İSTİ VƏ soyuq torpaqlarda



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə84/142
tarix10.11.2017
ölçüsü4,8 Kb.
#9616
1   ...   80   81   82   83   84   85   86   87   ...   142

başladı. Qobi nişan alıb atəş açdı. Adam ayağa sıçradı, qollarını geniş açıb arxası üstə çaya yıxıldı.
Şappıltı eşidildi, ətrafa su sıçradı. Onu çaydan çıxarmaq üçün çaya tərəf qaçan üç nəfəri də sərrast
atəşlə öldürdü və cəld yerini dəyişdi.
Azərbaycanın ucqar dağ kəndində doğulub-böyümüş, boya-başa çatmış adamlar rus meşəsində, rus
çayının sahilində qan davası aparır, bir-birlərini öldürürdülər.
Oğraşlar tayfasının silahlılarının bir gözü meşədə, bir gözü də çayda idi.
– Ey, rus çayı! – qışqırırdılar. – Aparma bizim adamlarımızı!
Çay isə onlara qulaq asmırdı, yad dildə deyilənləri başa düşmürdü. Meyitləri qucağına alıb dənizlərə
doğru aparırdı. İsti torpaqların övladları soyuq dənizlərin dibində əbədi yuxuya gedəcək, meyitlərini
ətyeyən balıqlar, su heyvanları didib-parçalayacaq, yeyəcəkdilər. Yer üzündə qəbirləri olmayacaq,
izsiz-soraqsız yoxa çıxacaqdılar.
Yenidən onu atəşə tutdular, amma o artıq güllələrin çovuduğu yerdə deyildi. Pəncələrinin ucunda
ağacların arasıyla gedərək təpənin sağ tərəfinə çıxdı. Burdan təpənin arxasında uzanmış düşmənlərini
görə bilirdi. Yerə uzandı, avtomatı şam ağacının budağı üstə qoyub nişan alaraq atəş açmağa başladı.
Düşmənləri nə baş verdiyini anlayana qədər iş-işdən keçdi. Yenə də birini sağ saxlamaq istəyirdi, o
bir nəfər də ayağa qalxıb meşəyə tərəf qaçmağa başladı, ancaq güllələr onu yarı yolda yaxaladı.
Qıçlarına dəyən güllələr onu yerə yatırtdı, avtomatı kənara düşdü. Əlini uzadıb avtomatı götürmək
istəyirdi, amma əli çatmırdı, silaha tərəf nə iməkləyə, nə də sürünə bilirdi. Qıçları qırılmışdı,
güllələr qıç sümüklərini sındırmışdı.
Qobi sağ qalan sonuncu düşməninin yanına getdi, onu arxası üstə çevirib üzünə baxdı. Tanımadı, o,
kənddən çıxanda bu, yəqin, uşaq imiş. Sifətində əzablı, ağrılı ifadə dolaşırdı. Cavan, sağlam bədən
ağrılara tab gətirə bilmirdi.
– Mən sizə dedim axı, çıxın gedin, – Qobi dedi. – Bu mənasız ölüm nəyinizə lazım idi? Beş-on
dəqiqədən sonra öləcəksən. Sənə yazığım gəlir, amma səni xilas eləyə bilmərəm. Öldürməsəm də,
qan itirməkdən öləcəksən. Narahat olma, çox da ağrı çəkməyəsən deyə bir azdan səni güllələyəcəyəm.
Gicgahından vuracağam, ölümün ani olacaq.
– Gedə bilməzdik, səni öldürməmiş geri qayıda bilməzdik. Bizim tayfamız böyükdür, – oğlan
ağrılardan inildəsə də, qürurla deyirdi, – sən hamımızı öldürə bilməzsən. Yeniləri gələcək və onlar
səni mütləq öldürəcəklər. Yer üzündə bircə dənə də balıq başı yeyən qalmayacaq! Sən nə qədər
sağsan, biz başımızı dik tutub gəzə, əcdadlarımızın yanına alnıaçıq, üzüağ gedə bilmərik. Qocalarımız
belə ölmür, sənin ölməyini gözləyirlər. Yalnız sənin ölüm xəbərini alandan sonra babalarının yanına
gedəcəklər. Orda babalarına deyəcəklər, qan düşmənimizi öldürdük. Qisasımızı aldıq. Biz heç vaxt
bir balıq başı yeyənin adamlarımızı öldürüb, sağ-salamat gəzməsi ilə barışa bilmərik! Sən, əclaf
adam, sözünə əməl elə. Vur gicgahımdan!
Avtomatı oğlanın gicgahına söykəyib atəş açdı. Cəsədləri sürüyüb sahilə gətirdi, hamısını çaya atdı.
Silahları, öz avtomatını da çaya atdı, yerdən boş gilizləri, qırılan budaqları da diqqətlə yığıb suya
atırdı. Burda döyüşdən iz qalmasını istəmirdi. Çay izləri yuyub aparmaqda ona kömək eləyirdi.
Şəhərə qayıtdı. Evdə hamamı qızdırıb yuyundu. Çay dəmlədi, özünə çay süzüb pəncərənin qabağında
oturmuşdu, fikirli halda şəhəri əhatəyə alan tutqun rəngli meşəyə baxır, düşünürdü. Çox çəkməz, o
uzaq, ucqar dağ kəndində oğraşlar tayfası yığışıb onu öldürmək üçün yeni adamlar göndərəcəkdilər.
Bu yeni adamlar da yaz suları axan isti çöllərdən keçib, bu soyuq və qaşqabaqlı ölkəyə gələcəkdilər.
Yaz yağışı yağmağa başladı. Gümüşü yağış evləri, ağacları çimizdirir, pəncərə şüşələriylə süzülüb
axırdı. Yağışdan o tərəfdə meşə açıq-mavi rənglər içində ilğımlanırdı.


Həyətə düşdü, dərhal da yağış onu ağuşuna aldı, neçə illər əvvəl olduğu kimi onu döyür, çırpırdı.
İşdən qayıdan, başının üstündə güllü çətir tutmuş Nadya ona qışqırırdı, neyləyirsən, islanırsan axı.
Qobi isə ürəyini sıxan sonsuz qüssəylə düşünürdü? Nə olacaq islananda? O qədər islandım
yağışlarda, o qədər yaz yağışı, payız yağışı döydü, döyəclədi, çimizdirdi. O qədər yağışın altında
ocaq qaladım, o qədər yağış ocaqlarımı söndürdü. O qədər üşüdüm, islandım, titrədim. O qədər…
 
 
 


XX. Ərəblər və yəhudilər
 
 
– Ana, rus qarıları suxarı bişirirlər. Kişiləri zirzəmilərə kartof, çovdar unu, donuz salası, kələm
yığırlar. Tezliklə müharibə olacaq, ruslar suxarı bişirməyə, ərzaq ehtiyatı görməyə başladılarmı,
müharibə də başlayır.
 
***
Erkən qışda yağan qar ərimişdi. Səhərlər küçələr, səkilər donur, ağacların budaqları qırov bağlayırdı.
Evlərdə odun, qaz sobaları yanır, bacalardan qalxan tüstü evlərin damlarının üzəriylə tənbəl-tənbəl
yayılır, bəzənsə külək qalxanda tüstünü qovub şimala aparırdı.
Siçanlar bağda, evin qabağındakı çəmənlikdə yuvalar salıb, həyət-bacada görünməyə başlayanda Əfi
təşvişə düşdü. Həyəcanla Poriyə deyirdi, baytarlıq aptekindən zəhər al, siçan yuvalarının qabağına
qoy, nəsilləri kəsilsin, yoxsa evə-eşiyə də daraşacaqlar.
Pori isə onunla razılaşmırdı, sivil insanlar başkəsənlər kimi düşünmürlər, mən heç vaxt çölün
heyvanını zəhərləyə bilmərəm. Siçan üçün zəhər qoyacağam, zəhər də orda nə qədər canlı varsa
hamısını məhv eləyəcək. “Nə olar, – Əfi hirsləndi, – sən sivil insanlar kimi düşün. Çölün
heyvanlarını zəhərləmə, qoy onlar gəlib bizi zəhərləsinlər. Mən eşitmişəm, vəba, taun xəstəliklərini
siçanlar yayıb, milyonlarla insanın ölümünə səbəb olublar. İndiyə kimi insanlar nə qədər heyvan
öldürüblərsə, siçanlar da bir o qədər insan öldürüblər. Azından buna görə insanlar siçanlara rəhm
eləyə bilməzlər”. “O orta əsrlərdə olub, – Pori arvadı ilə razılaşmırdı. – Həm də siçanlar bunu
bilərəkdən eləməyiblər. Heyvanlardan qisas almaq kimi işlərə mən yox, duzəkənlər baxırlar. Siçanlar
Coninin də bağına, bostanına hücum çəkəndə, yəqin, siçanları öldürməyə başlayacaq. Ondan xahiş
elərik, gəlib bizim də siçanları öldürər”.
Coninin də bağına siçanlar daraşdı, amma onun həyətindəki ağaclarda yuva salmış qarğalar siçanlara
artıb çoxalmağa imkan vermədiklərindən Coni siçanlara qarşı mübarizə aparmaq haqda düşünmürdü.
Öz siçanlarını öldürmürdüsə, gəlib onların da siçanlarını öldürən deyildi.
Siçanlar evin qabağındakı çəmənliyi də qazıq-qazıq eləyəndə Pori dəhşətə gəldi, çəmənliyi, ağacları
çox sevirdi, siçanların hesabına çəmənliyin məhv olmasına, ağacların qurumasına razı ola bilməzdi.
Meşəyə gedib iki dənə koramal tutub gətirdi, həyətə buraxdı. Koramallar qısa müddətə siçanların
kökünü kəsdilər, yediklərini yedilər, yemədikləri də qonşu həyətlərə qaçdılar. Coninin həyətində
siçanlar artmışdı, qarğalar öhdəsindən gəlmirdi. Yeyib qarınlarını doyurandan sonra siçanlara
toxunmurdular. Coni ondan kömək istəyəndə Pori çiyinlərini çəkdi:
– Sənə nə köməyim dəyə bilər, hər halda gəlib sənin həyətində siçan tutan deyiləm. Amma istəsən,
koramallarımdan borc verə bilərəm.
– Koramallarını özün üçün saxla! – Coni hirsləndi. – Mən onların kökünü necə kəsməyi bilirəm.
Coni siçan yuvalarının yanında tələlər qurur, zəhər qoyur, çəmənliyə zəhər çiləyirdi. Siçanlara bir şey
olmadı, amma zəhərli çörəkləri yeyən qarğalar ölməyə başladılar. Bu, Coniyə çox pis təsir eləyirdi,
sanki doğmalarını itirirdi.
Qarğalar bir-bir zəhərlənib ölürdülər. Qarğa ağacda bir-iki dəfə qanad çalır, sonra suya baş vururmuş
kimi başı üstə aşağı millənir, budaqlara toxuna-toxuna gəlib yerə düşürdü. Coni gedib qarğanı
qaldırır, artıq öldüyünü görüb, aparıb çəpərin dibində basdırırdı. Səmoş ona irad tuturdu:


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   80   81   82   83   84   85   86   87   ...   142




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə