İSTİ VƏ soyuq torpaqlarda



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə83/142
tarix10.11.2017
ölçüsü4,8 Kb.
#9616
1   ...   79   80   81   82   83   84   85   86   ...   142

evləndim, amma Aliklə yaşadığım sevinci yaşamadım. O illəri düşündükcə də azından mənə iki belə
gözəl, heç vaxt unutmadığım və unuda bilməyəcəyim ili, Nadyanı bəxş elədiyinə görə onu bağışladım,
günahından keçdim. Adını da nəvəmizə qoymaq istəyirəm. Amma yenə siz bilərsiniz, uşaq sizindir.
Qobi qadının qəlbini qırmaq istəmirdi, razılaşdı və elə həmən gün gedib uşaq üçün yaş kağızı aldı.
Uşaq nənəsini aldatmış, anasına atalıq eləməkdən boyun qaçırmış babasının adını daşıyacaqdı.
Qobi razılaşsa da, arvadına sözünü dedi, Nadya, ikinci uşağımızın adını Dəniz qoyarıq. Nadyanın
sifətindəki heyrəti görüb dənizin rusca nə demək olduğunu başa saldı, ulu babalarım dağlara dəniz
sahilindən gediblər. İstəyirəm, övladımız o köç tarixini adında yaşatsın.
Nadya razılaşdı, qəribə addır, dedi, amma nədənsə xoşuma gəldi. Qoy uşağımın adı atamın, ərimin
doğma dillərində olsun.
Alik iki aylıq olanda Qobi Nadyaya dedi ki, uşağı sünnət eləməliyik. Nadya sünnətin nə olduğunu
bilmirdi, biləndə dəhşətə gəldi. İndiyə kimi onunla az qala hər işdə razılaşan qadın bu dəfə qəti etiraz
elədi. “Bu, vəhşi adətdir, mən heç vaxt oğlumun sünnət olunmasına razı ola bilmərəm. Bizdə heç kim
sünnət elətdirmir, bunu bacaran həkim də yoxdur, bəlkə sərxoş oldular, qaydasını bilmədilər, dibdən
kəsib atdılar? Ya da uşağı ömürlük şikəst elədilər? Rusiyada milyonlarla oğlan uşağını sünnət
elətdirmirlər, nədir, böyüyəndə kişi olmurlar? Qadınla yata bilmirlər?” “Nəyə görə dibdən kəsməli,
ya da uşağı şikəst eləməlidirlər? – Qobi onu sakitləşdirməyə çalışırdı. – Hər il minlərlə oğlan uşağı
sünnət olunur, heç kiminkini də dibdən kəsmirlər”. “Sənin nəyinə lazım, sən arxayın danışarsan, –
Nadya onu məzəmmətlədi, – səninkini kəsmirlər axı”. “Mənimkini vaxtilə kəsiblər, təzədən
kəsilməsinə ehtiyac yoxdur. Sən narahat olma, bu çox asan işdir. Bizim kənddə uşaqları tibbi təhsili
olmayan dəllək ülgüclə sünnət eləyirdi. Kəsəndən sonra dərman vurmur, yaranın üzərinə kül tökməklə
kifayətlənirdi”.
Nadyanın qorxudan rəngi ağardı. “Nə danışdığındır? Yaxşısı budur sən mənə kəndinizin vəhşi
adətlərindən danışma, – dedi, – sizin vaxtınızda başqaymış. İnsanlar dözümlüymüşlər. İndiki kimi
viruslar, bakteriyalar yox imiş. İndi uşağı sünnət eləyib yarasına kül səpsən, elə ordaca tapşırar. Biz
oğlumuzu niyə sünnət elətdirməliyik? Sünnət müsəlmanların adətidir, Alik isə müsəlman deyil,
damarlarında həm də xristian qanı axır”. “Sən bir də belə danışma, – Nadyaya qəti xəbərdarlıq elədi.
– Alikin atası müsəlmandır. O da müsəlman olmalıdır. Müsəlman isə sünnət olunmalıdır. Sünnət təkcə
müsəlmanların adəti deyil. Dünyada milyonlarla müsəlman olmayan oğlan uşaqları da sünnət
olunurlar”.
Anası da heç gözlənilmədiyi halda Qobiyə tərəfdar çıxdı. Ay qızım, bu onların adətidir, necə
istəyirsə, qoy elə də olsun. Narahat olma, uşaq üçün yaxşı olacaq.
Nadya daha etiraz eləmədi, amma çox narahatdı, ürəyi əsir, uşağa nəsə olacağından ehtiyatlanırdı.
Uşağı xəstəxanaya apardılar, orda isə məlum oldu ki, şəhərdə sünnət elətdirən çox imiş. Təkcə
müsəlmanlar deyil, yəhudilər, bəzi ruslar da oğlan uşaqlarını sünnət elətdirirmişlər. Aliki də bir
yəhudi həkimi sünnət elədi. Nadyanın həyəcanları əbəs imiş, nə dibdən kəsdilər, nə də uşağa bir xətər
yetirdilər, həkim dedi ki, uzağı iki gün ağrısı, çətinliyi olacaq, sonra isə özünü əvvəlkindən də yaxşı
hiss eləyəcək. Hər şey yaxşılıqla qurtarsa da, Nadyanın göz yaşları qurumurdu, anası onu çətinliklə
sakitləşdirə bildi. Həkim deyən kimi də oldu, iki gündən sonra yara sağalmağa başladı, uşağın ağrısı,
qızdırması olmadı, gecələr rahat yatırdı. Nadyanın sevincindən uçmağa qanadı yox idi.
Qobi də sevinirdi, dostlarını yığıb, onlara həyətdə manqal qonaqlığı vermək istəyəndə Vanya zəng
eləyib ona bəd xəbər verdi. Mən sənə dedim axı, onlar gecmi, tezmi gəlib bu şəhərə də çıxacaqlar.
Artıq gəliblər, qonşu şəhərdə gördüyüm o doqquz nəfər burdadır. Qafqazlıların çayxanasında çay içir,


səni soruşurlar.
Qobi dedi, bu yaxşı oldu, gerisi ilə sənin işin olmasın. Vanya, yenə deyirəm, bu yalnız bizim
işimizdir. Sən qarışsan, sonu necə olursa olsun, uduzan mən olacağam.
Qobi zirzəmiyə düşdü, avtomatı götürüb köhnə kisəyə bükdü. Qırmağı, balıq yığmaq üçün vedrəni,
bir şüşə araq, çörək və kolbasa da götürüb əvvəlcə marketə getdi, işçilərə çaya balıq tutmağa
getdiyini dedi. Orda təpənin yanında olacağam, bir iş olarsa, məni necə tapacağınızı bilirsiniz.
Əslində bu, oğraşlar tayfasına mesaj idi, marketə gəlib onu soruşacaqlarını bilirdi. Marketdən də
onun harda olduğunu deyəcəkdilər və oğraşlar tayfasının adamları meşəyə gələcəkdilər.
Meşəyə yollandı. Cığırla gedib çayın sahilinə çıxdı. Çay lal sükutla axırdı. Qobi çayın sahilində
dayanmışdı, saçını çay boyunca əsən şimal küləyi bir-birinə qarışdırırdı. Dalğın halda rus çayına, rus
meşəsinə baxırdı. Tezliklə bura onu öldürmək üçün adamlar gələcəkdilər. Onlar oğraşlar tayfasının
adamları idilər. Qobi də bu tayfanı artıb çoxalmağa qoymayacaqdı, saylarını azaldacaqdı. Oğraşlar
düşüb rus çölündə qalacaq, meyitləri balıqlara, vəhşi heyvanlara yem olacaqdı. Əl çəkmir, gəlirdilər,
öldürməyə gəlirdilər, amma onları burda ölüm tapacaqdı. Özlərindən əvvəl gələnlər kimi. Qobi belə
düşünürdü.
Vedrəni, qırmağı sahildə qoyub, yemək bağlamasını və avtomatı götürərək meşəyə getdi. Meşə erkən
baharın ilk günlərini yaşayırdı, ağaclar şirəyə dolur, tumurcuqlayırdı, xəfif qatran qoxusu burun
qıcıqlandırırdı.
Qobi küləyin aşırdığı şam ağacının üstündə oturub, belini cavan ağcaqayın ağacına söykədi.
Bağlamanı ağacın üstünə qoyub açdı. Taraş stəkana araq süzüb içdi və gözlərini yumdu. Təcrübəli
döyüşçü gözlərini yumanda səsləri daha aydın eşidir, qoxuları daha güclü duyurdu. Meşədə yad
qoxular, səslər dolaşmırdı. Meşədən yalnız meşə qoxusu gəlir, küləyin səsi, budaqların, həşəratların
səsi eşidilirdi.
Səbirlə oturub gözləyirdi. Arada şüşəni açır, araq süzüb içir, yenə də belini cavan ağcaqayın ağacına
söykəyib gözlərini yumurdu. Ağacın gövdəsi soyuq və rütubətli idi. Ona elə gəlirdi, belini ağaca yox,
Nadyanın ağappaq sinəsinə söykəyib.
Birdən barıt qoxusu hiss elədi. Külək meşədəki cığırdan ona doğru barıt qoxusu gətirirdi. Oğraşlar
tayfasının adamları gəlirdilər. Qobi avtomatı çıxarıb ayağa aldı və gözləməyə başladı. Barıt qoxusu
gücləndikcə də, adamların lap yaxında olduqlarını hiss eləyirdi. Çox çəkmədən meşədən sahilə bir-
birinin ardınca doqquz nəfər çıxdı. Gəlib təpənin yanında dayandılar, çay boyunca aşağı-yuxarı
baxdılar. Burda balıq tutmalı olan düşmənlərini axtarırdılar. Qobi avtomatın düyməsini basa, oğraşlar
tayfasının daha doqquz üzvünü yer üzündən silə bilərdi. Amma o bunu istəmirdi, bunu özünə
sığışdırmırdı. Bu adamlara fikirlərindən daşınsınlar deyə daha bir şans vermək istəyirdi.
Onları səslədi:
– Ey, siz məni axtarırsız? Çıxın gedin. Getsəniz, sizinlə işim olmayacaq. Getməsəniz, hamınızı
öldürəcəyəm.
Oğraşlar tayfasının doqquz üzvü getmək əvəzinə təpənin müxtəlif tərəflərində yerə yataraq səs gələn
tərəfi atəşə tutdular. Güllələr şam ağaclarının qabıqlarını didib-qopardır, budaqlarını qırıb-tökür,
ətrafa qatran, şirə qoxusu yayılırdı. Oğraşlar tayfası aradan keçən bu müddətdə silah sarıdan xeyli
irəliləyiş eləmişdilər, indi hamısı avtomatdan atırdı. Amma döyüş təcrübəsi toplaya bilməmişdilər –
hara gəldi atırdılar. Qobi isə tələsmirdi, atəş açıb yerini bildirmir, düşmənlərinin patronlarının
qurtarmasını gözləyirdi.
Nəhayət, atəş ara verdi. Düşmənlərindən biri təpənin arxasından başını qaldıraraq boylanmağa


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   79   80   81   82   83   84   85   86   ...   142




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə