İSTİ VƏ soyuq torpaqlarda



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə81/142
tarix10.11.2017
ölçüsü4,8 Kb.
#9616
1   ...   77   78   79   80   81   82   83   84   ...   142

 


XIX. Alik
 
 
O, şimala gedib. Siz də şimala üz tutun. Onu tapıb öldürün. Siz tapana qədər onu başqaları öldürmüş
olsalar, qəbrini murdarlayın, ona başdaşı qoyublarsa, baş daşını sındırıb atın.
Ya da özünüz də o çöllərdə itib-batın, donub qalın, donmuş torpaqlarda qəbirlərinizi də qaza
bilməsinlər. Sizin öldüyünüzdən xəbər tutan kimi o torpaqlara yeni döyüşçülərimizi göndərəcəyik.
Sizin tamamlaya bilmədiyiniz işi onlar başa çatdıracaqlar. Onlar da başa çatdırmasalar, yenilərini
göndərəcəyik. Nəslimizdə sonuncu əli silah tutan qalana qədər.
 
***
Yaz qəsəbəyə, meşəyə öz naxışlarını vururdu. Səkilərin kənarlarından, taxta hasarların dibindən çöl
çiçəkləri baş qaldırır, ağaclar tumurcuqlayır, hava mülayimləşirdi. Meşənin tünd, tutqun rəngi açıq-
mavi rənglə əvəz olunurdu. Selləmə yaz yağışları səkiləri, küçələri, ağacları yuyur, havada qovaq
ağaclarının tozanaqları uçuşurdu.
Yazda qan qaynayır. Vanyanın da qanı qaynamağa başladı və başqasını sevdiyini deyərək Svetadan
ayrıldı. Haçana kimi ətrafımda eyni sifəti görəcək, eyni səsi eşidəcək, eyni gözlərə baxacağam?
Cansız təbiət belə ildə iki-üç dəfə cildini, donunu dəyişir.
Bu, Svetaya nə qədər təsir elədisə, Qobiyə də bir o qədər təsir elədi. Sən öküzsən, Vanyanı
danlayırdı, Svetadan yaxşısını hardan tapacaqsan?
– Nəyi yaxşıymış? – Vanya soruşdu.
– Hara gedirdisə, ora çiçək açırdı.
– Çiçəksiz də keçinərik, – Vanya qaşqabağını töküb dedi.
Vanyanın başqası dediyi qızın kimliyi tezliklə bəlli oldu. Tanya imiş. Tanya tez-tez dükana gəlir,
Vanyayla görüşür, bəzənsə bir-birlərinə qoşulub harasa gedirdilər. Onunla isə saymazyana rəftar
eləyir, hətta salam verməyi belə lazım bilmirdi, sanki heç onu tanımırdı.
Vanya münasibətlərini gizlətməyə lüzum olmadığını yəqinləşdirəndən sonra ona dedi: “Gərək
bağışlayasan, belə alındı. Vaxtımı keçirdirəm, günlərin birində bunu da Svetanın getdiyi yolla yola
salacağam”. “Sən onu başqa yolla yola sal, – Qobi narazı halda dedi, – o, Svetanın getdiyi yolla gedə
bilməz”.
Tanya təkcə marketə gəlməklə, ya da Vanyayla çıxıb haralarasa getməklə kifayətlənmədi. İşdən sonra
Vanyaya qoşulub onlara gəlirdi, bu isə onu açıq-aşkar qıcıqlandırırdı. Pərt olur, özünü öz boşqabında
hiss eləmirdi. Dünənə qədər yataqda sevişdikləri qız indi onun ən yaxın dostunun sevgilisi idi, bu az
imiş kimi, hələ bir onun evinə də gəlir, onunla üzbəüz otururdu. Nadya onun halını hiss elədi və ondan
soruşdu: “Nədir, keçmiş sevgilini qısqanırsan?” “Qısqanıb eləmirəm, – pərt halda mızıldandı, – sənə
elə gəlir”. “Yox, – qız öz sözünü deyirdi, – qısqanırsan!” “Hə, qısqanıram! – hirslə dedi. –
Dincəldin, rahat oldun? Razı qaldın? Hər şeyi sənə etiraf elədim!” “Mən niyə dincəlməliyəm? – qız
çiyinlərini çəkdi. – Sadəcə düzünü demək lazımdır. Guya qısqandığını gizlədirsən, amma hamı bunu
hiss eləyir. Gizlətməsən, bunca başa düşməzlər”.
Vanya yenə də meşəyə getməyi təklif eləyəndə Qobi çıxılmaz vəziyyətdə qaldı. İki günü bu qızla
birlikdə keçirmək onun üçün asan deyildi, ədalarıyla zəhləsini tökən uzunboğaz qıza həyəcansız baxa
bilmirdi. Etiraz da eləyə bilmirdi, onda da Nadya öz bildiyi kimi yozacaqdı.


Səhər tezdən Vanya maşınıyla gəldi, şeyləri yükləyib yola düşdülər. Sahilə çatıb çadırları qurdular,
Vanya balıq tutmağa getdi, qızlar isə sahildə gəzir, gül-çiçək yığır, çayın suyunun qızmasını
gözləyirdilər. Qobi meşədən quru budaqlar, çır-çırpı daşıyıb ocaq qaladı, samovarı çaydan doldurub
yandırdı, çay dəmlədi, fincanlara süzüb Vanya və qızlar üçün apardı. Vanya ilə Nadya çaylarını alıb
təşəkkür eləsələr də, Tanya özünə xas olan ədayla dodaqlarını büzdü. Sən niyə mənim üçün çay
gətirməlisən? Öz əl-ayağım yoxdur?
Qobi pərt halda dedi, qəbahət sənə yaxşılıq eləyəndədir, get, özünə çay süz.
Tanya getdi, bir azdan ocaq tərəfdən qışqırtısı eşidildi, Vanya ayağa sıçrayıb onun yanına qaçdı. O da
nə olduğunu bilmək üçün ora gedəndə Tanyanın əlindən yapışaraq ağlamsındığını gördü. Özünə çay
süzmək istəyəndə samovarın şirindən əlinin üstünə bir-iki damcı qaynar su sıçramışdı. Vanya ona bir
söz deyə bilmirdi, bayaq Tanyanın onun gətirdiyi çaydan imtina elədiyini görmüşdü, qorxulu bir şey
olmadığını görüb getdi.
“Nə oldu? – Qobinin əlinə fürsət düşmüşdü, qızı məzəmmətləyirdi. – İki əlin var idi, iki də ayağın.
Amma özünə çay da süzə bilmədin”. “Sənə nifrət eləyirəm! – Tanya hirslə dedi. – Zəhləm gedir
səndən!” “Niyə?” “Mən təkcə sənə yox, bütün qaralara nifrət eləyirəm! Sən də qara olduğundan
avtomatik olaraq mənim nifrət dairəmə düşürsən”. “Amma sən nifrət elədiyin bu qarayla yatağa
girirdin”. “ Hə, olub, – qız hövsələsiz halda səsləndi, – həyatımın xəcalət dolu parçasıydı o günlər.
Mən artıq o parçanı kəsib atdım!”
Qobi özünü itirdi, qıza baxır, qulaqlarına inana bilmir, səhv eşitdiyini güman eləyirdi.
– Sən bunu bacarırsan?
– Nəyi?
– Həyatının bir parçasını kəsib atmağı?
– Bacarıram! Uf belə eləmədən kəsib atıram!
– Fərqimiz bundadır, – kədərlə dedi, – sən istədiyin vaxt həyatının xoşuna gəlməyən günlərini,
parçasını kəsib atırsan. Mənsə keçən bircə günümü də unuda, kəsib ata bilmirəm. Həsəd apardım
sənə!
Nahara balıq kababı bişirdilər. Tanyanın sözlərini unuda bilməyən Qobi ona heç nə təklif eləmir, hətta
qədəhini belə onun qədəhi ilə toqquşdurmurdu. İndiki məclisləri çayın sahilindəki əvvəlki
məclislərinin yerini vermirdi. Onda Svetanın gülüşləri dalğa-dalğa çay boyunca yayılar, təkcə özü
gülməz, onları da güldürərdi. Yeyib-içməkləri, söz-söhbətləri uzun çəkirdi. İndi isə hər şey quru,
sıxıcı idi, kimsə bir söz tapıb danışa bilmirdi. Bircə Svetanın gedişi ilə hər şey dəyişmişdi. Sveta
şənliyi, şadlığı, fərəhi özüylə aparmışdı, əvəzində isə Tanya ciddilik, quruluq, dözülməz ab-hava
gətirmişdi.
Süfrəni yığışdırıb çimməyə başladılar. Çay yeganə yerdi ki, burda Tanyanın özünü dartması, ya da
ciddiliyi hiss olunmurdu. Üzür, suya baş vurur, arada sahilə çıxıb qızınırdılar. Bura ilk gəlişlərindən
fərqli olaraq, Qobi üzməyi əməlli-başlı öyrənmişdi. Əvvəl olduğu tək üzəndə yorulmur, nəfəsi
kəsilmirdi. Amma bacardığı qədər Tanyadan uzağa üzməyə çalışırdı, bu qızı öz yaxınlığında görmək
belə onu sıxırdı.
Gecə çox soyuq oldu, Qobi qızınmaq üçün Nadyanı möhkəmcə qucaqlamışdı. Ondan fərqli olaraq,
soyuğa dözümlü olan rus qızı isti bədəni ilə onu qızındırırdı. Vanyagilin çadırından səs-küy gəldiyini
eşitdi, səhər bunun səbəbini soruşanda Vanya dedi: “Huşsuzluğum işləri korlayıb, prezervativ
götürməmişəm, Tanya da yaxın buraxmadı”. “Necə yəni? – Qobi heyrətini gizləyə bilmədi. – Sən
onunla prezervativlə olursan?” “Bəs sən necə, prezervativsiz olurdun?” “Xatırlamıram, – həqiqəti


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   77   78   79   80   81   82   83   84   ...   142




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə