İSTİ VƏ soyuq torpaqlarda



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə87/142
tarix10.11.2017
ölçüsü4,8 Kb.
#9616
1   ...   83   84   85   86   87   88   89   90   ...   142

nə olmur, bircə qarğaları görmürsən, həyat gözündən düşür?
Coni qızardı, İbonun yanında arvadına cavab verə bilmirdi. Pori də heyrətə düşmüşdü, mavi gözləri
alışıb–yanan qadın onu növbəti dəfə heyrətləndirmişdi. Nə qədər hirslənsə belə, “oğlun” yox,
“Mərənd” deyir, sanki açıq-aşkar onlara meydan oxuyurdu.
İbo Səmoş üçün də ətir, oğlu üçün oyuncaq almışdı, qadınla görüşüb hədiyyələri bağışlayandan sonra
gəlişinin səbəbini danışdı. Pori illər öncəsi xərçəngdən necə qurtardığını mənə danışandan sonra o
göl, gölün sahilindəki ot tayası xəyalımdan getmir. Ona görə də gəlmişəm. Poriylə ora getmək, orda
bir həftə qalmaq istəyirəm. Narahat olmayın, çayxananın bir həftəlik qazancını bu başdan verəcəyəm.
Pori dostunu məzəmmətlədi, İbo, qazancı-filanı boş ver, getsək, onsuz da çayxana bağlı qalmayacaq.
Coni işlədəcək. Getməyə bir söz demirəm, amma bəlkə getdik, heç orda ot tayası olmadığını gördük.
Mən hələ də adamların orda taya qoyduqlarına inanmıram.
İbo getməkdə qərarlıydı, olmaz, qayıdıb gələrik. Mən sadəcə o yerləri görmək istəyirəm.
Daha etiraz eləyə bilmədi. İbo dərhal getmək, vaxt itirmək istəmirdi. Amma dostlar buraxmadılar.
Coni dedi, siz hazırlıq görün, mən də ət alıb qayıdıram. Pori, manqalı yandır, samovarı qaynat. Quru
talaşa at, tüstüsü çox çıxmasın, yoxsa qoca şeytan müvəkkili çağırar, gəl indi onu yola sal. Bu şad
gündə qanımız qaralar. Başqa nəsə lazım olarsa, zəng eləyib deyərsiz.
İbo könülsüz halda razılaşmalı oldu, sizinlə mümkün deyil, dedi, araq almazsan, rus araqları
gətirmişəm. Hə, bir də meyvə şirəsi də almazsan. Moruq kompotu, naringi şirəsi də var. Arvadımın əl
işləridir, amma, məncə, pis alınmayıb.
Qadınlar çay dəmləyib, artırmada süfrə açdılar. Pori manqalı yandırdı, samovarı qaynatdı. Coninin
də ət alıb qayıtmağı uzun çəkmədi. Əti qəssaba kabablıq doğratdırmışdı, onlar yalnız şişlərə taxıb
manqalın üstünə düzdülər. Pori şişlərə pomidor, acı bibər də taxdı, iki-üç şiş də kartof kababı
bişirdi.
Oturub gecədən xeyli keçənə kimi yeyib içdilər, onlar tünd rus arağı, qadınlar isə şərab içirdilər.
Araqdan, şirələrdən, xüsusilə də moruq kompotundan çox xoşları gəlmişdi. Coni qadınlara deyirdi,
yəhudi qızından nümunə götürün. Siz də mürəbbə bişirin, kampot tutun. Dünən zirzəmiyə düşdüm,
amma orda qəlyançəkənlərin gətirdikləri heyva mürəbbəsindən başqa bir şey tapa bilmədim. Onu da
özləri yeyə bilmirlər deyə bizə gətirirlər, qəlyançəkənlərin heyvaya qarşı allergiyaları var. Heyva
yedilərmi, qanları zəhərlənir, bədənləri səpir. Qulaqlarının dibi şişir.
– Yenə qəlyançəkənlər arada heyva mürəbbəsi də olsa gətirirlər, – Səmoş istehza ilə dedi, –
duzəkənlər nə mürəbbəsi gətirirlər? Alma, ya qarağat?
– Duzəkənlər niyə gətirməlidirlər? Səmoş xanım, sən duzəkənlərin gəlinisən, dükan burda, bazar
burda, sən bişirib onlar üçün göndərməlisən.
– Mən burda pulumla meyvə alım, mürəbbə bişirib duzəkənlər üçün göndərim, orda, bağlarda
meyvələr yerə tökülüb çürüsün, yığıb bişirməsinlər, mənim onlar üçün nə vaxt mürəbbə
göndərəcəyimi gözləsinlər?
İbo onları sakitləşdirib, mövzunu dəyişdi. Cəbhə xatirələrini vərəqləyir, dostlarını yad eləyir, ən çox
da Qobi haqda danışırdılar. Qobi onlarla əlaqə saxlamır, məktub yazmır, gəlib-gedənlə xəbər də
göndərmirdi. Bilmirdilər, sağdır, ya oğraşlar tayfasının adamları onu öldürüblər.
İbo deyirdi, mənimlə də danışmır, dostlarının telefonlarına polisin qulaq asdığını düşünür və zəng
eləyərsə, onun harda olduğunu öyrənəcəklərindən ehtiyatlanır. Polis onu Rusiyada da axtarır.
İnterpolda axtarışa veriblər, yerini bildilərmi, həbs eləyəcəklər.
İbo yenidən yenot mövzusuna qayıtdı. “Mən sizləri hər yerdə belə gördüm. Bununla guya yaxşı iş


gördüyünüzü düşünürsüz, amma belə deyil. Uşaqlıqda anam məni Qubaya, nənəmin yanına
göndərərdi. Orda müsəlman uşaqları ilanın qurbağını udduğunu görəndə ilanı öldürüb qurbağanı xilas
eləyərdilər. Mən heç nə başa düşməzdim, axı siz nəyə görə bir heyvanı xilas eləmək üçün digərini
öldürməlisiz? Bəs onda niyə həşəratları udduğuna görə elə həmən qurbağaları öldürmürsüz?
Qoyunun, dananın başını kəsəndə biri gəlib sizə mane olurmu? Kəsməyək, canından eləməyək deyə
qoyunu əlinizdən alırmı? Axı sizin nə işinizə? İlan qurbağa udmasın, siçan udmasın, bəs necə
yaşasın? Mənsə ilanın qurbağanı udduğunu görəndə, qurbağa nə qədər çığır-bağır salsa da, qurbağanı
xilas eləməzdim”. “İbo, səni başa düşmədim, – gözlərini heyrətlə açaraq qulaq asan Coni dedi, –
necə yəni, gözümün qabağında ilan qurbağanı çığırda-çığırda udacaq, mən də durub baxacağam? Yox,
qardaş, baxmayacağam. Sən heç bilirsən, mən indiyə kimi ilanların ağzından neçə qurbağa xilas
eləmişəm? Yüzlərlə!” “Yəni yüzlərlə ilanı öldürübsən?” “Elə də demək olar. Amma mənim ilan
öldürməyimin qurbağalara dəxli yoxdur. Çünki atalarımız deyiblər, ilanın ağına da lənət, qarasına da.
Bir də deyiblər, ilanı görüb öldürməyənə lənət. Mən də lənətlənməmək üçün harda ilan görmüşəmsə,
öldürmüşəm. Elə bizim həyətlərə ilanlar daraşanda onları qırmaq üçün Porinin dediyi kimi bioloji
üsullardan istifadə elədik. Hamısının kökünü kəsdik. Sən bir fikirləş, biz hər birimiz ilan öldürmüşük
və hələ də öldürürük. Amma hara baxırsan ilandır, hər il onlarla insanı ilan çalır. Öldürməsəydik,
indiyə hər yerdə ilanlar qaynaşırdı. Addım atmağa yer yoxdu”.
İbo təəssüflə başını yırğalayırdı, dostlar da bir şey başa düşmürdülər. Nə cür yəni, yəhudilər ilanları
öldürmürdülərmi? Öldürməsəydilər, İsraildə ilan əlindən tərpənmək olmazdı.
Gecə yatdılar, səhər isə Pori Əfiyə İboyla yenə də həmən meşəyə, dağdakı gölün sahilinə getmək
istədiklərini dedi. Əfi onun getməyinə narazı olsa da, etiraz da eləmədi. Qışdır, soyuqdur, donub
qalarsız dağların başında, indi orda ac canavarlar dolaşır. Amma İbo ordan bura gəlibsə, ona da yox
demək olmaz. Gedin, amma ehtiyatlı olun. Tüfəng də götürün. Mənə görə də narahat olma. Qardaşıma
zəng elərəm, sən gələnə kimi gəlib bizdə qalar.
Pori tüfəngi, dəyişmək üçün paltar götürdü. Marketə gedib ərzaq aldılar, İbo dağda ona lazım olası nə
varsa, götürmüşdü, araq, hətta konyak da. İbonun maşınını onlarda qoyub, dağın ətəyindəki meşəyə
taksiylə getdilər. Onlar çayı keçib meşəyə qalxanda artıq qaş qaralırdı. Pori o vaxt koğuşunda
gecələdiyi ağacın harda olduğunu unutmuşdu. Tapa bilmədi və qaranlıq düşdüyündən dayanmağı
qərara aldılar. Quru odunlar, kötüklər yığıb ocaq qaladılar. İbo balaca balta da götürmüşdü, kötüyün
üstündə odunları doğrayıb ocağa atırdılar. İri bir kötüyü ocağın yanına diyirlədib üstündə oturdular.
Pori qəhvədanı yaxınlıqdakı dərədən doldurdu, qaynadıb çay dəmlədi. Kolbasa da almışdılar, nazik-
nazik doğrayıb közün üstünə düzdülər. Çörəyi közdə qızdırdılar. Onda gələndə Pori xəstəydi, iştahası
yox idi, zorla yeyirdi, yediyi-içdiyi ona ləzzət vermirdi. İndisə başqaydı, ləzzətlə kolbasa-çörək
yeyir, balaca qədəhlərdən araq içirdilər. Yeyib doyandan sonra süfrəni yığışdırdılar. Pori ocağın
işığında görünən yaxınlıqdakı itburnu kolundan da bir ovuc quru itburnu yığıb çaynikə atdı. Çay içir,
söhbət eləyirdilər.
Gecə keçdikcə şaxta güclənirdi, gur alovla yanan ocaq, isti kürklər belə onları soyuqdan qoruya
bilmirdi.
– Gərək gəlməzdik, – Pori dedi, – mənə baxma, soyuğa, şaxtaya dözümlüyəm. Sənsə şəhər uşağısan,
sənin üçün çətin olacaq.
– Sən buna şaxta deyirsən? – İbo güldü. – Qışda yalnız tüfəng, bıçaq, balta, kibrit və üç-dörd günə
yetəcək qədər ərzaq götürərək həftələrlə Sibir meşələrində yaşamışam. Ov eləyir, gecəni tonqal
kənarında oturaq vəziyyətdə keçirdir, yalnız gündüzlər yatırdım. Gecələr özümü qorumalıydım, vəhşi


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   83   84   85   86   87   88   89   90   ...   142




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə