İSTİ VƏ soyuq torpaqlarda



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə88/142
tarix10.11.2017
ölçüsü4,8 Kb.
#9616
1   ...   84   85   86   87   88   89   90   91   ...   142

heyvanlar adətən gecələr ova çıxırlar. Yalnız ağacların budaqlarını qırıb özümə koma tikəndən sonra
vəziyyətim yaxşı olurdu, soyuqdan qorunur, daha vəhşi heyvanlardan ehtiyat eləmirdim. Sən
babalarının Sibirdən gəldiklərini demişdin. Bir dəfə gəl, qışda gedək Sibirə. Heç bilirsən, necə
maraqlı olacaq?!
– Yox, – Pori qəti boyun qaçırtdı, – babalarım o vaxt Sibirin şaxtasından baş götürüb qaçıblar. Sənsə
deyirsən, mən təzədən Sibirin şaxtasına, boranına, tufanına gedim. Min kilometrlərlə uzaqdakı şaxtalı
meşədə gecələmək mənə heç də maraqlı gəlmədi. Yenə yayda desəydin, gedərdim.
Pori başa düşə bilmirdi, şaxtalı havalarda dağlarda, ya da meşələrdə gecələməyin harası maraqlı
olacaqdı? İsti, işıqlı otaqda uzanıb televizora baxma, isti, təmiz yataqda yatma əldən-ayaqdan uzaq
meşədə, hisli-paslı ocağın yanında soyuqdan əs, titrə, soyuq gözlərini yummağa imkan verməsin.
Səhəri elə kötüyün üstündə açdılar, suxarı ilə çay içəndən sonra yollarına davam elədilər.
Günortadan bir qədər keçmiş gəlib həmən zirvəyə çıxdılar. Pori gölün sahilində ot tayasının
olmayacağı qənaətindəydi və əslinə qalarsa, bunun belə də olması onu sevindirirdi. Dağda bir həftə
qalası olmayacaqdılar. Amma zirvəyə çıxıb aşağıda, gölün sahilində tayanı görəndə gözlərinə
inanmadı və nə qədər qəribə olsa da, kədərlənmək əvəzinə sevindi. İboya görə sevinirdi, o qədər
yolu gəl, amma burda arzuladığını, istədiyini görmə.
Gölün sahilinə düşdülər. İlk işləri gecələmək üçün tayada oyuq düzəltmək oldu, iri ovçu bıçağı və
balta ilə heç bir saat çəkmədi ki, hər ikisinin rahatlıqla uzana biləcəyi oyuq düzəltdilər. Meşəyə gedib
odun gətirdilər. Baltayla quru budaqları qırmışdılar, donmuş torpağın üzəriylə sürüyərək gətirirdilər.
İbo qırmaq da götürübmüş, az vaxtda üç dənə iri sazan balığı tutdu. Bəsimizdir, dedi, qaranlıq
düşməmiş şam eləyib, girək yuvamıza.
O, ocaq qaladı, İbo da balıqları yarıb pulcuqlarını təmizlədi. Elastiki çubuqlara keçirib közün üstünə
qoydu. Altlarına quru ot sərib bellərini tayaya söykəyərək oturmuşdular. Bişmiş balıqdan yeyən İbo
heyrətini gizlədə bilmədi. Mən dünyanın çox yerində olmuşam, dedi, dəniz, çay sahillərindəki
restoranlarda balıq yemişəm, Sibir çaylarından da balıq tutub, özümüz bişirmişik, amma heç yerdə
belə ləzzətli balıq yeməmişəm.
Şamlarını yeyəndən sonra oyuğa girib uzandılar, tayanın içi isti idi. Dağın adamı dara çəkən şaxtasını
içəridə hiss eləmirdilər. Pori tüfəngi də yanında qoymuşdu, gecə yenə də canavarların gələcəyindən
ehtiyat eləyirdi. Dünən gecə meşədə yata bilməmişdilər, amma bu gecə daş kimi yuxuya getdilər,
səhər yuxudan oyanıb oyuğun qabağındakı otu kənara verəndə günəşin artıq zirvələrin üzərindən xeyli
qalxdığını gördülər.
İbo deyirdi, səni bilmirəm, mənimsə heç evimdə, rahat yataqda belə şirin yatdığım olmamışdı.
Pori könülsüz halda mızıldandı, mən də pis yatmadım, amma nə gizlədim, hər halda öz evimdə, öz
yatağımda yatmağa üstünlük verərdim. Soba uğuldayır, yan-başını heç nə əzmir. Pəncərəyə qar-yağış
çırpır, sənsə isti yataqda şellənirsən özün üçün.
Ocaq qalayıb qəhvədanı qaynatdılar, çayı yenə də tayadan yığdığı qurumuş çiçəklərlə dəmlədi.
Çaydan da İbonun çox xoşu gəldi, çayı onun şəhərdən gətirdiyi suxarı və moruq cemi ilə içirdilər.
İbo deyirdi, bu mənim xobbimdir. Qışda səfərlərə çıxır, iqlimi sərt olan ölkələrə gedir, günlərlə
meşələrdə, dağlarda gecələyirəm. Həm də yalnız qışda səfərə çıxıram. Bəzilərindən fərqli olaraq,
yazda-yayda çay, dəniz sahilinə, meşələrə getməyi elə də xoşlamıram. Yayı çox vaxt Bakıdakı bağ
evimdə keçirdirəm.
Pori eşitdiklərinə inana bilmirdi, həyatda belə adamlar da olurmuş. Sən qışda qızınmağa isti yer
axtarırsan, evini necə qızındırmaq haqda düşünürsən, bu isə isti ev-eşiyindən çıxıb, şaxtanın


dondurduğu torpaqlara gedir, soyuq meşələrdə, dağlarda gecələyir.
Nahara da İbo göldən balıq tutdu, Pori isə meşəyə gedib odun gətirdi. Beləcə işi bölmüşdülər, Pori
meşədən odun daşıyır, İbo balıq tutur, yarıb, təmizləyib közdə bişirirdi. Çayı tayadakı otlardan
dəmləyir, gölün sahilindən şaxtanın sərtləşdirdiyi gicitkənlərdən, əməköməcidən yığaraq, duzla ovub
yeyirdilər. Üçüncü gün hamamlanmaq üçün meşəyə getdilər. Dərənin sahilindəki bulağın suyu yenə də
buxarlanaraq ağacların çılpaq çətirlərinin arasıyla göyə millənirdi. Ocaq qaladılar, soyunub
paltarlarını kolların üstünə yığaraq yuyunmağa başladılar. Su ilıq olsa da, o yuyunduqca titrəyir,
burdan salamat qurtarmayacağını zənn eləyirdi. İbo isə heç tövrünü dəyişmirdi, tələsmədən, səylə
yuyunur, arada qızınmaq üçün atılıb-düşən, dişləri bir-birinə dəyən Poriyə baxıb gülümsəyirdi.
– Sənə məəttəl qalmışam, – dedi, – dağda-daşda böyüyən kənd uşağı belə dəymədüşər olmaz axı.
– İbo, boş-boş danışma, – o da hirsləndi, – şaxta iliklərə işləyirsə, buna kənd uşağı neyləsin?
Yuyunub qurulandılar, təzə paltarları geyindilər, köhnələri isə atdılar. Çay dəmləyib içdilər. Geri
qayıdanda kolların üstündə qalıb qurumuş itburnu, qaragilə, yemişan yığdılar. İndi axşamlar
giləmeyvə çayı, gündüzlər isə qurudulmuş çiçəklərin çayını içirdilər.
Dağa gəldikləri dördüncü gün qar yağmağa başladı, qar göydən ələnib gəlir, çölü, zirvələri ağ örpəyə
bürüyürdü. Qarda meşəyə gedəsi olmasınlar deyə üç-dörd dəfə meşəyə gedib odun daşıdılar. İndi
yalnız çay dəmləmək, balıq tutub bişirmək üçün tayadan çıxırdılar. Gicitkən, əməköməci qarın altında
qalmışdı.
Oyuqdan yağan qara baxan İbo heyranlıqla deyirdi, həyatımda ilk dəfədir belə gözəl qar yağdığını
görürəm. Bakının qarı zəhlətökən, sırtıq olur, Rusiyada, Sibirdə də qar seçmə kimi yağır, soyuq olur.
Burda isə sanki göydən yerə ələklə ağappaq gül ləçəkləri ələyirlər.
İbo bura gəldiklərinə görə sevinirdi, göldən, sərt dağ havasından, ocaqda bişirdikləri balıqlardan çox
xoşu gəlmişdi, Poriyə elə gəlirdi, İboya toxunan olmasa, yaya kimi burda, gölün sahilində qalar. O isə
darıxırdı, oğlu üçün, Səmoş üçün.
Qar yağanda çox vaxt tayadakı oyuqda oturub yağan qara baxır, söhbət eləyirdilər. Çay içmək üçün də
hər dəfə qarın altında ocaq qalamaq lazım gəlmirdi, İbo özüylə termos da götürmüşdü, çay
dəmləyəndə termosu doldurur, termosdan çay süzüb içirdilər.
Pori yəhudilər, İsrail haqda daha çox öyrənmək istəyirdi. İbo, sən mənə yəhudilər haqda danış, dedi,
bizim şəhərin axundu deyirdi ki, Quranda Allah-təala yəhudiləri lənətləyib.
– Yalan sözdür, – İbo dedi, – yolunu azan, kafirliyi seçən şəxslər, istər müsəlman olsun, istərsə də
başqa dinin nümayəndəsi, Allahın lənətinə düçar olur. Yəhudilərə gələndə isə, Allah-təala Quranda
ən çox onlara üz tutub. Müsəlmanlara yəhudi və xristian qadınlarla evlənməyə icazə verib. Hətta bir
çox ayələrdə açıq-aşkar yəhudilərin üstünlüyünə işarə vurub. “Ey İsrail oğulları, sizə verdiyim naz-
nemətlərimi və sizi aləmlərə üstün qıldığımı xatırlayın”, – deyə onlara müraciət eləyib.
Pori çaşıb qalmışdı. Yaxşı, bir halda belədir, onda sizin Quran xalqı olan ərəblərlə davanız nədir?
Niyə yəhudilər dinc, günahsız insanları öldürürlər? Hər iki xalq dünyanın ən qədim xalqıdır,
müqəddəs kitablar yer üzünə bu xalqların dilində nazil olub. Peyğəmbərlər də bu iki xalqın
nümayəndələri arasından seçilib. Elə isə bu iki xalq niyə yanaşı, sülh, əmin-amanlıq içində yaşaya
bilmir?
– Bilirsən, – İbo dedi, – çoxu işin nə yerdə olduğunu, həqiqətin harda olduğunu bilmir. Dünya
mətbuatında işğal olunmuş ərazilərdə yaşayan ərəblərin çəkdiyi işgəncələrdən çox yazırlar. İşğal
olunmuş ərazilər yazırlar, amma bu ərazilərin adlarının İudeya və Samariya olduğunu yazmırlar. İndi
bu necə alınır, iudeylər tərəfindən işğal olunmuş İudeya? Bu ərazilərdə iki milyona yaxın ərəb


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   84   85   86   87   88   89   90   91   ...   142




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə