İSTİ VƏ soyuq torpaqlarda



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə82/142
tarix10.11.2017
ölçüsü4,8 Kb.
#9616
1   ...   78   79   80   81   82   83   84   85   ...   142

deməkdən boyun qaçırtdı, Tanyadan zəhləsi getsə də, aralarında olub-keçəni ən yaxın dostuna belə
danışmazdı. – Mən artıq o günləri unutmuşam. Sən Svetayla da prezervativlə olurdun?” “Sveta elə də
tələbkar deyildi. Tanya başqadır, öz qədir-qiymətini bilir, başqalarından da ona dəyər verməyi tələb
eləyir. Deyir, yalnız evlənəndən sonra mənimlə istədiyin kimi yata bilərsən”.
Qobi dostuna inana bilmirdi, bu nə danışırdı? Bəs vaxtını keçirdirdi, gününü yola verirdi, indisə
evlənməkdən dəm vururdu.
– Nədən sonra? – Qobi inamsızlıqla səsləndi.
– Evlənəndən.
– Siz evlənmək istəyirsiz?
– Hə də.
– Vanya, mən buna heç vaxt razı ola bilmərəm. Bunu ağlına da gətirmə. Dostunla, qardaş dediyin bir
dostunla gəzən, yatan bir qızla necə evlənə bilərsən? Bunu özünə necə rəva görərsən?
Vanya tutuldu, daha bir söz demədi və bir də bu mövzuya qayıtmadı. Aralarındakı söhbət Qobiyə
möhkəm təsir eləmişdi, Tanya ilə Vanyanın sayəsində tanış olmuşdu, onun öz evində, sonralar isə öz
evində Tanya ilə dəfələrlə yatağa girmişdi. Bunu Vanya da bilirdi, hamısından xəbərdar idi, indisə
evlənmək istədiklərini deyirdi.
Evə qayıtdıqları günün səhərisi qonşu şəhərə mal gətirməyə gedən Vanya onun üçün bəd xəbər
gətirdi. Mən orda doqquz nəfər gördüm, hamısının üzü tüklüydü, gözlərindən qan damırdı, silahlı
olduqları aydın hiss olunurdu. Onlar səni axtarırlar. Həm də yaxşı niyyətlə axtarmırlar. “ Hə, – Qobi
dedi, – yaxşı niyyətlə axtarmırlar. Onlar mənim qan düşmənlərimdir”.
Bu düşmənçilik, oğraşlar tayfasının adamları haqda Vanyaya danışdı . Vanya heç nə başa düşə
bilmədi. “Nə isə, – deyərək çiyinlərini çəkdi, – bir şey anlamadım, amma sən hər halda ehtiyatlı ol.
Mənə elə gəlir, onlar günlərin birində gəlib bizim şəhərə də çıxacaqlar. Özünü gözlə, amma narahat
olma. Mən səni tək qoymaram. Lazım gəlsə, döyüşçü dostlarımıza da deyərəm”. “Ağlına da gətirmə!
– Qobi qəti xəbərdarlıq elədi. – Bu bizim öz işimiz, şəxsi məsələmizdir. Qan davasına kənar bir
kimsə qarışa bilməz. Onların da kənar adamlarla işləri olmaz”. “Axı onlar doqquz nəfərdir”. “Vanya,
bu heç nəyi dəyişmir. Yüz nəfər olsalar belə, sən qarışa bilməzsən. Bu yalnız mənim işimdir. Ya mən
onları öldürməliyəm, ya da onlar məni”.
Günlərin birində qan düşmənlərinin bu şəhərin də küçələrində görünəcəyinə özü də əmin idi.
Hazırlıqsız yaxalanmaq istəmirdi. Vaxtilə Volkun adamlarından aldığı avtomatı zirzəmidəki taxta
yeşikdə qoruyub saxlayırdı. Zirzəmiyə düşüb avtomatı götürdü, yağladı, silib yenidən yerinə qoydu.
Barıt qoxusunu hiss eləyəndən sonra özünü inamlı hiss eləməyə başladı.
Axşam işdən qayıdanda Nadyanın özündə-sözündə olmadığını hiss elədi. Həyəcanlıydı, yanaqları pul
kimi qızarmışdı, nəsə demək istəyir, amma dili söz tutmurdu. Nadyanı tanıyandan ilk dəfəydi onu belə
görürdü. “Sənə nə olub” deyə soruşanda Nadya titrək səslə dedi:
– Qobi… mən hamiləyəm.
Nadyanın səsi də, dodaqları da titrəyir, həyəcanını boğmağa çalışaraq özünü ağlamaqdan güclə
saxlayırdı. Bu gün həkimə getmişdim, hamilə olduğumu dedilər. Həkim dedi ki, bəzən bu vəziyyətdə
də qadınlar hamilə qalırlar. Qobi, səni pis vəziyyətdə qoydum. Buna görə xəcalət çəkirəm. Sən heç
narahat olma, sabah gedib abort elətdirəcəyəm.
Nadyanın çiyinlərindən yapışıb özüylə yanaşı divanda oturtdu. “Heç yerə getməyəcəksən, – dedi, –
mən uşağımızın olmasını istəmirdim. Amma olubsa, ondan imtina eləyə, onu öldürə bilmərik.
Darıxma, hər şey yaxşı olacaq. Hər nə olmuş olsa belə, mən səni tək qoymayacağam. Sona qədər


yanında olacağam”. Nadya ona sıxıldı, bayaqdan içində boğduğu hıçqırıqlar vulkan kimi püskürdü,
çiyinləri titrəyə-titrəyə ağlayırdı. Qobi onun göz yaşlarını silib təsəlli verirdi. “Daha bu mövzuya
qayıtmayaq, – dedi, – yalnız övladımızın taleyi haqda düşünməliyik”.
İndi Qobi Nadyaya qarşı daha mehriban, qayğıkeş idi, onu ağır işlər görməyə qoymur, özü tezdən
durub çay dəmləyir, süfrə açırdı. Hər vasitə ilə Nadyanın işini asanlaşdırmağa çalışırdı.
Qızının hamilə olduğunu eşidən Nadyanın anası da gəldi, yenə də düşmüşdü onun üstünə. Bəs
deyirdin, uşağımız olmayacaq? Məni aldadırdın? Mən dedim axı, sizlərə bələdəm, sizinki uşağa
qədərdir.
Qızını da acılayırdı, niyə mənə qulaq asmadın, niyə sözümə əməl eləmədin? Heç uşaq dünyaya
gəlməmiş bu səni atacaq, uşağa da sahib çıxmayacaq!
Nadya anasını sakitləşdirirdi:
– Ay ana, sən ondan əl çək! Qobinin günahı yoxdur, o, uşaq istəmirdi.
– İstəmirdi? – qadın duruxub qaldı. – Sən istəyirdin?
– Nədir, mən istəyə bilmərəm?
– Ağılsız qızım, mən istədim, günə çıxdım, sən də istəyib bəxtəvər olacaqsan!
– Əlbəttə, günə çıxdın, – Nadya incik halda dilləndi, – ana, istəməsəydin, indi mən yox idim. Bir
anlıq təsəvvür elə, mən yoxam, onda necə olardı?
Qadının əli üzündə qaldı, heyrətdən və qorxudan gözləri geniş açıldı, bununla da onları danlamağa
son qoydu. Həftədə azından iki-üç gün gəlir, Nadyaya ev işlərində kömək eləyirdi. Artıq Qobiylə də
barışmışdı, əvvəllər olduğu kimi hər işdə onu günahlandırmırdı. Bir dəfə isə ona dedi, ay oğul, sən
məni bağışla, həyatda bəxti gətirməyənlər öz uğursuzluqlarının səbəbini az qala qarşılarına çıxan hər
kəsdə görərlər, bircə özlərindən başqa. Mənim, ya da Nadyanın bəxtinin gətirməməsində sənin heç bir
günahın yoxdur.
Onun təkidi ilə nigahlarını da qeydə aldırdılar. Bir halda fakt qarşısındayıq, uşağı saxlamağa qərar
vermişik, hər şey qayda-qanunla olmalıdır. Qoy uşaq bundan ötrü sonralar sıxıntı yaşamasın, dedi.
Yazda Nadyanın oğlu oldu, Nadyanı xəstəxanadan çıxardıb evə gətirdikləri gün Qobinin sevinci
sonsuz idi, həyatında ilk dəfəydi bunca sevinirdi. Nadya, oğlu ona indiyə qədər yaşadığı bütün
sıxıntıları unutdurmuşdu. İndi daha əvvəlki tək vətən həsrəti qəlbini göynətmir, dostlarından ötrü elə
də darıxmır, heç Baharın ölümü də əvvəlki tək qəlbini ağrıtmırdı. Bu balaca uşaq ona yeni həyat, yeni
ömür bəxş eləmişdi. Qobi də həyatında indiyə kimi nə varsa hamısını unudub, bu yeni həyatını
yaşamaq istəyirdi.
Nadya da özünü xoşbəxt hiss eləyir, gözləri gülürdü. Sifətindən, üz-gözündən bəxtiyarlıq yağırdı.
Sevinmək ona yaraşırdı və Qobiyə elə gəlirdi ki, uşaqdan sonra arvadı daha da gözəlləşib. Hamiləlik
vaxtı üzünü basmış çillər tədricən yoxa çıxır, gözlərinindəki şirin yorğunluğun yerini əvvəlki tək xəfif
bir işıltı tutur, dodaqlarının kənarında əvvəlki tək ehtiraslı təbəssüm canlanırdı.
Uşağın adını qoymaq üçün axşam bir yerə yığışanda, Nadyanın anası dedi ki, əgər siz etiraz
eləməsəydiniz, adını Alik qoyardıq.
Qobi Alikin kim olduğunu soruşanda Nadya dedi, mənim atamdır. Qobi eşitdiklərinə inana bilmirdi.
Necə yəni? Uşağa ananı atıb gedən, səni atasız qoyan birisinin adını qoymaq istəyirsiz?
Nadyanın anası bir qədər pərt halda dilləndi, oğlum, doğrudur, Alik məni atıb getdi. Hamilə
olduğumu bildiyi halda bir dəfə olsun mənimlə maraqlanmadı. O bu şəhərdə xidmətə başladığı ilk
günlərdə tanış olmuşduq. Onda cavan idim, gözəl idim. Aliklə keçirdiyim o iki il ömrümün ən gözəl,
ən xoşbəxt, fərəhli illəri oldu. O adam iki ildə mənə dünyanın sevinclərini yaşatdı. Ondan sonra


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   78   79   80   81   82   83   84   85   ...   142




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə