İSTİ VƏ soyuq torpaqlarda



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə9/142
tarix10.11.2017
ölçüsü4,8 Kb.
#9616
1   ...   5   6   7   8   9   10   11   12   ...   142

ver. Xalvar çatmağı da öyrənər, hələ bir taya qoymağı da! Kəlbiqeyrət isə yox deyib durdu,
duzəkənlər nə öyrəniblərsə, odur. Öldürsən də, bundan artıq heç nə öyrənən deyillər. Onlarda heç kim
xalvar çata bilmir. Kimdən öyrənəcək?
Sonra Hüsənəligilə getdilər, Hüsənəli onların niyə gəldiklərini öyrənəndə göyərdi, gömgöy oldu,
dedi, yalnız mən öləndən sonra meyitimin üstündən keçib qızımı istəməyə gələ bilərsiz. Mən
duzəkənləri görəndə allergiya oluram, ayaq barmaqlarımdan tutmuş tüklərimin ucuna qədər səpir.
Tayfa deyil, dəlixanadır, hamısı səydir. Babası duz əkəndə ağıl olar? Sən də deyirsən, qızımı səyə
verim? Vermərəm!
Çölə çıxandan sonra anası belinin ortasından ağacla ilişdirib, onu qovdu, dedi, sənə bu kənddə heç
kim qız verməz, get qonşu kəndlərə, axtar, soraqlaş, bəlkə qızından bezib eləyən oldu. Elə yerə get,
orda babalarının duz əkməyi haqda heç kim heç nə bilməsin.
Yay günü, isti, bürkü, heç hara getməyə həvəsi yox idi, amma anasına da etiraz eləyə bilmirdi. Əlində
düyünlü qaragilə çomağı durmuşdu yolun ortasında, onun çıxıb getməsini gözləyirdi. Hara gedə
bilərdi? Əmisi oğlu Bilo (Türməyə düşənə qədər Bilal idi, amma ordan Bilo kimi qayıtmışdı.
Bazarda bir inəyi çırpışdırmışdı, həm də necə ustalıqla çırpışdırmışdısa, indiyə qədər də nə inək
sahibləri, nə də bazardakılar əmisi oğlunun günün günorta çağı, bu qədər adamın gözü qarşısında
inəyi necə aparmasını başa düşə bilmirdilər. Hətta məhkəmədə inək sahibi şikayətindən vaz keçmiş,
halaldır belə oğula, demişdi, buraxın, getsin. İnək sahibi vaz keçsə də, hakim vaz keçməmişdi,
əmisioğluna bir il iki ay iş vermişdi. Ordan qayıdandan sonra təkcə adını yox, təhər-töhrünü,
danışığını, yerişini də dəyişmişdi. Sözünü “Panyatkalı cahillər…” kəlməsi ilə başlayır, o kəlməylə də
qurtarırdı.) ona dedi:
– Get qəlyançəkənlərin kəndinə, orda mənim bir türmə yoldaşım var. Şən oğlandır, əlindən hər iş
gəlir. Sənə qız tapsa, o tapacaq.
Düşdü yolun ağına, axşamüstü gəlib qəlyançəkənlərin kəndinə çıxdı. Axtarıb Bilonun əsgərlik
dostunu tapdı. Doğrudan da şən oğlandı, deyib-gülürdü. Onu kəndlə tanış elədi. Kənddə kişili-qadınlı
hamı qəlyan çəkirdi. Hər yeri tənbəki qoxusu başına götürmüşdü.
Şən oğlan onun niyə gəldiyini öyrənib, o asan işdir, dedi və onu aparıb Minayə adlı bir qızla tanış
elədi. Coninin qızdan xoşu gəldi, gözəl qızdı, ədası yeri-göyü yandırırdı. Amma şübhəyə düşmüşdü,
bəlkə bu da qəlyan çəkirdi? Onda təkcə onu yox, bütün duzəkənləri ölən günə qədər lağa qoyardılar.
Bəs filankəsin gəlini qəlyan çəkir.
- Qəlyan çəkirsən? – qızdan soruşdu.
- Yox, - qız dedi.
- Əmin ola bilərəm?
- Bilərsən.
Onda iş tamamdır, Coni dedi, mən beş əlli razıyam. Qız isə tərəddüd içindəydi, sən razısan, amma
sənin razı olmağına nə verərlər? Əsas mənim razı olmağımdır. Sən insana yox, canavara oxşayırsan.
Nəyə görə bu qədər insanı qoyub canavara ərə getməliyəm? Eh, nə isə, bu kənddə darıxıram,
həyatıma rəng qatmaq istəyirəm. Axşam bizə çay içməyə gələrsən. Ata-anam səni bəyənsələr,
razılaşsalar, iş onda tamamdır.
Çay söhbəti Coninin qanını qaraltdı. Mən ordan bura çay içməyə gəlmişəm? Çay içən olsaydım güllü
çuqun qəhvədanımı doldurub qoyardım qazın üstünə, pıqqapıqla qaynadar, güllü çuqun çaynikimə bir
az quru çay, bir az da qantəpər atıb, bir çay dəmlərdim ki, sənin nəinki özün, heç ata-baban elə çay
içməyib. Sənsə məni çay içməyə çağırırsan. Araq süfrəsi arxasında ola bilməzmi belə söhbətlər? Bal


kimi olar! Götürürsən əlinə rus arağını, fırlayıb qapağını açırsan. Süzürsən qədəhlərə, bul, bul, bul.
Bir qədəhə deyəsən beş bul bəs eləyir. İndi bu da asılıdır bunların hansı qədəhdə araq içmələrindən.
Axşamçağı şən oğlan onu aparıb qız evini göstərdi. Qızın atası orta yaşlı kişiydi, gözlərində şübhə və
özündən razılıq ifadəsi var idi. Çay-filan nədir, kişi litrlik şüşədə tut arağını, iki taraş stəkan, iri bir
boşqabda qarpız, bir boşqab da dolma qoydu ortalığa. Coni çay içəcəklərini, işdir, araq da olsa, uzaq
başı beş bulluq qədəhlərdən içəcəklərini zənn eləmişdi. Litrlik şüşə, taraş stəkanlar onu qorxutdu.
Adam sən russan? Bunlarda ruslar içərlər. Çəkərlər başlarına, köynəklərinin qolunu iyləyib gedərlər
işlərinin dalınca. Şəxsən mən bir taraş gillətsəm, gərək üstündən üç kiloluq bankayla kampot, iki litr
də su içəm.
Kişi şüşəni açıb, taraşlara araq süzdü, heç dodaq yeri də qoymadı, məlum işdir, bu vəziyyətdə
stəkanları toqquşdura bilməzdilər. Bu isə ona ağır gəldi. Həyatında ilk dəfə qayınatanla araq içəsən,
onda da qədəhləri, daha doğrusu taraşları toqquşdura bilməyəsən! Kişi çoxbilmiş adama oxşayırdı,
bəlkə elə onunla taraşını toqquşdurmamaq üçün arağı belə süzmüşdü. Yəqin beləydi, ilk görüşdən
yeznəni yaxın buraxmaq, ona üz göstərmək istəmir, aralarında məsafə saxlayırdı. Kişi stəkanı götürüb
başına çəkdi, o içib qurtarana qədər Coninin nəfəsi kəsildi. Növbə onundu, o da içdi, həyatında ilk
dəfəydi belə tünd araq içirdi. Ağzını yuma bilmirdi, amma özünü bu adamın yanında yerə vurmaq
istəmirdi.
İkinci stəkanları da içdilər. Coni kişinin bununla kifayətlənəcəyini gözləyirdi, amma kişi üçüncü dəfə
də stəkanları doldurdu. Öz stəkanını götürüb ilk dəfədə olduğu kimi başına çəkdi, üstündən bir dilim
qarpız yeyib gözlərini Coniyə dikdi. Coni bu dəfə ilişdi. Stəkanı iki dəfə qaldıra bilmişdi,
üçüncüsündə isə neyləsə də, ağzına kimi apara bilmədi, qolu qalxmır, taraşı çənəsinə kimi zorla
gətirirdi. Nə qədər səy göstərsə də bundan yuxarı qaldıra bilmirdi. Kişi gözlərini ondan çəkmirdi.
– Sənə kömək lazımdır? – ondan soruşdu.
– Sən mənə nə kömək eləyə bilərsən?
– Taraşı çənəndən yuxarı qaldıraram.
Coniyə kişinin istehzası, tikanlı sözləri yaman yer elədi, necə güc verdisə, hoop, taraşı nəhayət
çənəsindən yuxarı qaldırdı. Arağı son damlasına qədər içdi. Kişi ona key-key baxırdı, nəsə demək
istəyir, amma sanki fikrini ifadə eləmək üçün söz tapa bilmirdi. Axır dilləndi:
– Sənin göz-başın qaynaşır.
– Nəyim qaynaşır? – Coni duruxdu.
– Göz-başın!
– Qayınpedər…
– Nə pedər?
– Qayınpedər, lişni sənin var yoxunu…
Kişi ayağa sıçradı, o da qalxdı. Kişi qarşısında atılıb düşür, çiyinlərini oynadır, özünü əsdirirdi.
Coni bir şey başa düşə bilmirdi, bu adam nə oyun çıxardırdı? Dəlimi oldu, başına havamı gəldi?
Birdən kişi çənəsinin altından yumruqla necə vurdusa, Coni arxaya uçub qapıya dəydi. Əsəbləri
qaynaşırdı, vay səni, oğraş! Demək, vurursan, yumruq oynadırsan? İndi mən sənə göstərərm yumruq
oynatmağı. Belə deyirdi, amma işin gedişi onun nəsə göstərəcəyinə əsas vermirdi. Kişi özünü elə
əsdirir, oynadırdı ki, Coni onu əməlli görə bilmirdi, sola yumruq atırdı, kişi sağda olurdu, sağa
yumruq atırdı, solda olurdu. Səni görüm lənətə gələsən, Coni də bağırırdı, bir yerdə dayan görüm də!
Osturan kukla kimi nə atılıb düşürsən! Ay oğraş, bir yerdə dur da!
Bu dəfə də kişi sol əliylə Coninin çənəsinin altından vurdu. Coni bunu gözləmirdi, kişinin əbləhlik


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   142




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə