini öz adında yaşatmalı oldu.
Başkəsənlər gedəndən sonra Əfiyə şikayətlənirdi: “Əfi, gördün də, səninkilər yenə də mənim üçün
problem yaratdılar, bundan sonra yelqovanların mövzusu ancaq oğluma arvad tayfasının ad qoyması
olacaq. Başa düşmürəm, axı nəyə görə mənim oğlum sənin tayfanın ulu babalarının hardansa köç
eləmələrinin tarixini öz adında yaşatmalıdır?” “ Sən bunu mənə niyə deyirsən? – Əfi incik səslə dedi.
– Niyə qayınlarına demədin? Sən neçə ildir qardaşlarımla oturub-durursan, amma hələ də onları
tanıya bilməyibsən. Onlar qorxaq yox, cəsarətli adamları sevərlər. Gördün, mən fikrimi dedim,
haqlıydım, mənə heç biri etirazını bildirmədi. Əgər sən də desəydin, uşaq mənimdir, adı Sibir olacaq,
sənə də heç nə deməzdilər. Əksinə, xoşları gələrdi. Qəməylə bir sürü adamın üstünə cuma bilirsən,
amma sözünü deməyə qorxursan! Amma sən incimə, Sibirdənsə Səhənd yaxşıdır. Mən Azərbaycanda
oğluna, ya da qızına Sibir adı qoyan valideynlərin olduğuna inanmıram”.
Pori arvadını haqlı hesab eləyirdi, arvadı sözünü dedi, çəkinmədən, qorxmadan onu açıq-açığına,
cəsarətlə müdafiə elədi, amma o, başkəsənlərin qarşısına keçib, “uşağın atası mənəm, hansı adı
istəyirəm, onu da qoyacağam” deyə bilmədi. Neyləyəcəkdilər, ona zorlamı ad qoyduracaqdılar?
Bilo ilə digər əmisi uşaqları da Coniyə açıq-aşkar yanıq verirdilər: “ Bəxtimiz çəkib ki,
qəlyançəkənlər uşağa ulu babalarının köç elədikləri dağın adını veriblər, Allah eləməmiş, atalarının,
babalarının adını versəydilər, adam arasına çıxa bilməzdik”.
Həmişə olduğu kimi səbr kasasını daşdıran yenə də qayınpedəri oldu. Coni evə gəlib qayınatasının


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   75   76   77   78   79   80   81   82   ...   142




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə